Məhkəmə qərarları › İş №1(102)-1608/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1608/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1608/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə X13 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə) X13, 17 avqust 1991-ci il tarixdə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Şirvan Şə hər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Şirvan Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə CM-in 234.1.-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 5 noyabr 2021-ci il tarixdə Şirvan şəhər İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarıl mış, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunması qərara alınmış, habelə bəraət alması ilə əlaqədar cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması ona izah edilmişdir. İşin halları: İbtidai araşdırma orq anı tərəfindən X13 qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 1310,429 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, elektron tərəzi ilə 04 ədəd bükümlərə ayıraraq 3 ədəd bükümü yaşadığı evdə, 1 ədəd bükümü isə üzərində daşıyaraq saxlamış, 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xaqani küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 0,429 çəkidə heroin əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə, həmi n tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanına baxış zamanı isə qonaq otağındakı divanın arxasından bir ədəd polietilen torbada 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 260 qram, 410 qram və 640 qram eyni tərkibli heroin və 1 ədəd üzərində heroinin izi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Şahid5 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 26 dekabr 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tər əfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə) 22 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra maddələrinə, Şahid5 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir çox sübutlara, əsasən də X13ün ibtidai araşdırma zamanı verdiyi ifadələrə, habelə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticələri mübahisələndirən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, Şahid5 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi ibtidai araşdırma zamanı toplanmış sübutlarla tam təsdiq edilmiş, lakin məhkəmələr bu sübutlara heç bir əhəmiyyət vermədən, sonuncunun özünümüdafiə xarakteri daşıyan, işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək onun ittihamda göstərilən əməlləri törətməsinin sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Belə ki, X13ün üzərində axtarış və evinə baxış vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş və məhz həmin istintaq hərəkətləri nəticəsində onun külli miqdarda narkotik vasitə olan heroini əldə edərək daşıması və həm üzərində, həm də yaşadığı evdə saxlaması müəyyən edilmişdir. Məhkəmələr isə X13ün ziddiyətli, işin faktiki hallarına uyğun olmayan ifadələrini əsas götürərək onun evində olduğu zaman polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması, bu zaman təsirlərə və pis rəftara məruz qalaraq etirafedici ifadələr verməyə məcbur olması barədə ifadələrinə inanmış, lakin bu halları təsdiq edən heç bir sübut əldə etməmişlər. Halbuki, Şahid5 ilkin araşdırma zamanı zorakılığ a məruz qalması barədə iddiası Şirvan şəhər prokurorluğunda araşdırılmış və həmin araşdırma nəticəsində onun ifadələrində göstərdiyi xüsusatlar təsdiq edilmədiyindən 30 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmələr Şahid5 həqiqətə uyğun olmayan ifadələrini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışlar. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş və bunun nətic əsi olaraq X13ə CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilmişdir.Qeyd olunan dəlilərə əsaslanaraq, dövlət ittihamçısı İ.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs Şahid5 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittiahmçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestiniə bəraət almış şəxs Şahid5 iştiraklı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Şahid5 bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş q ərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Şahid5 barəsindəki cinayət işinin materiallarını və həmin i ş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.1 1-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud olan sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-pros essual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəti cəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üz rə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanı 12-ci maddəsinin İ his səsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanların ın borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, t əqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon təl əb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəx s onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. ş əxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətd ə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bi ri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci mad dəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qədd ar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanıl mış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqs irləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəti cəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmi n akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzib ati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğu n gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə sə hvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit p robation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şahid5 cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə ç atdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbayca n Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338. 1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkə məsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdiyi halların onların tədqiq və təhlil etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2024-cü tarixli qərarında əsaslandıqları sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə və ətraflı araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara, həm də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəfinin vəsatətləri əsasında, habel ə birinci instansiya məhkəməsinin öz təşəbbüsü əldə edilmiş və araşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək, yəni CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməyərək, E.Şahid5 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən kassasiya protestinin müəllifi olan dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci inst ansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq X13in barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına yol verilməklə əldə edilməsi müəyyyən olunmuşdur. Belə ki, Şahid5 şübhəli şəxs qismində faktiki olaraq 11 iyun 2023-cü il tarixdə saat 18.30-da tutulduqdan, bunun həmin gün saat 18.50-də Şirvan şəhər polis şöbəsində təhqiqatçı Şahid6 tərəfində n rəsmiləşdirilməsindən, saat 18.55-dən 19.10-dək üzərində şəxsi axtarış aparıldıqdan və həmin tarixdə bu haqda tərtib edilmiş protokola görə saat 19.40-dan 20.05-dək, lakin faktiki olaraq qaranlıq vaxtı (bu vaxtı baxışın aparılmasını təsvir edən videogörüntülərdən dəqiq müəyyən etmək mümkün olmur, lakin baxışın yay fəslində qaranlıq vaxtı aparılması həmin videogörüntülərdən açıq-aydın görünür) yaşadığı evə baxış keçirildikdən sonra verdiyi ilk izahatında, 12 iyun 2022-ci il tarixdə saat 14.30dan 15.10 dək (CPM-in 232.1-ci maddəsinin tələbinin ziddinə olaraq tutulduqdan dərhal sonra deyil, bundan 20 saat sonra) şübhəli şəxs, 13 iyun 2022-ci il tarixdə isə təqsirləndirlən şəxs qismində dindirilərkən şəxsi axtarış zamanı onun təhqiqatçıya təqdim etdiyi, bir ədəd bükümdə olan kütlənin narkoti k vasitə heroin olmasını, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında tapmasını, evində aşkar edilmiş narkotik vasitənin isə ona məxsus olmamasını bildirmiş, eyni ifadələri həmçinin 13 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Şirvan Şəhər Məhkəməsində baxılarkən də vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Şahid5 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, əvvəla o, 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında yox, evin içərisində tutulmuşdur. Belə ki, polis əməkdaşları həmin tarixdə saat 17-18 radələrində onun yaşadığı evə qanunsuz daxil olaraq heç bir əsas olmadan onu evindən çıxarıb Şirvan Şəhər Polis Şöbəsinə aparmış və həmin vaxt o nun üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya, o cümlədən narkotik vasitə olmasa da, şöbədə polis əməkdaşları özlərinin ona verdikləri narkotik vasitəni götürüb onu videoçəkilişlə aparılacaq şəxsi axtarış zamanı təqdim etməyi təklif etmişlər. O, narkotik vasitələrdən istifadə etdiyindən onların dedikləri ilə razılaşmış və ilk olaraq polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitənin özünə məxsus olmasını və təsadüfən taparaq şəxsi istifadəsi üçün üzərində saxlamasını etiraf etməyə məcbur olmuşdur. İttiham aktında guya saat 19 radələrində polis əməkdaşlarının onun evinə baxış keçirilməsi göstərilsə də, bu hal da həqiqətə uyğun deyil. Belə ki, o, 3-4 saat polis şöbəsində təzyiq altında olduqdan sonra evə baxış gecə saatlarında, təxminən sa at 23 radələrində keçirilmiş, bu hal aparılmış videoçəkilişdən də görünür və yay vaxtı axşam saat 19 radələrində hava qaralmasa da, videogörüntülərlə müəyyən edilir ki, polis əməkdaşları onun evinə gələrkən artıq hava qaranlıq olmuşdur. Evə baxışı isə təhqiqatçı səthi apararaq faktiki olaraq heç yerə baxmamış, narkotik vasitənin aşkar edildiyi otağa təhqiqatçıdan əvvəl başqa polis əməkdaşları daxil olmuş, sonuncuların pərakəndə və nəzarətsiz şəkildə evin otaqlarını gəzmələri də videogörüntülərlə müəyyən edilir. Buna görə, o guman edir ki, evdən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi elə polis əməkdaşları tərəfindən qonaq otağına qoyulmuş, təhqiqatçı da ona edilən istiqamətləndirmədən sonra həmin narkotik vasitə və elektron tərəzi qablaşdırlmış politilen torbanı aşkar edərək götürmüşdür. Bu vaxt o, dərhal bildirmişdir ki, həmin əşyalar ona məxsus deyil və onların kim tərəfindən otağa qoyulmasından məlumatsızdır. Evə baxışın səthi aparılmasını, bundan əvvəl polis əməkdaşlarının özlərinin qurduqları plana uyğun hərəkətlər etmələrini Şahid5 həmçinin onunla izah etmişdir ki, yaşadığı ev iki mərtəbəli olsa da, birinci mərtəbədə ümumiyyətlə baxış keçirilməmiş, təhqiqatçı isə ikinci mərtəbədə olan, narkotik vasitənin gizlədilməsi üçün daha məqbul olan bir çox əşyalara (polietilən torbalara, müxtəlif əşyaların saxlanıldığı yerlərə) ümumiyyətlə baxmamış və guya qonaq otağında açıq yerdə, orada olan divanın arxa hissəsində təsadüfən içərisində heroin və elektron tərəzi olan polietilen torbanı aşkar etmiş, bununla da dərhal baxışı başa çatdırmış, onun narkotik vas itələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs kimi tutulmasına baxmayaraq nədənsə evin başqa sahələrində də narkotik vasitələrin gizlədildiyini guman etməyib həmin yerlərə baxmaqdan imtina etmişdir. Bundan başqa, Şahid5 qeyd etmişdir ki, polis şöbəsində olarkən, o, polis əməkdaşları tərəfindən işgəncələrə də məruz qalmış, bu zaman əməliyyat müvəkilləri Şahid4 və Şahid1 ona qarşı fiziki zor tətbiq etmiş, sonuncu onu kəndirlə boğub verdiyi narkotik vasitənin ona məxsus olmasını etiraf etməyi tələb etmişdir. Bunun nəticəsində isə onun boğazında xəsarətlər olsa da, o, qorxduğundan və Şahid1 tələbi ilə şəxsi axtarış zamanı müdafiəçisinə bu xəsarətləri ağacla boğazının cızılması nəticəsində aldığını bildirmişdir. Kassasiya protestində bu ifadələrin yolverilməz sübut olması iddia olun sa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifaldələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Bunun əksini sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul e dərkən əsas sübut növlərindən biri kimi E.Şahid5 məhkəmə iclasında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir sıra sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X13ə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosesual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Şahid5 məhkəmə iclasında verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli, obye ktiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, X13in ibtidai istintaq zamanı deyil, məhz məhkəmə iclasında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Kassasiya protestində Şahid5 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-in 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf həm də iş üzrə bütün qanuni üsullarla toplanmış sübutların məcmusu ilə təsd iq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibt idai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün Şahid5 cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri ilə yanaşı iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutları tam və hərtərəfli tədqiq və təhlil etimiş məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki cinayət işinin materiallarına görə bu işin başlanmasına əsas Şirvan şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 11 iyun 2022-ci il tarixli raportu, həmin raporta əsasən onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair eyni tarixli qərar və bu sənədlərlə bağlı iş üzrə keçirilmiş əməliyyat-axtarış təbirlərinin və aparılmış bir sıra istintaq hərəkətlərinin nəticələri olmuşdur. Qeyd olunan raporta göstərilmişdir ki, baş əməliyyat müvəkkili Şahid1 icraatına (müəyyən olunmamış tarixdə və mənbədən-m.k.) Şahid5 narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qərarda isə əməliyyat məlumatında göstərilən ərazinin nəzarətə götürülməsi, X13ün ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi (hansıların, müəyyən deyil-m.k.), üzərində gəzdirdiyi narkotik vasitənin götürələrək dövriyyədən çıxarılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin təmin olunması (sanki əməliyyatçıya əvvəlcədən Şahid5 üzərində narkotik vasitə gəzdirməsi məlum idim.k.), qərarın surətlərinin isə 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən ərazi üzrə Şirvan Şəhər Məhkəməsinə və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti və prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna göndərilməsi nəzərdə tutulmuş, qərarda isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə, 11-ci maddəsinin İİ hissəsinin 4-cü bəndinə, İİ hissəsinin 3-cü bəndinə, İV hissəsinin 3-cü bəndinə və CPM-in 445.2-ci maddəsinə istinad olunmuşdur. Bu qərarın qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, “Əmə liyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin 8 və 10-cu bəndlərində əməliyyat-axtarış tədbirləri kimi binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə və insanların güdülməsi nəzərdə tutulmuşdur ki, həmin Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən, Qanunun 10-cu maddəsinin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Təhlill edilən Qanunu n 10-cu maddəsinin İV hissəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cüm lədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Adı çəkilən Qanunun 11-ci maddəsinin İİİ hissəsində isə göstərilmişdir ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. CPM-in 177.4-cü maddəsinə görə, baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlər ini məcburi apara bilər: 177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda; CPM-in 243.3-cü maddəsinin tələblərindən görünür ki, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. 243.4. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Qanunvericiliyin təsvir edilən tələblərindən belə nəticə hasil olur ki, əvvəla yaşayış yerinə baxış istintaq hərəkəti yalnız cinayət işi başlandıqdan sonra, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, belə qərarı n qəbul edilməsi üçün isə müstəntiq müvafiq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuuncu isə təqdimatla məhkəməyə müraciət etməlidirlər. Yaşayış yerinə baxışın məhkəmə qərarı olmadan keçirilməsi üçün isə həmin yerin mülkiyyətçisinin və ya istifadəçisinin buna razılıq verməsi barədə ərizəsi kifayət etmir və həmin istintaq hərəkəti məhkəmənin qərarı olmadan yalnız CPM-in 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda aparılır. Bununla belə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları imkan verir ki, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün əməliyyat tədbiri kimi də binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilsin. Lakin, hər iki halda yaşayış yerlərinə baxışın keçirilməsi üçün bu haqda məhkəmənin qərarının alınması və ya istintaq orqanı, yaxud da əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektləri tərəfindən müvafiq qərar qəbul edilməsi birmənalı olaraq tələb olunur. Cinayət-prosessual qanunvericiliyin tələbləri fonunda məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, qanunverici baxış və axtarış istintaq hərəkətlərini fərqləndirərək müəyyən etmişdir ki, əgər mənzildə və ya digər yaşayış sahəsində əşyaları, o cümlədən dövriyyəsi məhdudlaşdırılmış, yaxud da qadağan edilmiş əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə və ya digər yaşayış sahəsində şəraiti (qapıda zədələnmənin olub-olmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək, yaxud da hər hansı cinayəti hazırlayan və ya törətmiş şəxsi yaxalamaq zərurəti varsa belə hallar baxışın keçirilməsi üçün əsasdır. Şahid5 yaşadığı evə “baxışın və götürmənin aparılması barədə” 11 iyun 2022-ci il protokolun və bundan əvvəl qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında eyni tarixli qərarın məzmunlarından görünür ki, bu əməliyyat tədbiri təhqiqat orqanının ehtimalına görə həmin evdə cinayət törətmiş X13in yaxalanması deyil, gizlədilmiş şəraitd ə saxlanılan narkotik vasitələrin tapılaraq götürülməsi məqsədilə aparılmışdır ki, bu da həmin evə baxışın yox, bu yaşayış sahəsində axtarışın aparılmasını zəruri etmişdir ki, bu tədbirin keçirilməsini əks etdirən videogörüntülərlə evdə həqiqətən baxışın deyil, axtarışın aparılması təsdiq olunur. Bunun üçün, prosessual qanunvericiliyin tələblərinə əsasən, müvafiq, yəni yaşayış sahəsində axtarışın aparılması haqqında məhkəmə qərarının qanunda nəzərdə tutulmuş qaydada alınması labüd olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası ona nəzər yetirir ki, hətta Şahid5 evində keçirilmiş tədbir yaşayış sahəsinə baxış keçirmə kimi qiymətləndirilsə belə, bu tədbirin keçirilməsi üçün mütləq şəkildə, qanunun tələb etdiyi kimi, əməliyyat-axtarış fəaliyyəti subyekti tərəfindən əsaslandırılmış qərar qəbul edilməli idi və yalnız belə qərar həmin tədbirin həyata keçirilməsi üçün əsas ola bilərdi. Cinayət işinin materiallarının təhlili göstərir ki, təhqiqatçı Şahid6 tərəfindən belə qərar qəbul edilməmişdir, bu isə Şahid5 buna razılıq ərizəsi alınsa da, onun yaşadığı evdə baxışın əsassız və qanunsuz keçirilməsinə dəlalət edir. Belə qənaətə gəlmək üçün yuxarıda təsvir edilənlərlə yanaşı həm də baş əməliyyat müvəkkili Şahid1 ilkin raportu da da əsas verir. Həmin raportun məzmunundan isə Şahid5 yaşadığı evdə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatının daxil olması görünmür. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respub likasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyy əti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təmin atı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut ki mi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədb iri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmə dov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarı n daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən m əhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış təd biri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kolleg iyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, həmin materiallara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərarın eyni tarixli məktublarla əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Şirvan şəhər prokuroru ilə yanaşı həm də məhkəmə nəzarətini həyata keçirən Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə məktublar əlavə edilsə də, həmin qərarın özünün və onun əsasında keçirilmiş tədbirlərin yuxarıda göstərilən qaydada yoxlanılması iş materialları ilə müəyyən edilməmiş və məhkəmə nəzarətini həyata keçirən məhkəmənin bu haqda qərarı həmin materiallarda aşkar olunmamışdır. Bu isə ona dəlalət edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərarın və onun əsası nda toplanmış sübutların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından həmin sübutlar Şahid5 qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, Şahid5 qarşı CM-in 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçısı İ.H.Əsədovun da əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı Şahid5 üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahat ına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olub-olmaması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçı Şahid6 da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin prtokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Eyni nöqsanlara həmçinin Şahid5 yaşadığı evə baxışın keçirilməsi zamanı da yol verilmiş və bundan əlavə bunun nəticəsində götürülmüş əşyalar (ibtidai araşdırma orqanının iddia etdiyi kimi 3 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə) və elektron tərəzi ümumiyyətlə qablaşdırılmamış və iştirakçılar tərəfindən bu fakt təsdiq edilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya ə ldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CP M-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Bundan başqa, X13ün yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 iyun 2022-ci il tarixli qısa məzmunlu protokoldan və bu tədbirinin aparılmasını əks etdirən videogörüntülərlə müəyyən edilir ki, protokol da bu tədbirinin saat 19.40-dan 20.05-dək keçirilməsi göstərilsə də, həmin tədbirin iştirakçıları evin qarşısına gələrkən artıq qaranlıq olmuş, bu baxımdan yay vaxtı saat 19.40-da günəşin batması və havanın qaranlıq olması inandırıcı görünmür və bununla bağlı X13ün ifadələrində göstərdiyi vaxtda – saat 23 radələrində evdə baxış aparılması barədə həmin ifadələri həqiqətə uyğun sayılmalıdır. Həmçinin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərlə müəyyən edilir ki, təhqiqatçı baxış keçirməzdən əvvəl ev həyətinin qapısının qarşısında X13in atası Şahid5 bu haqda bildirsə də, baxışda kimlərin iştirak edəcəyi, tədbirin hansı vaxtda başlanması, videoçəkilişin kim tərəfindən aparılması barədə iştirakçılara məlumat verməmiş, şübhəli şəxsə və digər iştirakçılara onların hüquq və vəzifələri izah olunmamış, həmin vaxt Şahid5 ümumiyyətlə qapının qarşısında olmamış və bütün iştirakçılar, o cümlədən çoxlu sayda polis əməkdaşları, hətta onların bəziləri təhqiqatçıdan əvvəl evə daxil olduqdan sonra sonuncu evin mətbəxindən başlayaraq, orada və evin otaqlarında olan digr əşyalara səthi baxış aparır, hətta narkotik vasitələrin gizlədilməsi üçün əlverişli şərait olan bir çox saxlanc yerlərinə, bağlamalara, şkaflara, çаmаdanlara və sair bu kimi əşyalara ümumiyyətlə baxmır. Videoçəkilişin 02:59-cu saniyəsindən 03:01-ci saniyəsinədək olan hissəsindən evin işığı sönmüş otağının qapısından içəridə hərəkət edən işığın saçması, polis əməkdaşlarından birinin (birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, Şahid3 girişdəki ümumi zalın işığını yand ırdıqdan sonra həmin ümümi zala qapısı açılan otağa daxil olması, bundan sonra otaqdan çıxmadığı, bu vaxt isə təhqiqatçı baxışı mətbəxdə aparması, həmçinin Şahid3 04:30-cu saniyəsində görünməsi müəyyən edilir. Bundan başqa videoçəkilişdən o da görünür ki, bir neçə polis əməkdaşı evin digər otaqlarında pərakəndə şəkildə, təkbaşına və hər hansı nəzarət olmadan sərbəst hərəkət edirlər. Evin qonaq otağında yerləşən əşyalara baxışın keçirilməsini əks etdirən videoçəkilişin 12:30-cu saniyəsindən 12:40-cı saniyəsinədək olan hissəsində qonaq mebel dəstinin şkafının güzgüsündə həmin videoçəkilişi aparmış şəxsin Şahid4 olması müəyyən edilir və sonuncunun başı ilə işarəverici hərəkət etməsinə təqsirləndirilən şəxs X13 kəskin reaksiya verərək “bu nə deməkdir ki” deyə ifadələr işlədir, lakin əməliyyat qrupunun rəhbəri Şahid1 onun sözlərini kəsərək hər hansı fikir bildirməsinə mane olur. Videoçəkilişin 12:49-cu saniyəsində baxışda iştirak edən Şahid3 bir neçə saniyədən sonra aşkar ediləcək narkotik vasitənin olduğu yerə baxsa da və həmin yerdə bağlamanı görməli olsa da hər hansı reaksiya vermir və videoyazının 13:23-cü saniyəsindən 13:30-cu saniyəsinədək olan hissəsində qonaq otağında olan divanın arxasında olan qara rəngli sellofan torbaya təhqiqatçı Şahid6 reaksiya verərək həmin torbanı götürüb “nədi bu?” deyə təkrar-təkrar suallar verir, sonra həmin torbanın içərisindən, özünün dediyi kimi, üç bükümdə narkotik vasitə heroinə bənzər kütləni və məhkəmə-kimyəvi eksprertizasının rəyinə əsasən, işlək vəziyyətdə olmayan elektron tərəzini çıxararaq iştirakçılara təqdim edir və bu an Şahid5 b u əşyaların ona məxsus olmamasını bildirir. Halbuki, videoçəkilişin əvvəlki kadrlarından görünür ki, təhqiqatçı hətta böyük idman çantalarının içərisinə baxmır və həmin çantalara hər hansı reaksiya vermir. Bu vaxt əməliyyat qrupunun rəhbəri Şahid1 “sənin dədənlə birgə girmişik otağa, dədən də, vəkilin də yanında, “əlinlə işarə edirsən” deyirsən. Sən çox qələtlər edirsən. Sənin oğlun bu qələtləri edir” deyir, eyni zamanda nalayiq ifadələr də işlədir. Buna cavab olaraq X13 “mənim xəbərim yoxdur, əli ilə işarə edəni gördün də ata. Sən bilirsən ki, bunlar mənim ola bilməz, mən beş manatı səndən dilənən adam ee ata” deyə öz etirazını bildirir. Həmin vaxt isə videoçəkilişin 15:03-cü saniyəsində Şahid1 “sən üstündən çıxanı da deyirdin mənim deyil” deyə bildirir. Bundan sonra təhqiqatçı otağın dig ər hissələrinə baxış keçirmədən, aşkar edilmiş kütlələri və elektron tərəzini müvafiq qaydada qablaşdırmadan və möhürləmədən videoçəkilişin bitməsini elan edir, lakin evin başqa hissələrin, o cümlədən birinci mərtəbəyə baxışın keçirilməməsinin səbəblərini hər hansı şəkildə izah etmir. Göründüyü kimi, təhqiqatçının “evə baxış” adlandırdığı hərəkətləri CPM-in 236-cı maddəsinin tələblərinə zidd qaydada aparılmış, bu zaman həmin tədbirin və ya istintaq hərəkətinin aparılmasında bir çox şəxslər iştirak etsələr onların barəsində məlumatlar bu haqda tərtib edilmiş 11 iyun 2022-ci il tarixli protokolda qeyd olunmamış, təhqiqatçının aşkar edərək götürdüyü əşyaların ətraflı təsviri, çəkisi və digər xüsusiyyətləri həmin protokolda əks olunmamış, götürülmüş maddi sübutlar qablaşdırılmamış, sonuncunun onun bundan sonra baxışı başa çatdırması və evin digər hissələrinə baxış keçirməməsi, habelə maddi sübutların nə vaxt zərfə qablaşdırılması müəyyən edilməmiş, narkotik vasitə və elektron tərəzi ilə birlikdə ekspertiza tədqiqatına təqdim olunmuş zərfin nə vaxt və kimlər tərəfindən imzalanması müəammalı və şübhəli qalmışdır. Bunları isə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin istintaq və təhqiqt bölməsinin təhqiqatçısı Şahid6 verdiyi ifadələrində belə izah etmişdir ki, 11 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini X11 narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və dövriyyəsi ilə məşğul olması barədə Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, onun tərəfindən müvafiq qərar qəbul edildikdən sonra o, da əməliyyat qrupuna daxil edilmişdir. X13 saxlanılıb şöbəyə gətirildikdən sonra sonuncu onun tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı X13 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və büküm içərisində heroin olduğunu, onu yaşadığı məhlədən yerdən tapdığını bildirmişdir. Bundan sonra X13ə yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat verilmiş, sonuncu buna etirazının olmaması barədə ərizə yazmış, əməliyyat qrupunun üzvləri birlikdə onun yaşadığı evə getmiş və həmin gün saat 19 radələrində evə şübhəli şəxsin və onun vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı həmin evdəki qonaq otağında olan div anın arxasından 3 sellofan bükümdə qablaşdırılmış narkotik vasitə heroinə bənzər kütlə və elektron tərəzi aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq Şahid6 göstərmişdir ki, Şahid5 evinə baxış keçirilərkən hansı səbəbdən əməliyyat qrupunda adları qeyd edilməyən şəxslərin iştirak etmələrini izah edə bilmir, bu zaman evə ondan əvvəll evə heç kimin girməməsini bildirsə də, Şahid6 videogörüntülər təqdim olunduqdan sonra həqiqətən bəzi polis əməkdaşlarının ondan əvvəl evə daxl olmalarını, onların baxış aparılarkən sərbəst və pərakəndə şəkildə digər otaqlarda gəzmələri faktlarını etiraf etmiş, bunu isə başı baxışa qarışdığına görə bu hallara nəzarət edə bilməməsi ilə izah etmişdir. Həmçinin, videoçəkilişə baxarkən Şahid6 baxışın ilk dəqiqələrində əməliyyatçı Şahid3 işığı yandırarkən işığı s önülü olan otağa kənar şəxsin daxil olmasını gördüyünü, lakin həmin şəxsin kim olması barədə heç nə deyə bilmədiyini göstərmişdir. Baxış zamanı aşkar edilmiş çantaların içərisinə və digər əşyalara hansı səbəbdən baxış keçirməməsinə, keçirdiyi tədbirin və bu haqda protokolun axtarış deyil, baxış adlandırmasına dair sualllara əlavə şahid cavab verə bilməmiş, həmçinin o, əməliyyat qrupunun rəhbəri Şahid1 təcrübəli polis əməkdaşı kimi tanıdığından baxış keçirilərkən onun hərəkətlərinə və davranışlarına müdaxilə edə bilməməsini, bəzi əşyalara baxmasının fikrindən yayındığını qeyd etmiş, əməliyyat qrupuna daxil edilməmiş başqa polis əməkdaşlarının evə daxil olmaları səbəbini bunun təhlükəsizliyi təmin etmək məqsədilə baş verməsi ilə izah etmiş, eləcə də aşkar edərək götürdüyü maddi sübutları dər hal deyil, baxış başa çatdıqdan sonra qablaşdırmasını bildirmişdir. Dövlət ittihamçısının “sonuncu yumşaq dəstin arxasına baxmamışdan əvvəl otaqda olan başqa bir yumşaq dəstin də altına baxırsız, lakin divan arxasına baxmırsız. Necə olur ki, həmin yumşaq dəstin – divanın arxasına baxdınız?” sualına Şahid6 “divanın arxası məndə şübhə yaratdı, ona görə baxdım” deyə cavab vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərlə çoxlu sayda şübhəli və ziddiyyətli hallar müəyyən edildiyindən işə baxılarkən məhkəmə tərəfindən həmin videogörüntülərlə bağlı məhkəmə-video-texniki ekspertizası təyin olunub keçirilmiş və bu ekspertizanın 19 iyul 2023-cü il tarixli 04/1039 nömrəli rəyində göstərilmişdir ki, X13in yaşadığ evə baxış keçiriləkən çəkilmiş videoyazının 4507-4542 kadrlarında qeydə alınan işığı sönülü olan otağın içərisində görünən qaraltı kölgə olmayıb kişi cinsinə məxsus şəxsin görüntüsüdür, həmin işığı sönülü olan otağın içərisində görünən işıq eyniləşdirilməsi mümkün olmayan düzbucaqlı formalı mənbədən şüalanır. Həmin kadrlarda görünən işıq həmin məkanda olan kişi cinsinə məxsus şəxsin əlində olan mənbədən şüalanır. Mübahisəli videoyazının 18604-18662-ci kadrlarında qeydə alınan mebel dəstinə məxsus güzgüdə görünən videoçəkən şəxs görüntülərdə başını əvvəl yavaşca sola, sonra isə sağa çevirir. Bu hərəkətin işarəedici hərəkət olub-olmamasını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi məhkəmə-video-texniki ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Şahid5 yaşadığı evə baxış keçirilməmişdən əvvəl narkotik vasitənin aşkar edildiyi otaqda kənar şəxs və ya şəxslər olmuş, bu hal da yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin ona aid olmaması və həmin narkotik vasitənin kənar şəxslər tərəfindən həmin yerə qoyulması barədə X13 tərəfindən həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrin doğru olması barədə nətcəyə gəlmək üçün əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid5 qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın kökündə müstəsna sübut evə baxış keçirilməsi haqqında 11 iyun 2022- ci il tarixli protokol və ona əlavə olunmuş videogörüntülər durur ki, ittiham tərəfinin mövqeyinə görə, bu ittihamı təsdiq edən digər sübutlar da məhz həmin tədbirin və ya istintaq hərəkətin (onun aparılması barədə qərar qəbul olunmadığınıa görə həmin baxışın əməliyyat-axtarış tədbiri və ya istintaq hərəkəti olmasını müəyyən etmək mümkün olmur) aparılması nəticəsində əldə edilmiş, bunun əksinə olaraq isə X13 cinayət təqibinin bütün mərhələlərində göstərmişdir ki, qonaq otağındakı divanın arxa tərəfində aşkar edilmiş 3 bükümdə narkotik vasitə – heroin və 1 ədəd elektron tərəzi ona məxsus deyil və həmin əşyaların yerləşdirildiyi torba məhz polis əməkdaşları tərəfindən həmin yerə qoyulmuş və daha sonra götürülmüşdür. Təhlil göstərir ki, bəraət almış şəxsin bu ifadələri evə baxış keçirilməsini özündə əks etdirən videogörüntülərlə, habelə bu görüntülər üzrə aparılmış ekspert tədqiqatı ilə tam təsdiq edilir və yuxarıda göstərilən əşyaların onların aşkar edildiyi yerə kənar şəxs və ya şəxslər tərəfindən qoyulması, onların Şahid5 tərəfindən əldə edilməməsi, daşınmaması və yaşadığı evdə saxlan ılmaması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestində istinad olunan və bunun əksini təsdiq edən polis əməkdaşlarının ifadələrini təftiş etməyi zəruri bilmir, bu ifadələri isə həqiqətə uyğun olan və onları Şahid5 təqsirliliyini təsdiq edən deyil, onların öz fəaliyyətlərini əks etdirən ifadələr kimi dəyərləndirir. İş üzrə gəldiyi belə nəticələrə əsaslanaraq məhkəmə kollegiyası onu da vurğulayır ki, həm ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli 18/652 nömrəli, həm də məhkəmə baxışı zamanı keçirilmiş təkrar məhkəmə fiziki-kimyəvi ekspertizasının 3 may 2023-ci il tarixli 06/2107 nömrəli rəyi ilə X13in üzərində şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin onun evind an aşkar edilmiş narkotik vasitə ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil etməsi müəyyən olunduğundan, bu hal da 11 iyun 2022-ci il tarixdə Şahid5 üzərindən aşkar edilərək götürülmüş 0,429 qram heroinin də onun tərəfindən əldə etməsini, daşımasını və saxlamasını təsdiq etmir. Bu şübhəyə əsas kimi isə məhkəmə kollegiyası Şahid5 özünün məhkəmə iclasında verdiyi ifadələri ilə yanaşı, obyektiv olan digər sübutların mövcudluğunu – şübhəli şəxsin üzərində şəxsi axtarış aparılarkən onun boğaz nahiyyəsində xəsarətin müəyyən edilməsini, sonuncunun 11 iyun 2022-ci il tarixdə tutulmasına, 13 iyun 2022-ci il tarixdə isə barəsində həbs qətimkan tədbirinin keçirilməsinə baxmayaraq, yalnız 16 iyun 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına keçirilməsini, bununla da CPM-in 157.3-cü maddəsinin tələblərinin pozulmasını (həmin maddəyə əsasən məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir), qeyd olunan müddət ərzində təqsirləndirilən şəxsin polis nəzarətində saxlanılmasını və həmin müddətdə təsir və təzyiqlərə məruz qala bilməsini, aşkar edilmiş xəsarətlər üzrə isə vaxtında məhkəmə-tibbi ekspertizasının keçirilməsinin mümkünsüzlüyünü qeyd edir. Ən əsası isə məhkəmə kollegiyası yenə də yuxarıda təsvir edilmiş videogörüntülərə müraciət edərək ona diqqət yetirir ki, Şahid5 evində baxış aparılarkən sonuncu oradan aşkar edilərək götürülmüş narkotik vasitənin və elektron tərəzinin ona aid olmamasını bildirdikdə əməliyyət qrupunun rəhbəri Şahid1 buna dərhal reaksiya veri b ona müraciət edərək bildirmişdir ki, o, yəni X13 üzərindəki narkotik vasitənin də ona aid olmasını əvvəl etiraf etməmişdir. Yəni, bu iraddan görünən odur ki, şəxsi axtarış videogörüntü ilə rəsmiləşdirilməzdən əvvəl Şahid5 onun üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşyanın, o cümlədən narkotik vasitənin olmamasını bildirmiş, sonradan isə müəyyən edilməmiş səbəblərdən bu faktı etiraf etmiş və sonradan evində aşkar edilmiş, lakin ona məxsus olmayan, kimyəvi komponentlərinə görə eynilik təşkil edən narkotik vasitəni cibindən çıxarıb təhqiqatçıya təqdim etmiş, onu isə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu hal, yəni Şahid1 evə baxış aparılarkən etdiyi irad digər obyektiv hallarla birlikdə Şahid5 üz ərində şəxsi axtarış aparılmasının rəsmiləşdirilməsindən əvvəl təsirə, fiziki zorakılığa və qeyri insani rəftara məruz qalmasını istisna etmir və ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri olan şəxsi axtarışın və onun nəticəsində də əldə edilmiş sübutların yolverilməzliyinə dəlalət edir. Şahid5 fiziki zorakılığa, işgəncələrə və qeyri insani rəftara məruz qalması ilə bağlı müraciəti üzrə Şirvan şəhər prokurorluğunda səthi araşdırma aparılsa da və bunun nəticəsində kassasiya protestində də istinad olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında hal-hazırda qüvvədə olan 30 avqust 2022-ci il tarixli qərar qəbul edilsə də, məhkəmə kollegiyası həmin qərarı preyudisial əhəmiyyətə malik olan prosessual sənəd hesab etmir, müraciət üzrə araşdırmanın isə pros essual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla aparılmasını qeyd edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə də razılaşır və ilk növbədə qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yol u ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgənc əni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin qərarlarında məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi dövlətin öh dəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın apar ılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirl ər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən, o cümlədən Şahid5 saxlanılması, tutulması, onun üzərində və yaşadığı evdə müvafiq olaraq axtarış aparılması və baxış keçirilməsi bar ədə tərtib edilmiş protokollardan sonuncunun polis şöbəsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da X13i saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşlarının ibtidai araşdırma zamanı va birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş materiallarından göründüyü kimi, Şahid5 CM-in 234.4.3-cü maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ibtidai araşdırma orqanı şahid qismində dindirilmiş p olis əməkdaşları – Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrinə əsaslanmışdır. Bu şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər qərarlarda məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri if adələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları Şahid5 saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində və evində axtarışın və baxışın aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı Şahid5 təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, X13in isə satış məqsədilə narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olu nan halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişlər. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, Şahid5 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq Şahid5 elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulm uş pozuntulara yol verilmədiyini qeyd edərək, Şahid5 bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, Şahid5 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi ha qqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Şahid5 CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübu ta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar