Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1607/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1956-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şirvan şəhər İcra hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə o lan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: X.Nuriyev (sədrlik edən), N.Quliyev və A.Musayev) Məhkum Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ü mumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.Camalov (sədrlik edən), R.Cəfərov və K.Bəşirov) apelyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 14 sentyabr 2010-cu il tarixdən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyərkən həmin şəhər İcra Hakimiyyəti üzrə təsdiq edilmiş 2003-cü il tarixli Nizamnaməyə əs asən, Mənzil Təsərrüfatı İdarəsinin balansında olan Mənzil Fondunun istismarı, mənzil fondunun əsaslı təmiri və cari təmiri, yaşayanlara lazım olan sənədlərin verilməsi, mənzil kirayə haqqının toplanması, qeyri-yaşayış sahələrinin icarəyə verilməsinin təşkil edilməsi, İcra Hakimiyyəti ilə birlikdə yaşayış evlərinin Dövlət komissiyası tərəfindən qəbulunda iştirak edilməsi, mənzil fondunun saxlanması ilə yanaşı müəssisə və təşkilatlara onların məsuliyyət tabeçiliyindən asılı olmayaraq göstərdikləri kommunal xidmətlərə görə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Şirvan şəhər İcra Hakimiyyəti üzrə ünvan 2 ünvanınd a yerləşən evin (yataqxananın) 2 nömrəli mənzilində ümumi sahəsi 58.1 m2, yaşayış sahəsi 34.8 m2 olan 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59-90-cı maddələri ilə müəyyən edilmiş qaydada müddətsiz olaraq Şirvan şəhər sakini X1 və istifadəsinə verilməsinə görə 2020-ci ilin may ayının ortalarında Şirvan şəhəri ərazisində sonuncunun əri X6 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun razılığını aldıqdan sonra həmin məqsədlə X10 ilə 19 iyun 2020-ci il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq həmin mənzilə «SMART» tipli sayğacın qoyulması üçün «ASAN» Xidmət mərkəzinə və 22 iyun 2020-ci il tarixdə Şirvan şə hər Qaz İstismar İdarəsinə məktublar ünvanlayıb, həmin gün saat 12 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “M.Füzuli parkı”nın yaxınlığında saxladığı özünə məxsus **-HR-*** dövlət nömrə nişanlı «Opel» markalı avtomobilin salonunda X11dan özü üçün şəxsən birbaşa yolla 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və törətmiş olduğu cinayət əməlinin CM-nin 311.2-ci maddəsindən həmin Məcəllənin 178.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, onun barəsində aparılan ibtidai a raşdırma zamanı hüquqları təmin edilməmiş və istintaq qanun pozuntuları ilə yekunlaşdırılaraq iş məhkəməyə verilmişdir. İşə baxan birinci instansiya məhkəmələri də ittiham aktını məhkəmə qərarlarına köçürməklə kifayətlənmiş və hərtərəfli araşdırma aparmamışlar. Məhkumun fikrincə, onun hərəkətlərində CM-nin 311.2-ci maddəsinin deyil, həmin Məcəllənin 178.2-ci maddəsinin tərkibi vardır və əməli həmin maddəyə tövsif olunmaqla cəza təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilmə məli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildiri r. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsinin tərkibi olmadığı, əməlinin CM-nin 311.2-ci maddəsindən həmin Məcəllənin 178.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəza təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 31 1-ci maddəsinə əsasən “Rüşvət alma (passiv rüşvətxorluq) cinayəti aşağıdakı kimi müəyyən edilmişdir: “311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi 311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə görə “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” kimi müəyyən edilmişdir. CM-nin 178.2-ci maddəsində isə “Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayətlərində talamanın digər növlərində olduğu kimi cinayətin obyekti mülkiyyət münasibətləri olduğu halda, rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüşvət alma (passiv rüşvətxorluq) cinayətlərində pul, əmlak və sair nemətlər cinayətin predmetini təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 201 1-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq norm asının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəs i ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və b aşqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhk əmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Belə ki, iş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətindən alınmış 22.07.2020ci il tarixli, 648 saylı məktubdan görünür ki, Məhkum 15.08.2005-29.11.2005-ci illərdə Əlibayramlı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kommunal Kombinatı Müəssisəsinin müdiri, 29.11.2005-05.11.2009-cu illərdə Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsinin rəisi, 14.09.2010-cu ildən 24.06.2020-ci il tarixədək Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində işləmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakim iyyətinin Mənzil Təsərrüfatı idarəsinin rəisi Məhkum tərəfindən Şirvan şəhər Qaz İstismar İdarəsinə göndərilmiş 22.06.2020 ci il tarixli, 470 saylı məktubda ünvan 3na yerli sakinlərin adına yeni qaz sayğaclarının quraşdırılması xahiş olunmuşdur. Sabirabad rayon Regional «ASAN» Xidmət Mərkəzinə göndərilmiş 22.06.2020-ci il tarixli, 471 saylı məktubda X7 məxsus olan ünvan 3na «SMART» tipli sayğacın quraşdırılması xahiş olunmuşdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin rəisi Məhkum ilə X9 (kirayəçi) arasında bağlanmış 19.06.2020-ci il ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi Nizami küçəsi, 36 saylı evin 2 nömrəli mənzilində yerləşən Şirvan şəhər İcra Hakimiyyəti nin Mənzil Təsərrüfatı İdarəsinin mənzil fonduna aid olan ümumi sahəsi 58,1 m2, yaşayış sahəsi 34,8 m2"dən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz olaraq kirayəçinin sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Şirvan şəhər İcra Hakimiyyətindən alınmış 22.07.2020-ci il tarixli, 649 saylı məktubdan görünür ki, Şirvan şəhəri, Nizami küçəsi, 36 saylı ev Şirvan şəhər İcra Hakimiyyətinin mənzil fonduna aid deyil, həmin bina Şirvan şəhər Təhsil şöbəsinin 22 iyul 2020-ci il tarixli 307 nömrəli məktubuna əsasən 1 May küçəsində dövlət mülkiyyətində olmaqla hazırda istifadəsiz olaraq 28 saylı peşə məktəbi kimi Şirvan şəhər Təhsil şöbəsinin balansındadı r. Qeyd olunan bina 1992-ci ildən 2020-ci il fevral ayınadək məcburi köçkünlərin yaşayış sahəsi kimi istifadələrində olmuşdur. X3 və X10 Şirvan şəhər ərazisində yaşayış sahəsi ilə təmin olunmaları barədə şəhər İcra Hakimiyyətinə rəsmi müraciətləri olmamış, həmin şəxslərə yaşayış sahəsinin ayrılması üçün heç bir sərəncam verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Məhkum cinayət əməlini törədərkən Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsinin rəisi kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik olmaqla qeyd olunan yaşayış sahəsinin rəisi olduğu idarənin balansında olmasını hesab etməklə faktiki olaraq X11un xeyrinə hərəkətlər etməklə onun və ailə üzvlərini qeyd olunan mənzilə yerləşdirmiş və bağladığı kira yə müqaviləsində mənzilin Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansında olmasını göstərməklə vəzifəli şəxs kimi qanunsuz hərəklərə yol verərək Şirvan şəhər Təhsil şöbəsinin balansında olan ünvan 4 X3 və X10 istifadəsinə verilməsi ilə bağlı X12dan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlər X13, X9, X8 ifadələri, 22 iyun 2020-ci il tarixli baxış protokolu, “CD” diskə baxış protokolu, Sənədlərin-texniki ekspertizasının 5/401 saylı, 22.07.2020-ci il tarixli rəyini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əs aslı olaraq Məhkum oğlunun əməlini CM-nin 311.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübuların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 178.2-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır.Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bi r halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşını (65 yaş), yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinm əsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il ta rixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1607/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1607/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver