Məhkəmə qərarları › İş №1(102)-1607/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1607/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1607/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Hüseynov Əli Meybulla oğlunun və Quliyev Elnur Ağalar oğlunun i ştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli 1(023)-49/2020 nömrəli (sədrlik edən Nemət Musayev) hökmü ilə xx xxxx 1981-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, XXXX vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, XXX-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 10 (on) ay 17 (on yeddi) günün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında ilti zam qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin X11 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən narazı qalan məhkumlar Məhkum və X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu, Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət məhkəmə tərkibində) 21 sentyabr 2022-ci il tarixli 1(104)-05/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən Məhkum barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu birgə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, 14 iyul 2019-cu ildə təxminən saat 21:30 radələrində Qazax rayonu Daş Salahlı kəndi Fidat Məmmədov küçəsində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini n 1-ci bəndinin tələbləri pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi VAZ-21214 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən azyaşlı piyada, xx.xx.2007-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, həmin kənd sakini X3 vurması nəticəsində sonuncunun sağ bud sümüyünün qapalı sınığı xəsarəti alaraq geriyə yıxılması səbəbindən üzü Qazax istiqamətində hərəkətdə olan sürücü X6 idarə etdiyi VAZ-21154 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına düşüb avtomobilin altında sürüklənməsi nəticəsində sonuc unun açıq kəllə-beyin travması, başın sol gicgah, təpə, ənsə sümüklərinin qəlpəli sınıqları, kəllə tağı və əsası sümüklərinin sınığı, baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızmalar, başın ənsə, sol gicgah və təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişməli sınığı, sağ baldır, sol diz, sağ bud, sağ körpücüküstü, sol körpücüküstü nahiyələrinin qançırları, sağ baldır, sağ bud, sol bud, sol diz, sağ bazu, sağ said, sol körpücüküstü, sol əlin, sağ əlin arxa səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirilməsinə səbəb olması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməli və əməldə cinayət tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, prosessual hərəkətlərin icraatı qaydalarının pozulması, baş müstəntiq Azər Hüseynov cinayət işini icraatına qəbul etdiyi vaxtdan bütün istintaq hərəkətləri anca q Məhkum baş vermiş hadisədə nəyin bahasına olursa olsun təqsirli olması görüntüsünü yaratmağa yönəlmişdir. Müstəntiqin bu qərəzli mövqeyi ibtidai araşdırma mərhələsində davam etmişdir. İttihamın düzgün həll edilməsi, cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin məhz təqsirləndirilən şəxslərdən Məhkum tərəfindən törədilib-törədilməməsi, bu şəxsin təqsirli olub-olmamasına müstəntiq özünün açıq-aşkar, qərəzli mövqeyindən yanaşmış və cinayət təqibi üzrə faktiki dəlillərə (məlumatlar, sənədlərə) düzgün qiymət verməmiş, sübutlar arasında yaranmış ziddiyyətlər aradan qaldırılmamışdır. Yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 19-cu maddəsinin 3-cü abzasının tələblərinə əsasən: “Məhkəmələrin diqqəti ibtida i araşdırma zamanı keçirilmiş ekspertiza rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin" kimi tələbi mövcuddur. Bu Plenumun qərarına əsasən işdə birmənalı şəkildə maraqlı olan iki sürücüdən birinin özünümüdafiə xarakterli ifadəsi, hadisə mexanizminin müəyyən edilməsi və formalaşdırılması üçün kifayət qədər əsas hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, hadisə yerində yolun eni 6 (altı) metrdir. Hər sürücünün hərəkət zolaqı 3 metrdən ibarətdir. Hadisə yerinin baxış protokolu və sxemində göstərilib ki, VAZ-21214 markalı avtomobilin təkərindən hadisə yerində yolun sağ kənarından bir metr aralı 5,8 metr uzunluğuna tormoz izi qalıb. VAZ-21214 markalı avtomobilin eni 1,65 m-dir. Gö stərilən şəraitdə VAZ-21214 markalı avtomobilin sol tərəfi qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitələrinin yolundan 35 sm. aralıya düşür. Göstərilən şəraitdə piyadanın yolun sağ kənarından adi yerişlə 5 metr məsafə keçib VAZ-21214 markalı avtomobilin sol qanadına dəyib yerə, yəni VAZ-21 154 markalı avtomobilin yoluna yıxılması mümkün deyil. Bu baxımdan nəzərə almaq lazımdır ki, piyada yolun sağ kənarından adi yerişlə 5 metr məsafə keçdiyi şəraitdə VAZ-21214 markalı avtomobilin qabaq sol qanadı ilə vurulması şəraitində piyada 2 metr VAZ-21214 markalı avtomobilin yoluna daxil olmalı idi və göstərilən şəraitdə VAZ-21214 markalı avtomobilin sol qanadı ilə vurulmuş olsaydı avtomobilin sol qanadına yaxın məsafədə VAZ-21214 markalı avtomobilin yolunda yıxılmalı idi. Bu da hadisə yerinin bax ış protokolu və sxemində göstərilənlərə uyğun gəlmir. O cümlədən, məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 11 saylı rəyindən görünür ki, piyada XXX yetirilmiş xəsarətlərin xarakterinə görə avtomobilin onun üzərindən keçməsi nəticəsində əmələ gələn xəsarətlərə uyğun gəlmir. Yəni avtomobilin az yaşlı piyadanın üzərindən keçməsi nəticəsində qabırğalarında, döş qəfəsində və digər orqanlarında sümüklərində sınıqlar yaranmalı idi. Tibbi eksperti rəyində isə bunlar yoxdur. İttihamın əsasını təşkil edən VAZ-21154 markalı avtomobilin sürücüsü X6 ifadəsinin yerində yoxlanması zamanı müəyyən edilmiş məlumatlarla hadisə yerinin baxış protokolu və sxemi, həmçinin işdə olan digər sübutlarla uyğunluq təşkil etmədiyi üçün həmin məlumatlar əsasında alınmış məhkəmə avtotexniki ekspertin 25 fev ral 2020-ci il tarixli 4333 nömrəli rəy əhəmiyyətsiz rəy hesab olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının Məhkum aid hissədə ləğv edilərək, ona əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində məhkum və müdafiəçiləri ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının Məhkum aid hissədə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiə si üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirildiyini və məhkuma törətdiyi cinayət əməli ilə bağlı ədalətli cəza verildiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilərin birgə verdiyi kassasiya şikayətində Məhkum b arəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 26 yanvar 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Müdafiəçilərin birgə verdiyi kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda biri nci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2019cu il tarixli 19133 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21154 markalı **-DU-*** dövlət qeydiy yat nişanlı avtomobilin üzərində (alt hissəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) üzərindən keçməsi nəticəsində yaranmağa xarakterikdir. MEM-nin həmin tarixli və həmin nömrəli rəyində göstərilmişdir ki, VAZ-21214 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda) olan zədə, iz öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk və bərk olmayan predmetin təsirindən, o cümlədən insanla (piyada ilə) kontaktda olması nəticəsində yaranması istisna edilmir. Cinayət işinin materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T429/2019 nömrəli rəyində göstərilmişdir ki, “....H adisə qısa zaman kəsiyində baş verdiyindən və zərərçəkmiş şəxsin VAZ-21154 markalı avtomobilin alt səthi ilə yol örtüyü arasında yuvarlandığından xəsarətlərin konkret olaraq hansı avtomobillə yetirilməsini dəqiq təyin etmək mümkün olmadı, lakin zərərçəkmişin meyitinin müayinəsi zamanı aşkar edilən sağ bud sümüyünün qapalı sınığının kostruktiv quruluşu nəzərə alınaraq VAZ-21214 markalı avtomobilin sol qabaq yan səthi ilə vurulmasından yarana bilməsini inkar etmək olmaz. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbə b olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə-güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinin materiallarında olan MEM-in xx.xx.2020-ci il tarixli 4333 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir, təhlükə yaranan andan vurulmaya kimi piyadanın adi yerişlə 5 metr məsafə qət etməsi şəraitində VAZ-21214 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını al mağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Kassasiya şikayətinin dəlillərində Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmadığı iddia edilsə də, yol nəqliyyat hadisələri ekspertizasının 13 may 2022-cı il tarixli 8/959 nömrəli rəyindən müəyyən olunur ki, mövcud metodikanın tələblərinə əsasən piaydalar yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tətqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Məhkəmə tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21214 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Piyadanın vurulmaya kimi iti qaçışla hərəkətdə olması real deyildir. VAZ-21214 markalı avtomobilin hərəkəti istiqamətində yolu soldan sağa doğru keçərkən piyadanın VAZ-21214 markalı avtomobilin qabaq sol qanadı hissəsi ilə vurulması mümkündür. Həmçinin nəqliyyat-trasoloji ekspertizasının 19133 saylı rəyindən belə məlum olur ki, VAZ-21214 markalı avtomobilin üzərində, yəni qabaq sol qanadında olan zədə insanla kontaktda olması nəticəsində yaranması istisna edilmir. Bunla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən rəyləri iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Belə ki, hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə toplanılmış digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, ibtidai istintaq zamanı Məhkum müdafiəçisi vəkil Kazımov Əlizadə Şəfi oğlu iki dəfə yazılı vəsatətlə (cild 2, səh.33) çıxış edərək faktiki məhkum tərəfindən hadisənin törədildiyi etiraf edilmiş, lakin onun əməlinin düzgün tövsif olunmadığını qeyd edilmiş, Məhkum əməlinin CM-nin 263.2-ci maddəsindən CM-nin 263.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş, lakin həmin vəsatətlər müvafiq qərarla rədd edilmişdir. Məhkum əməlinə hüquqi qiymət ve rilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzası nı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçilərinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar