Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1608/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Qax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 180.2.4, 221.1, 234.1 və 259.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü ilə isə Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 259.2.4-cü maddəsi ilə bəraət verilməsinə və onun CM-in 221.1, 234.1 və 322.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü tarixli hökmü ilə (səd rlik edən hakim Qarayev Malik İbrəhim oğlu) Məhkum, 4 dekabr 1995-ci il tarixdə Qax rayonunun Çüdüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Qax rayonunun Çüdüllü kəndində qeydiyyatda olan və orada yaşamış, CM-in 180.2.4, 221.1, 234.1 və 259.2.4-cü maddələri nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, CM-in 221.1ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 259.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə Məhkum 9 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə həmçinin zərər çəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməsi i lə təbiətə külli miqdarda ziyan vurmuş, insanların həyatına və ya sağlamlığına təhlükəli olmayan zor tətbiq edərək soyğunçuluq etmiş, sаtış məqsədi olmadan qаnunsuz оlаrаq nаrkоtik vаsitələri əldə еdərək sахlаmış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, о, meşə fonduna daxil olmayan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirl iyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin oktyabr ayının axırlarında Qax rayonu, Böyük Alatəmir bələdiyyəsinin mülkiyyətinə daxil olan Qarameşə kəndində yerləşən köhnə qəbirstanlıqda köküstə yaş olmaqla cəmi dəyəri 70150 (yetmiş min yüz əlli) manat olan diametri 15 sm olan 1ədəd tut cinsinə məxsus ağacı, diametri 30 sm olan bir ədəd gilas cinsinə məxsus ağacı, diametri 86 sm olan bir ədəd vələs cinsinə məxsus ağacı, diametri 51 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 64 sm olan bir ədəd palıd cinsinə məxsu s ağacı, diametri 83 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 90 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 105 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 22 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 25 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 31 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 32 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 33 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 34 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 36 sm olan iki ədəd lapan cinsinə məxsus ağacı, diametri 63 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 44 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 52 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 54 sm olan bir ədəd göyrüş cinsinə məx sus ağacı, diametri 55 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 60 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 61 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 69 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 70 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 76 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 90 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 91 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 109 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 111 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 114 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 15 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 21 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 30 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 34 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 36 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 40 sm olan üç ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 45 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 49 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 52 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 53 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 54 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 55 sm olan iki ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 64 sm olan üç ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 72 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 75 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 82 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacları elektrik mişarı ilə kəsərək təbiətə külli miqdarda ziyan vumuşdur. Bundan başqa o, özgə əmlakını tamah niyətilə ələ keçirmək məqsədilə 17 fevral 2023-cü il tarixdə saat 23 radələrində Qax rayonunun Qorağan kəndində olan otelin arxa tərəfində Zərərçəkmiş şəxs1 başına bir dəfə sillə ilə vuraraq, onun sağlamlığına təhlükəli olmayan zor tətbiq edərək sonuncuya məxsus olan 854 (səkkiz yüz əlli dörd) manat dəyərində “Samsung A53 5G” markalı mobil telefonu əlindən alaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətmişdir. Bundan başqa o, sаtış məqsədi оlmаdаn 2022-ci ilin may ayında Qax rayonu Fıstıqlı kəndində yabanı qaydada bitmiş çətənə kollarının yarpaqlarını yığaraq qurudub qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda yəni, 2 72,21 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə olan qurudulmuş mаriхuаnаnı əldə edərək saxlamış, Qax rаyоn pоlis şöbəsinin əməkdаşlаrı tərəfindən kеçirilmiş əməliyyаt ахtаrış tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə təхminən sааt 19 rаdələrində Qax şəhərində saxlanılaraq, Qax rayon polis şöbəsinə gətirilimiş üzərinə şəxsi axtarış aparılan zaman üzərində bir kibrit qutusunda təmiz çəkisi 5,24 qram və Qax rayonu Fıstıqlı kəndinin girəcəyində yolun kənarında olan kolluq əraziyə baxış zamanı gizlətdiyi təmiz çəkisi 266,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə olan qurudulmuş mаriхuаnа aşkar edi lərək götürülmüşdür. Bundan başqa o, 31 may 2023-cü il tarixdə saat 17 radələrində ictimai yerdə, yəni Qax rayonu, Əmbərçay kəndinin ərazisində yerləşən kafenin ərazisində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, yüksək səslə söyüşlər söyməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək X7 saçından tutub bədən nahiyəsindən yumruqla və təpiklə vuraraq sonuncuya qarşı zor tətbiq edərək onu qəsdən döyməklə sağ bazuda 2 ədəd, sol bazuda 1 ədəd qançırlar, sol dirsək nahiyəsində 1 ədəd sıyrıq xəsarətlərindən ibarət sağlamlığına zərərvurmayan bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Qax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 9 yanvar 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin hö kmü qismən ləğv olunmuş, CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 259.2.4-cü maddəsi ilə bəraət verilmiş, o, CM-in 221.1, 234.1 və 322.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 221.1ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 322.2-ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə Məhkum 9 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hissəsi hökmdən xaric edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş et mişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 4 mart 2005-ci il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə ibtidai araşdırma orqanı tərəfindən Məhkumə qarşı irəli sürülmüş, birinci instansiya məhkəməsinin hökmü ilə isə - onun təqsirli bilindiyi ittihama istinad edən dövlət ittihamçısı T.H.Əsədov həmin protestini onunla əsaslandırmışdır ki, əvvəla apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 259.2.4-cü maddəsi ilə bəraət verərkən ittihamın məzmu nuna bu maddədə nəzərdə tutulmuş cinayətin törədilmə vaxtını 2022-ci ilin oktyabr ayının sonlarında baş verməsini müəyyən etməklə dəyişiklik edib 70150 manat dəyərində ağacların qısa müddət ərzində kəsilməsinin mümkünsüzlüyünə diqqəti cəlb etməyə çalışmış, belə bir halın isə yalnız ehtimallardan ibarət ola biləcəyini əsaslandırmağa çalışmış, lakin həmin cinayətin Məhkum tərəfindən törədilməsini təsdiq edən bir sıra sübutları, əsasən də iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə qanuna müvafiq qaydada qiymət verməyərək bu sübutları nəzərə almamışdır. Halbuki, Məhkum qarşı irəli sürülmüş ittihama görə, həmin ittihamda göstərilən ağacların son bir il ərzində kəsilməsi göstərilmişdir ki, belə halın da baş verməsi tamamilə ağlabatandır. Bununla yanaşı, kassasiya protestinin müəlli fi öz müraciətində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadələrinə istinad edərək qeyd etmişdir ki, həmin ifadələrin məzmununa görə, zərər çəkmiş Zərərçəkmiş şəxs1 Məhkum ona verdiyi 50 manat məbləğində pulu götürdükdən sonra sonuncunun kafedə sifariş verərək istifadə etdiyi yeməyin və pivənin dəyərini də həmin puldan çıxılmasını bildirmiş, lakin Məhkum bununla razılaşmamış, Zərərçəkmiş şəxs1 guya xırdalamaqdan ötrü verdiyi pulun hamısını tələb etməyə başlamış, bu zəmində onların arasında baş vermiş mübahisə zamanı isə ona bir sillə vurub telefonunu zor tətbiq etməklə ondan telefonunu verməyi tələb etmiş, Zərərçəkmiş şəxs1 də əziyyət çəkdiyi xəstəliyin kəskinləşməsindən və döyülməsindən qorxaraq telefonu ona vermək məcburiyyətində qalmış, sonrakı günlərdə isə telefonun qaytarılmasını tələb etsə də, Məhkum müxtəlif bəhanələrlə onu qaytarmamış, zərər çəkmiş şəxs hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra isə ələ keçirdiyi telefonu köhnə telefonla əvəzləmişdir. Bütün bu hallar Məhkum törətdiyi bu əməlin soyğunçuluq cinayəti kimi qiymətləndirilməsinə dəlalət etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onun həmin əməlini özbaşınalıq, yəni CM-in 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi dəyərləndirmiş, bununla da məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifində səhvə yol vermişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddət də məlumatlandırılmış, lakin məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər X14, Zərərçəkmiş şəxs1 və zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum, zərər çəkmiş şəxslər X7nın, Zərərçəkmiş şəxs1 və zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılm asını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə hökmüna və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 259.2.4cü maddəsi ilə onun həmin cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verərkən və onun digər – soyğunçulu q cinayətinin tərkibini yaradan əməlini CM-in 180.2.4-cü maddəsindən CM-in 322.2-ci maddəsinə tövsif edərkən sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etmədiyini və düzgün qiymətləndirmədiyini, habelə məhkum olunmuş şəxsin cinayət əməlinin tövsifində səhv nəticəyə gəlməsini iddia edir və bununla bağlı dəlillərə əsaslanaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs ində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünı və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiy anın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmündən verilmiş kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübut etməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə onu törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlə t tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və on ların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin tör ədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsa tətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Ko nvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yal nız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsu liyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nə ticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Ək s halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi m əsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhk um edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilm əyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiya sı qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilm əsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraa t materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçi rilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanu nvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilmə lidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı t əqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi v ə ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olm ası (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilmə sinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarl arına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 24 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökm ü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin dəlilərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və mə hkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə istər ittiham, istərsə də müdafiə tərəfi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 221.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə, yəni onun sаtış məqsədi оlmаdаn 2022-ci ilin may ayında Qax rayonu Fıstıqlı kəndində yabanı qaydada bitmiş çətənə kollarının yarpaqlarını yığaraq qurudub qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 272,21 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə olan qurudulmuş mаriхuаnаnı əldə edərək saxlaması və daşıması, habelə 31 may 2023-cü il tari xdə saat 17 radələrində ictimai yerdə, yəni Qax rayonu, Əmbərçay kəndinin ərazisində yerləşən kafenin ərazisində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını pozması və yüksək səslə söyüşlər söyməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək X7nın saçından tutub bədən nahiyəsindən yumruqla və təpiklə vurub sonuncuya qarşı zor tətbiq edərək onu qəsdən döyməklə və ona sağ bazuda 2 ədəd, sol bazuda 1 ədəd qançırlar, sol dirsək nahiyəsində 1 ədəd sıyrıq xəsarətlərindən ibarət sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq cinayət əməllərini törətməsinin sübuta yetirilibyetirilməməsini, onun bu əməllərinin cinayət qanununun müvafiq maddələri ilə tövsif edilməsini mübahisələndirməmiş və apellyasiya instansiyası məhkəməsi də ittihamın bu hissələri ilə razılaşaraq onun həmin maddələrlə təqsirli bilinərək cəzalandırılması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşaraq ittihamın qeyd edilən epizodların və bu epizodlarla bağlı iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların bir daha təftiş edilməsinə ehtiyac görmür və hesab edir ki, həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya protestində mübahisələndirilən Məhkum qarşı irəli sürülmüş ittihamın digər hissələri ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin ittihama görə, Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ona görə ki, o, meşə fonduna daxil olmayan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqlar ın götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin oktyabr ayının axırlarında Qax rayonu, Böyük Alatəmir bələdiyyəsinin mülkiyyətinə daxil olan Qarameşə kəndində yerləşən köhnə qəbirstanlıqda köküstə yaş olmaqla cəmi dəyəri 70150 (yetmiş min yüz əlli) manat olan diametri 15 sm olan 1ədəd tut cinsinə məxsus ağacı, diametri 30 sm olan bir ədəd gilas cinsinə məxsus ağacı, diametri 86 sm olan bir ədəd vələs cinsinə məxsus ağacı, diametri 51 sm olan bir ədəd pa lıd cinsinə məxsus ağacı, diametri 64 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 83 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 90 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 105 sm olan bir ədəd palıd cinsinə məxsus ağacı, diametri 22 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 25 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 31 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 32 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 33 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 34 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 36 sm olan iki ədəd lapan cinsinə məxsus ağacı, diametri 63 sm olan bir ədəd lapan cinsinə məxsus ağacı, diametri 44 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 52 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 54 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 55 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 60 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 61 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 69 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 70 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 76 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 90 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 91 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 109 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 111 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 114 sm olan bir ədəd göyrüş cinsinə məxsus ağacı, diametri 15 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 21 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 30 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 34 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 36 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 40 sm olan üç ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 45 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 49 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 52 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 53 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 54 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 55 sm olan iki ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 64 sm olan üç ədəd ağcaqayın cinsinə məxsus ağacları, diametri 72 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 75 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacı, diametri 82 sm olan bir ədəd ağcaqayın cinsinə məxsus ağacları elektrik mişarı ilə kəsərək təbiətə külli miqdarda ziyan vumuşdur. Kassasiya protestində Məhkum tərəfindən bu epizod üzrə cinayət əməlini 2022-ci ilin oktyabr ayının axırlarında deyil, bir il ərzində törədilməsi, apellyasiya instansiyası məhkəməsinin bu müddətlə bağlı gəldiyi nəticənin düzgün olmaması iddia olunsa da, məhkəmə kollegiyası bu iddianın tamamilə əsassız olmasını qeyd edir və ona diqqət yetirməyi lazım bilir ki, Məhkum qarşı yuxarıda göstərilən növlərdə, həcmdə və ölçülərdə ağacları bir il və ya hər hansı uzun müddət ərzində yox, məhz 2022-ci il oktyabr ayının axırlarında kəsməsinə görə ittiham irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi də bu müddətdən, habel ə iş üzrə toplanmış və araşdırılmış başqa sübutlardan çıxış edib belə qısa müddət ərzində külli miqdarda ağacların bir nəfər tərəfindən və xüsusi texnika olmadan kəsilməsinin və aparılmasının mümkünsüz olması, Məhkum isə ittihamın bu epizodu ürzə təqsirliliyinin sübuta yetirilməməsi haqda əsaslı və qanuni qənaətə gəlmiş və bu zaman nə ittihamın qısaldılmasına və ya genişləndirilməsinə, yaxud da kimisə nədənsə yayındırmağa və ya əsassız olaraq inandırmağa çalışmamış, əksinə, gəldiyi qənaətini qanuna müvafiq qaydada və kifayət qədər inandırıcı şəkildə əsaslandırmışdır. Belə qənaətə gələrkən isə apellyasiya instansiyası məhkəməsi elə kassasiya protestində göstərilən və aşağıda təsvir edilən sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək və onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirərək sübutların əldə edilməsinə, araşdırılmasına və sübut etməyə dair prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında özünü ona qarşı CM-in 259.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ardıcıl və eyni məzmunda verdiyi ifadələrində göstərmişdir ki, o, həmin ittihamda göstərilən ağacları kəsməmiş, onun bu ağacların kimlər tərəfindən kəsilməsi və gövdə hissələrinin aparılması barədə məlumatı olmamış və özü yalnız işlətdiyi kafedə odun kimi istifadə etməkdən ötrü yalnız bir növdə ağacın qol-budaq hissələrini yığıb aparmaq istəmi ş, lakin elə həmin vaxt, yəni 25 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və avtomaşına yüklənmiş ağacların qol-budaq hissələri meşə idarəsinin həyətinə aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 oktyabr 2022-ci il tarixli 75384 nömrəli aktından da görünür ki, Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən növlərdə, sayda və ölçülərdə olan ağacların 2022-ci ilin oktyabr ayının axırlarında deyil, il ərzində qanunsuz kəsilməsi faktı aşkar olunmuşdur. Həmçinin, həmin aktda qeyd edilmişdir ki, baxış keçirilmiş ərazidə kəsilmiş ağacların içlik hissələri naməlum vaxtda və naməlum şəxslər tərəfindən aparılmış, onların oduncaq hissələri i sə ərazidə qalmış və orada saxlanılmış “Ford” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerinə yığılmış ağcaqayın cinsinə məxsus ağaclardan hazırlanmış oduncaq Şəki RMTM-nin Qax şəhərində yerləşən inzibati binasının həyətinə gətirilərək orada boşaldılmışdır. Bu hallar, yəni ittihamda göstərilən ağacların ən azı bir il ərzində kəsilməsi, onların iç hissələrinin naməlum vaxtda və naməlum şəxs və ya şəxslər tərəfindən aparılması, Məhkum yuxarıda göstərilən avtomaşına isə yalnız bir növdə ağacın oduncaq hissələrini yığması və avtomaşının meşə idarəsinin həyətinə aparılaraq həmin hissələrin orada boşaldılmasını şahidlər - 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid2, X5, habelə X15, Şahid1, hər birisinin ibtidai araşdırma zamanı və birinci instans iya məhkəməsinin məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri ifadələri ilə təsdiq olumuşdur. Bundan başqa, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, ağacların kəsildiyi ərazinin yaxınlığında yerləşən sahədə əkib-becərdiyi qarğıdalıları sulayarkən həmin ərazidə müxtəlif növ texnikanın işləməsini və elektrik mişardan istifadə edilməklə ağacların kəsilməsini, ağacların kötük hissələrinin “Kamaz” markalı avtomaşınlara yığılaraq aparılmasını görmüş, lakin bu işlərin kim və ya kimlər tərəfindən görülməsini bilməsə də, oraya tez-tez “AA” seriyalı avtomaşının gəlib-getməsini müşahidə etmişdir. Şahid həmçinin qeyd etmişdir, o, Məhkum tanımış, lakin onun göstərilən ərazidə ağac kəsməsini və ya kəsilmiş ağacların hissələrini aparmasını heç vaxt görməmişdir. Şahid – Qax rayonu Böyük Alatəmir bələdiyyəsinin sədri Koksiaşvili Siuri Rayonovnanın ifadələrindən görünür ki, o, bələdiyyəyə aid ərazidə monitorinq apararkən Qarameşə kəndinin yaxınlığında yerləşən meşə sahəsində ağacların kəsilməsini, orada yük avtomaşınlarının təkər izlərinin olmasını aşkar edərək bu haqda polis şöbəsinə məlumat vermiş, lakin ağacların Məhkum tərəfindən kəsilməsini görməmiş və bu haqda eşitməmişdir. Həm təsvir edilmiş ifadələrlə, həm də ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə olaraq əldə edilmiş mötəbər sübutlarla Məhkum ona CM-in 259.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi, yəni onun həmin ittihamda göstərilən müxtəlif növlə rdə, həcmdə və ölçülərdə ağacları kəsməsi, habelə həmin ağacların bütün hissələrini daşıyaraq istifadə etməsi və ya satması müəyyən edilməmiş, guya onun ağacların kəsilməsində istifadə etdiyi və ittihamda da göstərilən elektrik mişar isə aşkar edilməyərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməmişdir. Hərçənd belə sübutun da əldə edilməsi Məhkum CM-in 259.2.4-cü maddəsi ilə ittihamın elan olunması və onun bu ittiham üzrə təqsirli bilinməsi üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Məhkum təhlil edilən epizodla bağlı elan olunmuş ittiham üzrə onun bu əməlinə maddi hüquq normasının tətbiq edilməsinə dair ibtidai araşdırma və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-in 259.1-ci maddəsində xeyli miqdarda ziyan vurmaqla m eşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsinə (götürülməsinə) görə, CM-in 259.2.4-cü maddəsində isə bu əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət qanunun bu normalarının tələbinə və mənasına görə, şəxsin CM-in 259.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilk növbədə həmin şəxsin 259.1-ci maddəsində göstərilən ərazilərdə qanunsuz olaraq ağacları kəsməsi (götürməsi), bunun nəticəsində isə təbiətə külli miqdarda ziyan vurması müəyyən edilməlidir. Göründüyü kimi, artıq kəsilmiş ağacların hər hansı hissələrinin şəxs tərəfindən yığılıb odun kimi istifa də olunması üçün aparılması (hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla da Məhkum yalnız bu hərəkəti etməsi müəyyən edilir) onun CM-in 259.1 və ya 259.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və bu maddələrlə təqsirli bilinməsi üçün kifayət etmir, halbuki hətta belə olan halda, yəni hissələrini apardığı ağacların, yaxud da kolların onun tərəfindən kəsilməsi (götürülməsi) sübuta yetirilməlidir. Hazırki işin materiallarından görünür ki, Məhkum qarşı CM-in 259.2.4-cü maddəsi ilə ittihamın irəli sürülməsi və onun bu ittiham üzrə təqsirli bilinməsi üçün kifayət edən mötəbər sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə edilməmiş və araşdırılmamış, həmin ittiham yalnız ehtimallar üzərində qurulmuş, ittiham tərəfi də bu kimi mötəbər süb utları məhkəmələrə təqdim etməyərək onların tədqiq edilməsinə nail olmamış, kassasiya protestində belə mötəbər sübutlara istinad olunmamış, həmin protestin dəlilləri isə yalnız Məhkum elan olunmuş ittihamda göstərilən sayda, növdə, həcmdə və ölçülərdə ağacların sonuncu tərəfindən deyil, naməlum şəxslər tərəfindən və naməlum şəraitdə kəsilməsini təsdiq edən sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bütün təsvir edilənlər Məhkum ona qarşı CMin 259.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsinə, bu haqda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasına, Məhkum qeyd olunan maddə ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə düzgün olaraq bəraət verilməsinə, kassasiya protestinin bu mə sələ üzrə dəlillərinin isə qəbul edilməz sayılmasına dəlalət edir. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə isə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddələrində qeyd olunmuşdur ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Kassasiya protestində də istinad olunan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yax ud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası Məhkum barəsində ona CM-in 259.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmünün çıxarılmasını qanuni və əsaslı sayır, kassasiya protestinin bu məsələyə dair hissədə dəlillərini isə qəbul edilməz dəlillər kimi qiymətləndirərək protestin bu hissədə təmin edilməsini mümkün bilmir. Məhkum hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməlin düzgün olmayaraq CM-in 180.2.4-cü maddəsindən CM-in 322.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası həm iş üzrə toplanmış və araşdırılmış sübutl ara, həm cinayət qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət edərək onların əsasında apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticəni təhlil etməyi lazım bilir. Belə ki, iş materiallarından göründüyü kimi, həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq əməlini törətməkdə özünü təqsirli bilərək bu əməli törətdiyinə görə ona qarşı irəli sürülmüş ittiham üzrə ifadələr verərkən 17 fevral 2023-cü il tarixdə tanışı X7 ilə birlikdə Qax rayonunun Qorağan kəndində yerləşən kafeyə gedərək orada birlikdə pivə içmələrini, sərxoş vəziyyətdə olduğuna görə kafeni işlədən Zərərçəkmiş şəxs1 xırdalamaqdan ötrü verdiyi pulun bir hissəsinin onun tər əfindən qaytarmadığına, buna görə aralarında mübahisə baş verdiyini və həmin mübahisə zamanı onun “Samsunq” markalı telefonunu ələ keçirdiyini, həmin telefonu isə sonuncu polis şöbəsinə şikayət etdikdən sonra ona qaytardığını etiraf etmiş və bu əməlindən peşman olduğunu bildirmişdir. Hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 bbirinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında biri-birinə oxşar ifadələr verərək göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə Məhkum yanında bir xanımla onun işlətdiyi kafeyə gəlmiş və orada oturub yeyib pivə içmişlər. Təxminən saat 24 radələrində o, kafedə olan müştərilərə oranın bağlandığı barədə məlumat verdikdən sonra Məhkum ona yaxınlaşaraq onu 50 manatlıq pul əskinazının verərək həmin pulu xırda lamağı xahiş etmiş, o, da sonuncunun istifadə etdiyi yemək-içməyin dəyərini – 15 manatı bu puldan çıxaraq Təbrizə 35 manat məbləğində pul qaytarmışdır. Məhkum buna etirazını bildirərək pulu hesabı ödəməyə görə yox, xırdalamaqdan ötrü verdiyini bildirib 50 manatın hamısını qaytarmağı ondan tələb etmiş, o, isə pulun kafenin kassasında olmasını, kafenin isə bağlandığını bildirib bu məsələyə sonra aydınlıq gətirilməsini ona təklif etmişdir. Lakin, Məhkum bu təkliflə razılaşmamış və bu zəmində onların arasında münaqişə baş vermiş, bu münaqişə zamanı Təbriz onun sifətindən bir sillə vuraraq ondan telefonunun verməsini tələb etmiş, o, da epilepsiya xəstəliyindən əzab çəkdiyinə görə münaqişənin dava-dalaşa çevrilməməsi üçün “Samsunq A53” markalı telefonunu ona vermiş və yalnız bundan sonra sonuncu gəldiyi qadınla birlikdə kafedən getmişdir. Bundan sonra o, dəfələrlə Məhkuma telefonunu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə bunu etməkdən yayınmış, buna görə də o, məcburiyyət qarşısında qalaraq 4 mart 2023-cü il tarixdə şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. Yalnız bundan 10 gün sonra Məhkum telefonu qaytarmışdır, buna görə onun Təbrizə qarşı şikayət və tələbi yoxdur və onunla barışıq əldə etmişdir. Oxşar ifadələri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmçinin ibtidai araşdırma zamanı da vermiş, lakin cinayət təqibinin həmin mərhələsində o, qeyd etmişdir ki, Məhkum ona verdiyi 50 manat məbləğində pulu ona verdikdən, o, isə həmin puldan onun kafeyə olan borcunu – 15 manatını çıxıb qalan 35 manat məbləğində pulu ona qaytardıqdan sonra sonuncu buna öz etirazını bildirməyə başlamış, verdiyi pulu xırdalamaqdan ötrü verdiyini bildirərək pulun hamısının qaytarılmasını tələb etmiş, o, isə pulun kassada olmasını və onun tələbini yerinə yetirə bilməyəcəini bildirmişdir. Bu vaxt Məhkum onun üzərinə gələrək sifətindən bir sillə vurmuş və ondan telefonunu ona verməsini tələb etmiş, o, da epilepsiya xəstəliyindən əzab çəkdiyinə görə, həm də Məhkum həmin vaxt sərxoş vəziyyətdə olduğundan münaqişənin daha ağır fəsadlarla nəticələnməməsi üçün, telefonu çıxarıb ona vermişdir. Növbəti gün səhər o, Məhkumun telefon nömrəsini tapıb ona zəng vuraraq baş vermiş hadisə barədə ona məlumat vermiş və sərxoş vəziyyətdə ələ keçirdiyi telefonu qaytarmasını ondan tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələrlə bu təklifi yerinə yetirməkdən yayınmışdır. Hətta Məhku m həmin ərəfədə ona telefonu əlindən dəmir yolunun üzərinə salıb təsadüfən oradan sındırılmasını bildirmiş və onlar həmin yerdə telefonu axtarsalar da onu tapa bilməmişlər. Buna görə o, məcburiyyət qarşısında qalaraq 4 mart 2023-cü il tarixdə ərizə ilə polis şöbəsinə müraciət etmiş və Məhkum barəsində qanuni tədbirlər görməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 9 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, məhkəmə məhkum olunmuş şəxs Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrini təsvir etməklə belə qənaətə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməklə ona məxsus 854 (səkkiz yüz əlli dörd) manat dəyərində “Samsung A53 5G” markalı mobil telefonu ələ keçirərk ən tamah məqsədi izləməmiş və bununla da o, soyğunçuluq deyil, özbaşınalıq cinayət əməlini törətmişdir. Lakin, bu qənaətə gələrkən, məhkəmə əvvəla təsvir edilən ifadələr arasında ziddiyyətlərin müəyyən edilməsinə diqqət yetirməyərək bu ziddiyyətlər üzrə öz hökmündə heç bir təhlil aparmamış, həmin ifadələri biri-biri ilə müqayisə etməməklə onlarına hansına və hansı əsasla üstünlük verməsini inandırıcı şəkildə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə apellyasiya şikayətinə məhkəmə baxışı iclasında özünü ümumiyyətlə ona təhlil edilən epizod üzrə elan olunmuş ittiham üzrə təqsirli bilməyən Məhkum ifadələrinin bir hissəsini qəbul etməsinin, digər hissəsi ilə isə razılaşmadığının səbəblərini də aydınlaşdırmamış, digər tərəfdən isə onun cinayətin predmeti olan mobil telefon aparatını hadisədən s onra dərhal deyil, yalnız zərər çəkmiş Zərərçəkmiş şəxs1 polis orqanlarına şikayət etdikdən sonra qaytarmasının və buna qədər kifayət qədər uzun müddətdə (təxminən bir aya yaxın müddət ərzində), hətta sınmış vəziyyətdə özündə saxlamasının əsasları və halları, əgər sonuncu həmin telefonu Zərərçəkmiş şəxs1 verdiyi pulu tam məbləğdə qaytarmamasına görə götürmüşdürsə sonradan sonuncunun aldığı pulu ona qaytarmasını tələb etməməsinin səbəbləri, həqiqətən də onun 17 fevral 2023-cü il tarixdə kafedə yeyib-içdikdən sonra onun 15 manat borcunun yaranıb-yaranmaması, telefonu isə borcunu ödəməkdən yayınmaq və ya Zərərçəkmiş şəxs1 bu borcu ona verdiyi pulun müqabilində kafenin hesabına ödədikdən sonra həmin borcu əvəzləşdirmək məqsədilə ələ keçirməsi üzrə heç bir araşdırma aparmamış, gəldiyi nəticəni isə maddi hüquq normalarının tələblərinə, habelə "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, soyğunçuluğa, yəni özgə əmlakını açıq talamaya görə cinayət məsuliyyəti CM-in 180.1-ci maddəsində, bu əməl insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilməklə törədildikdə isə - belə məsuliyyət CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşır ki, soyğunçuluq cinayəti talama cinayətlərinin bir növüdür və həmin cinayət yalnız tamah məqsədilə törədilə bilər. Bununla belə məhkəmə kollegiy ası vurğulamağı lazım bilir ki, tamah məqsədi şəxsin müxtəlif hərəkətlərin edilməsində ifadə oluna bilər və bu məqsədi izləyən şəxsin soyğunçuluq cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun özgənin əmlakını əvəzsiz olaraq, açıq şəkildə ələ keçirməsi, bu zaman isə zərər çəkmiş şəxsə hər hansı zor tətbiq etməməsi, yaxud da onun həmin şəxsə qarşı tətbiq etdiyi zorun sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olmaması müəyyən edilməlidir. Şəxsin bu yolla əmlakı ələ keçirərkən tamah məqsədi izləyib-izləməməsi müəyyən barədə nəticəyə gələrkən isə ibtidai araşdırma orqanı və ya məhkəmə tərəfindən törədilmiş əməlin digər halları ilə yanaşı, əməli törətmiş şəxsin öz əmlakının əvəzinə özgə əmlakını ələ keçirib-keçirməməsi (şəxsə məxsus əmlakın dəyəri ilə ələ keçird iyi əmlakın dəyəri arasında mütənasibliyin olub olmaması yoxlanılmaqla), yaxud əvəzsiz olaraq və ya zərər çəkmiş şəxsə əvvəlcədən yaranmış borcunu ödəməkdən yayınmaqla və ya həmin borcu ödədikdən sonra bunu əvəzləşdirmək məqsədilə onun əmlakını açıq yolla əldə edib-etməməsi araşdırılmalı və yalnız bunlarla bağlı lazımi araşdırma aparıldıqdan sonra təqsirkarın əməlinə hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətlərdə heç bir araşdırma aparılmamış və bu çatışmazlıqlara baxmayaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 məxsus telefon aparatını tamah məqsədilə deyil, sonuncunun ona 15 manat məbləğində pulu qaytarmadığına görə ondan alıb özündə saxlamış, bununla da özbaşınal ıq cinayət əməlini törətmişdir. Lakin, məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, Məhkum əvvəla həmin telefon aparatını kafeyə olan borcu zərər çəkmiş şəxs tərəfindən ona verdiyi puldan çıxıldıqdan sonra ələ keçirmiş, onun ələ keçirdiyi telefon aparatının dəyəri isə ona qaytarılmalı olmasını güman etdiyi 15 manatdan qat-qat artıq olmuş, digər tərəfdən isə o, həmin mobil cihazı dərhal, yaxud da yaxın vaxtlarda deyil, uzun müddətdən - zərər çəkmişin polis orqanlarına şikayət etdikdən sonra qaytarmışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən Zərərçəkmiş şəxs1 hadisədən dərhal sonra deyil, yalnız 4 mart 2023-cü il tarixdə şikayət ərizəsi ilə polis orqanlarına müraciət etməsinə də əsaslansa da, məhkəmə kollegiyası vurğulamağı lazım bili r ki, hər hansı cinayət əməli törətmiş şəxsin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb edilməsi və onun əməlinin hüquqi tövsifi məsələsinin həll olunması zamanı zərər çəkmiş şəxsin hüquq-mühafizə orqanlarına müraciət etməsi vaxtı bunlar üçün heç bir əhəmiyyət kəsb etmir və bunun üçün bu hal yox, tamamilə başqa hallar - əməlin törədilməsi halları, habelə əməldə bu və ya digər cinayətin cəhətlərinin, eləcə də həmin cinayətin tövsifedici əlamətlərinin olub-olmaması müəyyən edilməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini yanlış mövqe kimi dəyərləndirir, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməlin sonuncuya qarşı zor tətbiq etməklə özbaşınalıq cinayəti kimi qiymətləndirilərək həmin əməlin CM-in 322.2-ci maddəsi ilə tövsif edil məsi barədə gəldiyi nəticə ilə bağlı isə qeyd edir ki, CM-in 322.1-ci maddəsində mühüm ziyan vurmaqla özbaşınalığa, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsinə, CM-in 322.2-ci maddəsində isə eyni əməllərin zor tətbiq edilməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Özbaşınalıq cinayətinin mahiyyəti ondan ibarətdir ki, şəxs öz həqiqi və ya guman etdiyi hüquqlarının həyata keçirilməsi üçün qanunla və ya digər normativ hüquqi aktla təkzib edilən hər hansı hərəkəti edir və bu zaman zərər çəkmiş şəxsə mühüm ziyan vurur, bu hərəkətləri zor tətbiq etməklə və ya zor hədəsi ilə etdikdə isə belə şəxs CM-in 322.2-ci maddəsi ilə məsuliyyət daşıyır. Məsələn, şəxs digər şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakın özünə məxsus olmasını hesab edərək həmin əmlakı bu ya digər yolla ələ keçirdikdə və bu zaman həmin şəxsə mühüm ziyan vurduqda belə şəxs talama cinayətini deyil, özbaşınalığa görə cinayət məsuliyyətinə cəlb edilməli, onun hərəkətləri zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə və ya zor hədəsi ilə müşaiyət olunduqda isə o, CM-in 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə kollegiyası bu təfsirdən çıxış edərək hesab edir ki, özgənin əmlakını ələ keçirmiş şəxsin əməlinin özbaşınalıq cinayəti kimi qiymətləndirilərək CM-in 322.1-ci maddəsi ilə (bu əməl zor tətbiq edilməklə və ya zor hədəsi ilə törədi ldikdə isə - CM-in 322.2-ci maddəsi ilə) tövsif edilməsi üçün aşağıdakı halların müvafiq sübutlarla təsdiq edilməsi zəruridir: 1) əmlakı ələ keçirməzdən əvvəl onun təqsirkarın mülkiyyətində, sərəncamında və ya istifadəsində olub-olmaması; 2) belə əmlaka dair onun yuxarıda göstərilən hüquqlarının olmasını guman etməyə əsasların müəyən edilib-edilməməsi; 3) ələ keçirilmiş başqa əmlaklın dəyərinin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olmuş, yaxud bu hüquqların olmasını guman etdiyi əmlakın dəyərinə mütənasib olub-olmaması; 4) əmlakın ələ keçirilməsi nəticəsində şəxsə mühüm ziyanın vurulub-vurulmaması. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının CM-in 322-ci maddəsinə verdiyi təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında da ifadə olumuşur. Belə ki, həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Adı çəkilən Qərarın 8-ci bəndində isə məhkəmələrə izah edilmişdir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-in 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Hazırki işin hallarından göründüyü kimi, Məhkum ələ keçirdiyi telefon aparatı heç vaxt onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olmamış, bu halların olmasını güman etməyə də əsaslar, habelə zərər çəkmiş şəxsin Məhkum hər hansı əmlakını ələ keçirməsi və sonuncunun məhz buna görə həmin telefon aparatını onun əlindən alması müəyyən edilməmiş və yuxarıda qeyd olunduğu kimi, məhkum olunmuş şəxsin kafeyə yaranmış borcuna görə onun verdiyi puldan həmin borcun ödənilməsinə yönəldilmiş pulun məbləği (15 manat) qiyməti 854 (səkkiz yüz əlli dörd) manat müəyyənləşdirilmiş “Samsung A53 5G” markalı telefonun dəyərindən qat-qat az olmuşdur. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı CM-in 180.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirlilik və onun əməlinin hüquqi tövsif məsələlərini həll edərkən sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etməmiş, onun təhlil edilən cinayət əməlinin CM-in 322.2ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən isə bununla bağlı gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, nəticə etibarı ilə isə, kassasiya protestində də iddia olunduğu kimi, CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən dörd halın dəqi q müəyyən edilməsi üçün lazımi araşdırma aparmadan Məhkum özgə əmlakını açıq şəkildə ələ keçirməsi ilə bağlı əməlini CM-in 180.2.4-cü maddəsindən CM-in 322.2-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlməsini kifayət qədər və inandırıcı şəkildə əsaslandırmadığından həmin məhkəmənin çıxardığı 9 yanvar 2025-ci il tarixli hökm bu hissədə qüvvədə saxlanıla bilməz və buna görə kassasiya protestinin təhlil edilən məsələyə dair dəlilləri əsaslı və qəbul edilən sayılmaqla həmin protest bu hissədə təmin edilməli, hökm isə göstərilən hissədə ləğv edilməklə cinayət işinə həmin hissədə yenidən baxılması üçün həmin iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha t əhlil edib həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protesti qismən təmin edilməklə hazırki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü Məhkum CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməli, cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalı, hökm qalan hissələrdə, o cümlədən Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilsin və həmin hissədə cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Hökm qalan hissələrdə, o cümlədən Məhkum barəsində həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasına dair hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1608/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1608/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver