Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1605/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayev) 22 iyul 2019-cu il tarixli, 1(101)-364/2019 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxxx şəhəri, xxxx Əliyev küçəsi, ev xxx ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilini b, CMin 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplama yolu ilə üzərində qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 08 iyun 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qə sdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrumetməyə cəhd etmişdir. Belə ki, Məhkum 2018-ci il iyunun 6-da saat 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxs həmyerliləri X3 və Zərərçəkmiş şəxs1 tərəfindən döyülməsi barədə məlumat verməsindən sonra qisas almaq niyyəti ilə həmin tarixdə saat 22:50 radələrində Şamaxı şəhəri, Xətai küçəsi, 40 «a» saylı evin yaxınlığına Təqsirləndirilən şəxs ilə birlikdə tanışı X2 idarə etdiyi ona məxsus «Lada Priora» markalı AZ-**-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdikdə küçə darvazasının qarşısında Zərərçəkmiş şəxs1 qohumları Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 ilə dayanaraq söhbət etdiklərini görüb Zərərçəkmiş şəxs1 qəsdən öldürməyi qərarlaşdırmaqla avtomobildən aşağı enəndə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə q anunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi, odlu silah hesab olunan «Makarov» tipli tapançadan göstərilən şəxslərdən təxminən 30-40 santimetr məsafədəki Zərərçəkmiş şəxs1 doğru yaxın adamı, faktiki olaraq əmisi, sənəd üzrə qardaşı sayılan Zərərçəkmiş şəxs2 gözü qarşısında aşkar surətdə əzab və işgəncə verdiyini dərk edərkən müstəsna qəddarlıq nümayiş etdirib bunu arzulamış, təxminən 5-6 metr məsafədən ümumi təhlükəli üsulla, yəni adı çəkilən şəxslərin həyatına təhlükə yaratmaqla atəş açmış, Zərərçəkmiş şəxs1 qaçaraq darvazadan içəri girməyə çalışdıqda ikinci dəfə atəş açıb sol əlindən vurmaqla sonuncuya sol əlin ovuc səthinin orta falanqaları proyeksiyasında İİ-İİİ-İV barmaqların yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirmiş, niyyətini həyata keçirmək üçün hərəkətlərini davam etdirərək üçüncü dəfə atəş açsa da Zərərçəkmiş şəxs1 qaçıb həyətə daxil olmaqla darvaza qapısını örtdüyündən güllənin qapıya dəyməsi ilə əlaqədar bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq avtomobilə əyləşib ərazidən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrumetməyə cəhd etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər E.M.Əhmədov (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və M.Ə.Rzayev) 06 fevral 2020-ci il tarixli, 1(105)28/2020 nömrə li qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 1(101)-364/2019 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum əməli CM-in 29,120.2.4-cü maddəsindən CM-in 221.3-cü maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən bu cəza hökmlə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasının əvvəlinin 08 iyun 2018-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum və onun müdafiəçisi və zərərçəkm iş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Fərhad Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 01 fevral 2021-ci il tarixli, 1(102)-28/2021 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli 1(105)-28/2020 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına qaytarılmış, dövlət ittihamçısı Siyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Telman Quliyev) 25 fevral 2022-ci il tarixli, 1(105)-10/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2019- cu il tarixli, 1(101)-364/2019 nömrəli hökmü Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmışdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və onun əməlinin CM-in 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, ümumiyyətlə iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırıl mamış, apelyasiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan ədalətsiz qərar qəbul etmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilən ifadələrdə göstərilir ki, onun əməlində nə xüsusi amansızlıq, nə də ümumi təhlükəli üsul öz təsdiqini tapmamışdır. Onun əməlinə hüquqi qiymət verilərkən törədilmiş cinayətin motivi, cinayət hadisəsinin səbəbi, törədilmiş əməl ilə cinayət arasındakı səbəbli əlaqə aydınlaşdırımamışdır. Göstərilən halda onun əməlində CM-in 29,120.2.4-cü maddəsinin tərkib əlamətləri, yəni qəsdən adam öldürmənin nə obyektiv, nə də subyektiv cəhətləri mövcud olmadığından onun əməli CM-in 29,120.2.4-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Hesab edir ki, onun əməli düzgün tövsif edilməmiş, qanunsuz olaraq ona qarşı ağır cinayətin törədilməsinə görə məhkum olunmuş dur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstər ilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsidir. Kassator hesab edir ki, məhkumun əməli Azərba ycan Respublikası CMin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amasızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrumetməyə cəhd etməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün qəsdən adam öldürmə hərəkəti xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilməlidir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsi rkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bundan başqa, Ali Məhkəmənin Plenumunun həmin qərarında qeyd edilmişdir ki, Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apely asiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrumetməyə cəhd etmişdir. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı ifadəsi ilə təsdiq olmasa da, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla rla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Belə ki, zərərçəkmişlərin və hadisə yerində olmuş şahidlərin ifadələrindən görünür ki, Məhkum avtomobildən düşən kimi Ceyhunun olduğu istiqamətə iki dəfə atəş açmış, Zərərçəkmiş şəxs1 özünü xilas etmək üçün təz həyətə daxil olub dəmir darvazanı bağlamış, Məhkum isə darvazaya üçüncü atəş açmış, güllə zərərçəkmiş şəxsin əlinə dəymişdir. Həmçinin həmin ifadələrlə müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxsə atəşlər 5-6 metr məsafədən açmış, həmin vaxt zərərçəkmişin yanında (30-40 cm məsafədə) onun tanışları və yaxın qohumu Zərərçəkmiş şəxs2 dayanmışlar. Hadisə yerinə baxış protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Məhkum silahlı hücumundan qaçıb gizləndiyi həyətin darvazasının üzərindən aşıb həyətə daxil olmaq, darv azanın üzəri və həyətin giriş hissəsi tamamilə dəmir barmaqlıqlar və çardaqla bağlı olduğundan mümkünsüzdür. Eləcə də darvazanın üzərində olan 190x80 sm ölçüdə keçid qapısı bağlandıqdan sonra da həyətə hər hansı başqa yolla keçmək mümkünsüz olur. Beləliklə sübutlar əsasında müəyyən edilmiş işin hallarından aydın görünür ki, Məhkum yaxın qohumunun gözü qabağında zərərçəkmiş şəxsə atəşlər açmış, həmin atəşlərin biri nəticəsində zərərçəkmiş şəxs yaralanmış, atəş açdığı vaxt zərərçəkmiş şəxsin yanında yaxın məsafədə digər şəxslər də olmuş, zərərçəkmiş şəxsin özünü xilas etmək üçün dəmir darvazanın arxasında gizlənərək qapını arxadan bağlanması nəticəsində təqsirləndirilən şəxsin oraya daxil olaraq atəş açmasının mümkün olmamışdır. Göründüyü kimi Məhkum ondan təxminən 5-6 metr məsafədən, Şahid2, Zərərçəkmiş şəxs2 və Şahid1 yanlarında onlardan təxminən 30-40 sm məsafədə dayanmış Zərərçəkmiş şəxs1 silahdan atəş açdığı vaxt güllənin onlara dəymə ehtimalı böyük olmuş, Zərərçəkmiş şəxs1 atəşləri onun yaxın qohumun gözləri qarşısında açmışdır. Məhkəmələr işin yuxarıda göstərilən hallarına qiymət verib düzgün olaraq nəticəyə gəlmişdir ki, Məhkum bilavasitə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs1 öldürməyə yönəldilmiş qəsdən edilən əməllər törətmiş, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 öldürə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsi cinayət işi üzrə toplanmış sübutlara, işin halla rına, cinayət qanunun normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında verilmiş tövsiyələrə uyğundur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əməli düzgün olaraq CM-in 29,120.2.4 və 228.1-ci maddəsi ilə tövsif olunmuşdur və onun əməlinin CMin 128-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməsi barədə dəlili əsaslı hesab etmir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir s übutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi məhkum şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublika sı CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəmə sinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum barəsində 25 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №1(102)-1605/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1605/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver