Məhkəmə qərarları › İş №1(102)-1607/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1607/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1607/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 32.5, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 32.5,206.3.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər X3 və X4 ibarət tərkibdə) 08 sentyabr 2021-ci il tarixli hökmü ilə xx x xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, ev 30-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü ma ddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 26 iyul 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış Məhkum3 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 26 iyul 20 20-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində onun təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilməsi hökm edilmişdir. Hökmlə digər şəxs- Məhkum1 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə) 18 aprel 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməm işdir. Məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum3 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair 08 sentyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 20 6.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsin ə və Azərbaycan Respublikası ərazisində realizə edilməsinə əvvəlcədən vəd verib köməklik etməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışları Məhkum1, Məhkum3 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Şahruz” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən "Şahruz” adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 10.522,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 495,799 qram çəkidə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi il ə Məhkum1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 2020-ci ilin iyul ayının əvvəlindən 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu ərazisində yerləşən müxtəlif yerlərə daşıyıb gizlədib saxlayaraq bu barədə Məhkum1 məlumatlandırmış, bundan sonra sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni gələcəkdə satışını həyata keçirmək məqsədi ilə göstərilən müddət ərzində həmin yerdən götürüb qanunsuz əldə edib külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 495,1 qram çəkidə psixotrop ma ddə metamfetamini Məhkum1 və Məhkum3 birlikdə yaşadıqları ünvan 2 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, Məhkum1 narkotik vasitə heroinin külli miqdarda 10.016,3 qram çəkidə olan hissəsini idarə etdiyi "Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobildə, külli miqdarda 4,778 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığına daşımış, Məhkum2 isə psixotrop maddənin 0,699 qram çəkidə olan hissəsini üstündə saxlamaqla ünvan 2 ünvanına daşımışdır. Məhkum1 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum1 həmin gün saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 4,778 qram çəkidə narkotik vasitə heroin, bundan başqa, həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Məhkum1 idarə etdiyi "Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm olmaqla, ümumilikdə 12 (on iki) bükümdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram olmaqla, ümumilikdə və ayrı-ayrılıqda külli miqdarda 10.016,3 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat- axtarış tədbirinin davamı olaraq həmin gün saat 07.00-da evə keçirilən baxış zamanı Məhkum1 və Məhkum3 birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izlər i olan elektron tərəzi, mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, həmin evdə saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş Məhkum2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sol yan cibindən 0,699 qram çəkidə evə baxış keçirilən zaman soyuducunun buzxanasından götürülmüş psixotrop maddə metafetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1,234.4.3 və 238.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham a əsasən, o, oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlamış və eləcə də, tamah məqsədi ilə təkrarən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş və saxlamışdır. Belə ki, Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psix otrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində realizə edilməsinə əvvəlcədən vəd verib köməklik etməklə həmin külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə əmisi oğlu Məhkum1, tanışı Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahruz” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Şahruz” adlı şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 10.522,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 495,799 qram çəkidə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə Məhkum1 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 2020-ci ilin iyul ayının əvvəlindən 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu ərazisində yerləşən müxtəlif yerlərə daşıyıb gizlədib saxlayaraq bu barədə Məhkum1 məlumatlandırmış, bundan sonra sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni gələcəkdə satışını həyata keçirmək məqsədi ilə göstərilən müddət ərzində həmin yerdən götürüb qanun suz əldə edib külli miqdarda 501,6 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 495,1 qram çəkidə psixotrop maddə metamfetamini Məhkum1 və Məhkum3 birlikdə yaşadıqları ünvan 5 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, Məhkum1 narkotik vasitə heroinin külli miqdarda 10.016,3 qram çəkidə olan hissəsini idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobildə, külli miqdarda 4,778 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığına daşımış, Məhkum2 isə psixotrop maddənin 0,699 qram çəkidə olan hissəsini üstündə saxlamaqla ünvan 5 ünvanına daşımışdır. Məhkum1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotik lərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 həmin gün saat 03.00-da Abşeron rayonu ərazisində yerləşən Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyi yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 4,778 qram çəkidə narkotik vasitə heroin, bundan başqa həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Məhkum1 idarə etdiyi “Khazar SD” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağın altından 3 (üç) büküm, arxa saxlanc yerindən isə 9 (doqquz) büküm olmaqla, ümumilikdə 12 (on iki) bükümdə təmiz çəkiləri 1.534,2 qram, 1.461,9 qram, 1.458,6 qram, 1.492,9 qram, 1.034,9 qram, 462,1 qram, 453,2 qram, 378,9 qram, 469,3 qram, 417,8 qram, 397,7 qram və 454,8 qram olmaqla, ümumilikdə və ayrı-ayrılıqda külli miqdarda 10.016,3 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat- axtarış tədbirinin davamı olaraq həmin gün saat 07.00-da evə keçirilən baxış zamanı onun Məhkum1lə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evin mətbəxində yerləşən soyuducunun buzxanasından bir ədəd bükümdə külli miqdarda - 501,6 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda - 495,1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, mətbəxdəki masanın üzərindən isə 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum3 tamah məqsədi ilə 2020-ci ilin iyul ayının əvvəlində əmisi oğlu Məhkum1, tanışları Məhkum2 və Şahid1 dəfələrlə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evdə tiryəkxana təşkil edərək 26 iyul 2020-ci il tarixədək olan müddət ərzində təkrarən tiryəkxana saxlamışdır. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd olunur ki, Məhkum3 ibtidai istintaq za manı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində tək olaraq yaşamış, polis əməkdaşları tərəfindən tutulmamışdan bir ay əvvəldən əmisi oğlu Ramın Ələkbərov da onunla birlikdəhəmin evdə qalmışdır. Onun əmisi oğlu Ramin, həmçinin dostları Məhkum2 və Şahid1 narkotik vasitə və psixotrop maddələrin istifadəçisidirlər. Onlar hər üçü tez-tez onun yaşadığı evdə yığışaraq narkotik vasitə və psixotrop maddəni özləri ilə gətirdikləri ampuiada qızdırıb tüstüsünü udmaq yolu ilə qəbul edirdilər. 26 iyul 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə baxış keçirən zaman mətbəxdə yerləşən masanın üzərindən 3 ədəd ampula aşkar olunmuşdur. Ramin həmin ampulalardan "şüşəni” (metamfetamin) qəbul etmək üçün Əbdül və Orxanla birlikdə İst ifadə etdiklərini bildirmişdir. Əbdül və Orxan Raminin dediklərini təsdiq etmişlər. İş üzrə təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadəsində; göstərmişdir ki, əmisi oğlu Səfər özü heç bir narkotik vasitələrdən istifadə etməmiş, onun iranlı ilə narkotik satmasından xəbəri olmuşdur. O, dostları Orxan və Əbdülə qəbul etmək üçün narkotik vasitə heroini qramını 50 manatdan satırdı. Onlar birlikdə əmisi oğlu Səfərin evində psixotrop maddələr qəbul edirdilər və Səfər evində onların "şüşə”, yəni metamfetamin istifadə etmələrinə irad bildirmirdi. Həmçinin təqsirləndirilən şəxs Məhkum1 ifadəsində göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayan gün həmin ərəfədə yaşadığı, əmisi oğlu Səfərə məxsus evə baxış keçirilən zaman mətbəxdə yerləşən masanın ü zərindən 3 ədəd ampula aşkar olunmuşdur. O, həmin ampulalardan şüşəni(metamfetamin) qəbul etmək üçün Əbdül və Orxanla birlikdə istifadə etdiklərini bildirmişdir. Əbdül və Orxan onun dediklərini təsdiq etmişlər. İş üzrə təqsirləndirilən şəxs Məhkum2 və Şahid1 də eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxslər Məhkum3, eyni zamanda Məhkum1 və Məhkum2 məhkəmə baxışı zamanı özlərini təqsirli bilməyərək fərqli ifadələr vermələrinə baxmayaraq, məhkəmələr belə qənaətə gəlmişlər ki, Məhkum1, Məhkum2 və Məhkum3 məhkəmə istintaqında ibtidai istintaqın ilkin; dövründə verdikləri ifadələrdən fərqli məzmunda ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Səfər Əiəkbəriinin həm öz ifadələrindən, həm də digər təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, həmçinin Şahid1 ifadələrindən göründüyü kimi Məhkum3 narkotik vasitə psixotrop maddələrdən istifadə etməmişdir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 2678 saylı rəydən görünür ki, Məhkum3 müayinə: zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Məhkum3 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum3 istifadəçisi olmadığı halda özünə məxsus yaşadığı evdə digər şəxslərin narkotik vasitə və psixotrop maddələrdən istifadəsi üçün şərait yaratmışdır. Kassasiya protestində Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 238.2.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 20 22-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Məhkəmə iş üzrə araşdırılmalı olan sübutları araşdırmış, lakin düzgün qiymət verməmişdir, apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Hər iki təqsirləndirilən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı verdikləri ifadəsində bir daha təsdiq etmişlər ki, Məhkum2lə narkotik satışı, eyni zamanda qaçaqmalçılıq ilə bağlı əvvəlcədən heç bir razılıqları olmamış, bu barədə kiminləsə əvvəlcədən danışıqları, sövdələşmələri olmamışdır.ibtidai istintaq orqanının Məhkum2 narkotik satışı ilə guya məşğul olduğunu sübut edəcək istinad etdiyi Şahid6 Elsəvər oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verərək göstərdi ki, o, əvvəllər nadir hallarda heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. O, hazırda narkotik vasitədən istifadə etmir. O, Məhkum2la Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəbdə oxuyarkən tanış olmuşdur. Həmin vaxt onun Əbdüllə normal münasibəti olmuş və hərdən onlar məhəllədə görüşmüşlər. Görüşlərin birində Əbdül ona narkotik vasitədən istifadə etdiyini demişdir. O da həmin ərəfədə narkotik vasitədən istifadə etdiyindən Əblülə narkotik vasi tədən istifadə etdiyini bildirmişdir. Sonra o, bir dəfə Əblüllə görüşmüş və onlar birlikdə narkotik vasitədən istifadə etmişlər. Əbdül heç vaxt ona narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkum2 əvvəl narkotik vasitə satması, onun hazırki aşkar olunmuş narkotik vasitənin “əlbir olaraq” qaçaqmalçılıq yolu ilə əldə olunması nəticəsinə gəlinməsi üçün əsas ola bilməz, əlbirliklə əlaqədar hətta, bu cinayətin “təşkil edən” Raminin istintaqda ifadəsində belə hər hansı bir dolğun ifadəyə təsadüf gəlmək olmur. Məhkum2 əlbir olaraq narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədilə əldə edib saxlaması da iş materialları ilə təsdiq olunmur. Məhkum2 narkotik vasitə ilə əlaqədar hər hansısa bir istehlakçı ilə əvvəlcədən razılaşması, narkotik vasitəni əldə etdikdən sonra onu çəkib xırda bağ lamalara bükülməsi müəyyən edilməmişdir. Yəni onun narkotik vasitəni satmaq və ya başqasına verməklə bağlı birbaşa qəsdi olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin özünün istifadə üçün əldə etdiyini də dəfələrlərlə bildirmişdir. Məhkum2 məhkum olunduğu CM-nin 234.4.1, 234.3-cü maddəsi verilmiş ittiham CM-nin 234.1 -ci maddəsinə tövsif olunmalıdır.Müdafiə tərəfi olaraq hesab edir ki, Məhkum2 verilmiş ittiham qanunsuz və əsassızdır, ona qaçaqmalçılıqla əaqədar verilmiş ittiham üzrə bəraət verilməlidir. Belə ki, adları qeyd olunan şəxslərlə əvvəlcədən hər hansı bir əlaqəsi, bu əlaqəni təsdiq edən ən azından telefon danışığının olması belə müəyyən olunmadığı halda, şəxsə qaçaqmalçılıq cinayətinə görə ittiham verilməsi yol verilməzdir. Belə ki, istintaq zamanı isə Məhkum2 qanunsuz olaraq dövlət sərhədini keçməsi, narkotik vasitəni sərhəddən daşıması və ya göndərməsi müəyyən edilməmişdir. Həmin narkotik vasitənin nə vaxt, kimlər tərəfindən, hansı qaydada dövlət sərhəddindən keçirilməsini, narkotik vasitənin həqiqətən dövlət sərhəddindən keçirilməsini, yoxsa əvvəl sərhəddən keçirilmiş və ya Azərbaycanda istehsal olunmuş narkotik vasitənin özünün götürdüyü yerə qoyulmasım bilməmiş və məlumatı olmamışdır. Ona görə də Məhkum2 CM-nin 32.5, 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham sübuta yetmədiyindən ona həmin maddələrlə ona bəraət verilməlidir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində Məhkum2 oğu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarını ləğv edib, Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ola icr aata xitam verilməsi, əməlin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr əməliyyatın necə keçməsi və nə baş verməsi ilə bağlı əməliyyatda iştirak edən polisləri dindirməmiş, təqsirləndirilənlərin həmin vaxtı müdafiə hüquqlarının pozulub pozulmamasına münasibət bildirməmişlər. Məhkum1 saxlanılanda o evdə narkotik vasitənin saxladığı barədə məlumat vermişdir. Həmin narkotikdən digərlərinin, xüsusilə də Məhkum3 məlumatı olması barədə heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilən polisin əməkdaşlıq etdiyi və şahidliyə məcbur etdiyi narkotik maddə aludəçiləri Şahid5, Şahid6 ümumiyyətlə Məhkum3 adını çəkməmişlər. Məhkəmələr 10 avqust 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokola istinad etməyə çalışıb və qeyd edir ki, onunla Umarov arasında 39 dəfə telefon danışığı olmuşdur. Lakin, bu telefon danışığının nə barədə olması ilə bağlı heç bir məlumat iş materiallarında yoxdur. Halbuki, həmin şəxslərin dostluq münasibətlərinin olması hər kəs üçün açıq-aşkardır. Həmçinin həmin zənglərin Səfər və ya Ramin tərəfindən edilməsi də müəyyən edilməmişdir. Ona görə də bütün hallarda bu telefon zəngləri ittihamın əsası kimi qəbul edilə bilməzdi. Məhkum3 heç bir cinayət törətməmiş və onun əməlində heç bir cinayət tərkibi mövcud deyildir. Müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilmiş epizodlar üzrə cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM -nin 42.1 və 42.2.1-ci maddələrinə əsasən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət təqibinə bəraətvericİ əsaslarla xitam verilməsi, Məhkum3 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin, kassasiya ş ikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin olunmamalı, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən a sılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya p rotestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya protestinin Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.2-ci madddəsi ilə bəraət verilməsinin əsassız olması barədə dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqay isəli təhlilinə əsaslanaraq qeyd edir ki, Məhkum3 Cinayət Məcəlləsinin 238.2.2-ci madddəsi elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, ona göstərilən cinayət əməli üzrə bəraət verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və bu məqsədlər üçün binalar vermədə ifadə olunur. Tiryəkxana dedikdə, yaşayış (mənzil, ev, bağ evi, mənzilin otağı) və ya qeyriyaşayış (anbar, zirzəmi, qaraj, evin çardağı və sair), yaxud xidməti təyinatlı tikililər başa düşülür. Buraya, həmçinin xüsusi ol araq hazırlanmış yerlər (koma, çadır və sair) aid edilə bilər. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə dedikdə, tiryəkxana üçün yaşayış və qeyri- yaşayış sahələrinin əldə edilməsi, icarəyə və ya əvəzsiz olaraq istifadəyə/sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təchiz edilməsi və sair bu kimi hərəkətlər başa düşülür. Tiryəkxana saxlama dedikdə isə şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etdiyini və ya saxl adığını, yaxud bu məqsədlərlə binalar verdiyini dərk edir və belə hərəkətlər etməyi arzu edir. Bu cinayət tamah motivi ilə törədilir. Nəzərdən keçirilən cinayətin subyektiv cəhətinin zəruri əlaməti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını təmin etmədən ibarət olan xüsusi məqsəddir. Göründüyü kimi Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ancaq tamah məqsədi ilə törədilir. Lakin cinayət işinin materiallarında Məhkum3 qarşı Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə irəli sürüllmüş ittiham üzrə onun tamah məqsədi ilə təkrarən narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsini və saxlamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə istintaqında Məhkum3 öz evində tiryəkxana təşkil edib saxlam asını təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi üzrə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum3 tərəfindən Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsinin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətin və ya hərəkətlərin törədilməsi, həmin hərəkət və ya hərəkətlərin nədən ibarət olması, nə vaxt, hansı şəraitdə və kimə nisbətdə törədilməsi ilə bağlı heç bir sübut əldə etməmişdir. Belə ki, bir şəxsin bir neçə başqa şəxslə birlikdə yaşadığı evdə narkotik vasitə və psixotrop maddə istifadə etməsi qətiyyən tamah məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması, o cümlədən təkrarən narkotik vasitə və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən məhkəmə haqlı olaraq məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Məhkum3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutl arı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək Məhkum3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır.Apellyasiya məhkəməsinin qərarının Məhkum3 Cinayət Məcəlləsinin 238.2.2-ci maddəsi ilə bəraət verilməsi hissəsində qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərl iyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət təqibinə bəraətvericİ əsaslarla xitam verilməsi barədə dəlillərini əsassız sayaraq, aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum3 oğlunun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə məhkəmələr tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, 26 iyul 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar, ekspertiza rəyləri, 10 avqust 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan 26 iyul 2020-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında pro tokoldan görünür ki, həmin gün saat 07.00-da Məhkum1 və Məhkum3 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 73 A saylı evə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində yerləşən soyuducunun buzxanasından 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, habelə mətbəxdəki masanın üzərindən 3 (üç) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan şüşə borucuqları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsində Məhkum2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edil ərək götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan aşağı instansiya məhkəmələri iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində qeyd olunan dəlillərini cinayət məsuliyyətindən yayınmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkum3 qarşı CMin 234.4.1 və 23 4.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil. Cinayət işi üzrə müəyyən edilmiş hallardan həmçinin görünür ki, əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 73 A saylı evdə saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş Məhkum2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sol yan cibindən 0,699 qram çəkidə evə baxış keçirilən zaman soyuducunun buzxanasından götürülmüş ps ixotrop maddə metafetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 psixotrop maddənin satış məqsədilə saxlaması əməli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzər də tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəlləni n 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum2 psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapsa da, onun psixotrop maddələrin satışı ilə bağlı Məhkum1, Məhkum3 qabaqcadan əlbir olması, həmçinin külli miqdarda psixotrop maddələri satış məqsədi ilə saxlaması müəyyən edilmir. Belə ki, nə iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslər, nə də ki şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla Məhkum2 göstərilən şəxslərlə qabaqcadan əlbir olması öz təsdiqini tapmır. Həmçinin Məhkum2 üzərindən aşkar olunan psixotrop maddə külli miqdarda olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, prose ssual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmam ası barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair mə hkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Məhkum2 psixotrop maddənin satış məqsədilə üzərinə saxlaması əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum2 psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlaması ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmiş,buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə dəyişdirilməli və onun əməli CM-in 234.2-ci madd əsinə tövsif edilməlidir. Lakin məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin qeyd edilən məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayır. Belə ki, onun tərəfindən psixotrop maddənin satış məqsədilə saxlamasına yuxarıda qiymət verilmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum2 və Məhkum3 həmin narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində köməkçi qismində iştirak etmələri nəticəsinə gələrək onların əməlini CM-in 32.5, 206.3.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh ed ilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilm əsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları göm rük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçird ikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilm əklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törə dilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, Məhkum2 və Məhkum3 işin hallarında təsvir olunan qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddərat ına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi cinayətinin icrasında rolu olmamış, Məhkum3 yalnız külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, daşıma və saxlaması, Məhkum2 isə psixotrop maddəni satış məqsədi ilə əldə etmə, daşıma və saxlama cinayətində iştirak etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum2 və Məhkum3 narkotik vasitələrin şəxsiyyəti istintaqa məlum olmayan İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşaraq Azərbaycan Respublikasına göndərilməsində və dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda respublikaya keçirilməsində məlumatı və iştirakı olmasını təsdiq edən hər hansı sübut müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-i n 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum2 və Məhkum3 təqsirliliyi sübuta yetirilmədiyinə görə onlar barəsində CM-in 32.5, 206.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin olunmamalı, kassasiya şikayətləri isə qismən təmin edilərək Məhkum2 və Məhkum3 barəsində CM-in 32.5,206.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-in 39.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməli, onlara CM-in 32.5,206.3.2-ci maddəsi ilə və CM- in 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi barədə müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddədələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və ona bu maddə cəza təyin edilməlidir. Məhkum3 üzərində Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 18 aprel 2022ci il tarixli qərarı ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxs in xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixl i qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Az ərbaycan Respublikası CPM-in 416.1.11, 416.1.15-ci maddələrinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 və Məhkum3 barələrində Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı onların CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair hissədə ləğv edilsin. Məhkum2 barəsində CM-in 32.5,206.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-in 39.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Məhkum2 CM-in 32.5,206.3.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi barədə müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmündən xaric edilsin. Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsin ə tövsif edilsin, ona bu maddə əsasında 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum3 barəsində CM-in 32.5,206.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-in 39.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Məhkum3 CM-in 32.5,206.3.2-ci maddəsi ilə və CM- in 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi barədə müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmündən xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-cu il tarixli hökmü ilə Məhkum3 üzərində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar