Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1604/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs - YYYYYYnın, Zərərçəkmiş şəxs XXXXXnın nümayəndəsi - Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Qənbərov Əz iz Həbib oğlunun, Müdafiəçi – Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər R.E.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmmədov, hakimlər S.B.Hüseynov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 07 iyul 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixl i hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum oğlu təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 04.04.2008-ci il tarixdən nikahda olduğu və Şəmkir rayonunun Kür qəsəbəsi, Həzi Aslanov küçəsi, 1-ci döngə, 2-ci binanın, 3-cü mənzilində onunla birlikdə yaşadığı arvadı XXXXXnın başqa kişilərlə intim münasibətdə olmasından əsassız şübhələnərək qısqanclıq zəminində arvadı XXXX ilə dəfələrlə mübahisə etmiş, sonuncu dəfə 13 fevral 2019-cu il tarixdə növbəti münaqişədən sonra XXXX valideyn lərinin yaşadığı evə getmiş, bundan sonra Məhkum arvadı XXXXnı qısqanclıq zəminində və qaynanası YYYYYYnı isə qızı XXXXnı müdafiə etdiyinə və onların ailə məsələlərinə qarışdığına görə qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 14 fevral 2019-cu il tarixdə, saat 08 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi kəsici-çapıcı xassəyə malik olan məişətdə istifadə olunan çapacağı və zərbə-dağıdıcı təsirə malik olan beşbarmağı özü ilə götürüb XXXXnın valideynlərinin yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, 3-cü binanın 1-ci mərtəbəsində yerləşən 48-ci mənzilin qarşısına gəlmiş, qaynanası YYYYYnın nəvəsi Yusifli Həmid Müşfiq oğlunu məktəbə göndərmək üçün mənzilin giriş qapısını açdığını görüb tez mənzilə daxil olmaqla öz niyyətini həyata keçi rmək məqsədilə arvadı XXXX və qaynanası YYYYYnın evdən qaçmalarının və qonşuların onun hərəkətlərinə müdaxilə etmələrinin qarşısını almaq üçün mənzilin giriş qapısının kilidini içəridən bağlamış və mənzilin mətbəxində qaynanası YYYYYnı və arvadı XXXXnı əlləri ilə fiziki zor tətbiq etməklə döşəməyə yıxaraq, hər ikisinin üzərinə çıxıb onların bədənlərini ayaqları arasında sıxıb saxlamış, özü ilə gətirdiyi çapacağı gödəkçəsinin altından çıxarıb arvadı XXXXya xüsusi əzab və iztirab verdiyini dərk edib onun gözləri qarşısında çapacağın tiyəsinin küt tərəfi ilə sonuncunun anası YYYYYnın həyat üçün əhəmiyyətli orqan hesab edilən baş nahiyəsinə qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə zərbələr vurmağa başlamış, eyni zamanda qaynanası YYYYYya xüsusi əzab və iztirab verdiyini dərk edib onun göz ləri qarşısında sonuncunun qızı XXXXnın həyat üçün əhəmiyyətli orqan hesab edilən baş nahiyəsinə qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə çapacağın tiyəsinin küt tərəfi ilə bir neçə dəfə vurmuş, onların qışqırtılarından sonra çapacağın tiyəsinin iti tərəfi ilə YYYYYnın başından bir neçə dəfə vuraraq, ona başın tüklü hissəsində sağ təpə-gicgah və təpə nahiyəsinin çapılmış yaraları, sağ əlin 1 və 2-ci barmaqarası nahiyəsinin, sağ əlin 2-ci barmağının orta falanqasının ovuc səthinin kəsilmiş səthi yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ göz ətrafı yumşaq toxumaların, sağ bazunun orta üçdə birinin, sağ baldırın yuxarı üçdə birinin qançırları, sağ ayağın iç topuq nahiyəsinin şişkinlik və ağrı halında əzniyi ilə müşayiət edilən sağl amlığa zərər vurmayan xəsarətlər yetirmiş, onun baş nahiyəsinin qanaması və yıxılaraq huşunu itirməsindən sonra öldüyünü güman edərək YYYYYnı ayaqları arasından kənarlaşdırmış, bundan sonra arvadı XXXXnın baş nahiyəsinə çapacağın iti hissəsi də bir neçə dəfə vurmuş, həmin müddətdə YYYYYnın sürünərək gedib qapını açmasından sonra səs-küyü eşidərək köməyə gəlmiş qonşuları Abbasova Tahirə Hacımurad qızının qışqırtısına özünü itirərək arvadı XXXXnı növbəti dəfə vurmaq istəyən zaman sonuncunun müqavimət göstərməsi nəticəsində çapacaq yana doğru istiqamətini dəyişərək XXXXnın sifətini cızmış və onun əlindən yerə düşmüş, daha sonra cibindən beşbarmağı çıxarıb XXXXnın başına vurmaqla ona təpə sümüyünün xarici sümük səhifəsinin basılmış sınığı ilə müşayiət olunan başın tüklü hissəsində təpə çapılmı ş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərər vuran, sol gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, sol almacıq nahiyəsinin şişkinliyi və sıyrığı, sol bazunun yuxarı 1/3-in qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, həmin vaxt qonşuları Tahirə Abbasovanın müdaxiləsi nəticəsində, habelə YYYYYnın və XXXXnın fiziki müqavimət göstərmələri, eləcə də hər iki zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatları xilas edildiyinə görə, Məhkum öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək YYYYYnı və XXXXnı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLA RİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işə baxarkən qanunvericiliyin tələblərini pozmuşlar, bununla da Məhkum əsassız olaraq xüsusilə ağır cinayətdə ittiham olunması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 13 fevral 2019-cu il tarixində Məhkum keçmiş həyat yoldaşı XXXXXnın başqa kişilərlə intim münasibətlərdə olmasından şübhələndiyi üçün və həmin şübhələrini təsdiq edən keçmiş həyat yoldaşının istifadəsində olan mobil telefon ilə aparılan danışıqları barədə çıxarışları sübut kimi həyat yoldaşına təqdim etmək və bu məsələyə aydınlıq gətirmək məqsədilə onun valideynlərinin yaşadığı evə getmişdir. Yəni, həm təqsirləndirilən şəxsin özünün verdiyi il kin ifadəyə görə, həm də işin faktiki hallarına görə açıq-aydın görünür ki, təqsirləndirilən şəxsin əsas məqsədi zərərçəkmiş şəxslərə qarşı hər hansı bir cinayət əməli törətmək deyil, yalnız bu məsələyə aydınlıq gətirilməsi olmuşdur. Amma onun zərərçəkmiş şəxslərlə görüşündən sonra onun iradəsindən asılı olmayan səbəblərə görə aralarında mübahisə baş vermiş və bu mübahisə zəminində də zərərçəkmişlər xəsarətlər almışlar. İşin faktiki hallarından da görünür ki, zərərçəkmişlərə təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarətlərin dərəcəsini müəyyən etmək üçün istintaq orqanı tərəfindən müvafiq ekspertizalar təyin edilmiş və məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, YYYYYYnın sağlamlığına vurulmuş xəsarətlər yüngül zərərvurmaya aid edilir və ağırlıq dərəcəsi təyin edilmir. Yəni, həmin ekspert rəylərindən, həm də işin faktiki hallarından görünür ki, ittiham tərəfi təqsirləndirilən şəxsin əməllərini daha qəddarlıqla edilmiş cinayət kimi göstərsə də, işin faktiki halları təqsirləndirlən şəxsin cinayət əməlinin törədilməsində təqsirli bildindiyi CM-nin 120.2.4 və 120.2.7-ci maddələrində göstərilmiş cinayət əməllərinə uyğun deyildir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə çapacağın arxa hissəsi ilə, yəni çapacağın küt hissəsi ilə xəsarətlər yetirmişdir. Əgər onun əsl məqsədi zərərçəkmiş şəxsləri öldürmək olsa idi, təbii ki, o çapacağın iti hissəsi ilə onlara xəsarətlər yetirərək onların ölümünə səbəb ola bilərdi. Həm işin faktiki halları, həm də bu hadisənin nəticələri bu əməlin Azərbaycan Respublikasının 128 -ci maddəsində göstərilən qəsdən sağlamlığa yüngül zərərvurma maddəsində göstərilən cinayət əməlinin törədilməsinə dəlalət edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi A.G.Ələkbərov çıxış edərək, ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutların qeyri-qanuni olduğunu, hüquqlarını müdafiə etdiyi Məhkum törətdiyi əməllərin hadisələrin təsadüfi axarı zəminində baş verdiyini, kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Ə.H.Qənb ərov çıxış edərək, Məhkum törətdiyi cinayət əməlləri şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunduğunu bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxs N.Ş.Eyyubova çıxış edərək, Məhkum cəzaçəkmə müəssisəsindən onları ölümlə hədələdiyini, cəzası bitdikdən sonra gəlib zərərçəkmiş şəxsləri qətlə yetirəcəyi ilə bağlı ismarıc yolladığını bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təstiq olunduğunu bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq m əsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya ş ikayətində Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci madələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı, əməlinin düzgün olaraq tövsif edilmədiyi, əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməli olduğu, məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə qeyd olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin anlayışını ehtiva edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etmə yə cəhd hesab edilir. Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-cü maddələrində təsbit olunmuş cinayətlərin ictimai təhlükəli nəticəsi olaraq xüsusi amansızlıqla iki və ya daha çox şəxsi həyatdan məhrum edilməsi çıxış edir. Hazırki cinayət işinin tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş xüsusi amansızlıqla, iki şəxsi qəsdən öldürməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkumun əməllərinin amansızlıqla iki şəxsi qəsdən öldürməyə cəhd cinayəti kimi düzgün tövsif edilməməsi, əməlinin CM-nin 128-ci maddəsi ilə tövsif edilməli olduğu iddia edilərək, həmin iddianı məhkumun məqsədinin zərərçəkmiş şəxslə ri öldürməyə cəhd deyil, xəsarət yetirmək olması və bunun da yetirilmiş xəsarətin yüngül dərəcəli olması ilə əlaqələndirmişdir. Yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual normalara əsasən baxılan işin materiallarını araşdırmaqla mübahisələndirilən məhkəmə qərarını yoxladıqda məhkumun müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğu müəyyən edilir. Belə ki, verilmiş ittihama uyğun və məhkəmələr tərəfindən müəyyən olunmuş, işin hallarına əsasən tam təsdiq olunmuşdur ki, Məhkum arvadı XXXXnı qısqanclıq zəminində və qaynanası YYYYYYnı isə qızı XXXXnı müdafiə etdiyinə və onların ailə məsələlərinə qarışdığına görə qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək YYYYYnı və XXXXnı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmələr məhkumun əməlini CM-nin 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə tövsif edərkən təkcə zərərçəkmiş şəxslərin sağlamlığa vurulmuş zərərin dərəcəsini deyil, cinayətin törədilmə hallarına, ondan bilavasitə əvvəl və sonra baş verənlərə tam uyğun olaraq, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsinin sübut olunması nəticəsinə gəlmişlər. Odur ki, göstərilənlərə əsasən kassasiya şikayətində əməlinin tövsifinin dəyişdirilməsi ilə bağlı dəlillər əsassızdır və təmin olunmamalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmələr tərəfindən sübutetməyə dair maddi və prosessual normaların pozulması barədə olan dəlillərinə qiymət verərək hesab edi r ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəld iyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini yeni şərh olunan faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəli llərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. İş materiallarından görünür ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilməsi zamanı bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxs iyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və şikayətə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunlar ı nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin və nümayəndəsinin, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kass asiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2020-ci il tarixli qərarı Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1604/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1604/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver