Məhkəmə qərarları › İş №1(102)-1607/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1607/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1607/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-96/2025 nömrəli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (X4) 2024-cü il 19 iyul tarixli, 1(001)243/2024 nömrəli hökmü ilə, xx.xx.1991-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair ittiham üzrə ona həmin hissədə bəraət verilmiş, o, CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə daimi yaşayış yeri olan ünvan 1-i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmi n vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 2025-ci il 4 fevral tarixli, 1(103)-96/2025 nömrəli hökmü ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qis mən təmin edilmiş, hökm Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 243/2024 nömrəli hökmü ilə Məhkum CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 66.2-ci maddəsinə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətləri n məcmusu üzrə qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu 1 (bir) gün ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ İttiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 9 radələrində Baki şəhəri, Binəqədi rayonu, "Motodrom” yaşayış sahəsində, ictimai yerdə taksi fəaliyyəti ilə məşğul olduğu "Kia-Rio” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilində müştəri kimi əyləşən şəxsiyyəti istintaqa məlum olmayan "Cavid” adlı şəxslə "Opel Meriva” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs bir müddət əvvəl Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən "Azpetrol” YDM-də həmin məntəqənin xadiməçisinin ünvanına nalayiq sözlər deməsini bəhanə edib şəxsiyyəti istintaqa məlum olmayan "Cavid” adlı şəxslə birlikdə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ucadan nalayiq sözlər deyərək "Cavid” adlı şəxs üz ərində olan dəmir parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib baş nahiyəsinə, əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, sağ gicgah nahiyəsinin, sağ bud nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmiş, o isə, yerdən götürdüyü taxta parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə zərərçəkmiş şəxs X8 üzərində zor tətbiq edib vuraraq alın nahiyəsinin qançırlı-sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan, əl zərbələri ilə vuraraq sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişlər. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra "Cavid” adlı şəxs onu təpiklə vuraraq soldan gicgah almacıq qövsünün yerinidəyişmiş sınığı ilə müşayiət olunan sol almacıq nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o isə təpik zərbələri ilə vuraraq üst çənədə solda İV-VVİVİİ dişlərin travmatik sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetir miş, habelə Zərərçəkmiş şəxs ayaqqabısını və əynində olan köynəyini cırmaqla zədələyib məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə ittihamın xuliqanlıq niyyəti ittihamdan çıxarılmış və xuliqanlıq cinayət əməli üzrə isə Məhkum bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi xuliqanlıq niyyətinin ittihamdan xaric edilməsi ilə razılaşmış, lakin Məhkum əməlində xuliqanlıq cinayət əməlinin olması qənaətinə gələrək ittiham hökmü çıxarmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMU N VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ Məhkum kassasiya şikayətində hadisənin bir qadına görə, qadına edilən hörmətsizliyə görə baş verdiyini, bununla bağlı şahidlərinin olduğunu, məhkəmənin məlum hökmündən narazı olduğunu, işinin yenidən araşırılmasını, yenidən hüquqi qiymət verilməsini, himayəsində ana və atasının olmasını bildirərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutla rın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində həm əməlinin tövsifini, həm də ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qər arının dəyişdirilməsi və ya ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cin ayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual q anun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlilləri əsasında məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilərək məhkum edərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsinin hökmünün təhlili onu göstərir ki, məhkəmə əsassız olaraq təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin əlamətlərinin olmasını qəbul etməkdən imtina etmiş, bəzi zahiri əlamətlərə üstünlük verməklə onun hərəkətlərinin arxasında gizlənən və xaraktercə cəmi yyətə qarşı olan əməlini ictimai qaydanı pozmayan, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyən (Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan obyektə qəsd etməyən) əməl kimi qiymətləndirmişdir. Lakin qeyd edilməlidir ki, tərəflər arasında münasibətlər və hadisələr iki fazadan ibarət olmaqla onlar ayrı-ayrılıqda təhlil olunmalıdır. -təqsirkar şəxslə zərərçəkmiş şəxs arasındakı baş vermiş münasibətlər; -təqsirkar şəxslə zərərçəkmiş şəxs arasındakı baş vermiş münasibətlərin gedişatında cəmiyyətə və ictimai qaydaya yönəlmiş qərəzli hərəkətlər. Birinci instansiya məhkəməsi öz hökmü ilə düzgün olaraq məhz şəxsi münasibətlər zəminində, yəni xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurulması nəticəsinə gəlsə də, yəni həmin hissədə təqsirkar şəxsin məhz xuliq anlıq niyyətindən çıxış etmədiyi nəticəsinə gəlsə də və buna uyğun olaraq onun həmin əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsiə tövsif etsə də, həmin şəxsi münasibətlər zəminində təqsirkar şəxsin hərəkətləri ilə paralel olaraq ictimai qaydanın pozulmaması və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmaması haqqında nəticəyə gələrək təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi barədə əsassız nəticəyə gəlmişdir. İşin mübahisəsiz halı kimi qeyd etmək zəruridir ki, münaqişə və hadisə zamanı Məhkum zərərçəkmiş şəxsə qarşı “Cavid” adlı şəxslə birlikdə bir qrup şəxs halında birləşməsi və törətməsi işin faktiki halı olmaqla mübahisələndirilmir, bu hal Məhkum özünün ifadəsi ilə də təsdiq olunmuşdur. İttihamın təsvirinə əsasən hadisə zamanı Məhkum əlində silah qismində istifadə etdiyi alətin (əşyanın), yəni taxta parçasının olması ilə bağlı qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin həmin alətlə bağlı fərqli ifadələr verməsi taxta parçasının mövcüdluğunu (tətbiq edildiyini) istisna edən hal kimi və iş üzrə əhəmiyyətli ziddiyyət kimi nəzərdən keçirilə bilməz. Belə ki, zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “hadisə zamanı taxta parçasını yerdən götürüb onu vuran şəxs Nicatın yanında olan şəxs, əlində dəmir parçası ilə zərər yetirən şəxs isə Nicat olmuşdur”. Göründüyü kimi, zərərçəkmiş şəxs Məhkum əlində əşyanın olduğunu və həmin əşya ilə ona xəsarət yetirildiyini birmənalı və tərəddüdsüz olaraq təsdiq etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən həmin ifadənin əsas götürülərək ittihamda gö stərilən qaydada təqsirkar şəxs tərəfindən taxta parçasının tətbiq edilməsinə şübhə ilə yanaşılması, təqsirkarın əlində hər hansı əşya olmaması haqqında nəticəyə gəlməsi işin faktiki hallarına uyğun olan nəticə kimi qəbul oluna bilməz. Zərərçəkmiş şəxs Məhkumla üzləşdirilməsi zamanı da sonuncunun onu taxta parçası ilə vurduğunu təsdiq etmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən də zərərçəkmiş şəxsdə müəyyən olunmuş xəsarətlər də hadisə vaxtı zərərçəkmiş şəxsə qarşı sözügedən taxta parçasının tətbiq edildiyini düşünməyə əsas verir......Məhkəmə kollegiyası mübahisələndirilən hökmün “zərərçəkmiş şəxsin ziddiyyətli ifadələr” verməsinə görə bəraət hökmünün çıxarılmasına dair mövqeyi ilə razılaşmayaraq bununla bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab edir. Tərəflər arasında münaqişənin ictimai yerdə baş verməsi, münaqişənin gedişatında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə (işdə olan məlumatlara əsasən zərərçəkmiş şəxsin mobil telefonu itirilmişdir) müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərilməsi, əxlaq normalarını və cəmiyyətdə hamılıqla qəbul olunmuş davranış qaydalarının kobud surətdə pozulması halları isə şahidlər Şahid1 və Şahid2 ifadələri ilə kifayət qədər təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair gətirdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyə tdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və protestinin dəlillərini məhkəmə istintaqı aparılmaqla cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş proses iştirakçılarının çıxışlarını, hazırkı apellyasiya icraatı gedişində əldə edilmiş məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxs və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayəti və protesti əsaslı olduğundan qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsi ilə bəraət verilməsinə dair hissədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarix li hökmü ləğv edilməli, həmin hissədə cinayət işi üzrə yeni ittihamedici hökm çıxarılmalıdır...” Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qanuni, əsaslı və ədalətli məhkəmə aktı qəbul edilməsi üçün hadisənin başlama səbəbini, hadisənin baş verdiyi yeri, hadisənin davam etmə müddətini, ətrafdakı şəxlərin (ictimayyətin) hadisəyə münasibətini, cinayət prosesi tərəflərindən kimi müsbət, kimi mənfi yöndən qiymətləndirmələrini dəqiq təhlil edərək analiz etmək lazımdır. Hazırki işin faktiki hallarından görünür ki, hadisə iki hissədən ibarətdir: 1-ci hissə yanacaq doldurma məntəqəsində cərəyan edən hadisələr; 2-ci hissə isə birinci hissənin davamı olaraq “Motodrom” yaşayış sahəsində baş verən hadisələr. İttihamdan görünür ki, ittiham orqanı yanacaq doldurma məntəqəsində baş verən hadisən i ittiham daxil etməmiş, yalnız “...Azpetrol” YDM-də həmin məntəqənin xadiməçisinin ünvanına nalayiq sözlər deməsini bəhanə edib...” kimi xatırlatma edərək ittihamı yalnız “Motodrom” yaşayış sahəsində baş vermiş hadisəyə görə irəli sürmüşdür. İttihamdan da göründüyü kimi Məhkum Azpetrol” YDM-də baş verən hadisəyə görə ittiham verilməmişdir. “Motodrom” yaşayış sahəsində isə istintaqa məlum olan şəxslərdən yalnız Məhkum, zərərçəkmiş şəxs Taleh Musayev və “Cavid” adlı şəxs olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi yanlış olaraq Azpetrol” YDM-də olan şahidlərin ifadələrinə istinad edərək Məhkum xuliqanlıq cinayət əməlini törətməsinin sübuta yetirilməsi nəticəsinə dəlmişdir. (Bakı Apellyasiya Məhkəməsinin hökmünün 18-ci səhifəsi, 2-ci abzas). Bununla da, apellyasiya instansiyası məhkəm əsi ittihamdan kənara çıxaraq, ittihamı genişləndirmişdir. Baş vermiş hadisənin məhkəmələr tərəfindən müəyyən eidlmiş mənzərəsi ondan ibarətdir ki, Məhkum və Zərərçəkmiş şəxs öncədən bir-birini tanımırlar. Hər iki şəxs eyni vaxtda Azpetrol” YDM-yə daxil olurlar və həmin yerdə Zərərçəkmiş şəxslə YDM-də xadimə işləyən Şahid1 arasında münaqişəli vəziyyət yaranır, hər iki şəxs qarşılıqlı olaraq birbirlərini təhqir edirlər. Bu zaman, Məhkum ictimaiyyət nümayəndəsi kimi, qadının zərərçəkmiş şəxs tərəfindən təhqir edilməsinə, xadimə olduğu üçün aşağılanmasına dözməyərək Zərərçəkmiş şəxs öz etirazını bildirir və “ictimai yerdə anan yaşında qadının üzərinə hücum çəkirsən, bununla da kifayətlənməyərək qadının ünvanına nalaylq şəkildə ifadələr işlədərək “cındır” deyirsən, utanmırsan?”-deyərək iradını bildirmiş, bu zaman Məhkum və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, YDM-in əməkdaşları onları sakitləşdirmişlər. Hadisənin ikinci mərhələsi isə “Motodrom” yaşayış sahəsində baş vermiş və həmin vaxt Məhkum tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilmişdir. Məhkum qarşı CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi CM-in 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda və apellyasiya instansiyası məhkəməsinin h ökmündə əks etdirilməmişdir. Halbuki, hazırkı işin hallarından da göründüyü kimi, hazırkı hadisə müstəsna olaraq münaqişə tərəfləri ilə məhdudlaşmışdır. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayət əməli də məhz xuliqanlıq niyyəti ilə törədilən cinayətlər kateqoriyasına daxildir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin xuliqanlıq niyyətinin olmaması və xuliqanlıq cinayət əməlinin olması ilə bağlı gəlmiş olduğu nəticə ziddiyyətlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti mövcud olmadığı və onun şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, Məhkum hərəkətlərinin konkret zərərçəkmiş şəxslə onun arasında olan zərərçəkmiş şəxs tərərfindən təhqir olunan qadının müdafiə edilməsi nəticəsində şəxsi münasibətlərdən qaynaqlandığı halda, onun əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif eidlməsi işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti olmadan şəxsin əməlinin xuliqanlıq cinayət əməli kimi tövsif edilməsi ondan irəli gəlir ki, istər ibtidai istintaq orqanı, istərsə də apellyasiya instansiyası məhkəməsi hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisənin digərlərin in gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq cinayət əməli kimi qiymətləndirmişlər. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Məhkum qarşı CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən “Məhkum....Zərərçəkmiş şəxs bir müddət əvvəl...”Azpertol” YDM-də həmin məntəqənin xadiməçisinin ünvanına nalayıq sözlər deməsini bəhanə edib..” xuliqanlıq cinayət əməli törətmişdir. Hazırki isin hallarından da göründüyü kimi, şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “bəhanə” kimi qiymətləndirib Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə və xuliqanlıq cinayət əməlinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməlinə subyektiv münasibətini xarakterizə edən form ulu, “bəhanə” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini göstərən formulə ilə əvəz etmişdir. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən“ keçirərək “bəhanə” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta hazırkı halda olduğu kimi mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlamasına baxmayaraq) nəzərə alınmamasına imkan vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliy in qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında “ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üç ün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd edilənləri yekunlaşdiraraq məhkəmə kollegiyası hesab edir ki, N.İsmayılovla T.Musayev arasında baş verən hadisə şəxsi münasibətlər zəminində, yəni T.Musayevin xadimə işləyən qadını təhqir etməsi və N.İsmayılovun həmin qadını müdafiə etməsi nəticəsində baş vermiş, bu hadisəni “bəhanə” kimi qəbul edən istintaq orqanının və apellyasiya instansiyası məhkəməsinin mövqeyi işin hallarına uyğun olmamaq la əsassız olmuş, hadisə nəticəsində T.Musayevin sağlamlığına az ağır zərər vurulsa da, N.İsmayılovun qəsdi ictimai qaydaya və cəmiyyətə qarşı yönəlməmiş, yəni xuliqanlıq cinayət əməli törədilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli hökmü verilmiş kassasiya şikayətinə əsasən qismən ləğv edilməli, Məhkum təqsirli bilinib məhkum edildiyi CM-in 221.3-cü maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməlində həmin maddə üzrə cinayət tərkibi olmadığına görə xitam verilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-96/2025 nömrəli hökmündən Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli, 1 (001)-243/2024 nömrəli hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmasına və CM-in 66-cı maddəsinin tətbiqinə dair müddəalar xaric edilməli, Azərbaycan Respublikası CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Məhkum tutulduğu 1 (bir) gün və həbsə alındığı 4 fevral 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək olan 5 (beş) ay 12 (on iki) gün müddət, ümumilikdə 5 (beş) ay 13 (on üç) gün müddət 10 (on) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesab edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli, 1(001)-243/2024 nömrəli hökmü ilə Məhkum təqsirli bilindiyi CM-in 127.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Məhkum üzərinə daimi yaşayış yeri olan Nəsimi rayonu Neftçilər prospekti ev 145, mənzil 135-i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Məhkum cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, Məhkum məhkəmə iclas zalından dərhal azad edilməli, hökm kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli hökmü verilmiş kassasiya şikayətinə əsasən qismən ləğv edilsin. Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməlində həmin ma ddə üzrə cinayət tərkibi olmadığına görə, xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-96/2025 nömrəli hökmündən Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli, 1(001)-243/2024 nömrəli hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Məhkum tutulduğu 1 (bir) gün və həbsə alındığı 4 fevral 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək olan 5 (beş) ay 12 (on iki) gün müddət, ümumilikdə 5 (beş) ay 13 (on üç) gün müddət 10 (on) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesab edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli, 1(001)-243/2024 nömrəli hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum üzərinə daimi yaşayış yeri olan Nəsimi rayonu Neftçilər prospekti ev 145, mənzil 135-i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanmas ı üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Məhkum məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar