Məhkəmə qərarları › İş №1(102)-1604/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1604/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1604/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(103)1207/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazov) 28 mart 2024-cü il tarixli 1(101)736/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün m üddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 7 iyun 2023-cü il tarixdən hesablanmışdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 07 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanda yerləşən "Extra” adlı kluba müştəri düşürərkən bacısı X1 əri Zərərçəkmiş şəxs orada görüb avtomobili "x xxx" ASC-nin “Əhməd Rəcəbli” filialının yaxınlığında saxlayaraq sonuncuya yaxınlaşıb ailəli olduğu dövrdə bacısını döyməsini və övladı Adil Abdullayevə maddi və mənəvi dəstək olmamasını, onunla maraqlanmamasını irad bildirərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək məqsədilə, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqa zidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi uzunluğu 265 mm, tiyəsinin uzunluğu 115 mm, eni əsasında 28 mm, o rtada 25 mm, ucunda 1 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyi bozumtulgümüşü rəngli metallik korpusdan hazırlanmış və metal lövhələrlə bərkidilmiş dəstəyinin uzunluğu 150 mm, eni əsasında 35 mm, ortada 30 mm, sərbəst kənarında 27 mm və qalınlığı 17 olan qara rəngli zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını şalvarın sağ yan cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün kənardakı şəxslərin diqqətini özünə cəlb edib vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq özünü ətrafdakılara qarşı qoyaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs zor tətbiq edib sonuncuya ardıcıl zərbələr vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol qoltuqaltı nahiyənin 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol 1-2-ci əl barmağının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən 1 (bir) ədəd sağ gicgah nahiyəsinin səthi kəsilmiş yarası xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs onu özündən kənarlaşdırmaqla qaçaraq uzaqlaşdığını gördükdə öz cinayətkar əməlini başa çatdırmaq niyyətilə Əhməd Rəcəbli küçəsində əlində bıçaqla yenidən sonuncunun arxası ilə qaçıb çataraq bıçaqla dərəcəsinə görə sağla mlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid 1 (bir) ədəd sağ kürəkaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qarın nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası, sağ dirsək oynağının sıyrığı xəsarətlərini yetirmiş, orada hadisənin şahidi olmuş istintaqa məlum olmayan şəxslər tərəfindən bıçağı əlindən alınaraq zərərsizləşdirildiyindən Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkm iş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), X5 Hüseynov) 9 iyul 2024-ci il tarixli 1(103)-1207/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(101)-736/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyul 2024-ci il tarixli 1(103)-1207/20 24 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlaməti olmadığından cinayət işinin icraatına həmin hissədə bəraətverici əsaslara görə xitam verilməsini, təqsirli bilindiyi əməllərinin CM-in 29,120.1 və 228.4-cü maddələrindən həmin Məcəllənin 128 və 228.4-cü maddələrinə tövsif edilməsini, eyni zamanda onun azadlıqdan məhrum etməmə növündə cəzaya məhkum olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2024-cü il tarixli 1(103)-1207/2024 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü CM-in 228.4-cü maddəsi ilə təqsirli bilmiş, CM-in 29,120.1 və 221.3-cü maddələri ilə isə özünü təqsirli bilməmişdir. Hər iki instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, hüquqlarını müdafiə etdiyi şəxsin əməli düzgün tövsif olunmamışdır. Məhkəmə istintaqı zamanı onun əməlində CM-in 29,120.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı kifayət qədər öz təsdiqini tapsa da, mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar hökm çıxarılarkən nəzərə alınmamışdır. Qeyd edilən xüsusatları apellyasiya məhkəməsi də nəzərə almamışdır. Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Bu xüsusat Zərərçəkmiş şəxs də ifadəsində öz əksini tapmışdır. Təqsirləndirilən şəxs Məhkum tərəfindən Zərərçəkmiş şəxs dərəcəsinə görə, nəinki sağlamlığın uzun müddət pozu lmasına səbəb olan ağır xəsarət, az ağır xəsarət belə yetirilməmişdir. Belə olan halda Məhkum əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi yolverilməzdir. İşin hallarından da göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarına ümumiyyətlə xəsarət yetirməmişdir. Belə bir şəraiti olduğu halda onu öldürməyə cəhd belə etmişdir. Həmçinin Məhkum Teymur Abdulayevin sinəsinə bıçaq dirəyərək “heyif ki, bacım uşağının atasısan” deməsi onun niyyətini həyata keçirmək üçün kifayət qədər imkanı və şəraiti olduğunu, lakin mövcud mənəvi dəyərlər səbəbindən onu öldürmək istəmədiyini təsdiqləyir. Yəni dərəcəsi belə təyin olunmamış xəsarətlərin yalnız sayma istinad edərək Məhkum barəsində CM-in 29,120.1-ci maddəsinə əsasən ittiham hökmü çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa ittihama əsasən, guya Məhkum hadisənin şahidi olmuş istintaqa məlum olmayan şəxslər tərəfindən bıçağı əlindən alınaraq zərərsizləşdirildiyindən Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, iş materiallarından da göründüyü kimi Məhkum əlindəki bıçağın başqa şəxslər tərəfindən alındığını təsdiqləyən heç bir şahid ifadəsi, videogörüntü yoxdur. Bu zaman sual yaranır ki, məhkəmə və ibtidai istintaq orqanı necə belə qənaətə gəlmişdir ki, Məhkum əlindən digər şəxslər tərəfindən bıçaq alındığı üçün o cinayətkar niyyətini başa çatdıra bilməmişdir? Qeyd olunan xüsusat bir daha təsdiqləyir ki, Məhkum barəsində fərziyyələrə əsasən, ittiham hökmü çıxarılmışdır. Ümumiyyətlə iş materiallarından da göründüyü kimi hadisənin bilavasitə şahidi olan şəxsin ifadəsi, video görüntü mövcud deyildir. Hadisə haqqından təəssürat yalnız təqsirləndirlən və zərərçəkmiş şəxslərin ifadələrinə əsasən yaranır. Zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadədən də göründüyü kimi Məhkum onu öldürmək imkanına malik olmuş, onu öldürməsi üçün kifayət qədər şəraiti olmuşdur, lakin bunu həyata keçirməmişdir. Bütün bunlara baxmayaraq, şəxsi münasibətlər zəminində yaranmış və sağlamlığa yüngül xəsarət vurma ilə nəticələnmiş mübahisəni məhkəmə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmişdir. Məhkəmələr əsassız olaraq məhkumun zərərçəkmiş şəxslə barışmasını, sonuncunun məhkəmə iclasında verdiy i ifadələrin həqiqiliyinə şübhə yaradan hal kimi qiymətləndirmiş və bu əsasa görə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə üstünlük vermişlər. İşin hallarından da göründüyü kimi tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs Məhkum bacısı uşağına maddi və mənəvi yardım etməməsi səbəbindən yaranmışdır. Lakin məhkəmə tərəfindən hüquqlarını müdafiə etdiyim şəxs barəsində CM-in 221.3-cü maddəsinə əsasən ittiham hökmü çıxarılmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “Məhkum özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməsə də, cinayət əməlinin ictimai yerdə baş verməsi, cinayətin şəxsi münasibətlər zəminində başlanılmasına baxmayaraq, sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi Məhkum əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini şərtləndirir. Həmçinin, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə onun avtomobilinin yanında baş vermiş və onun avtomobili cızılmışdır. Göründüyü kimi, baş vermiş cinayət əməli nəticəsində digər şəxsin əmlakına ciddi zərər vurulmasa belə, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı pozmaqla yanaşı, əmlakın məhv edilməsi və ya zədələnməsi üçün təhdid yaratmışdır.” Bununla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, iş materiallarından da göründüyü kimi Şahid1 məxsus avtomobilin üzərindəki cızıq izinin məhz Məhkum tərəfindən yetirildiyi təsdiqləyən heç bir mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillə rini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansi yası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 128 və 228.4-cü maddələri ilə tövsif edilməli olduğu halda, heç bir əsas olmadan həmin Məcəllənin 29,120.1, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilimi müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət işinin materiallarından görünür ki, hadisə günü təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs yaxınlaşıb ailəli olduğu dövrdə bacısını döyməsini və övladı Adil Abdullayevə maddi və mənəvi dəstək olmamasını, onunla maraqlanmamasını irad bildirərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını şalvarın sağ yan cibindən çıxarıb sonuncuya ardıcıl zərbələr vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid ümumilikdə 5 (beş) və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən 1 (bir) ədəd xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi özündən kənarlaşdırmaqla qaçaraq uzaqlaşdığı halda təqsirləndirilən şəxs öz cinayətkar əməlini başa çatdırmaq niyyəti ilə əlində bıçaqla yenidən zərərçəkmiş şəxsin arxası ilə qaçıb çataraq bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid 1 (bir) ədəd və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən 1 (bir) ədəd səthi kəsilmiş yarası xəsarətləri yetirmiş, lakin orada hadisənin şahidi olmuş istintaqa məlum olmayan şəxslər tərəfindən bıçağı əlindən alınaraq zərərsizləşdirildiyindən təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmişi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 128 və 228.4-cü maddəsi ilə tövsif edilməlidir. Kassasiya şikayətindən görünür ki, məhkumun Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə doğurmur, lakin müdafiəçi məhkumun əməlinin CM-in 29,120.1-ci və 221.3-cü maddələri ilə tövsif edilməsini əsassız hesab edir. Müdafiəçinin fikrincə məhkum zərərçəkmiş şəxsi öldürmək istəməmiş və onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud deyil. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan t ərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibin in düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən cinayət təqibi ü zrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmətibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellya siya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin CM-in 29,120.1-ci maddəsi ilə tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında bu kategoriyaya aid olan cinayət işlərinin baxılması zamanı məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəs arət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələr müəyyən etmişlər ki, məhkum zərərçəkmiş şəxslə ədavət münasibətində olmuş, zərərçəkmiş şəxsə yaxınlaşmazdan əvvəl özü ilə soyuq silah hesab edilən bıçağı götürmüşdür. O, zərərçəkmiş şəxsə yaxınlaşan kimi onun ünvanına təhqiredici ifadələr işlədərək qəsdən münaqişə yaratmış və Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri yetirmişdir. Həmin zərbələrin əsasən zərərçəkmiş şəxsin baş və boğaz nahiyələrinə istiqamətləndirilməsi, ondan uzaqlaşmaq istəyən zərərçəkmiş şəxsi təqib edərək bıçaq zərbələrini vurmağı davam etdirməsi və yalnız digər şəxslərin müdaxiləsi nəticəsində hərəkətlərini dayandırması məhkəmələr tərəfindən ə saslı surətdə Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətini təsdiq edən hallar kimi qiymətləndirilmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü maddəsi ilə tövsif etmiş və onu həmin maddələr ilə təqsirli bilmişlər. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Bun unla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun gəlir. Məhkumun təqsiri müəyyən edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə tam riayət olunmaqla qiymətləndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelly asiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materialların a uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, bu əməlin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır və kassasiya şikayətində göstərilən, əməlin CM-in 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair dəlillərlə razılaşmır. Məhkəmə kollegiyası Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, y axud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğu tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prose ssual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli olmasını onunla əsaslandırmışdır ki, cinayət əməli ictimai yerdə baş vermiş, cinayətin şəxsi münasibətlər zəminində başlanılmasına baxmayaraq, sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi onun əməlinin xuliqanlıq kimi qiymətləndirmişdir. Həmçinin hadisə Şahid1 avtomobilinin yanı nda baş vermiş və onun avtomobili cızılmışdır. Bununla da, əməli nəticəsində digər şəxsin əmlakına ciddi zərər vurulmasa belə, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı pozmaqla yanaşı, əmlakın məhv edilməsi və ya zədələnməsi üçün təhdid yaratmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum CM-in 221.3-cü maddəsi ilə cinayət əməlini törətməsi işdə olan hər hansı bir sübutla təsdiq olunmur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstəril ir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəm iyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, məhkumun zərərçəkmiş şəxslə arasında ədavət münasibətləri mövcud olmuş və bu, onda zərərçəkmişə qarşı qisas və intiqam hisslərinin yaranmasına səbəb olmuşdur. Həmçinin iş materiallarından aydın şəkildə görünür ki, məhkumun cinayətin obyektiv cəhətini t əşkil edən əməlləri ictimai qaydanı pozmağa deyil, zərərçəkmiş şəxsi öldürməyə yönəlmişdir. Məhkum bu hərəkətləri törədərkən ictimai qaydanı pozmaq niyyəti güdməmiş, əksinə, həmin əməllər şəxsi münasibətlər zəminində – zərərçəkmiş şəxsin məhkumun bacısına və onun uşağına qarşı münasibətindən irəli gələn ədavət səbəbindən törədilmişdir. Məhz işin bu xüsusiyyətini nəzərə alıb, məhkəmələr əsaslı olaraq müəyyən etmişlər ki, məhkumun zərərçəkmiş şəxsin həyatına qəsd etməsi xuliqanlıq motivi ilə deyil, şəxsi münasibətlər zəminində baş vermişdir. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum zərərçəkmiş şəxsə bıçaq zərbələri endirilməsindən başqa onun tərəfindən ictimai qa ydanı pozan və ya cəmiyyətə açıqca hörmətsizlik edən hər hansı bir digər hərəkətlərin törədilməsi müəyyən edilməmiş, ona qarşı irəli sürülmüş ittihamda da onun tərəfindən belə hərəkətlərin törədilməsi barədə hər hansı bir qeyd mövcud deyil. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə əsassız tövsif etmişlər. Məhkum zərərçəkmiş şəxsə qarşı törətmiş əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz, onun bu əməli tam olaraq Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə əhatə olunur. Məhkum ittihamından CM-in 221.3-cü maddəsi xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikird ə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum qəsdən adam öldürməyə cəhd etməsi və üzərində soyuq silahı daşıması əməlləri barədə nəticəyə gələrkən sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tö rədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq qeyd edilmiş hökmün qüvvədə saxlanılması barədə nəticəyə gələrkən qanunun yuxarıda qeyd edilən normaların tələblərini yerinə yetirməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(103)-1207/2024 nömrəli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(101)736/2024 nömrəli CM-in 221.3-cü maddəsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 221.3-cü maddəsi onun ittihamından xaric edilməli, Məhkum CM-in 29,120.1 və 228.4-cü maddələri ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyul 2024-cü il tarixli 1(103)1207/2024 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(101)-736/2024 nömrəli Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissə də ləğv edilsin. Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar