Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1608/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum1 müdafiəçiləri Quliyev Azər Şahbala oğlunun və Əliyev Telman Xudayar oğlunun iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə bəraət verilməsinə və onun CM-nin 120.1-ci maddəsi ilə və Məhkum2 isə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşamış, CM-nin 120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə, və Məhkum2, xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Camaldin kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşamış, CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün hçmin cçzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 03 ıevral 2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Məhkum2 ilə birlikdə ünvan 3 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Məhkum2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Məhkum2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Məhkum2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etd irərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmişkəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhr um etmişdir. Məhkum2 03 fevral 2019-cu il tarixdə dostu Məhkum1 ilə birlikdə sonuncunun ad gününü qeyd etmək üçün ünvan 3 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Məhkum1 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəs i təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən dövlət ittihamçısı Mansurov Ziya İlham oğlu tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi A.Ş.Quliyev, təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi Xudaverdiyev Elxan Əbülfəz oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü Məhkum1 münasibətdə dəyişdirilmiş, ona CM -nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 02 (iki) ilədək endirilmiş və CM-nin 66.3cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılaraq sonuncuya qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi A.Ş.Quliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021ci il tarixli qərarı ilə (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) k assasiya protesti və kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı Z.İ.Mansurov tərəfindən verilmiş apelyasiya protestinə, Məhkum1 və müdafiəçisi A.Ş.Quliyev, Məhkum2 və müdafiəçisi E.Ə.Xudaverdiyev tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apellyasiya protesti və Məhkum2 müdafiəçisi E.Ə.Xudaverdiyev tərəfindən verilmiş ap ellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş, Məhkum1 və müdafiəçisi A.Ş.Quliyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilərək iş üzrə yeni hökm çıxarılmış, həmin hökmlə Məhkum1 əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından ona bu maddə ilə bəraət verilmiş, onun törətdiyi cinayət əməli CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Eyni zamanda həmin yeni hökmlə Məhkum2 cinayət əməli CM-nin 221.2.1-ci maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmi ş, o, CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulması, həmçinin 09 sentyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı və cəza çəkdiyi müddətlər nəzərə alınaraq, o, cəzasını çəkmiş hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Z.Ə.Hacıyev kassasiya protesti verərək həmin hökmün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respuublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının bəzi qərarlarına, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edən dövlət ittihamçısı Z.Ə.Hacıyev kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 aprel 2022-ci il tarixli hökmü çıxararkən hər iki məhkum edilmiş şəxsə münasibətdə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş və törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmə şahidlərin ifadələrini və cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək onları nəzərə almamış, nəticədə məhkum edilmiş şəxs Məhkum1 əməlini əsassız olaraq CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif etmiş və ona CM-nin 221.3-cü maddəsi ilə bəraət vermiş, Məhkum2 da əməlini düzgün olmayaraq CM-nin 221.2.1-ci maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkəmə Məhkum1 əməlinin CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi ilə əlaqədar qənaətə gələrkən çıxardığı hökmdə hadisənin zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını əsaslandırmağa çalışmış, bununla bağlı şahidlərin ifadələrinə istinad etmiş, lakin məhkəmənin gəldiyi nəticə işin faktiki halların a, cinayət işi materiallarında mövcud olan sübutlara, o cümlədən onun özünün istinad etdiyi şahidlərin ifadələrinə uyğun olmamış və məhkumların əməllərinin hüquqi tövsifinə dair qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumlarının formalaşdırdıqları hüquqi mövqe ilə ziddiyət təşkil etmişdir. Məhkəmə hökmdə iş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarına istinad etməklə təqsirləndirilən şəxs Məhkum1 qəsdən adam öldürmə cinayətini xuliqanlıq niyyəti ilə törətmədiyini qeyd etsə də, həmin nəticə əsassız və işin hallarına zidd olmuş dur. Belə ki, iş üzrə toplanmış sübutlar, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında verdikləri ifadələrindən də göründüyü kimi, münaqişənin yaranma səbəbi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qanunsuz və əxlaqsız hərəkətləri olmuş, Məhkum1 səbəbsiz yerə, heç bir əsas olmadan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dostu Məhkum2 haqlı iradını özünə qarşı təhqir kimi qəbul edib Zərərçəkmiş şəxsyə qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Məhkum2la birlikdə öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydl ik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərib xuliqanlıq etmiş, daha sonra Məhkum2 həmin hərəkətlərini dayandırsa da, Məhkum1 öz şəxsiyyətini cəmiyyətin və zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyaraq əxlaq normalarını pozmaqla etinasızlıq göstərərək qeyd olunan qərəzli hərəkətlərini davam etdirməklə silah qismində istifadə etdiyi bıçaqla vurduğu zərbə ilə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən onu öldürmüşdür. İş üzrə məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özlərini onlara elan edilmiş ittihamda təqsirli bilməyərək ibtidai istintaq zamanı verdikləri əvvəlki ifadələrindən fərqli ifadələr vermişlər. Məhkəmə hökmdə qeyd olunan ifadələrə, o cümlədən Məhkum1 ilkin ifadələrində Zərərçəkmiş şəxs kafedən çıxaraq ona bıçaqla hücum edərkən sol qolundan tutub onun özünə doğru qaytarıb batırması, daha sonra məhkəməyə verdiyi ifadələrində isə hətta belə bir halın olmaması, ümumiyyətlə Sahili kimin vurmasını görməməsinə tənqidi yanaşmaqla müvafiq qiymət versə də, yuxarıda sadalanan digər şahid ifadələri və sübutlarla müəyyən olunmuş xüsusatlar Zərərçəkmiş şəxs məhz kafenin qarşısında olan Məhkum1 bıçaq nümayiş etdirməklə hədələri, habelə təhqirləri səbəbindən kafedən çıxaraq Məhkum1 üstünə getməsi və nəticədə bıçaqlanaraq öldürülməsinə hər-hansı münasibət bildirməmişdir. Beləliklə, məhkəmə Məhkum1 və Məhkum2, şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəmə baxışları və ibtidai araşdırma zamanı verdikləri ifadələrində göstərilmiş x üsusatlara detallı və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, Məhkum1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hansı niyyətlə öldürməsinin hüquqi əsaslarının nədə ifadə olunduğunu düzgün müəyyən etməmiş, Məhkum1 əməllərinə hüquqi qiymət verərkən və ona CM-nin 221.3-cü maddəsi ilə bəraət verərəkən subyektiv mülahizələrə əsaslanmış və onun əməlini xuliqanlıq niyyəti olmadan, yəni zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zəminində qəsdən adam öldürmə kimi tövsif edilməsində, həmçinin CM-nin 221.3-cü maddəsi üzrə bəraət verməsində səhvə yol vermişdir. Məhkəmələrin Məhkum1 əməllərini düzgün tövsif etməməklə göstərdiyi səhv yanaşma bu istiqamətdə formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarına da uyğun olmamışdır. Halbuki, CPM-nin 416.2-ci maddəsinə əsasən, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də əməlin tövsifi ilə bağlı gəldiyi nəticələr iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilməmi ş və işin faktiki hallarına uyğun olmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə verdiyi izaha zidd olmuş və yuxarıda qeyd olunan Plenum qərarında verilmiş izahda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti işdəki bütün sübutlara istinadən kifayət qədər əsaslandırılmamışdır. Odur ki, kassasiya protestinin müəllifi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum1in müdafiəçisi A.Ş.Quliyev Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya protestinə yazılı etiraz göndərərək həmin protestin təmin edilməməsini və hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Məhkum2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumlar Məhkum1 və Məhkum2 və zərər çəkmiş şəxsin hüquqi varisinin işt irakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Z.Ə.Hacıyev həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki məhkum edilmiş şəxsə münasibətdə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamlar üzrə işə hərtərəfl i, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirməməsini, törədilmiş əməlin tövsifində səhvə yol verilməsini, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsini, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verilməsini iddia edərək həmin məhkəmənin çıxardığı hökmün ləğv olunmalı və işin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15, 416.1.22 və 416.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15, 416.1.22 və 416.2-ci maddələrinin tələblərinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiy a qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. 416.1.22. məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə; CPM-nin 416.2-ci maddəsinə görə isə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahl arda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.Ə.Hacıyevin protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasə n, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasi ya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam v erilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından hə min əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməl lərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cin ayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məh kum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum1 zərər çəkmiş şəxsi xuliqanlıq niyyəti olmadan qəsdən həyatdan məhrum etməsi, onun xuliqanlıq əməlini törətməmsi, Məhkum2 isə xuliqanlıq cinayətin təkbaşına törətməsi barədə nəticəyə gəlmiş, araşdırılmış sübutların isə Məhkum1 məhz CM-nin 120.1-ci, Məhkum2 isə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün həmin sübutların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsini n gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 qəsdən adam öldürmə, yəni zərər çəkmiş şəxsi qəsdən həyatdan məhrum etmə, Məhkum2 isə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli əməllərini törətmələrinə dair təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsin in ilk növbədə Məhkum2 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi, Məhkum1 isə CM-nin 221.3-cü maddəsi təqsirli bilinməsi haqda bağlı gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi bu nəticənin mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmaması haqda qanuni və əsaslı qənaətə gəlmişdir. İşin müəyyən edilmiş faktiki hallarından və bu halların arxasında duran məhkum edilmiş şəxslərin, həmçinin iş üzrə dindirilmiş bir çox şahidlərin biri digəri ilə uzlaşan ifadələrindən və araşdırılmış digər mötəbər sübutlardan görünür ki, 03 fevral 2019-cu il tarixdə baş vermiş hadisənin ilkin səbəbləri Zərərçəkmiş şəxs kafedə Məhkum2 nalayiq söyüşlə təhqir etməsi ilə bağlı zərər çəkmiş şəxsə edilmiş irad, daha sonra adı çəkilən şəxslərin bir-bir i ilə ictimai yer sayılan kafedə ucadan söyüşlə danışmaları və nəticədə kafenin mətbəxinə çəkilərək Zərərçəkmiş şəxs və Məhkum2 qarşılıqlı dalaşaraq biribirilərinə xəsarət yetirmələri olmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1, hər birisi ayrı-ayrılıqda 03 fevral 2019-cu il tarixdə Məhkum2 kafedə işləyən müğənni qız və Məhkum2la birlikdə gəlmiş Xatirə ilə aralarında yaranmış anlaşılmazlıq üzündən Məhkum2ın həmin gün kafedə yüksək səslə nalayiq ifadələr işlətdiyini, bunu eşidən mərhum Zərərçəkmiş şəxs ona irad bildirdiyi və nəticədə Məhkum2 Zərərçəkmiş şəxs ilə kafenin içində söyüşlə danışdığının və mətbəxə keçərək bir-birinə xəsarət yetirdiklərini bildirmişlər. Həmçinin cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizanın 04 fevral 2019-cu il tarixli 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də apellyasiya müraciətlərinə təkrarən baxılarəkn tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Məhkum2 03 fevral 2019-cu il tarixdə “Kabinet” kafesində yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş ş əxs həmin söyüşlərə görə ona bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, xuliqanlıq hərəkətləri etmiş, lakin Məhkum1 bu əməlin törədilməsində onunla birlikdə iştirak etməmiş və bu hal, yəni Məhkum1 qərəzli xuliqanlıq əməllərini törətməsi araşdırılmış sübutlarla öz təsdiqi tapmamışdır. Belə ki, məhkəmə iclasında məhkumlar Məhkum1 və Məhkum2, şahidlər Şahid2, Şahid4, Şahid1, Xa və Şahid3, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, Məhkum2 Zərərçəkmiş şəxs ilə aralaranda baş vermiş münaqişə zamanı M əhkum1 nə kafenin daxilində, nə də çölündə hər hansı şəxsin ünvanına nalayiq ifadələr işlətməmiş, bu münaqişəyə qoşulmamış, həmin vaxt kafenin mətbəxində də olmamış və yalnız sonradan hadisə yerinə gələrək Məhkum2 qaşından xəsarət aldığını görmüş və Sənanın qoluna girərək hadisə yerindən uzaqlaşdırmışdır. Adları çəkilən şahidlərin ifadələrinə görə, bu zaman Məhkum1 Zərərçəkmiş şəxs ünvanına təhqiredici ifadələr işlətmiş, lakin həmin anda onun əlində hər hansı əşyanın (bıçağın) olmasını onlar görməmişlər. Həmçinin hadisəni bilavasitə görən şahidlər Şahid2, Şahid4 və Şahid3 nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya icraatı qaydasında baxılarkən Məhkum1 “Kabinet çay” evinin qarşısında əlində bıçağı yellətməsi və hər hansı şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini bildirmi şlər. Bundan başqa həm məhkumlar Məhkum2 və Məhkum1 ifadələrindən, həm də iş üzrə dindirilmiş hər bir şahidin ifadələrindən müəyyən olunur ki, Şahid2 və Şahid1 mərhum Zərərçəkmiş şəxs (aqressiv olduğundan) çölə çıxmaması, sonuncunun hərəkətlərinə son qoyması və yaranmış münaqişənin davam etməməsi üçün mətbəxdə tutub saxladıqlarını, həmçinin Məhkum1la Məhkum2 çölə çıxardığını bildirmişlər. Bu isə onu göstərir ki, baş verən hadisələr kəsilmədən davam etmişdir. İş materiallarından, ittiham aktından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, Məhkum1 təqsirli bilindiyi xuliqanlıq cinayətinin halları ondan ibarətdir ki, o, 03 fevral 2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Məhkum2la birlikdə ünvan 3 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqo l sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Məhkum2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Məhkum2la birlikdə bir qrup şəxs halında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Məhkum2 Zərərçəkmiş şəxs yumruqla vura raq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirərək təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi düzgün olaraq ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri bu nəticə ilə razılaşmayıb Məhkum1 əməllərində cinayət tərkibinin olmaması əsası ilə CM-nin 221.3-cü maddəsi ilə sonuncuya istinad edilən ittiham üzrə bəraət ve rmiş, eyni zamanda ona həmin maddə ilə bəraət verildiyindən Məhkum2 əməllərində törədilmiş xuliqanlıq cinayətinin qrup halında törədilməməsi əsası ilə sonuncunun əməlini CM-nin 221.2.1-ci maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə v ətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 4-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qayd anın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklə edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin sila hdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təy in olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş “zo r tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir. İş materiallarından da göründüyü kimi, Məhkum1 elan olunmuş ittihamda zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən edilmiş qərəzli xuliqanlıq hərəkətləri, həmçinin Məhkum1 Zərərçəkmiş şəxs ünvanına təhqiredici ifadələr işlətməsi CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmədiyindən, həmçinin Məhkum1 Zərərçəkmiş şəxs həyatdan məhrum etməsindən ibarət digər əməli zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dava-dalaş zəminində olmaqla müstəqil maddi hüquq normasının tərkib əlamətlərinə aid olduğundan onun əməlinin xuliqanlıq və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə kimi ixtisaslaşdırılmasını istisna edir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyas iya instansiyası məhkəməsi düzgün olaraq həm məhkumlar Məhkum1 və Məhkum2, həm də şahidlərin verdikləri ifadələri qarşılıqlı şəkildə tədqiq edərək və onları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş müvafiq ekspertizaların rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarlarla məcmu qaydada qiymətləndirərək Məhkum2 Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, xuliqanlıq hərəkətləri etməsi, Məhkum1 ağırlaşdırıcı hallar olmadan Zərərçəkmiş şəxs qəsdən öldürməsi barədə qanquni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya protestinin Məhkum1 əməlinin CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməsi ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, bu nəticəyə gələrkən də apellyasiya instansiya məhkəməsi Məhkum1 Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsi ilə bağlı nəticəyə gələrkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sü but növü kimi qəbul edilməsinə əsaslanmış və həmin sübutların tam və obyektiv araşdırılmasını təmin edərək onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində, CPM-nin 143-146-cı maddələrinin tələbləoinə uyğun qaydada qiymət vermişdir. Məhkəmə kollegiyası kassasya protestinin dəlmllərinə cavab verilməsi üçün bu məsələ ilə bağlı araşdırılmış sübutların bir qisminə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 03 fevral 202019-cu il tarixdə kafenin mətbəxində ilk öncə Zərərçəkmiş şəxsə Məhkum2ın biri-biri ilə itələşdiyini, daha sonra isə Zərərçəkmiş şəxsin Məhkum2ı vurduğunu və bu zaman Şahi1in onları aralamağa çalışıdğını görmüşdür. Həmin vaxt o, qapının qarşısında, Şahid1 mübahisə edənlərin arasında, Zərərçəkmiş şəxs isə onun sağında olmuş, Məhkum1 isə mətbəxtdə olmamışdır. Mətbəxtdə olan zaman Zərərçəkmiş şəxs çəngəli götürərək Məhkum2ı vurmuş və yalnız bundan sonra Məhkum1 mətbəxə daxil olaraq Zərərçəkmiş şəxsdən Məhkum2ı niyə vurduğu soruşmuş, bunun lazım olmadığını sabah danışmalarını bildirmiş, Zərərçəkmiş şəxs isə təhqiredici ifadələrlə onun kafedən getməsini tələb etmişdr. Buna cavab olaraq Məhkum1 da Zərərçəkmiş şəxs söyüşlə təhqir edərək ona «sən düz eləmədin, sabah bunun cavabını verəcəksən» deyərək Məhkum2ın qolundan tutmuş, Şahid4 və Şahid1 onları aralaşdırıb bayıra çıxarmış, o, isə Zərərçəkmiş şəxslə mətbəxdə qalıb ona bayıra çıxmağa imkan verməmişdir. Bu zaman onunla Şahid1 Zərərçəkmiş şəxsi içəridə saxlama calışmışlar, çünki həmin vaxt sonuncu mətbəxdən çıxıb Məhkum 1un arxasnca gedərək ona hücüm etmək istəyirdi. Bu vaxt obyektin sahibi olan X polis əməkdaşlarının hadisə yerinə gədiklərini bildirdiyinə görə Zərərçəkmiş şəxs buraxmış və bundan istifadə edən Zərərçəkmiş şəxs əlinə pol taxtası götürüb qaça-qaça küçəyə çıxmışdır. O, Zərərçəkmiş şəxsin arxasınca oraya çıxdıqda çöldə səs-küy qopduğunu eşitmiş, lakin həmin vaxt Məhkum1in əlində qara rəngli əşyanı saxladığını görsədə bunun nə olmasını bilməmişdir. Həmin an Zərərçəkmiş şəxs gəlib köynəyini qaldırdıraraq söyüşlə bildirmişdir ki, onu bıçaqlayıblar. O da tez Zərərçəkmiş şəxsi maşına mindirib onu xəstəxanaya aparmışdır. Onlar xəstəxanaya çatarkən Zərərçəkmiş şəxs hələ sağ olmuş, lakin səhəri günü vəfat etmişdr. Şahid2 ifadələrinə analoji ifadələri məhkəmə iclasında həmçinin Şahid3 də vermişdir. Həmçinin Şahid4 göstərmişdi r ki, o, kafenin mətbəxinə gəldikdə Məhkum2ın alnında qan olduğunu görmüş, sonuncu ona “mən nə etdim ki, məni vurdular?” demişdir. O, Məhkum1la Məhkum2 oradan çıxıb getsinlər deyə yola salmaq istəmiş, onlar da kafedən çıxdıqdan sonra taksiyə minib getmək istəyərkən Zərərçəkmiş şəxs əsəbi halda, heç kimi eşitməyərək onu tutan şəxslərin əllərindən çıxıb əlində olan pol taxtası ilə onlara hücum etmişdr. Həmin vaxt hava qaranlıq olduğundan o, yəni Şahid4 baş verənləri təffərrüatı ilə görə bilməmiş, lakin bu vaxt kiminsə Zərərçəkmiş şəxsin vurulmasını deməsini eşitmişdir. Məhkəmə-tibb ekspertizanın 05 fevral 2019-cu il tarixli, 79 saylı rəyindən görünür ki, Məhkum1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun deşilmişkəsilmiş yarası və sol diz oynağının sıyrığı, sağ bazun un aşağı 1/3-nin ön bayır səthində 2.0x0.6 sm ölçüdə, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti, boylama yerləşmiş, mənfəzi açıq yara vardır. Qeyd edilən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq), sıyrıq bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə deşilmişkəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli, 132-x-22 saylı məktubla bildirilmişdir ki, Suraxanı RPİ-dən verilmiş şifahi məlumata əsasən material üzrə Suraxanı RPİ-də araşdırma aparılmaqla, toplanmış materialda cinayət hadisəsi olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmiş, lakin materialın saxlama müddəti keçdiyindən arxivdəki sənədlərlə birlikdə məhv edilmişdir. Göründüyü kimi, Məhkum1 Zərərçəkmiş şəxs hər hansı bir cüzi bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş dalaşma zamanı öldürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt onu tutub saxlayan Şahid2 əlindən çıxaraq mətbəxdən çölə çıxıb Məhkum1un üstünə getməsi və əlində olan pol ağacı ilə sonuncunu vurması və yalnız bundan sonra onların əlbəyaxa olaraq dalaşmaları zamanı Məhkum1 əlində olan dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürməsi yuxarıda təsvir edilmiş sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən apellyasiyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxsin məhkum edilmiş şəxslə aralarında yaranmış və bilavasitə özünün faktiki təşəbbüskarı olduğu münaqişə nəticəsində Məhkum1 onun həyatına qəsd etməsi əməlində xuliqanlıq niyyətinin olmaması barədə nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu nəticəsi araşdırılmış sübutlarla yanaşı həmçinin qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tərəfindən qəbul edilmiş 12 dekabr 2002-ci il Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 120.2ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulma sına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbə görə adam öldürmə k üçün bəhanə etməklə törədilir. Hazırki iş üzrə Məhkum1 Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyətilə qəsdən öldürməsi müəyyən edilmədiyindən məhkəmə kollegiyası onun əməlinin CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün də əsas görmür və hesab edir edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun həmin əməlini CM-nin 120.1-ci maddəsi ilə tövsif edərkən məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verməmiş, yəni Ali Məhkəmənin Plenumunun yuxarıdakı qərarlarında göstərilən izahları tam nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə şərh edilən nəticələrə gələrkən həmçinin qanunvericiliyin aşağıdakı tələblərinə də əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissəl ərinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq CPM-nin 21.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsind ə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində isə göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçü n kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq ed ilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi şərh olunan tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq ehtimal xarakterli məhkəmə aktını qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək Məhkum1 cinayət əməlinin CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məh kəməsi tərəfindən CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı A.M.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi haqqında isə Məhkum1 müdafiəçiləri A.Ş.Quliyevin və T.X.Əliyevin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum1 CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi və onun CM-nin 120.1-ci maddəsi ilə, Məhkum2 isə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, Məhkum2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü k assasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1608/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1608/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver