Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1607/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi) Neymət Məmmədov və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 01 iyun 2023-cü il tarixli 1(099)-463/2023 nömrəli hökmü ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi ev 9-da daimi qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Hacıqabul Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 11 (on bir) günlük hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 10 (on) ay 20 (iyirmi gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il ta rixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi 225,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini ayrı-ayrılıqda təmiz çəkiləri 1) 58,057qr, 2) 59,081qr, 3) 20,400qr, 4) 17,328qr, 5) 14,176qr, 6) 6,544qr, 7) 3,543qr, 8) 1,726qr, 9) 1,823qr, 10) 0,943qr olmaqla polietilen kəsiyi bükümlərində, 1) 3,957qr, 2) 6,302qr, 3) 21,176qr, 4) 10,877qr olmaqla kağız kəsiyi bükümlərində qablaşıdırlmış halda və ümumi çəkisi- 1,977 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrıayrılıqda təmiz çəkiləri 1) 0,828qr, 2) 0,362qr olmaqla polietilen kəsiyi bükümlərində, 1) 0,700qr, 2) 0,087qr olmaqla kağız kəsiyi bükümlərində qablaşdırılmış ha lda əynində olan boz rəngli şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 25 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 20 dekabr 2023-cü il tarixli 1(106)-519/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(099)-463/2023 nömrəli hökmü dəyişdirilmədə n saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(106)-519/2023 nömrəli qərarının ləğv edilməsini və əməlinin 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə daha ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavə verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(106)519/2023 nömrəli qərarını ləğv edərək, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübut olunmadığı üçün, yəni Məhkum əməli CM-in 234.1-1-ci maddəsinə tövsif olunmaqla ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Hər iki məhkəmə instansiyası barəsində tam əsassız və heç bir hüquqi əsası olmayan qərar çıxartmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərar verərkən öz qərarını ibtidai istintaqın qeyri-dəqiq və tam qərəzli və hüquqi əsası olmayan mötəbər dəlil və sübutlara istinad etməklə CM-in və CPM-in bir çox maddələrini kobud bir şəkildə pozmuşdur. Belə ki, üzərində faktiki qadağan olunmuş narkotik vasitə 1,5 qram olduğu halda ona qanunsuz yerə 225 qram narkotik vasitə qoyulması ilə nəticələn və ona qarşı tətbiq edilən CM-in 234.4.3-cü maddəsini tam əsassız hesab edir. Həmçinin, yüngülləşdirici hal qismində çıxış edən xüsusatları - 2 azyaşlı övladının olması, himayəsin də xəstə anasının və 1-ci qrup 2ci Qarabağ müharibəsi əlili olan qardaşının olmasını nəzərə alınmasını xahiş edir. Kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı Məhkum yuxarıda göstərilən narkotik vasitələrin ona məxsus olduğunu söyləsə də, hər iki məhkəmə instansiyasında polislər tərəfindən ona təzyiq edilməsini söyləmişdir. İstintaq materiallarında Məhkum üzərində narkotik vasitə ilə yanaşı tərəzinin də məhz yaşadığı evə yaxın saxlanılan zaman üstündə olduğu göstərilsə də, əslində polisin əməliyyatçıları 25 yanvar 2023-cü il tarixdə Məhkum yaşadığı evə saat 15 radələrində daxil olaraq onu aparmışlar. Həmçinin ona qarşı polis tərəfindən göstərilən təzyiqdən Hacıqabul rayon pr okurorluğuna şikayət etmiş, lakin sonra polis tərəfindən ona hədə qorxu gəlməsi nəticəsində üzərində olan xəsarətləri ağacdan yıxılması kimi söyləmişdir. Müdafiə tərəfi olaraq Məhkum saxlanıldığı həm Şüvəlan, həm də Kürdəxanıda yerləşən istintaq təcridxanalarına tibbi sənədlərin təqdim olunması ilə bağlı sorğu göndərilsə də, bu günə qədər heç bir cavab alınmamışdır. Birinci və apellyasiya instansiyalarında araşdırılmayan hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs 25 yanvar 2023-cü ildə yaşadığı evdən götürülmüş, amma qərarda başqa cür yazılmış, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi halları ümumiyyətlə araşdırılmamış bu barədə istintaq dövründə müdafiəçinin verdiyi vəsatət müzakirə olunmamışdır. Yalnız istintaq dövründə məcburiyyət qarşısında qaldığı vaxt ərzində əldə edilmiş sübutlara üstünlük verilmişdir. Bu isə məhkəmənin araşdırmanı obyektiv aparmamasını birbaşa sübut edir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin bir qismini etiraf edir, digərlərini və elektron tərəzini isə onun məcburiyyət qarşısında qaldığı üçün etiraf etməyə məcbur qalmasını bildirmişdir. Lakin bu hallar gözardı edilərək məhkəmədə tədqiq olunmamışdır. Həmçinin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 1(099)463/2023 saylı hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsi ona istinad edilən cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan cəza kimi həddən a rtıq ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə verilmiş əlavə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəm ələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Müdafiə tərəfinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tə rkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “külli miqdar” və “satış məqsədi” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edili r. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəti cəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə aşağıda göstərilənlərə əsasən razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla v ə narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum elan edilmiş ittihamdan da göründüyü kimi, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən ümumi çəkisi 225,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi çəkisi 1,977 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 25 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, yəni Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını və ayrı-ayrı xırda bükümlərə qablaşdırılmasını, habelə elektron tərəzinin olmasını onun həmin narkotik maddəni və psixotrop maddəni satış məqsədi ilə əldə edərək saxlamasını təsdiq edən hallar kimi nəzərə almış və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmələr Məhkum saxladığı zaman üzərində cəmi 1,5 qram heroinin olm ası, qalan narkotik vasitə və psixotrop maddə polis tərəfində ona qoyulması barədə məhkəmə iclasında verdiyi ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla təkzib olunduğundan həqiqətə uyğun olmayan, daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı ol araq belə nəticə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı m addəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Qeyd edilməlidir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin əsasını təşkil edən dəlillər məhz məhkumun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının 1,5 qram olması ilə əlaqədardır. Lakin yuxarıda qeyd edildiyi kimi həmin xüsusat cinayət işi üzrə toplanmış sübutlarla təkzib olunur. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəli r. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavəsinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1607/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1607/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver