Məhkəmə qərarları › İş №1(102)-1606/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1606/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1606/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Bəraət almış şəxs - Məhkum1 və müdafiəçisi Abbasov Murtuzəli Ayın oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və nümayəndəsi Mustafayev Rafiq Həm id oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü ilə (Hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində an adan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 47, ev 286A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi döngə 1, mənzil 14-də yaşayan, 19 yanvar 2020-ci il tarixdən həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək “şübhəli şəxs” qismində saxlanıldığı 2 gün müddət cəza müddətinə hesablanıb çıxılaraq üzərində 06 (altı) i l 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarətinə vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; xx xxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri il ə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 47-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 yanvar 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi və 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində pulun Məhkum2 və Məhkum1 tutularaq Vüsal Atayevaya ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-557/2022 saylı, 14 aprel 2022-ci il tarixli (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Aqil oğlundan ibarət tərkibdə) hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, X6 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkdiyinə görə həbsdən azad edilməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs X6 və Məhkum2 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmlə iş üzrə maddi sübutların taleyi və digər məsələlərdə həll edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 1(103)-557/2022 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs və nümayəndəsi Mustafayev Rafiq Həmid oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Hökmdən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Faiq Abdullayev özgənin əmlakını ələ keçirmə k məqsədi ilə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verd iyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyriyaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Məhkum2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən M əhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Məhkum2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə qardaşı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Məhkum1 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyriyaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub qardaşı Məhkum1 birgə nikahdan olan ö vladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Məhkum1 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin, kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi hökm çıxararkən bəraətin dəlilləri qismində göstərmişdir ki, işdə olan sübutlar ittihamın həlli üçün kifayət deyil, işin apellyasiya baxışı zamanı zərər çəkənin lombard fəaliyyəti ilə məşğul olması, onun verdiyi pul ların dələduzluq yolu ilə keçirilməsinə şübhələrin yaranması, tərəflər arasındakı münasibətlərin əsasən lombard fəaliyyəti ilə bağlı olması müəyyən edilmiş, işdə təqsirləndirilən şəxslərə CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın sübuta yetirilməsi üçün kifayət qədər dəlillər olmamışdır. Ona görə də, irəli sürülmüş ittiham üzrə Məhkum1 və Məhkum2 təqsirləri sübuta yetirilməmiş sayılmalı və onlara CM-nin 178.3.2-ci maddəsi ilə bəraət veriİməlidir. Hesab edirəm ki, məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli bəraət hökmünü çıxararkən, irəli sürülmüş amin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhk əmə hökmünün əsasını yolverilməz sübutlar (yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələri) təşkil etdiyindən və bunun nəticəsi olaraq Məhkum1 Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verildiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işində olan aşağıdakı mötəbər dəlillər, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, aparılmış istinaq hərəkətlərinin protokolları və digər sübutlar əsasında Məhkum1 və Abdullayev Novruzəli oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması aşkar təsdiq edilmişdir. Digər tərəfdən kollegiya nəzərə almamışdır ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskdə olan məlumatlara ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə sübut kimi kifayət qədər istinad olunmuş, ittiham aktının 6, 22-45-ci vərəqələrində danışıqların detalları ətraflı açıqlanmış, birinci instansiya məhkəməsinin hökmünün isə 12-ci vərəqinin 6-cı abzasında həmin məlumatların məzmunu qısa şəkildə qeyd olunmaqla qiymətləndirilmişdir. Danışıqların məzmununda olan məlumatlara təhrif edilmiş şəkildə istinad edən məhkəmə kollegiyasının yalnız təqsirləndirilən şəxslərin sözləri ilə təsdiqlənən qənaətinə görə, diskdə tərəflər (Faiq və vüsalə) arasında faizlər barədə danışıqlar aparılmışdır. Lakin, kollegiyanın qənaətinin əsassız olması elə həmin məlumatların təhlili zamanı təsdiq olunur. Belə ki, kollegiyanın öz hökmündə istinad etdiyi məlumatlardan birmənalı aydındır ki, əvvəla, Məhkum1 t ərəfindən Zərərçəkmiş şəxs ünvanına “sənin aylıqların verilir”, “bu yandan faizlər dirəndi”, kimi ifadələrinin “aylıq” hissəsinin nə üçün zərər çəkmişin göstərdiyi və ona verilmiş cüzi qazanc kimi deyil, məhz faiz kimi qəbul olunması məhkəmə tərəfindən əsaslandırılmır, bundan əlavə, Məhkum1 bu yandan faizlər dirəndi” ifadələrini işlətməklə, əksinə, Zərərçəkmiş şəxs ilə bağlı olmayan, digər işlərilə bağlı borc faizlərini qaytara bilməməsini zərər çəkmişə izah etməklə özünü vəziyyətdən çıxarmağa çalışır. Kollegiyanın Məhkum2lə Zərərçəkmiş şəxs arasında olan pul söhbətinin lotoreyaya aid olması hissəsində gəldiyi bəraət verici nəticənin düzgün olmaması ittiham aktının 39cu vərəqində təsdiqlənmişdir. Həmin danışıqların məzmunundan görünür ki, Məhkum2lə Zərərçəkmiş şəxs arasındakı lotoreya söhb əti ümumiyyətlə bu işə və verilmiş ittihama aid olmamışdır. Eyni danışıqların ittiham aktının 32-ci vərəqində 3 və 4-cü abzaslarında qeyd edilmiş «hissələrindən görünür ki, Q1-şərti işarəsi ilə (Zərərçəkmiş şəxs) işarələnmiş qadın səsinin: “Mən girdim 80 minin altına, ama siz gör neynəmisiz?” ifadəsi K1-lə (Məhkum1) işarələnmiş kişi səsi tərəfindən inkar edilmir. Həmçinin, ittiham aktının 35-ci vərəqində, 36 və 37-ci abzaslarda qeyd olunmuş Q1şərti işarəsi (Zərərçəkmiş şəxs) işarələnmiş qadın səsinin: “başıva dönərəm, neynirsən elə 187 min puldu...” ifadələrinə K1-lə (Məhkum1) işarələnmiş kişi səsi “bildim” cavabını verməklə həmin məbləği aldığını etiraf etmişdir. Məhkəmə kollegiyasının ittihamın təsvirində zərərçəkmiş şəxs tərəfindən pulların nə vaxt, yəni aylar və günlər göstərilməklə ve rilməsi, cinayətin konkret törədilmə vaxtı barədə məlumatların əksini tapmaması barədə mövqeyi ilə əlaqədar qeyd olunmalıdır ki, hazırki əmələ görə şəxslərə ittiham vahid qəsdlə əhatə olunan və cinayətlər çoxluğunu təşkil etməyən bir cinayət əməlinə (davam edən cinayət kimi) münasibətdə verilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi davam edən cinayətlərin anlayışını vermir. Lakin bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunur. Bu cinayətlər məhkəmə təcrübəsində də tanınır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında vahid qəsdlə əhatə olunan oxşar cinayə t hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirməyin zəruri olması göstərilmişdir. Davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən cinayət əməllərinin məcmusudur, bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılann oxşar əməllərdən ibarətdir, bir-biri ilə vahid niyyət və ümumi nəticənin əldə olunması istəyi ilə birləşirlər və həmin əməllər cinayətlər çoxluğu kimi deyil, konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Bu baxımdan, CPM-nin 74.2.2-ci maddəsinə istinad edərək, sonuncu əməlin törədildiyi yerin davam başa çatdığı yer olmasını nəzərə aldıqda, sonuncu əməlin törədilmə vaxtının da cinayətin başa çatdığı vaxt hesa b olunmasına qanunla heç bir məhdudiyyət yoxdur. Ona görə də, hazırki ittihamda əməlin dispozitiv əlamətləri detalları ilə təsvir edilməklə davam edən cinayətin başlandığı və son əməlin törədildiyi vaxt göstərilmişdir və bu hal yalnız formal əsaslandırma ilə əməlin cinayət hesab olunmaması, yaxud təqsirin sübut olunmaması qənaətinə gəlməyə əsas vermir.Lakin apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxararkən yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə işdəki digər bütün sübutlara nisbətdə üstün hüquqi qiymət vermiş, hansı səbəbdən təqsirləndirilən şəxslərin ifadələrinin zərər çəkmiş, şahid ifadələrindən və digər sübutlardan daha mötəbər olmasını əsaslandırmamış, hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd səbəblərini göstərməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq zamanı və məhkəmələrdə tədqiq edilmiş qeyri-obyektiv qiymətləndirməklə, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya şikayətində qeyd edilir ki, Təqsirləndirlən şəxslər Faiq və Fərid Abdullazadənin bütün ifadələri özləri müdafiə etməyə yönəlmiş yalan ifadələrdir. Bu həm özlərinin söylədikləri ilə həm də digər sübutlarla tam təsdiq olunur. Belə ki, Məhkum1 ifadələrində göstərmişdir ki, guya pulları Zərərçəkmiş şəxs sələmə almış və buna görə ona faiz ödəmişdir. Belə olan halda meydana sual çıxır ki bu necə sələmdir ki, aldığı puları qaytarılmamış (əs as və faiz borc) Zərərçəkmiş şəxs yenidən ona təkrar- təkrar ’’faizə” pul vermişdir? Belə bir hal mümkündürmü ki, faizə pul verən şəxsin pulu qaytarılmadığı halda borc yenidən dəfələrlə faizə pul versin? Məhkum1 ifadələrində etiraf etmişdir ki, Zərərçəkmiş şəxs ona inanmış və etibar etmişdir, ona görə də verdiyi pullara görə heç zaman qirov tələb etməmişdir, sənədləşdirmə aparmamışdır. Deməli, qismən olsa da, özü etiraf etmişdir ki Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldadıb pulları ələ keçirmişdir. Bundan əlavə, Məhkum1 özünün məsuliyyət dərəcəsini azaltmaq məqsədilə bilə -bilə yalandan göstərmişdir ki, güya Zərərçəkmiş şəxs götürdüyü və ona borclu olduğu pulun məbləği 48 500 manat təşkil edir. Bu rəqəm külli miqdara yaxın olsa da, xeyli miqdar təşkil edir və əməlin daha yüngül maddəsinə tövsif edilməsinə ümid yaradır. Bu yolla Məhkum1, etdiyi cinayət əməlin ağırlıq dərəcəsini azaltmaq niyyəti ilə dolayısı ilə təqsirini etiraf etmişdir: yəni ağir deyil, daha yüngül cinayət törətmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi bəzi sübutların əhəmiyyəti “hamarlamaq” üçün hökmdə qeyd etmişdir, iş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Abdinnov Elçin Əlövsət oğlunun ifadələri zərərəçəkmiş şəxsin sözlərinə əsasən təsfir edilmiş ifadələr olduğu üçün sübut kimi qəbul edilə bilməz. Belə ki, AR CPM-in 126.3-cü maddəsinə əsasın şahidin və digərlərinin özgəsinin sözlərindən verdikləri məlumatlar sübuit kimi istifadə edilə bilməz. Hesab edirəm ki apellyasiya məhkəməsinin bu mövqeyi də tam əsassızdır. Belə ki, göstərilən şahidlər pulun verilməsində şəxsən iştir ak etməsələr ki, baş vermiş hadisədən tam məlumatlı olmuşlar, uzun müddət ərzində Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olduqları üçün təqsirləndirilən şəxslərin bütün bələd əməllərindən xabardar olmuşlar, onlar Zərərçəkmiş şəxs problemlərini birgə müzakirə etmişlər, ona tövsiyə və məsləhətlər vermişlər, pulların xilas edilməsi üçün kömək göstərməyə çalışmışlar. Bu şəxslər özlərinin iştirakı baş vermiş hadisələrin şahidləri olmuşlar, gördükləri və eşitdikləri barədə məhkəməyə ifadələr vermişlər. Onların ifadələri yanaşı sübutlar kimi əsas faktı (dələduzluq faktını) təsdiq edən əsaslı məlumatlardır. Həmin sübutlar digər sübutlara uyğun gələrək, onları tamamlamış və digər sübutlarla məcmu halda qiymətləndirdikdə cinayət hadisənin baş verməsini təstiq edən fakültativ sübutlardır. Yuxarıda göstərilə n şahid ifadələri Zərərçəkmiş şəxs ifadələrinə tam uyğun gəlməklə, təqsirləndirilən şəxslərin ifadələri kəskin ziddiyyət təşkil edirlər. Bu fakt onu təsdiq edir ki təqsirləndirilən şəxslərin ifadələri işin obyektiv hallarına zidd olan özünü müdafiə xarakterli ifadələrdir. Zərərçəkmiş şəxs və şahidlərin ifadələri belə nəticəyə gəlməyə əsas verir ki təqsirləndirilən şəxsləri hərəkətlərindən dələduzluq cinayət əməlinin bütün tərkibinin mövcuddur. Göstərilən sübutlar biri-biri ilə və cinayət işinin digər hallar tam uyğun gələrək biri-birini tamamlayır və obyektiv nəticəyə gəlməyə əsas verir. Lakin, apellyasiya məhkəməsini mövqeyinə görə bu sübutlar qeyri-mötəbər sübutlardır. Yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş şahidlər hamısı yalan danışmışlar, təqsirləndirilən şəxslərin ifadələri isə düzgün və obyektivdir. Öz mövqeyini əsaslandırmaq üçün apellyasiya məhkəməsi həttə diskə yazılmış telefon danışıqların məzmununu da təhrif edib təqsirləndirilən şəxslərin xeyrinə təsfir edərək göstərmişdir ki güya ki burada tərəflər arasında faizlərdən söhbət getmişdir. Göründüyü ki, apellyasiya insansiyası məhkəməsi AR CPM-in 144-146-cı maddələrin tələblərinə zidd olaraq, iş üzrə mövcüd olan sübutlara ələqəli şəkildə düzgün və obyektiv qiymət verməmişdir. Təqsirləndirilən şəxslərə bəraət verən məhkəmə bunu əsaslandırmaq üçün hər hansı mötəbər sübut və dəlillərə istinad etməmiş, sübutlar arasında ziddiyyətlərin olub-olmamasını və nədən ibarət olmasını əsasladıra bilməmiş, hansı sübutları qəbul etdiyi, hansılarını rədd etdiyini və bunun səbəblərini hökmdə göstərm əmiş, sübutların məcmu halında düzgün və obyektiv şəkildə qiymətləndirmək əvəzinə hədsiz uzun formal mülahizələrə qapılmışdır: qanunları, məzmun və mənası hamıya məlum olan Ali və Konstutusiya Məhkmələrin qərarlarını şərh etməklə məşğul olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxs və nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum1 və müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xey rinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum1 və Məhkum2 əməllərində cinayət tərkibi olduğu halda əsassız olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət alması barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırma nın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərki binin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamət lərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 təqsirli bilindiyləri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkə mə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş q uracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəs dlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Məhkum2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə olunan sübutlar Məhkum1 və Məhkum2 qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə və onların sözügedən maddə ilə təqsirli bilinərək məhkum edilmələrinə imkan versə də, apellyasiya instansiyası məhkəməsi onların dələduzluq etmə cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət vermişdir. Apellyasiya Məhkəmərinin mövqeyinə əsasən Məhkum1 və Məhkum2 verilmiş ittihamla təqsirli bilməyərək CM-in 178.3.2-ci maddəsi ilə bəraət verərkən təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında müəyyən faiz qarşılığında verilmiş borc-pul münasibətləri mövcüd olmuşdur və uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs maddi tələblərini təmin edə bilməmişdir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə iş qurmaq barədə vəd vermələri və bununla bağlı onun pulunu ələ keçirmək niyyətində olmaları hər hansı sübutla təsdiq olunmur və işin həqiqi halları ilə uzlaşmır. Düzdür, Faiq Abdullayevin işlərinin uğursuzluğa düçar olması və maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar müxtəlif bəhanələrə Zərərçəkmiş şəxs verməli olduğu pulu ödəməkdən yayınmışdır, lakin belə yayınma dələduzluğun dispozisiyasına uyğun gələn aldatma kimi qiymətləndirilə bilməz. Beləliklə, Məhkum1 və Məhkum2 əməllərində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmələri barədə ittiham tamamilə əsassız olmaqla həmin ittihama görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinə bilməz və əməllərində həmin cinayət tərkib hissəsinin olmadığını əsas gətirərək bəraət vermişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 ittiham olunduqları CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilərkən səhvə yol verilməsi qənaətinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamış və bununla əlaqədar aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata k eçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topla nır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 dələduzluq cinayətini törətmədiklərinə görə bəraət verilərkən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmu şdur. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum1 və Məhkum2 əsassız olaraq bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə on larla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın s übut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məh kəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, Məhkum1 və Məhkum2 əməllərinin dələduzluq kimi qiymətləndirilməməsi əsassız olmaqla onlara bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti və kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların bəraət almış şəxslərə təqsirliliyinin müəyyən edilməməsinə münasibətdə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və əsassız olaraq Məhkum1 və Məhkum2 bəraət verilməsi haqda kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düz gün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmü ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyas ı Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-557/2022 saylı, 14 aprel 2022-ci il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar