Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-161/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi9 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rzayev Abbas Əhəd oğlu) 14 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, məhkum olunmamış, Kürdəmir rayonu, Qaramahmudlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsi, ünvansız evdə yaşamış Məhkum Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 13.12..2019-cu il tarixdən 11.11. 2020-ci il tarixədək həbsdə olduğu və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu - cəmi 1 il 6 ay 1 gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmuş və ona 2 (iki) il sınaq müddəti təyin edilmişdir, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyularaq sınaq müddəti ərzində davranışı üzərində nəzarətin Sumqayıt şəhər Probasiya İdarəsinin həyata keçirməsi, seçilmiş "ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X10 oğlundan ibarət tərkibdə) 30 may 2023-cü i l tarixli qərarı ilə apellyasiya protesti təmin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 150.1-ci maddələri ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunması və cəza təyin edilməsi hissəsində dəyişdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-52/2021 saylı hökmündən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar çıxarılmış və həmin hökmlə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə cəza təyin edilməsi hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu - cəmi 1 il 6 ay 1 gün müddət təyin edilmiş cəzadan çıxılmış və Məhkum qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum dərhal məhkəmə icla s zalında həbs edilmiş, cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə həbsetmənin əvvəli - xx.xx.2023-cü il tarixdən hesablanmış, qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına göndərilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qohumu Təqsirləndirilən şəxs Zeynədin oğlu ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 9 dekabr 2019-cu il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şə xs həyat yoldaşı X2 istifadəsində olan "Nokia” markalı mobil telefonundakı yazışmalardan sonuncu ilə intim əlaqəsi olmasını güman etdiyi Zərərçəkmiş şəxs ilə həmin mobil telefon vasitəsilə Xanbiqi Hacıbəyovanın adından "whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi "Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, saat 23.00 radələrində həmin evin giriş qapısına gələn Zərərçəkmiş şəxs qrup üzvü Məhkumlə birlikdə qolundan tutub fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evinə salaraq 10 dekabr 2019-cu il tarixdə saat 01 radələrinədək olan müddət ərzində zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Z ərərçəkmiş şəxs öz arzusuna zidd olaraq orada saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib dizi üstə oturtmaqla həyat yoldaşı Xanbiqi Hacıbəyova ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur edərək Zərərçəkmiş şəxs istifadəsində olan "Samsunq A70” markalı mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmış, daha sonra qrup üzvü Məhkumlə birlikdə sillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, boyunun sıyrıqları, boyunun və sağ qulaq seyvanının qançırları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, qrup üzvü Məhkumlə birlikdə Zərərçəkmiş şəxs polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlamış daha sonra tək halda həmin evin hamam otağında fiziki ağrı yetirib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, gücləndirilməsi ilə bağlı olmayan intiqam hissi ilə özünün cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağzına soxub çıxarmağa məcbur edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt öz istifadəsində olan "X12” markalı, "9531H/DS” modelli mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmaqla Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan z or tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, iş materiallarında olan sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, onların əməlində cinayət hadisəsi, cinayət tərkibi olmamasına göz yummuş, yalnız yalan və ziddiyyətli ifadələr əsasında onu qanunsuz olaraq məhkum etmişdir. Hüquqlarını müdafiə etdiyi M əhkum istintaqa və məhkəməyə yaxından kömək etmiş, əməlindən səmimi peşmançılığını bildirmiş və hadisələrin axınında hərəkətsiz olduğunu bildirmişdir. Məhkum artıq 1 il 8 aydan artıqdır ki, həbsdədir və o, tam olaraq islah olunub və cəmiyyət üçün hər hansı bir təhlükəsi yoxdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən bütün halları düzgün olaraq qiymətləndirərək Məhkum barəsində CMin 70-ci maddəni tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. CM-in 70-ci maddəsində qeyd edildiyi kimi, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli qərarının məhkum olmuş şəxs Məhkum aid olan hissədə ləğv edilməsinə və onun barəsində Azəbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti hesab olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə ar aşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiəçi Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunması tələbini irəli sürmüş, əməlin hüquqi tövsifini mübahisələndirməsə də, kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhkum edilmiş şəxsin təqsirsiz olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzr ə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 145.2.4 və 145.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-in 145.2.4 və 145.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dair gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kol legiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxslərin özlərinin etirafları və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Bundan başqa məhkəmə kollegiyası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum barəsində olan xx.xx.2021-ci il tarixli hök münün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilərək, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə dair aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 1 5 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri bax ımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və icti mai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəy yən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi baxılan cinayət işi üzrə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkum edilmiş şəxslərin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi Məhkum barəsində təyin etmiş olduğu cəzanı şərti tətbiq edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlin ictimai təhlükəli olmasını, birbaşa qəsdlə törədilməsi nəzərə almadan onun cəza çəkmədən islah olunmasını mümkün hesab etməkdə haqlı olmamışdır. Belə ki, Apellyasiya məhkəməsinin mövqeyinə əsasən, birinci instansiya məhkəməsi hökmündə cəzanı yüngülləşdirən halları sadalasa da, Təqsirləndirilən şəxs oğu və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini kifayət qədər əsaslandırmamış, cəzanı yüngülləşdirən halların nə üçün məhz şərti məhkum etmənin əsaslarını təşkil etdiyini qeyd etməmiş, təyin ediləcək cəza və yüngülləşdirən hallar arasında əlaqəni müəyyən etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzasının şərti olaraq tətbiq edilməsi yolu ilə cəza çəkməkdən azad olunması onun şəxsiyyətinə və törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun dey ildir. Mübahisələndirilən hökmdən göründüyü kimi Məhkum təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, evli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış və cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric edilməsi ilə yanaşı mübahisələndirilən hökmlə ona təyin edilmiş cəza qismən yüngülləşdirilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə məhkuma cəza təyin edərk ən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmiş və bu barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsu si göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarix li qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilm
Məhkəmə qərarları › İş №1(102)-161/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-161/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver