Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1604/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2018 il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirl i bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2018 il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Mustafayev) xx.xx.1971-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyun 2018-ci il tarixdən hesablanması, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 10 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şika yəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşlar ki, 2018-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 12 (on iki) ədəd çətənə (kannabis) bitkisini əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, habelə onların hissələrini toplayaraq kustar üsulla qurudub 415 qram çəkidə qurudulmuş mariuxana əldə edərək bir ədəd polietilen torbada həyətyanı torpaq sahəsindəki şkafda saxlamış və daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 27 iyun 2018-ci il tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin evin həyətyanı torpaq sahəsinə hal şahidlərinin və aqronom mütəxəssisin iştirakı ilə baxış keçirilərkən oradan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdarda- 12 ədəd ümumi təmiz çəkisi 1380 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, eləcə də həyətyanı torpaq sahəsindəki şkafda saxladığı Azərba ycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, görə İ siyahısı" və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddalərin İ siyahısı" ilə müəyyən edilmiş bir ədəd polietilen torbada təmiz çəkisi 415 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 0,122 qram çəkidə narkotik vasitə olan heroini, habelə bir ədəd ş əffaf sellofan torbacıqda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış 20,931 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış və daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 27 iyun 2018-ci il tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin evə hal şahidlərinin və aqronom mütəxəssisin iştirakı ilə baxış keçirilərkən oradan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələr in miqdarına, görə İ siyahısı" və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddalərin İ siyahısı" ilə müəyyən edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,122 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 20,931 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Onun İİ qrup əlil olmasını, AİDS, vərəm, hepatit və astma xəstəliklərindən əziyyət çəkməsini nəzərə alaraq kassasiya şikayətinin təmin edilm əsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə01 noyabr 2018 il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən onun əməldən səmimi peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmiş və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habe lə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2019-cu il tarixli q ərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1604/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1604/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver