Məhkəmə qərarları › İş №1(102)-1611/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1611/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1611/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, məhkumlar Məhkum1, Məhkum2 və Zərərçəkmiş şəxs Ubeydi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-577/2023 saylı, 04 aprel 2023-cü il ta rixli hökmündən Dövlət ittihamçısı3 Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxx 1980-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.

2. Məhkum2 xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

3. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Məhkum1 qabaqcadan əlbir olduğu bir qrup şəxslə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçə kmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Uşaq Bağçası” açıb yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 24 may 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 21 saylı notariat kontorunun qarşısında 40.000 manat pul alıb Zərərçəkmiş şəxs inandırma məqsədi ilə onunla Məhkum2 tanışı Şahid1 arasında formal olaraq kredit müqaviləsi tərtib etdirib həmin məbləğdə pulu öz aralarında hər birinə 20.000 manat olmaqla bölüb, 2018-ci ilin sentyabr ayında Məhkum1 Cavanşır qızından guya bağça üçün Təhsil Nazirliyindən rəy alacağını bildirərək həmin puldan 1700 manatını ələ keçirmiş, Məhkum1 Cavanşır qızı isə guya “Uşaq Bağçası” üçün lisenziya almaq məqsədi ilə 25 may 2019-cu ildə 3.000 manat, 04 iyul 2019-cu ildə yenə 3.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Məhkum2 21.700 manat, Məhkum1 Cavanşır qızı isə 24.300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 46.000 (qırx altı min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum2 tanışı M əhkum1 Cavanşır qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Uşaq Bağçası” açıb yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 24 may 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 21 saylı Notariat Kontorunun qarşısında 40.000 manat pul alıb Zərərçəkmiş şəxs inandırma məqsədi ilə onunla Məhkum2 tanışı Şahid1 arasında formal olaraq kredit müqaviləsi tərtib etdirib həmin məbləğdə pulu öz aralarında hər birinə 20.000 manat olmaqla bölüb, 2018-ci ilin sentyabr ayında Məhkum1 Cavanşır qızından guya bağça üçün Təhsil Nazirliyindən rəy alacağını bildirərək həmin puldan 1700 manatını ələ keçirmiş, Məhkum1 Cavanşır qızı isə guya “Uşaq Bağçası” üçün lisenziya almaq məqsədi ilə 25 may 2019-cu ildə 3.000 manat, 04 iyul 2019-cu ildə yenə 3.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Məhkum2 21.700 manat, Məhkum1 Cavanşır qızı isə 24.300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 46.000 (qırx altı min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim H.E.Kamranov) 14 dekabr 2022-ci il tarixli, 1(005)-83/2022 saylı hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından, Yusifbəyli X8 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir.

5. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Z.A.Şirinov, hakimlər H.H.Əhmədov və İ.A.İbrahimlidən ibarət tərkibdə) 04 aprel 2023-cü il tarixli, 1(103)-577/2023 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət almalarına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(005)-83/2022 saylı hökmü Birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə münasibə tdə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri, etirazlar

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuz olmuşdur. Belə ki, aşağı instansiya məhkəmələri Məhkum1 icarəyə götürdüyü “Uşaq Bağçasını” təmir etdirmək, avadanlıqlar almaq və bağçaya sənəd-lisenziya almaq məqsədilə tanışı Şahid1 ilə sonuncunun adına olan evin sənədlərini Zərərçəkmiş şəxs verməklə ondan borc götürmək barədə razılığa gəlmələrinə, razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs ilə Şahid1 arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada borc müqaviləsinin bağlan ılmasına, müqaviləyə əsasən Zərərçəkmiş şəxs Şahid1 40.000 manat pulu borc verməsinə və sonuncunun həmin borcu xx.xx.2019-cu il tarixədək Zərərçəkmiş şəxs qaytarmağı öhdəsinə götürməsinə, borc müqaviləsi bağlanıldıqdan sonra Məhkum1 40.000 manat pulu verməsinə, daha sonra Şahid1 tərəfindən üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixdə notarius tərəfindən təsdiq edilmiş icra qeydi verilməsinə, həmin borcun qaytarılmadığına görə tərəflər arasında Bakı şəhəri, Nərimanov rayon məhkəməsində mülki mübahisəyə baxılmasına istinad edərək təqsirləndirilən şəxs Məhkum1 ilə iş üzrə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətlərinin mövcud olması və onlar arasında mübahisənin məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaran ması və Məhkum1 əməllərində dələduzluq cinayətinin olmaması qənaətinə gəlməklə yanlışlığa yol vermişlər. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum1 ifadələrində göstərdiyi kimi bağçanı təmir etdirmək, lazımi ləvazimat almaq və bağçaya lisenziya almaq üçün ona 20.000 manat pul vəsaiti lazım olduğu halda, Məhkum2 təkifi ilə ilkin olaraq 40.000 manat pul əldə etməsinə, bu zaman pul vəsaitinin təminatı kimi öz adından deyil, tanışı Şahid1 inamını qazanaraq məhz onunla iş üzrə Zərərçəkmiş şəxs arasında borc müqaviləsinin bağlanmasına nail olmaqla qeyd olunan məbləği ələ keçirməsinə, həmin məbləği ələ keçirdikdən sonra isə qabaqcadan razılaşdıqları kimi pulun 20.000 manatını Məhkum2 verməsinə, qalan hissəsinə isə Zərərçəkmiş şəxs 2-3 ay ərzində bağçaya lisenziya aldıqdan sonra bağçanı banka girov qoyaraq kredit götürüb ondan aldığı 40.000 manat pulu qaytaracağına söz versə də, bu istiqamətdə heç bir əməli fəaliyyət göstərməməsi, hazıradək nə həmin bağçaya lisenziya almaması, nə də aldığı pulu geri qaytarmaması təsdiq edir ki, Məhkum1 niyyəti heç də həqiqətən bağçaya lisenziya almaq deyil, sadəcə qabaqcadan niyyəti xx.xx.2018-ci il tarixdə formal borc müqaviləsi bağlamaqla, Zərərçəkmiş şəxs aldıqları pulları gələcəkdə qaytaracağı barədə görüntü yaratmaq, onu inandırmaqla sonuncunun pul vəsaitini ələ keçirmək olmuşdur.

8. Bundan başqa, Məhkum2 özü ifadələrində qeyri-səmimilik göstərərək Məhkum1 Zərərçəkmiş şəxs aldığı puldan ona 20.000 manat pul verməsini təsdiq etməsə də, bağçaya lisenziya almaq adı ilə Məhkum1 ona 2018-ci ildə 1700 manat pul verməsini, lakin bu günədək bağçaya lisenziya almadığını və ələ keçirdiyi 1700 manat pulu geri qaytarmamasını etiraf etmiş, lisenziya almamasının səbəblərini əsaslandıra bilməmişdir. Həmçinin, Məhkum1 Zərərçəkmiş şəxs ilkin olaraq aldığı 40.000 manat puldan Məhkum2 bir hissəsini, yəni 20.000 manatını verməsi iş materialları ilə tam sübuta və heç bir şübhə doğurmasa da, həmin pul vəsaitinin aqibəti, Məhkum2 həmin pul vəsaitini hara sərf etməsi araşdırılmadan və əməlinə düzgün hüquqi qiymət verilmədən, məhkəmələr sadəcə iş üzrə mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməli olması və Məhkum2 təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlmişlər.

9. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı bəraət almış şəxs Məhkum2 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya protestinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum1 və Məhkum2 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-577/2023 nömrəli, 04 aprel 2023cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən d əlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

18. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsa sən müəyyən edilməsini tələb edir.

20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-m ühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

23. Cinayət-Prosessual Məcəlləsinin 3 53.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

24. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun t ədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum1 və Məhkum2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittih am tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, ittihamın əsasını ehtimallar təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcud olduğunu nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri nə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilməməsi və X4 Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

27. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədi lir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olma sına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.

28. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.

29. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

30. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsu luna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə, təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizl ədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır.

31. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarından, iş üzrə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələrdən də bir daha aydın olur ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş əməllərində cinayət tərkibinin əlamətləri mövcud olmamış, bu səbəbdən məhkəmə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü qəbul etməklə düzgün nəticəyə gəlmiş dir

32. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının verdiyi kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)577/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-577/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar