Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1611/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə,, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum, müdafiəçisi X5 və Zərərçəkmiş şəxs iştirakları ilə, Naftalan Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərba ycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Naftalan Şəhər Məhkəməsinin (hakim: G.Ə.Şirinov) 03 mart 2021-ci il tarixli hökmü ilə 19 may 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu Babək prospekti yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixə qədər şübhəli şəxs qismin də tutulduğu 3 gün və 22 oktyabr 2020-ci il tarixdən 03 mart 2021-ci il tarixədək 4 ay 9 gün həbsdə saxlanması nəzərə alınaraq, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 8 ay 24 gün çıxılmaqla üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərar alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmən in hökmünə görə Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib özünü müğənni Ramal İsrafılovun prodüseri kimi təqdim edərək 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən yazılmış mahnıları aranjiman etdirməklə tanınmış müğənnilərə satacağı adı ilə 49399.07 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə “Milliön” ödəmə terminalı və tanışına məxsus "xxxx" ASC-dən olan plastik hesab kartına köçürtdürməklə ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 49399.07 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il ta rixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tu tulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. İşin hallarından görünür ki, Məhkum qəsdən mülkiyyət əleyhinə olan cinayət törətmişdir. Məhkum ittiham olunduğu CM-in 178.2.4-cü maddəsi xeyli miqdarda zərərvurmaqla dələduzluq cinayətinin törədilməsini ehtiva etsə də, nəzərdən qaçırmaq lazım deyildi ki, vurulmuş maddi ziyan 49399.07 manat təşkil edir və həmin məbləğ külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin tərkib əlamətlərinin yaranması üçün müəyyən edilmiş məbləğə (50 000 manatdan çox) yaxındır. Məhkəmə təqsirləndirilən şəx sə cəza təyin edərkən cinayətin ictimai təhlükəlliyini artıran qeyd olunan halı nəzərə almamışdır. Bundan başqa, faktiki olaraq ziyanın tam ödənilməməsi, hətta yarısının belə ödənilməməsi nəzərə alınmalı olduğu halda, məhkəmələr bunu diqqətdən kənarda qoymuş, yalnız onun birinci instansiya məhkəməsində ödədiyi məbləği və hər ay ayda 400 manat ödəməsini əsas tutmaqla həmin cəzanın onun islah olunmasına yetərli olması qənaətinə gəlmişdir. Halbuki, təqsirləndirilən şəxs ödədiyi ziyanın əksər hissəsini məhz birinci instansiya məhkəməsində həbsdən azad olunana kimi ödəmiş, bundan sonra yalnız hər ay üçün zərərçəkmiş şəxslə razılaşdıqları məbləği ödəmişdir. Nəzərə alsaq ki, 49574 manatdan 16000 manat birdəfəyə, 1200 manat isə hissə-hissə olmaqla cəmi 17200 manat zərər ödənilmiş, deməli 32374 man at ziyan ödənilməmiş qalmış, bu isə 400 manatdan ödəniləcəyi təqdirdə 7 ilə yaxın bir müddətdə ziyanın tam ödənilməsi deməkdir. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti isə 1 il 3 ay 6 gündür və bu isə ziyanın gələcəkdə ödənilməsi real görünməməklə, məhkəmələr tərəfindən Məhkum bu günə ziyanın yalnız 30 faizini ödəməsi onun azadlığın məhdudlaşdırılması cəzası ilə islah olunacağı qənaətinə gəlmək üçün əsas olması nəticəsinə gəlməsi yanlış olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünü n təsviriəsaslandırıcı hissəsində açıqlamamışdır. Bununla da məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmiş, apelyasiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Məhkəmə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş – sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına dair qanunla müəyyən edilmiş cəzanın məqsəd ini nəzərə almamışdır Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə müdafiə tərəfinin və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhku ma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai t əhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №- li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə gör ə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fə al kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarında olan Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkumylə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanının 16000 manatını bir ödəmiş, yerdə qalan hissəsini ayda 400 manatdan olmaqla ödəməyi öhdəsinə götürmüş, sonradan da 3 ay ərzində 1200 manat ödəniş etmişdir. Onun həbs edilməsini istəmir, azadlıqda qalaraq onun borcunu ödəməsinin tərəfdarıdır, İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törə dilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, Məhkum törətdiyi cinayəti səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasına və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq məhkuma təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, Apellyasiya məhkəməsi həmin hökmü əsaslı hesab edərək, təyin olunmuş cəzanın işin faktiki hallarına uyğun olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsi ni rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1611/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1611/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver