Məhkəmə qərarları › İş №1(102)-1611/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1611/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1611/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(106)-139/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 28 noyabr 2023- cü il tarixli, 1(064)-54/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim A.Ə.Musayev) xx xxxx 1988-ci il tarixdə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "Aran X7 və Satışı İdarəsi”nin X5 enerji satışı şöbəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib, aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutul maqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.Q.Abdullayev, hakimlər E.İ.Xasməmmədov və S.F.Həsənovdan ibarət tərkibdə) 25 yanvar 2024-cü il tarixli, 1(106)-139/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən (həmin Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatına alındığı andan ləğv edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli, 1397 nömrəli Fərmanına əsasən qüvvədən düşmüşdür) yalnız test üsulu ilə ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirmək səlahiyyəti verilmiş, mərkəzi icra hakimiyyəti orqanı olmuş TQDK tərəfindən keçirilmiş test imtahanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olmadığı, eləcə də faktiki olaraq 2008-2013-c ü illər ərzində həmin təhsil müəssisəsində ali təhsil almadığı, dərslərdə, imtahanlarda və yekun dövlət imtahanlarında iştirak etmədiyi halda, guya 02 iyul 2013-cü il tarixdə göstərilən təhsil müəssisəsinin "Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsilin bakalavriat səviyyəsini bitirməsinə dair saxtalaşdırılmaqla müvafiq müəssisənin adından öz adına qanunsuz olaraq hazırlanmış, hüquq verən rəsmi sənəd hesab edilən, Dövlət Attestasiya Komissiyasının sədri və AMİ-nin rektorunun adından imzalanmış və içərisində "Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu” məzmununda sözlər yazılmış möhürün vurulduğu 02 iyul 2013-cü il tarixli, B seriyalı, 001796 nömrəli, qeydiyyat nömrəsi 2/1574 olan ali təhsil haqqında diplomu 2013-cü ildə əldə etdikdən sonra 16 fevr al 2017-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin Füzuli rayonu, Horadiz şəhəri, Gənclər prospektində yerləşən inzibati binasında cinayətdən xəbərsiz olan Füzuli RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 Füzuli RİH başçısının 4-cü Zobucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına nail olmaq məqsədi ilə, Füzuli RİHB-ya yazdığı işə qəbul barədə ərizə ilə təqdim etməklə, hüquq verən həmin saxta rəsmi sənəd olan diplomdan biləbilə istifadə etmiş, belə istifadəni onun cinayətdən xəbərsiz olan Füzuli RİHB-in 16 fevral 2017-ci il tarixli, 09 nömrəli əmri ilə Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təyin edilməsindən həmin diplomun hüquqi əsasının olmamasının 2020-ci ili n avqust ayında DİM tərəfindən "Dövlət Qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırması zamanı müəyyən edilməsi səbəbindən Füzuli RİHB-in 16 sentyabr 2020-ci il tarixli, 35 nömrəli əmri ilə həmin vəzifədən azad edilməsinədək, beləliklə də kənardan müdaxilə nəticəsində dayandırılmasınadək uzanaraq fasiləsiz olaraq törətmiş, həmin əməli 16 sentyabr 2020-ciil tarixdə bitmiş, göstərilən hüquq verən saxta rəsmi sənəd olan diplomu "xxxx" ASC-nin “Aran” X7 Satışı İdarəsinin X5 nəzarətçi-mühəndis vəzifəsinə təyin olunmasına nail olmaq məqsədi ilə 12 yanvar 2022-ci il tarixdə “Aran” X7 Satışı İdarəsinin İmişli şəhəri, A.Şadliniski 57 ünvanında yerləşən inzibati binasında kadrlar şöbəsinə təqdim etməklə, hüquq verən həmin saxta rəsmi sənəd olan diplomda n bilə-bilə istifadə etmiş, belə istifadəni cinayətdən xəbərsiz olan "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 12 yanvar 2022-ci il tarixli, h/22- 00096 nömrəli əmri ilə Füzuli EŞin enerji satışı şöbəsində nəzarətçi-mühəndis vəzifəsinə təyin edilməsindən həmin vəzifədə işləməklə iş üzrə ibtidai istintaq orqanı tərəfindən ona müvafiq məzmunlu ittihamın elan edildiyi 25 sentyabr 2023-cü il tarixədək uzanaraq fasiləsiz olaraq törətmişdir. Bundan başqa, o, göstərilən hüquq verən saxta rəsmi sənəd olan diplomun qanuni olması görüntüsünü yaratmaq məqsədilə, saxtalaşdırılmaqla Gəncə Ağır Cinayətlər Məhkəməsinin adından öz adına qanunsuz olaraq hazırlanmış, hüquq verən, rəsmi sənəd hesab edilən, Gəncə ACM-in hakimi olmuş X4 adından imzalanmış və içərisində “Azərbaycan Respublikası Gəncə Ağır Cinayətl ər Məhkəməsi” məzmununda sözlər yazılmış möhürün vurulduğu 18 yanvar 2018-ci il tarixli, 2-1(112) 11766/2018 nömrəli qərardadı 2022-ci ilin avqust ayında Füzuli RİHB-in 4-cü Zobucuq qəsəbə İƏDÜN-ün müavini vəzifəsinə təkrar təyin olunmasına nail olmaq məqsədilə, cinayətdən xəbərsiz olan Füzuli RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 Füzuli RİHB-in inzibati binasında təqdim etməklə bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 -cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o, həm adına “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsilin bakalavriat səviyyəsini bitirməsinə dair Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixli, B seriyalı, 001796 nömrəli, qeydiyyat nömrəsi 2/1574 olan ali təhsil haqqında diplomu, həm də Gəncə Ağır Cinayətlər Məhkəməsinin adından verilmiş 18 yanvar 2018-ci il tarixli 2-1 (112)-11766/2018 nömrəli qərardadı istifadə edərkən qeyd olunan sənədlərin saxta olmasını bilməmişdir. Məhkum öz kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: K assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərin in hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun rəsmi sənədi saxtalaşdırma cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhə tləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifa yət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhku m Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi təqsirli bilinməsinə dair apellyasiya i nstansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair məhkumun tərəfindən verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələr inin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(106)-139/202 4 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(106)-139/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar