Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1606/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə) 30 sentyabr 2021-ci il tarixli hökmü ilə xx xxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməl ini törətməkdə təqsirli bilinmiş və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 21 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olu nmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-861 /2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli hökmü Müdafiəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 15 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqla müəyyən olunmayan "Şahqələm” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 251,837 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 16,921 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, əldə etdiyi həmin narkotik vasitələri satmaq məqsədi ilə hissələrə bölərək, b ir bükümdə 200 qram çəkidə narkotik vasitə heroini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin 2-ci mərtəbəsində qonaq otağında divanın üzərində olan yastığın arxasında gizlədərək saxlamış, bir bükümdə 51,837 qram narkotik vasitə heroini və bir bükümdə 16,921 qram metamfetamini isə üzərində saxlayarkən 17 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 16,921 qram çəkidə psixotrop maddə metamfetamin, 51,837 qram çəkidə narkotik vasitə olan heroin və yaşadığı evinə baxış keçirilən zaman isə evin 2-ci mərtəbəsində olan qona q otağındakı divanın üzərində olan yastığın arxasında saxladığı bir ədəd bükümdə 200 qram çəkidə narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, istintaq zamanı izahat və ifadələri təzyiq altında vermişdir. Həmin ifadələrdə instaqram səhifəsi üzərindən Şahqələm adlı şəxslə əlaqə saxlaması göstərilsə də, həmin şəxsin adı, kodu öyrənilməli, həmin instaqram səhifəsinə baxış keçirilməli idi. O, bütün ifadələrində narkotik vasitə istifadəçisi olmağını qeyd etmişdir. O, həbs olunanda şahid qism ində dindirilmiş, evində usta işləyən şəxslərin ifadələri ilə polis əməkdaşlarının ifadələri arasında ziddiyyətlər olsa da, məhkəmə bunu araşdırmamış, polis əməkdaşlarının ifadələrini əsas tutatarq ittihamedici hökm çıxarmışdır. O, evində həbs olunmuş, evindən və üzərindən narkotik vasitə aşkar olunmamışdır, Şahqələm adlı şəxsi tanımır. Kassasiya şikayətində cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi və ya iş üzrə tam araşdırma aparmaqla,ona bəraət verilməsi xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə göstərilir ki, cinayət işinin 10-cu səhifəsində raportda Məhkum üzərində külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğu qeyd edilmişdir. Bundan sonrakı, 27- ci səhifədə, yəni “şəxsi axtarış və götürmə aparılm ası haqqında protokol” da isə Məhkum üzərindən, hansısa səbəbdən məhz elə həmin raportda adları qeyd edilən narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış aparılmamışdan öncə polis əməkdaşlarının Məhkum üzərində ümumi narkotik vasitə olmasını bilmələri bir kənara, məhz elə axtarış keçirilərkən aşkar etdikləri narkotik vasitələrin heroin və metamfetamin olması gülünc haldır. Bu bir daha onu deməyə əsas verir ki, polis əməkdaşları həmin narkotik vasitələri Məhkum evinə özləri qoymaqla onu şərləmişlər. Çünki, açıq-aydın görünür ki, axtarış aparılmamışdan əvvəl raportda ümumi narkotik vasitə deyil, məhz elə adları çəkilən narkotik vasitənin olması barədə məlumatın daxil olmasını göstərmələri, gələcəkdə Məhkum məhz həmin növ narkotik vasitələrlə cəlb edəcəklərini ə ks etdirir. Evə baxış və axtarış keçirilməsi haqqında video görüntüdə Məhkum təhqiqatçının sualına cavab olaraq narkotik vasitəni divanın arxasında saxladığını qeyd etsə də, protokolda bununla bağlı heç nə qeyd edilməyib. Əksinə olaraq birbaşa qeyd edilib ki, “divanın üstündəki yastığın arxasından”. Video görüntüdə təqsirləndirilən şəxsin dedikləri eynilə protokola qeyd edilməli halda təhqiqatçı özünə sərf edən qaydada qeydiyyat aparmışdır. Video çəkilişdən əvvəl özünün də qeyd etdiyi kimi, mənəvi təzyiqlərə məruz qalan hüquqlarını müdafiə etdiyi Məhkum ona başa salındığı kimi, divanın üstündəki yastığın altı deməkdən, divanın arxası demişdir. Çünki, Məhkum evində narkotik vasitə olmamışdır və gizlətməmişdir. Məhkum nə izahatında, nə də ifadələrində Şahqaləm adlı tanımadığı şəxslə harada, necə, nə vaxt tanış olması, sonuncunun ona narkotik vasitəni Abşeron rayonu ərazisində konkret olaraq hansı ünvana göndərdiyi və onun pulu hansı yerə, hansı küçəyə qoyması barədə hər hansı məlumat yoxdur və bu barədə sual da verilməmiş və araşdırılmamışdır. Bu xüsusat mütləq şəkildə araşdırılmalı idi. Bundan başqa ifadəsinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmalı idi, lakin istintaq səthi şəkildə aparılaraq maraqlı tərəflər olan polis əməkdaşlarının ifadələri alınmaqla kifayətlənilmişdir. Məhkum ifadələrində Şahqəlam adlı şəxslə instaqram səhifəsi üzərindən əlaqə saxladığını göstərsə də, onun nə mobil telefonuna baxış keçirilmiş, nə instaqram səhifəsi barədə, yəni adı, kodu barədə suallar verilmiş, nə də instaqram səhifəsinə baxış keçirilmişdir. Maddi sübut qismin də tanınma haqqında qərarın tarixi çap hərfi ilə 2021-ci il göstərilir. Bu isə ona dəlalət edir ki, həmin sənəd 2021-ci ildə tərtib edilmiş sənəddir və sonradan, 2021-ci ildə tərtib edilərək 2020-ci ilin noyabr ayına olan yerə tikilmişdir. Həmin qeydiyyatın da qeydiyyat kitabında yoxlanılması bardə vəsatətinə fikir bildirilməmişdir. Azərfon MMC-ə ünvanlanmış məhkəmə qərarının cavabını gözləmədən cinayət işi tələm-tələsik şəkildə məhkəməyə göndərilmiş, yəni ibtidai istintaq tam, hərtərəfli və obyektiv aparılmadan məhkəmədə hökm çıxarılmışdır. Bütün bu məsələlər apellyasiya şikayətində qeyd edilsə da, Sumqayıt Apellyasiya Məhkəməsi öz qərəzli hərəkətləri və qərarı ilə bu məsələlərə heç-bir münasibət bildirməmişdir. Qeyd edilən cinayət işində narkotik alverçiləri araşdırılıb Məhkum narkotik v asitələrini satış məqsədilə əldə etməsi iddia edilirsə onun mobil telefon nömrəsinə həmin vaxt ərzində daxil olan və çıxan zənglərin, həmin zənglərin məxsus olduğu şəxslərin Məhkumla hansı münasibətdə olduqları müəyyən edilməli idi. Şahidlər X7 və X2 ifadələri ilə də Məhkum ifadəsində göstərdiyi hallar öz təsdiqini tapmışdır. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ittihamın mahiyyətini təşkil edən bir çox şübhəli məqamlar ortaya çıxsa da, Məhkum təqsirli bilinməsi üçün bu şübhələr mütləq digər mötəbər sübutlarla aradan qaldırılmalı olduğu halda qaldırılmamış, həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməmişdir. Kassasiya şikayətinə əlavədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək Məhkum b əraət verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə məhkum və müdafiçisinin, kassasiya şikayətinin və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən ed ilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qə rarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, e yni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qər arların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərin in mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin və ona əlavənin məzmunundan görünür ki, məhkuma istinad edilən əməl mübahisələndirilərək məhkuma CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdır ma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 ünvanında yaşayır. 17 noyabr 2020-ci il tarixdə uşaqları ilə həkim müalicəsindən evə qayıdarkən həyətində Qulam adlı usta işləmiş, onlar həyətdə olarkən divarından həyətə bir nəfər atlanmış və dərhal çöl qapını içəridən açmışdır. Q apının açılması ilə birlikdə 15-20 nəfər həyətə daxil olmuşlar. Həyətə daxil olan kimi onu və həyətdə işləyən ustanı tutmuşlar. Daha sonra onu və ustanı döymüşlər. Daha sonra ustanın onlarla əlaqəsinin olmadığını bilib ustanı daha döyməmişlər və dərhal evə baxış keçirməyə başlamışlar. Evə baxış keçirilən zaman həyat yoldaşının çantasını gətirmişlər və içində narkotik vasitə olduğunu bildirmişlər. O, narkotik vasitənin ona aid olmadığını demişdir. Daha sonra kamera gətirib bildirmişlər ki, narkotik vasitənin onun olması ilə razılaşsın əks halda evdəki digər şəxsləri də bölməyə aparacaqlar. O da ailəsinin əziyyət çəkməməsi üçün onlarla razılaşmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. Əlavə onu da bildirmişdir ki, o, özü narkotik vasitə istifadəçisidir, nəşə və tiryəkdən istifadə e dir, Şahqələm adlı şəxsi tanımır, üzərinə baxış zamanı heç bir şey aşkar edilməmiş, evə baxış keçirilən zaman ailə üzvləri iştirak etmiş, evə baxış keçirilən zaman həyat yoldaşının çantasında narkotik vasitə aşkar olunmuş, lakin həmin narkotik vasitə ona aid olmamış, narkotik vasitəni çantaya əməliyyatçılar qoymuşlar. Çantada metamfetamin aşkar edilmiş, lakin o, psixotrop maddələrdən istifadə etməmişdir. Elektron tərəzidən istifadə etməmişdir. O, əvvəllər, yəni birinci dəfə məhkum olunmamışdan qabaq polis əməliyyatçılarından ikisini vurduğu üçün ona qarşı belə plan qurulduğunu düşünür, lakin bunun əməliyyatçıların planı olduğuna dair sübutu yoxdur. Polis əməkdaşları evinə 2 dəfə daxil olmuşlar, ilk dəfə evə saat 15-16 radələrində daxil olmuşlar və 2 saat ərzində evə videoçəkilişlə baxış ke çirmişlər, daha sonra isə o, polislərlə razılaşmış və onu bölməyə aparmışlar. Polis əməkdaşları ikinci dəfə axşam vaxtlarında evə daxil olmuş, evə baxış keçirərkən ailə üzvləri bunun bilavəsitə şahidi olmamış, polis əməkdaşları ikinci mərtəbəyə baxış keçirərkən ailə üzvləri birinci mərtəbədə olmuşlar, ikinci dəfə içəri daxil olanda divanın arasında yastığın altından narkotik vasitə çıxarmışlar. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin tədqiq etdiyi: Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, müvafiq təklifə Məhkum üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop ma ddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təqdim edilmiş 1 (bir) ədəd içində metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 19 (on doqquz) qram olması, 1 (bir) ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 55 (əlli beş) qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır; Evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş videodiskin məzmunundan görünür ki, Məhkum y aşadığı Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 ünvanına baxış keçirilmiş, müvafiq təklifə Məhkum həmin evin 2-ci mərtəbəsində girişdən sol tərəfdən yerləşən qonaq otağındaki divanın üzərindəki yastığın arxasından 1 (bir) ədəd göy rəngli, sellofan torbanı təqdim etmiş, sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otağinda olan stolun üzərinə qoyulmuş, sellofan torbanın içindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 203 (iki yüz üç) qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş 1 (bir) bükümdə heroinə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzi həmin torbaya qablaşdırılmış, ağ rəngli içi boş olan zərfə yerləşdirilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otaqlarına baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Məhkum üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Şahqələm” adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində qoyulan yerdən iki gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik maddələrdən mütəmadi olaraq istifadə etdiyini, verilən suallara doğru və səmimi cavab verdiyini bildirmişdir; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketin içərisindən: - Üzərində “Şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bağlamada təmiz çəkisi 16,921 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 51,837 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Üzərində “Şübhəli şəxs Məhkum yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə Üzərində “Şübhəli şəxs Məhkum yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağ ız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izi vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Məhkum üzərindən və evindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir; Diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli üzərində ZYKLEN sözləri yazılmış DVD formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ yan cib ində ona məxsus bir ədəd bükülüdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və bir ədəd bükümdə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop madda metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Məhkum bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin qabaq sağ yan cibində ona məxsus bir ədəd bükülüdə olan narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini təxminən 15 noyabr 2020-ci il tarixdə Xırdalan şəhərində "Şahqələm" adlı şəxsdən əldə edib özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirmişdir; xx.xx.2020-ci il tarixli protokoldan görünür ki Azərbaycan Re spublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli üzərində ZYKLEN sözləri yazılmış DVD formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Məhkum, yaşadığı evinə baxış keçirilən zaman bir ədəd bükümdə 200 qram çəkidə olan heroini və bir ədəd elektron tərəzini yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin 2-ci mərtəbəsində olan qonaq otağındakı divanın üzərində olan döşəyin arxasında saxladığını və həmin kütlənin, elektron tərəzinin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Məhkum bildirmişdir ki, yaşadığı evə baxış keçirilən zaman bir ədəd bükülüdə 200 qram çəkidə olan heroini təxminən 15 noyabr 2020 ci il tarixdə Xırdalan şəhərində "Şahqələm" adlı şəxsdən əldə edib Abşeron rayonu, Saray q əsəbəsinə yerləşən evində özü istifadə etmək üçün saxlamışdır; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; xx.xx.2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ilə Məhkum arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş, sonuncular istintaq orqanına vermiş olduğu ifadələrini Məhkum üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Kassasiya şikayətinə əlavədə göstərilən və müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlər X7 və X2 göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş və birinci instansiya məhkəməsinin Məhkum ifadələri ilə ziddiyyət təşkil etmələri barədə qənaətini əsaslı hesab etmişdir. Belə ki, məhkum edilmiş şəxs ifadəsində evində əməliyyat keçirilən vaxt həyətində Qulam adlı bir ustanın işlədiyini, onunla bir yerdə durduqları zaman bir nəfər polis işçisinin divardan atlanaraq darvaza qapısını açdığını göstərsə də, şahid ifadələrindən başa düşülür ki, həyətdə həmin vaxt iki usta olmuş, qapını polis işçisi deyil, usta açm ışdır. Bundan əlavə həmin şahidlərin ifadələri Məhkum evində əməliyyat-axtarış tədbirinin keçirilmə gedişatına aid olan məsələlərə aydınlıq gətirir, narkotik vasitələrin və psixotrop maddənin təqsirləndirilən şəxsin evinə polis əməkdaşları tərəfindən qanunsuz qoyulmasını və ya Məhkum tərəfindən həmin vasitələrin qanunsuz əldə edilib saxlanımasını təkzib edən hallar hesab edilə bilməz. Ona görə də Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd edilən şahidlərin ifadələri Məhkum verilmiş ittihamı təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixot rop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz ol araq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barə də verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Məhkum satış məqsədi ilə qanunsuz olaraq təm iz çəkisi 251,837 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 16,921 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona məxsus olmamasına dair məhkumun ifadələrinə tənqidi yanaşmış və narkotik vasitəni əldə etməməsi barədə göstərdiklərini məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla, işin halları ilə uzlaşmadığından obyektiv ifadələr kimi qəbul etməmiş və məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Belə olan halda, Məhkum üzərində və eyni zamanda onun yaşadığı evdə aşkar edilmiş narkotik maddənin ona məxsus olmamasına dair mülahizələr təkzib olunur, narkotik maddənin növü və miqdarı həmin maddənin satış məqsədi ilə saxlanılması barədə ittihamın dəlilləri təsdiqini tapır. Göstərilən məhkəmə qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyyələrinə riayət etməklə Məhkum əməlini düzgün olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılması və daşıması kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona əlavənin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericili yin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəmə sinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində və ona əlavədə iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevr al 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlini n cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstəril ir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və ona əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1606/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1606/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver