Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1609/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.2.2, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X15) 11 fevral 2021-ci il tarixli hökmü ilə xx.xx.1957-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, otra təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 13 iyul 2019-cu il tarixdən 02 aprel 2020-ci il tarixə qədər həbsdə saxlanıldığı 08 (səkkiz) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 11 fevral 2021-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X 4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 04 may 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(011)16/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun övladı Şahid3 Münasib oğlunu polis orqanlarında maliyyə xidməti sahəsində işə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq 2 014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli orta məktəbin yaxınlığında olan "Qəbələ” kafesində 10000 (on min) manat, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan müddətdə həmin ünvanda, həmçinin Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsində və Səbail rayonu Neftçilər prospekti 92-də yerləşən dənizkənarı bulvarda hissəhissə olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 28449,90 (iyirmi səkkiz min dörd yüz qırx doqquz, doqquz) manat təşkil edən 27000 (iyirmi yeddi min) ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 38449,9 (otuz səkkiz min dörd yüz qırx doqquz, doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 məşğul olduğu xəz geyim əşyası ticarətini genişləndirib daha çox qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 2015-ci ilin may ayından 2016-cı ilin avqust ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs2 özü və qohumu X16 vasitəsi ilə poçt və müxtəlif banklardan göndərdiyi hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 36203,20 (otuz altı min iki yüz üç, iyirmi) manat təşkil edən 22000 (iyirmi iki min) ABŞ dolları pulu Türkiyə Respublikasında almış, həmçinin 2016-cı ilin avqust ayının sonunda Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli orta məktəbin yaxınlığında olan "Qəbələ” kafesində həmin dövrün məzənnəsi ilə 1632,10 (bir min altı yüz otuz iki, on) manat təşkil edən 1000 ( bir min) ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 37835,30 (otuz yeddi min səkkiz yüz otuz beş, otuz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına biznes işi ilə əlaqəli nəğd pul lazım olmasını bildirib tezliklə qaytaracağına dair yalan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi "Gənclər şəhərciyi” blok 80-in qarşısında 4000 (dörd min) manat və 2017-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 övladı Şahid2 Abşeron rayonu Əliağa Vahid küçəsində yerləşən "Masazır” dairəsi yaxınlığında 1000 (bir min) manat pulu ələ keçirərək Zərərçə kmiş şəxs1 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına özünün gömrük- keçid məntəqəsində külli miqdarda dəyərə malik mallarının Azərbaycan Respublikasına keçirmək üçün pula ehtiyacı olmasını bildirib tezliklə qazancla birlikdə qaytaracağına dair yalan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının ortalarında Yevlax rayonunda 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin inzibati binasının yaxınlığında 4000 (dörd min) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmla kını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Baxşeyiş qızına biznes işinə pul qoyub tezliklə qazancla birlikdə qaytaracağına vəd verib aldadaraq 2018-ci ilin fevral ayında Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "Cavid Mall” ticarət mərkəzinin yaxınlığında 3000 (üç min) manat, 2018-ci ilin may ayında Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23-də yerləşən "Amay” ticarət mərkəzinin yaxınlığında 1280 (bir min iki yüz səksən) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 4280 (dörd min iki yüz səksən) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, cinayət işi üzrə dindirilmiş şahid ifadələrini nəzərə alınaraq Məhkum dələduzluq etmədiyi bir daha öz təsdiqini tapır. Nə məhkəmə, nə də ibtidai istintaq o rqanı ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmamış və bütün bunlara hüquqi qiymət verilməmişdir. Yalnız Zərərçəkmiş şəxs1 heç bir mötəbər sübutla təsdiq olunmayan ifadələrini rəhbər tutularaq Məhkum barəsində ittiham hökmü çıxarılmış, Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə həmin hökm qüvvədə saxlanılmışdır. Məhkəmə tərəfindən zərərçəkıniş şəxsin ailə üzvləri X8, Şahid4 ifadəsi sübut kimi qiymətləndirildiyi halda X5, X11 və X7 ifadəsi nəzərə alınmamışdır. Məhkəmə hökmü çıxararkən həmin şəxslərin verdiyi ifadələri mötəbəbər hesab etməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs2 27.000 manat pul aldığını etiraf etmişdir. Şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, Məhkum 13.000 manat pulu Zərərçəkmiş şəxs2 xeyrinə Seyfəddinə ödəmişdir. Büt ün bunlar əsasında Məhkum dələduzlııq etməsinə əsaslı şübhələr yaranmışdır. Lakin Apellyasiya məhkəməsi tərəfindən bu nəzərə almamışdır. Məhkəmə tərəfindən hökm çıxarılarkən Babayev Mətinin istintaqa təqdim etdiyi səs yazısına istinad edilmişdir. Halbuki, Məhkum özü də Münasibdən 27.000 manat pul aldığını etiraf etmişdir. Lakin həmin səs yazısında hüquqlarını müdafiə etdiyi şəxsə pulun işədüzəitmə üçün verildiyi öz əksini tapmamışdır. Ali təhsili və biznes fəaliyyəti ilə məşğul olan bir zərərçəkmiş şəxsin oğlunun hərbi xidmətini başa 7-8 ay qaldığı halda xeyli miqdarda pulu verməsi ağlabatan deyildir, təqsirləndırilən şəxsin aldığı pullar konrket olaraq biznes fəaliyyəti ilə bağlıdır. Bundan başqa Məhkum Məmmədov Seyfəddinə 40.000 manat pul şahid ifadələri ilə də təsdiq olunduğu halda hökm çıxarılarkən nəzərə almışdır. Zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid4 və oğlu X14 Məhkum işədüzəltmə pul verilməsinin bilavasitə şahidi olmadığı halda məhkəmə onların ifadələrini sübut kimi qəbul edərək qanunsuz ittiham hökmü çıxartmışdır, ki, hüquqlarını müdafiə etdiyi şəxsin Zərərçəkmiş şəxs2 borcu olmadığı şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Hətta hüquqlarını müdafiə etdiyi şəxsin pul qaytarılmasa belə onlar arasındakı bütün münasibətlər mülki xarakterli olmaqla cinayət məsuliyyəti yaratmır. Ümumiyyətlə cinayət hadisəsi olmadığı üçün Məhkum barəsində ittiham hökmü çıxarılması əsassızdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barədə barəsində olan cinayət işinin bəraətveric i əsaslarla xitam verilməsi haqqında barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: $ Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri təqsirli bilinməsi mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 04 may 2021ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rəd d olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud o lduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatl arın qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid3 Münasib oğlunun istintaqa təqdim etdiyi 01 ədəd diskə baxış keçirimiş və müəyyən edilmişdir ki, həmin bir ədəd diskdə 7 dəqiqə 13 saniyədən ibarət səs yazısı mövcuddur. Həmin səs yazısı Məhkum ilə Şahid3 Münasib oğlu arasında olan telefon danışığını əks etdirir. Həmin səs yazısının məzmununda Məhkum Şahid3 zəng vuraraq özünü təqdim etdikdən sonra atası Zərərçəkmiş şəxs2 bir qədər gözləməsini, 10 gün müddətində yerində oturmasını, qıraqdan heç kimin sözünə qulaq asmamasını, artıq hərəkət etməməsini ondan xahiş etdiyini, bu vaxtacan dözdüyünü, bir həfətəni də dözməsini, problem yaratmamasını bildirmiş, həmin sözlərə cavabında Şahid3 işin çox uzanmasını bildirdikdə Məhkum bunu bildiyini, at asına yerində oturmasını, bir həftə on gün müddətində onu gözləməsini, indiki vaxtda bir-birini hörmətdən salmamasını, onun bunun sözünə qulaq asmamasını, addım atsa poeşmançılıq çəkəcəyini, ömürlük düşmən olmasını bildirmiş, onun bir dost kimi kömək edəcəyini, əgər o sözünün üstündə durmasa nə istəsə edə biləcəyini bildirmiş. Bunlara cavabında Şahid3 həmin sözləri atasına çatdıracağını bildirmiş, Məhkum isə bir daha onun əmi kimi dediyini eləyəcəyini, atasının sakitcə yerində oturmasını, heç kimin sözünə qulaq asmamağı, uşaqlarının gələcəyinin olmasını, hər şeyi düzüb qoşduğunu, tezliklə verdiyi vədə əməl edəcəyini, onun da atasının da pul itirdiyini bildirmişdir. Həmin səs yazısının sonunda Məhkum bir daha atasının yerində oturmasını xahiş etmiş və ona bir daha verdiyi vədi əməl edəcəy ini bildirmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.22 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sənədlər və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir və Məhkum tərəfindən ittiham olunan cinayətlərin törədilməsin ə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 178.2.2 və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçi rmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etməsi tam sübuta yetirilmişdir. Məhkumun Cinayət Məcəlləsinin 178.2.2 və 178.4.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi zərərçəkmiş şəxs, şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkət lərinin protokolları, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Müdafiəçinin kassasiya şikayətində zərərçəkmiş şəxslə məhkum arasında pul alınması ilə bağlı münasibətlərin mülki xarakterli olması ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqi tapmır. Kassasiya məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.4.4-cü maddələri ilə düzgün olaraq təqsirli bilmişdir. Bu səbəbdən müdafiəçinin kassasiya şikayətinin məhkuma bəraət verməsi barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum özünü təqsirli bilməməsi barədə verdiyi ifadə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliy ini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edi lmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymə tləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən ed ilmədi. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yu xarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1609/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1609/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver