Məhkəmə qərarları › İş №1(102)-1608/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1608/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1608/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra C M-in) 130.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.Mahmudov (sədrlik edən), D.İmanov və N.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəza çəkilmiş hesab edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı Şahid ilə şəxsi münasibətlər zəminində aralarında ya ranmış mübahisə zamanı Şahid onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları Zərərçəkmiş şəxs, X10adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gəlmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs və Şahid əlləri ilə Məhkum vurub sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiylərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, onların əhatəsindən çıxıb qaçmaq istəyərkən, Zərərçəkmiş şəxs, Şahid, X10adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün o, özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ə dəd daxilə nüfuz edən kəsilmişdeşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə tərəfindən sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilib, düzgün qiymətləndirmə aparılmamış, o cümlədən ibtidai araşdırma orqanı tərəfindən ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə və ibtidai istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, “hadisə zamanı Zərərçəkmiş şəxs onun yanına gəlib heç bir söz demədən yumruqla onun sol qulağından vurmuş, o, da əli ilə Zərərçəkmiş şəxsi vurmuş və onların əlindən çıxıb arxaya tərəf qaçmaq istəyərkən, Şahid 2 də yumruqla onun üzündən vurmuş, bu zaman Zərərçəkmiş şəxs, Şahid 2, X10və oradakı şəxslər onun üzərinə hücum edərək əl və ayaqları ilə onu vurmağa başlamış, o, arxa-arxaya gedib özünü müdafiə etmək üçün cibində olan açılıb-qatlanan bıçağı çıxarıb həmin şəxslər tərəfindən döyülməməsi üçün ona hücum edən şəxslərdən ən yaxında olan Zərərçəkmiş şəxsin sol qolundan vurmuşdur. Zərərçəkmiş şəxs göstərmişdir ki, o, hadisə zamanı Məhkumla Şahid 2ə məsələni böyütməmələrini bildirmiş, Məhkum isə ona “sən kimsən n iyə məsələyə qarışırsan” deyərək anidən əli ilə onu itələmiş və bu zaman Şahid 2 dərhal sol yumruğu ilə Məhkumın üzünə zərbə endirmiş, bu zaman Məhkum geri addım atmış, Şahid 2 isə Məhkumın üzərinə getmiş, o, bir-birilərini vuracağından ehtiyat edərək yanına gedib aralamağa çalışmış, bu zaman Məhkum hərəkətini dayandıraraq onun sol qolunun alt hissəsinə bıçaqla zərbə endirib ona xəsarət yetirmişdir. Şahid göstərmişdir ki, “Məhkumla kənara çəkilib söhbət etdikdə Zərərçəkmiş şəxs həmin yerə gəlib hər ikisinə irad bildirmiş, Məhkum isə Zərərçəkmiş şəxsin iradını qəbul etməmiş və ilkin olaraq əli ilə Zərərçəkmiş şəxsi vurmuş, daha sonra bıçağı çıxarmış, həmin an o, Məhkumın bıçaqla zərbə yetirməsinin qarşısını almaq məqsədilə sol yumruğu ilə üzünün sol tərəfinə zərbə endirmiş və onun üzərinə g edərək bıçağı almağa çalışmış, Zərərçəkmiş şəxs onları aralamağa çalışdıqda Məhkum Zərərçəkmiş şəxsin onu vurmaq istəməsini zənn edərək Zərərçəkmiş şəxsi qabaqlayıb bıçaqla vurmuşdur” Hadisənin görüntülərini özündə əks etdirən elektron daşıcıya baxışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:16-da Şahid ilə Məhkum piyada Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, sakinlər arasında “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissəsində yerləşən sahibsiz tikilinin yanına gəlib söhbət edirlər. Onların arxasınca bir nəfər şəxs, daha sonra Zərərçəkmiş şəxs və digər 5 nəfər şəxs Şahidla Məhkum yanına yaxınlaşırlar. Saat 17:17:33-də Məhkum sol əli ilə Zərərçəkmiş şəxs zərbə endirərək əlini belinə atir, bu anda Şahid sol əli ilə Məhkum baş nahiyəsinə zərbə vurub, on u tutmağa çalışarkən Məhkum ondan aralanıb sağ əlində bıçaqla geri addım atır, bu anda Şahid, X10adlı şəxslə Məhkum üzərinə, Zərərçəkmiş şəxs da, onların arxası ilə gedir, Məhkum 5-6 addım geri getdikdən sonra dayanır və sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol qol atlına zərbə endirir. Həmin vaxt digər şəxslər onlara yaxınlaşmırlar. Bıçaq zərbəsindən sonra Şahid əyilərək yerdən daş götürür, Zərərçəkmiş şəxs isə sağ ayağı ilə Məhkum təpik atsa da, Məhkum zərbədən yayınaraq oradan qaçıb bir qədər kənarda dayanır. Bundan sonra Zərərçəkmiş şəxs sağ əlini sol qolunun alt hissəsinə tutub saxlayır, daha sonra isə köynəyini qaldıraraq xəsarət aldığı nahiyəyə baxır. Məhkəmə hadisənin görüntülərini diqqətlə tədqiq etməyib Zərərçəkmiş şəxs Məhkum sifət nahiyəsinə əli ilə yumruq vurmasını və Məhkum başını arxaya hərəkət etdirməsini qeyd etmişdir. Lakin videogörüntüyə diqqətlə baxıldıqda müəyyən edilir ki, Zərərçəkmiş şəxs əlini qaldırıb Məhkumlə söhbət edən zaman sonuncu sol əli ilə ona zərbə endirir, məhz bu səbəbdən də, yəni sol əli ilə zərbə endirmək üçün bədəni başı ilə bərabər arxaya doğru hərəkət edir. Zərərçəkmiş şəxs ilkin olaraq Məhkum zərbə endirməsi video kadrlarda müşahidə olunmur. Məhkum sol əli ilə Zərərçəkmiş şəxsi vurduqdan sonra sağ əlini belinə atir, bu anda Şahid sol əli Məhkum baş nahiyəsinə zərbə endirib, onu tutmağa çalışır, Məhkum sağ əlində bıçaqla geri-geri addım atır, ardınca Şahid, ardınca X10və Zərərçəkmiş şəxs onun üzərinə gedir, həmin yerdə olan digər şəxslər isə dayandıqları yerdə dururlar, həmin vaxt Məhkum zərərçəkmişə bıçaqla xəsarət yetirir. Dövlət ittihamçısının fikrincə, tərəflər arasında əvvəldən yaşanan mübahisə ilə bağlı hadisə zamanı hər iki tərəf qarşılıqlı dalaşma şəraitində olmuş, qarşılıqlı dalaşmanın qarşısını almaq üçün müdaxilə edən zərərçəkmişin Məhkum hər hansı xəsarət yetirmək niyyəti olmadığından onun tərəfindən hər hansı ictimai təhlükəli qəsd mövcud olmamış, Məhkum məhz qəsdən xəsarət yetirmək məqsədi ilə zərərçəkmişə zərbə endirdikdən sonra üzərində saxladığı bıçağı çıxarmış, həmin vaxt Şahid bıçağı onun əlindən almaq üçün ona xəsarət yetirib üzərinə gedərkən Məhkum bıçaqdan qəsdən istifadə edərək onları ayırmağa çalışan zərərçəkmişə ağır xəsarət yetirməklə nəticələnən bıçaq zərbəsi endirmişdir ki, bu da Məhkum əslində zərərçəkmişin və ya digər şəxslərin təhlükəli əməlindən qorunmaq niyyətində olmadığına dəlalət e dir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş mə hkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız kassasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının CM-in 126.1-ci m addəsinə əsasən: “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə-altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsinə görə “Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma— min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-nin 36-cı maddəsinə əsasən: “36.1. Zəruri m üdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüqu qi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İbtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş ittihamda göstərilmişdir ki, o, 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, sakinlər arasında “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı Şahid ilə şəxsi münasibətlər zəmini ndə aralarında yaranmış sözlə mübahisə zamanı həmin yerə gələn Zərərçəkmiş şəxs hər ikisinə “məsələni böyütməmələrini”, həmçinin ona “çıxıb getməsini” dedikdə o, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs “sən kimsən?... niyə məsələyə qarışırsan?...” deyə cavab verib əli ilə sonuncunu itələyərək üzərində olan istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçağı çıxardığına görə Şahid əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiyələrinin qançıları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş,bu zaman o, Şahidla arasında olan məsələyə görə Zərərçəkmiş şəxs ona irad tutmasını bəhanə edib özünü ətrafdak ı şəxslərdən üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, iş materiallarında olan hadisənin görüntüsünün əks olunduğu video diskə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab etmişdir ki, Məhkum özünü müdafiə etmək məqsədilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən Zərərçəkmiş şəxs sağlam lığına ağır zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilir ki, 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında Məhkum və Şahid şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şahid onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları Zərərçəkmiş şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş X10adlı şəxs və digər 5 nəfər şəxs də həmin yerə gəlmiş, tərəflər arasında mübahisə və qeyd olunan hadisə bundan sonra baş vermişdir. İşin mübahisəsiz halı ondan ibarətd ir ki, mübahisə Şahid təşəbbüsü ilə başlamış, Zərərçəkmiş şəxs da Şahid mövqeyini müdafiə etmək məqsədi ilə sonradan münaqişəyə çevrilmiş mübahisəyə qoşulmuş, ora gələn Şahid tanışları X10adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gələrək Məhkum əhatəyə almışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs müdaxilə edərək irad bildirib Məhkum sifət nahiyəsinə əli ilə yumruq vurduğuna görə Məhkum də əli ilə Zərərçəkmiş şəxs vurub onların əlindən çıxmaq üçün arxaya qaçmış, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Zərərçəkmiş şəxs, Şahid, X10adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün Məhkum üzərində olan bıçaqla qəsdə n Zərərçəkmiş şəxs vuraraq həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki,kassasiya protestində hadisə baş verən gün sonuncu dəfə Məhkum Şahid zəng etməsi əsas götürülərək,hadisənin təşəbbüskarının Məhkum olmasının qeyd edilməsi gerçəkliyi əks etdirmir. İş materiallarından görünür ki, hadisə baş verməmişdən əvvəl tərəflər arasında ilk telefon danışığı Şahid Məhkum zəng etməsindən sonra olmuş, Şahid Məhkum aralarında olan məsələni,yəni Məhkum Ayxana Şahid onunla qarşılaşarsa, onu vuracağını deyib-deməməsini aydınlaşdırmaq üçün görüşə çağırmışdır. Hər iki şəxsin ifadəsindən görünür ki, tərəflər arasında görüşməklə bağlı yer əvvəlcədən təyin olunmuş, sonuncu dəfə Məhkum Şahid zəng etməsinin səbəbi Şahid onu dəvət etdiyi yerə Məhkumın ça tması, lakin orada Şahid görməməsi olmuşdur. Münaqişəni əks etdirən və məhkəmədə tədqiq edilmiş video görüntüdən görünür ki, Şahidla Məhkum piyada birlikdə Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən,“Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissəsində yerləşən sahibsiz tikilinin yanına gəlib söhbət edirlər. Onların arxasınca bir nəfər şəxs, onun arxasınca Zərərçəkmiş şəxs, sonra isə digər 4 nəfər şəxs onlara yaxınlaşırlar. Bu zaman həmin şəxslər Məhkum əhatəyə alırlar. Saat 17:17:31-də Zərərçəkmiş şəxs Məhkum sifət nahiyəsinə əli ilə yumruq vurur və Məhkum başı arxaya hərəkət edir, saat 17:17:33-də Məhkum də sol əli ilə Zərərçəkmiş şəxs zərbə endirərək onların əlindən çıxmaq üçün arxaya qaçır, həmin şəxslər də onun üzərinə hücum edərək onu vurmağa başlayırlar. Saat 17:17:35-də Məhkum əlini belinə atır, bu anda Şahid, Zərərçəkmiş şəxs və X10adlı şəxs Məhkum üzərinə, gedərək onu vurmaqda davam etdiklərinə görə saat 17:17:37-də Məhkum sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol qol atlına zərbə endirir.Bıçaq zərbəsindən sonra Şahid əyilərək yerdən daş götürür, Zərərçəkmiş şəxs isə sağ ayağı ilə Məhkum təpik atır Məhkum zərbədən yayınır. Saat 17:17:41-də bir nəfər şəxs yaxınlaşaraq qeyd edilən şəxslərin Məhkum üzərinə gəlməsinə maneə olaraq onları dayandırır. Bundan sonra Zərərçəkmiş şəxs sağ əlini sol qolunun alt hissəsinə tutub saxlayır, daha sonra isə köynəyini qaldıraraq xəsarət aldığı nahiyəyə baxır. Məhkum hadisə yerindən uzaqlaşır. Hadisələrin qeyd olunan ardıcıllıqla baş verməsi, hadisənin əks olunduğu videogörüntü ilə yanaşı, ibtidai istintaq və məhkəmə baxışı zamanı verilmiş ifadələrlə də təsdiq olunur. O cümlədən: Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir: “...Mən Məhkumla Şahid 2in dava edəcəyindən ehtiyat edərək onları tək buraxmamaq üçün digər şəxslərlə birgə Şahid 2lə Məhkumın yanına getdik. Mən onların yanına gəldikdən sonra Məhkumla Şahid 2ə məsələni böyütməmələrini bildirdim. Həmçinin Məhkuma bildirdim ki,əgər sənlik bir şey yoxdursa çıx get. Bu zaman Məhkum mənə sən kimsən niyə məsələyə qarışırsan deyə cavab verərək anidən əli ilə məni itələdi və bu zaman Şahid 2 dərhal Məhkumı sol yumruğu ilə onun üzünün sol tərəfinə zərbə endirdi. Bu zaman Məhkum geri-geri addım atdı Şahid 2 isə Məhkumın üzərinə getdi...” Şahid ifadəsində göstərmişdir: “...Mən ətrafımda çox adam olduğunu görüb qərar verdim ki, Məhkumla ikimiz söhbət edək. Bundan sonra ətrafda olan şəxslərə heç kimin bizim arxamızca gəlməməsini tapşırıb Məhkumla ikimiz bir qədər də, ara küçə ilə gedib tikilinin yanında sakit yerə keçdik. Mən isə orada Məhkuma yenidən irad tutaraq özündən böyüklərə bilib bilmədən əsəbi şəkildə danışmamasını, bir daha belə bir hala yol verməməsini bildirdim. Bu zaman Ayxan, Zərərçəkmiş şəxs və digər şəxslər bizim Məhkumla dalaşacağımızı zənn edərək bizi tək buraxmamaq üçün yanımıza gəldilər. Onlar yanımıza gəldikdən sonra Zərərçəkmiş şəxs hər ikimizə məsələni böyütməməyi bildirdi. Bu zaman Məhkum Zərərçəkmiş şəxsə “sən kimsən ki, məsələyə qarışırsan?” - deyə cavab verərək anidən Məhkumı əli ilə vurdu və dərhal əlini sağ belinə atdı. Həmin an mən Məhkumın belində bıçaq görüb həmin bıçağı götürdüyün ü görüb dərhal həmin bıcaqla zərbə yetirməsinin qarşısını almaq məqsədilə sol yumruğumla onun üzünün sol tərəfinə zərbə endirdim. Bu zaman Məhkum bıçağı çıxarıb geri-geri addım atdı,mən isə Məhkumın üzərinə gedərək bıçağı ondan almağa çalışdım...” Məhkum ifadəsi: “...Yanımızda olan digər şəxslər gəlib Şahid 2lə məni kruqa aldılar. Həmin vaxt Zərərçəkmiş şəxs mənim yanıma gəlib heç bir söz demədən yumruqla mənim sol qulağımdan vurdu. Mən bir addım arxaya atdım.Həmin vaxt Şahid 2 də yumruqla mənim sol üzümdən vurdu. Mən arxa-arxaya gedib cibimdə olan açılıb-qatlanan bıçağı çıxarıb həmin şəxslər tərəfindən döyüləcəyimdən qorxaraq Zərərçəkmiş şəxsin sol qolundan vurdum... -Mən Zərərçəkmiş şəxsi vurarkən onu öldürmək niyyətim olmamışdır. Sadəcə onların məni döyəcəyindən qorxduğum üçün onun so l qolundan bir zərbə vurmuşdum ki, ona fiziki ağrı yetirim və onları qorxuzum ki, məndən əl çəksinlər. Mən özümü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxsi vurmuşdum... -Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir və hadisə nəticəsində Elşən yanımıza gələrək Zərərçəkmiş şəxsi, Şahid 2i və dostlarını məndən aralamışdır. Əgər Elşən yanımıza gəlməsəydi hadisə davam edəcək və onlar məni vuracaqdılar.” İttiham tərəfinin gəldiyi nəticəyə görə Şahid Məhkum vurmuş və Şahid barəsində İXM-in 157-ci maddəsi ilə döyməyə görə inzibati xəta haqqında icraat başlanmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 472 nömrəli rəyindən görünür ki,Məhkum bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiyələrinin qançırları -bərk k üt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2021ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Birinci instansiya məhkəməsində dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “...Mən Məhkumla Şahid 2in dava edəcəyindən ehtiyat edərək tək buraxmamaq üçün digər şəxslərlə birgə Şahid 2lə Məhkumın yanına gəldim. Onların yanına gəldikdən sonra Məhkumla Şahid 2ə məsələni böyütməmələrini bildirdim, həmçinin Məhkuma da, “əgər sənlik bir şey yoxdursa çıx get” dedim, bu zaman Məhkum mənə “sən kimsən, niyə məsələyə qarışırsan”-deyə cavab verdi. Məhkumın bu sözündən əsəbləşərək əlim ilə onun sifətindən vurdum, bu zaman Məhkum da əli ilə məni vurdu. Şahid 2 dərhal sol yumruğu ilə Məhkumın üzünün sol tərəfinə zərbə endirdi, bu zaman Məhkum geri qaçdı. Biz Məhkumın üzərinə getdik.Bir-birlərini vuracaqlarından ehtiyat edərək mən də onların üzərinə getdim, bu zaman Məhkum mənim sol qolumun alt hissəsinə zərbə endirdi...Bu vaxt kimsə əlində ağac gələrək bizi araladı.” Göründüyü kimi, zərərçəkmiş şəxsin açıq məhkəmə iclasında vermiş olduğu ifadə ilə hadisənin əks olunduğu video diskdə əks olunmuş hadisənin mexanizmi tam üst-üstə düşür. Zəruri müdafiə cinayət qanunvericiliyində əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi nəzərdə tutulmuşdur. Qanunun yuxarıda istinad edilən məzmunundan görünür ki, əməlin zəruri müdafiə vəziyyətində törədilməsi nəticəsinə gəlinməsi üçün aşağıdakı halların mövcud olubolmamasının müəyyən edilməsi zəru ridir: 1) Müdafiə edənin özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə ziyan vurmağa yönəlmiş qəsdin ictimai təhlükəli olması. 2) Qəsdin mövcud olması. Yəni ictimai təhlükəli qəsd başlanmasına real təhlükə yaranmış, yaxud qəsd başlamış və davam etməklə başa çatmamışdır. Bu zaman gələcəkdə baş verə biləcək gözlənilən təhlükədən deyil, ani olaraq başlayacağına əsas verən sübutların olması nəzərdə tutulur. 3)İctimai təhlükəli qəsdin olması müdafiə olunanın xəyalının məhsulu deyil, real və həqiqi olması. Qanun qəsdə məruz qalan şəxsin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyət orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair” 14 fevral 2023-cü il tarixli Qərardadında göstərilmişdir ki,zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən qəsd edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Qəsd ictimai təhlükəli olmalı, şəxsiyyətə,cəmiyyətə yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud zərər yetirmək təhlükəsi yaratmalıdır. Qəsd ictimai təhlükəli xarakterə malik deyildirsə, ona qarşı zəruri müdafiəyə yol verilmir. Zəruri m üdafiə qəsdin mövcud (real) olduğu halda yol verilir. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Qəsdin başlanmasına real təhlükənin yaranması dedikdə,konkret hərəkətlərlə hədələmə nəzərdə tutulur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki cinayət işinin faktiki hallarından görünür ki,Zərərçəkmiş şəxs, Şahid, şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş X10adlı şəxs və digər 5 nəfər şəxs Məhkum əhatəyə almış, bu zaman Zərərçəkmiş şəxs ilk öncə Məhkum sifət nahiyəsinə əli ilə yumruq vurmuş, bundan sonra Məhkum əli ilə Zərərçəkmiş şəxs vurub onların əlindən çıxmaq üçün arxaya hərəkət etmişdir. Lakin Zərərçəkmiş şəxs və yanında olan şəxslər yenə də öz hərəkətlərini dayandırmamış, hamısı birlikdə Məhkum üzərinə doğru getmiş,nəticədə Məhkum onların qəsdindən yayınmaq və özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs üzərində olan bıçaqla vurmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkum öz həyatını və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququna malik olmuş və onun əməli məhz CM-nin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün təhlil edib, məhkumun bıçaqdan istifadə etməklə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşması qərarına gəlməklə işin fa ktiki hallarına uyğun nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq gəlinən nəticə ilə razılaşmışdır. Konstitusiyanın 31-ci maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına,mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı olmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüququ yaranır. Belə hallarda isə həyatına və sağlamılığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa,onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. E yni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar