Məhkəmə qərarları › İş №1(102)-161/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-161/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-161/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X4 və X2 ibarət tərkibdə ibdə) 06 may 2022-ci il tarixli hökmü ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, A/Y 19, məhəllə 14/15, ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təq sirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 sentyabr 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 2 (iki) gün, 01 sentyabr 2021-ci il tarixdən barəsində axtarış elan olunduğu 01 oktyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay - cəmi 1 (bir) ay 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və üzərində cəza çəkməsi üçün qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin tutulduğu 23 yanvar 2022- ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 oğlunun sədrliyi və məruzəsi, X5 və X3 ibarət tərkibdə) 13 iyul 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 6 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürü lmüş ittihama əsasən, o, 30 avqust 2021-ci il tarixdə, naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış və 30 avqust 2021-ci il tarixdə, saat 17.30-da Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən məscidin yaxınlığında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati bina sına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ cibindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi hökmündə şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyə rək düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tovsif etməklə düzgün nəticəyə gəlməmişdir. Bakı Apellyasiya məhkəməsi də apellyasiya protestini təmin etməyərək həmin hökmü dəyişdirmədən saxlamışdır. Belə ki, ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 322 saylı rəyinin təsviri hissəsindən göründüyü kimi Məhkum ekspertlərə heroin narkotik vasitəsindən 5-6 ay əvvələ qədər istifadə etdiyini, hazırda istifadə etmədiyini, tutulana qədər son 5-6 ay ərzində isə metamfetamin psixotrop maddəsindən istifadə etdiyini qeyd etmişdir ki, həmin hal məhkəmənin diqqətindən yayınmış, istifadə etmədiyi, üzərindən şəxsi-axtarış nəticəsində aşkar edilmiş heroin narkotik va sitəsinin satış məqsədi olmadan əldə edilməsi ilə bağlı nəticəyə gəlinmişdir və bu, işin faktiki hallarına uyğun olmayan nəticə hesab edilməlidir. Bundan başqa, məhkəmələr Məhkum əməlinin tövsifində həmin şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarını nəzərə almamışlar. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə protokolu, o cümlədən iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş narkotik vasitə çəkilib 2 ədəd xırda bükülülərdə olmuşdur. Həmin xüsusat əldə edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyini birbaşa təsdiq edir. Göründüyü kimi, məhkəmələr Vasif Bayramovun əməlinə verdikləri qiymət, yəni qeyd edilən psixotrop maddə və narkotik vasitənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxanda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Məhkəmələr Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlmələrinin zəruriliyini kifayət qədər əsaslandırmamışlar. Birinci instansiya məhkəməsi, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hərhansı sübutlara əsaslanmadan və cinayət işin in materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmiş, apellyasiya instansiya məhkəməsi də əsassız olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11- ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü madd əsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini y aradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma or qanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, 30 avqust 2021-ci il tarixdə, naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,734 qram və 1,513 qram olmaqla, ümumi təmiz çəkisi 3,247 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkum üzərinə şəxsi axtarış və götürmə aparılmasının yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edilmişdir ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər «şəxsi axtarış və götürmə aparılması barədə » və "diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və onun üzərinə aparılan baxış zamanı pozuntuya yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 6\3792 nömrəli 31 avqust 2021- ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkum üzərindən aşkar olunmuş....” yazısı olan zərfdəki 02 ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ayrı-ayrılıqda narkotik vasitə heroinin təmiz çəkisi 1,734 qram və 1,513 qram, ümumi təmiz çəkisi isə 3,247 qram təşkil edir. Məhkəmə-kimyəvi ekspertizanın 6\607 nömrəli 02 fevral 2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin "Tədqiqat Obyekti N°59”-li ştamp əksi o lan paketdəki Məhkum aşkar edilərək götürülmüş 02 ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Məhkum aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi çəkisi 31 avqust 2021-ci il tarixli 6/3792 saylı ekspert rəyində göstərilmişdir. "Evə baxış keçirilməsi barədə” protokoldan görünür ki, istintaq orqanı tərəfindən Məhkum narkotik vasitə aşkar edilib götürülməsi faktına görə onun yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış nəticəsində təqsirləndirilən şəxsin 1 aşadığı evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli rəyinə əsasən, tədqiqatı nəticəsində Məhkum opoidlərin və psixotrop m addə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmədə təqdim edilmiş sübutları hərtərəfli, obyektiv və tam tədqiq edib sübutların toplusuna məcmuyu halında qiymət verməklə Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cina yət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü m addəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası q eyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkum ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinin Cinayət axtarış üz rə əməliyyat müvəkkili Şahid1 tərəfindən şöbənin rəhbərliyinə ünvanlanmış 30 avqust 2021-ci il tarixli raportun və eyni şəxs tərəfindən qəbul edilmiş və polis şöbəsinin rəhbərinin təsdiq etdiyi “Əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi barədə” 30 avqust 2021-ci il tarixli qərarın, habelə əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, istifadə etməsi və gəzdirməsi (daşıması) barədə olmuşdur. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə 30 avqust 2021-ci il tarixli qərarının və eyni tarixli protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ş übhəli şəxs qismində tutulmasına əsas onun özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi olmuşdur. Bakı şəhəri Suraxanı rayon polis idarəsi 30-cu polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən təqsirləndirilən Məhkum saxlanılması ilə əlaqədar tərtib edilmiş 30 avqust 2021-ci il tarixli raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolun məzmunundan görünür ki, Məhkum qanunsuz narkotik vasitəni əldə etməsi, saxlaması və istifadəsində şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuş, lakin onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə heç bir qeyd müəyyən edilməmişdir. Məhkum ətrafında toplanmış materiallar üzrə cinayət işi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas onun özünü şübhəli aparması, üzərində narkotik vasitə saxlamasını etiraf etməsi, ondan iki ədəd bükümdə cəmi 3,247 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülməsi olmuşdur. İbtidai istintaq orqanının 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İstər ibtidai istintaq və istərsə məhkəmədə təqsirləndirilən şəxs özifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz narkotik vasitələri əldə edib saxladığı, daşıdığını və bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, yalnız narkoman olduğu və narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etməklə saxladığını və daşıdığını bildirmişdir. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi şahidlər - Bakı şəhəri Suraxanı rayon polis idarəsi 30-cu polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri və məhkəmədə tədqiq olunmuş ifadələrində təqsirləndirilən Məhkum barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri qanunsuz əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə olması qeyd edilmiş, adı çəkilən şahidlər məhkəmədə də öz ifadələrində eyni xüsusatları bir daha təsdiq etmiş və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmadığını, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya konkret kiməsə satması vəyasatış məqsədilə kiminləsə cinayə t əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı əməliyyat tədbirlərinin müsbət nəticə vermədiyini göstərilmişlər. Əməliyyat tapşırığına 097-2804-1221 saylı 11 fevral 2022-ci il tarixli cavab məktubuna əsasən, görülmüş tədbirlər zamanı Məhkum əldə etdiyi narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamış və əməliyyat tədbirləri müsbət nəticə verməmiş, yəni onun məhz satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasını və daşımasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkum ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etməsi, saxlamasını, daşımasını və sairə təsdiq edə biləcək, həmçinin onun iki ədəd bükümdə ondan aşkar olunaraq götürülmüş nar kotik vasitə heroini yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsəd ilə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkum aşkar olunaraq götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 3,247 qram olaraq külli miqdar təşkil etməsi, həmin miqdar narkotik vasitənin iki ədəd bükümdə aşkar edilib götürülməsi onun narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilə bilməz və həmin miqdar şəxsi istehlak miqdarından artıq kimi qəbul edilməlidir. Məhkum narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı bir avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü toplanılmamış və məhkəmədə ümumiyyətlə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və a çıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsas ən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutu lmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmam ası kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquq i qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan v ə cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, a pellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təm in edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar