Məhkəmə qərarları › İş №1(102)-1609/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1609/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1609/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müstəqil tələblər irəli sürən üçüncü şəxs – Maraqlı şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarından müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 1(101)-706/2018 nömrəli (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), A.İ.Paşayev və N.A.Kərimovdan ibarət məhkəmə tərkibində) hökmü ilə 4 avqust 1959-cu il tarixdə xxx rayonunun xxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X11 MMC-nin direktoru vəzifəsində işləmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-in 178.3.1, 178.3.2, 306.3, 308.2, 213.1-ci maddələri ilə, həmçinin CM-in (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək 9 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, CM-in 178.3.2-ci maddəsi i lə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının, CM-in 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanmaq yolu ilə ona 3 (üç) i l müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş 9 il 4 ay 10 gün azadlıqdan məhrum etmə cəzasının CM-in 67ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 oktyabr 2018-ci il tarixdən hesab edilməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2019-cu il tarixli 1(103)342/2019 nömrəli (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulovdan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkumun müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 1(102)-1493/ 2019 nömrəli (hakimlər: T.L.Kazımov (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmündən müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli 1(103)-599/2024 nömrəli (hakimlər: E.Ə.Mehdiyev (sədrliyi ilə), E.E.Rəhimov və F.İ.Əyyubovdan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü verilmiş apellyasiya şikayə tinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarından müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Məhkum, 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona fiziki şəxs X8 tərəfindən ünvan inşa edilmiş çoxmərtəbəli yaşayış binasında mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs4 inandırıb aldadaraq, onunla arasında olan birgə təsərrüfat fəaliyyəti ilə bağlı sonuncuya olan 58.700 manat məbləğində borcunun əvəzi kimi qeyd olunan binanın 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, 115 kv/metr ölçülü, 35 nömrəli mənzilin 97.750 manat müqabilində Zərərçəkmiş şəxs4 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 3 dekabr 2012-ci il tarixli 79 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək 3 dekabr 2012-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Zərərçəkmiş şəxs4 verib özgənin külli miqdarda 58.700 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə X4 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi sahibliyində, istifadəsind ə və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 17 8.3.2, 306.2, 308.2, 213.1, 213.2.1, 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddələri ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 2 ünvanda inşa edilmiş, Zərərçəkmiş şəxs3 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək cinayətdən xəbərsiz olan Şahid1 ilə tanışları X6, Şahid4 və Şahid7 ilə arasında təsərrüfat fəaliyyəti nəticəsində yaranmış pul mübahisəsi il ə əlaqədar sonuncuların xahişi ilə gələcəkdə həmin borcun Şahid1 ödənilməsinin təminatı kimi qeyd olunan binanın 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr sahəsi olan 75 nömrəli mənzilin 181.500 manat müqabilində Şahid1 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 16 oktyabr 2015-ci il tarixli, 54 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını, imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, təkrarən eyni üsulla həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü, 64 nömrəli mənzilin X8 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satı ldığını bildiyi halda 181.500 manat müqabilində Şahid1 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə özünü tanışlarının yanında səlahiyyətli və səxavətli şəxs, nüfuz sahibi kimi göstərməkdə ifadə olunan sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onları faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin ə məli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddələri ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 2 ünvanda inşa edilmiş, Zərərçəkmiş şəxs3 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək buna səlahiyyətinin olduğunu Şahid11 və Zərərçəkmiş şəxs1 inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr ölçülü 55 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 qohumu X5 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-18 noyabr 2015-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə mənzilin dəyəri kimi 57.000 manat pulu vahid niyyətlə Bakı və Sumqayıt şəhərləri ərazisində hissə-hissə 18 noyabr 2015-ci il tarixdən 2015-ci ilin dekabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 alıb özgənin külli miqdarda 57.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs3 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü, 64 nömrəli mənzilin X8 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satıldığını, özü tərəfindən isə qanunsuz olaraq təkrarən 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsi ilə Şahid1 adına saxta sənədlərlə rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 inandırıb aldatmaqla, həmin mənzili cinayətdən xəbərsiz olan Zərərçəkmi ş şəxs9 və Zərərçəkmiş şəxs2 vasitəsilə 9 mart 2016-cı il tarixdə 50.000 manata Zərərçəkmiş şəxs8 qanunsuz satıb həmin pulun 30.000 manatını həmin gün, 20.000 manatını isə bir neçə gündən sonra-həmin ilin mart ayında Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs2 vasitəsilə alınmasına, bu üsulla ələ keçirilmiş pulun 47.000 manatının üçüncü şəxsə, yəni mənzilin sahibi Zərərçəkmiş şəxs9, 3.000 manatının isə özünün şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin xeyli miqdarda, yəni 50.000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, mənzilin Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 9 mart 2016-cı il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini, mənzi lin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını, mənzilin “təhvil-təslim aktı”nı imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, 16 oktyabr 2015-ci il tarixli, 54 nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid1 adına qanunsuz rəsmiləşdirdiyi həmin binanın 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr ölçülü 75 nömrəli mənzili satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs10 inandırıb aldatmaqla mənzili sonuncuya 60.000 manata satmaq barədə vəd vermiş, mənzilin rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri mənzilin nömrəsini “74” kimi göstərməklə tərtib etdiyi xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsini imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs10 verməklə Bakı şəhəri Yasamal rayonu ərazisində mənzilin dəyəri kimi həmin məbləğin 23.000 manatını 17 avqust 2016-cı il tarixdə dərhal, 2.000 manatını bir neçə gündən sonra həmin ilin avqust ayında, 1.000 manatını 16 fevral 2017-ci il tarixdə, 700 manatını 23 mart 2017ci il tarixdə, 300 manatını 27 aprel 2017-ci il tarixdə, 500 manatını 25 may 2017-ci il tarixdə, 500 manatını 24 iyun 2017-ci il tarixdə, 500 manatını 24 iyul 2017-ci il tarixdə, 500 manatını 24 avqust 2017-ci il tarixdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə alıb şəxsi ehtiyaclarına xərcləməklə özgənin xey li miqdarda, yəni 29.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, saxta müqavilə üzrə Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 60.000 manat – külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə, yəni təkrarən dələduzluq etməyə cəhd etmiş, lakin törətdiyi cinayət əməli ifşa olunduğundan öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerlə şən 4 otaqlı, 165 kv/metr ölçülü mənzilin X8 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satıldığını, özü tərəfindən isə qanunsuz olaraq təkrarən 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqısatqı müqaviləsi ilə Şahid1 adına saxta sənədlərlə rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Şahid1 inandırıb aldatmaqla, həmin mənzili cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə 19 oktyabr 2016-cı il tarixdə 96.000 manata Zərərçəkmiş şəxs5 qanunsuz satıb həmin pulun Bakı şəhəri ərazisində 19 oktyabr 2016-cı il tarixdə Şahid1 vasitəsilə alınmasına, bu üsulla ələ keçirilmiş pulun üçüncü şəxsin Şahid1 şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin külli miqdarda, yəni 96.000 manat məbləğində pulunu aldatma və etibard an sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, mənzilin Zərərçəkmiş şəxs5 qızı Şahid8 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 8 noyabr 2016-cı il tarixli, 51 nömrəli alqı-satqı müqaviləsini, mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən cinayət əməllərini davam etdirərək ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binanın 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı,165 kv/metr ölçülü 75 nömrəli mənzili xx.xx.2015-ci il tarixli, 54 nömrəli saxta alqı-satqı müqaviləsi əsasında Şahid1, 17 avqust 2016-cı il tarixli saxta alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs10 adına qanunsuz rəsmiləşdirdiyini bildiyi halda həmin mənzillə bağlı tərəflər arasında mülki çəkişmələri guya həll etmək adı ilə mənzilin Zərərçəkmiş şəxs10 qalması, bunun müqabilində Şahid1 adına Sumqayıt şəhərində iki ədəd mənzil rəsmiləşdirəcəyinə dair vəd vermiş, özünün, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona həmin binadan mənzil satmaq hüququ verdiyini əsas gətirərək fiziki şəxs X8 tərəfindən ünvan inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 3-cü blok, 11-ci mərtəbəsində yerləşən 74.375 manat dəyərində 2 otaqlı, 87,5 kv/metr ölçülü, 36 nömrəli, həmçinin həmin binanın 3-cü blok, 11-ci mərtəbəsində yerləşən 94.440 manat dəyərində 2 otaqlı, 78,7 kv/metr ölçülü, 37 nömrəli mənzillərin Şahid1 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 10 noyabr 2016-cı il tarixli 47 və 48 nömrəli alqı-satqı müqavilələrini imzası və Cəmiyyətin möhürü ilə təsdiq ed ərək Şahid1 verib tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən özünün, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona Zərərçəkmiş şəxs2 məxsus ünvan ünvanında yerləşən çoxmərtəb əli yaşayış evinin mənzil satmaq hüququ verdiyini əsas gətirərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs6 ilə tanışları Şahid5 və X13 arasında təsərrüfat fəaliyyəti nəticəsində yaranmış pul mübahisəsi ilə əlaqədar sonuncuların xahişi ilə gələcəkdə həmin borcun X-ə ödənilməsinin təminatı kimi qeyd olunan binanın 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, 2 otaqlı, 95 kv/metr ölçülü 64 nömrəli mənzilin 90.250 manat müqabilində X-ə satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 11 yanvar 2018-ci il tarixli, 01 nömrəli saxta müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını X-ə verib, cinayətdən xəbərsiz olan Şahid5 və X vasitəsilə həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazis ində 27.000 manatının alınmasına, bu üsulla ələ keçirilmiş pulun 22.000 manatının üçüncü şəxsə, yəni, Şahid5 və X-in, 5000 manatının isə özünün şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin xeyli miqdarda, yəni 27.000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, saxta müqavilə üzrə X-ə məxsus ümumilikdə 90.250 manat – külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə, yəni təkrarən dələduzluq etməyə cəhd etmiş, lakin törətdiyi cinayət əməli ifşa olunduğundan öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona Zərərçəkmiş şəxs2 məxsus ünvan ünvanında yerləşən çoxmərtəbəli y aşayış evində yerləşən mənzilləri satmaq hüququ verdiyini əsas gətirərək buna səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs7 inandırıb aldatmaqla həmin binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 78 kv/metr ölçülü 25 A nömrəli mənzili sonuncuya 62.400 manata satmaq barədə vəd vermiş, mənzilin rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədlər – 15 sentyabr 2016-cı il tarixli 48 nömrəli saxta müqavilə, həmçinin Zərərçəkmiş şəxs7 mənzilin “payçı”sı kimi rəsmiləşdirilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək ona verməklə 62.400 manat məbləğində pulu 15 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs7 alıb şəxsi ehtiyaclarına xərcləməklə özgən in külli miqdarda, yəni 62.400 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 7 mart 2024-cü il tarixli qərarı əsassızdır, qanunun tələblərinə cavab vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarının ləğv olunması, kassasiya şikayətində qeyd olunan xüsusatları, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində çıxarılmış hökmlə iş üzrə mülkiyyətində olan və mülki mühakimə qaydasında hüquqları tanınan Bakı şəhəri, ünvan 3 ünvanının əsassız olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 aid edilməsi, qeyd olunan mənzilin 27 mart 2015-ci il tarixdə tərəfindən tam ödəniş etməklə əldə etməsi və mənzilin ona təhvil verilməsini nəzərə almaqla bu hissənin hökmə əlavə edilməsi, hökmdə qeyd hissəsində 66 saylı mənzilin 64 saylı mənzil kimi oxunmasının mülkiyyət hüquqlarının pozulmasına əsas verməsini nəzərə alaraq isə bu hissənin hökmdən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin K assasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmə cinayət prosesi tər əfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şi kayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə t oplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını, həmçinin maddi hüququn tətbiqində səhvə yol verib-vermədiyini yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müstəqi l tələblər irəli sürən üçüncü şəxsin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bununla belə kassasiya məhkəmə kollegiyası müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünün 11-ci səhifəsində qeyd olunan 66 saylı mənzilin 64 kimi göstərilməsini sırf texniki səhv hesab edilməsinə dair müddəaların mübahisələndirməsinə dair dəlillərinə qiymət verərkən müəyyən olunur ki, məhkəmə qərarının hökm etdi hissəsində bu barədə məhkəmənin gəldiyi nəticə qeyd edilməmiş, sonradan həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə qə rara əsasən hökm qüvvəsində saxlanılmış, həmin qərardan verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin Cinayət Kollegiyasının müvafiq qərarına əsasən apellyasiya məhkəməsinin qərarı da dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda cinayət işinin materiallarına nəzər yetirilərkən müəyyən olunur ki, Zərərçəkmiş şəxs8 mülki iddia təqdim edərək, ünvan yerləşən 64 saylı mənzilin ona qaytarılmasını xahiş etmiş, mülki iddia baxılmamış saxlanılmışdır. Həmçinin Məhkum verilmiş ittihamın epizodlarından biri də ondan ibarətdir ki, o, ünvan 2 ünvanda inşa edilmiş binanın 3-cü bloku, 5-ci mərtəbəsində yerləşən 165 kv.m ölçüdə 4 otaqlı 64 saylı mənzilin X8 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satıldığını, özü tərəfindən isə qanunsuz olaraq təkrarən 19 dekabr 20 15-ci il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsi ilə Şahid1 adına saxta sənədlərlə rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 inandırıb aldatmaqla, həmin mənzili cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs2 vasitəsilə 9 mart 2016-cı il tarixdə 50000 manata Zərərçəkmiş şəxs8 qanunsuz satıb həmin pulun 30000 manatını həmin gün, 20000 manatını isə bir neçə gündən sonra-həmin ilin mart ayında Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs2 vasitəsilə alınmasına, bu üsulla ələ keçirilmiş pulun 47000 manatının üçüncü şəxsə, yəni mənzilin sahibi Zərərçəkmiş şəxs9, 3000 manatının isə özünün şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin xeyli miqdarda, yəni 50000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, mənzilin Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri 9 mart 2016-cı il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini, mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını, mənzilin “təhvil-təslim aktı”nı imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, kassasiya şikayətində göstərilən mübahisələndirilən qeydlə bağlı nəticənin q eyri-qanuni və əsassız olmasına dair dəlillər eyni məzmunda apellyasiya şikayətində də göstərilmiş, apellyasiya məhkəmə kollegiyası həmin dəlillər üzrə tam araşdırma apararaq qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarı nı dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar