Məhkəmə qərarları › İş №1(102)-1606/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1606/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1606/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1970-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, natamam ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1 və 221.2. 2-ci maddələri ilə, xx xxxxx 1975-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə (hakim R.Kazımov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat miqdarında cəzasına məhkum edilmişdir. Məhkum2 – Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq edilməklə 1000 (bir min) 1000 manat miqdarında cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qardaşı X8 ilə bir qrup şəxs halında 16 aprel 2019-cu il tarixdə saat 15 radələrində ictimai yer olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin girişindəki dəhlizdə, qardaşı X4 CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 barışmasını tələb edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, həmin vaxt Məhkum2 zərərçəkmiş şəxsin sol əlinə yumruqla zərbə endirib sol əlinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq edib xuliqanlıq edərkə n, zərərçəkmiş şəxsin yeznəsi Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onları aralamaq istədikdə Məhkum2 sonuncunu əli ilə vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdə olan zaman o, təpiklə sonuncunun üz nahiyəsinə zərbə endirərək burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı, hər iki gözaltı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkum2 qardaşı Məhkum1 ilə bir qrup şəxs halında 16 aprel 2019-cu il tarixdə saat 15 radələrində ictimai yer olan Gəncə şəhər Nizami rayon məhkəməsinin girişindəki dəhlizdə, qardaşı X4 CM-in 120.2.4- cü maddəsi ilə təqsirləndirilməsinə dair Gənc ə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 barışmasını tələb edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək zərərçəkmiş şəxsin sol əlinə yumruqla zərbə endirib sol əlinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib zor tətbiq edib xuliqanlıq edərkən, zərərçəkmiş şəxsin qohumu Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onları aralamaq istədikdə o, sonuncunu əli ilə vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdə olan zaman Məhkum1 təpiklə sonuncunun üz nahiyəsinə zərbə endirərək burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı, hər iki gözaltı na hiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı məhkumlar Məhkum1 və Məhkum2 cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçi nin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və əsassız olaraq hər iki məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ittiham olunduqları cinayətə görə qanunda nızərdə tutulan cəzadan da yüngül cəza növü-cərimə cəzası təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə CM-nin 62-ci maddəsi tətbiq olunması barədə qərarını əsaslandırarkən onların törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmələrini, peşman olmalarını, Rusiya Federasiyasının vətəndaşı olmalarını, ailə üzvlərinin Rusiyada yaşamalarını və uzun müddət ərzində ailələrində ayrı yaşamalarını müstəsna hal kimi nəzərə almışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. İşin faktiki halları hər iki təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin o lunmasını zəruri edirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən: “Xuliqanlı q, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, a z ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiq indən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “ Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərə cəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 62-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü i l tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum1 və Məhkum2 cəza təyin edərkən yüngülləşdirən halların mövcudluğunu və həmin halların məcmu qaydada müstəsnalığını əsas götürmüşdür. Lakin bununla bağlı məhkəmələr sadəcə həmin halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını lazımınca əsaslandırmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum1 və Məhkum2 CM-in 62-ci maddəsini tətbiq edərkən işin cəza təyini zamanı istinad etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tə tbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilmə li, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkumlar haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum1 və Məhkum2 oğlu haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar