Məhkəmə qərarları › İş №1(102)-1612/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1612/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1612/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Səmədov Müşfiq Ədalət oğlunun iştirakları ilə xx xxxx 1965-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Yəhya petrol” YDM-nin direktoru işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-nin) 147.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Səmədov Müşfiq Ədalət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə (hakim Q.H.Hacıyev) Məhkum Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X4 şikayətini onunla əsaslandırmışdır ki, «Məhkum 18 noyabr 2019cu il tarixdə '‘You Tube" sosial şəbəkəsində fəaliyyət göstərən "TV8” internet televiziya kanalında kütləvi yayımladığı video müraciətində onun Məhkum məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə təzyiq etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarıq fəaliyyətinə maneçilik törətməsi, həmçinin hər üç aydan bir 10000 ABŞ dolları məbləğində rüşvət tələb etməsi barədə böhtan xarakterli fikirlər səsləndirərək şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Belə ki, Məhkum 17 iyul 2019-cu il tarixdə onun qəbulunda olarkən iş adamı olduğunu. Xırdalan şəhərində yüksək mərtəbəli binalar tikdiyini, XXX rayon Polis Şöbəsinin İstintaq Bölməsinin sabiq rəisi X5u və Avşar kənd sakini X10 adlı şəxsi tutdurmasını bildirdikdə onun sözünü kəsib bütün bunların ona aidiyyəti olmadığını deyib sonuncunun getməsini xahiş etmişdir. Bundan sonra 28 sentyabr 2019-cu il tarixdə xidməti otağında olarkən şöbənin dəhlizində səs-küy eşitmiş və məsələnin aydınlaşdırılması ilə bağlı əməkdaşlara göstəriş vermişdir. Məlum olmuşdur ki, Məhkum istintaq bölməsinin sabiq rəisi X11un iş otağına gələrək baş təhqiqatçı X12in icraatında olan yol-nəqliyyat hadisəsi törətmiş bir şəxs barəsində toplanmış materialın araşdırılmasına qanunsuz müdaxilə etmiş, həmin araşdırma materialı ilə əlaqədar şöbənin duracağında saxlanılan avtomobilin buraxılması ilə bağlı əsassız tələb irəli sürmüş və şöbənin inzibati binasında səs-küy salaraq normal iş şəraitini pozan, ətrafdakılar üçün açıq hörmətsizlik ifadə edən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Həmin vaxt Məhkum öz xidməti otağına dəvət edib məsələ ilə bağlı soruşduqda sonuncu kobud və nəzakətsiz davranışlarını davam etdirərək onunla yüksək səs tonu ilə danışmağa başlamışdır. Sonra o, Məhkum hərəkətlərinin qanun çərçivəsində aktlaşdırılması ilə bağlı göstəriş vermiş və sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 29 sentyabr 2019-cu il tarixli qərarı ilə Məhkum həmin maddə ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Məhkum 18 noyabr 2019-cu il tarixdə “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında yalan olduğunu b iləbilə, qərəzli şəkildə onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzdan salan böhtan xarakterli məlumatlar yayaraq onu ağır cinayətdə ittiham etmişdir. Halbuki onun tərəfindən Məhkum işlətdiyi yanacaqdoldurma məntəqəsinə heç polis əməkdaşı göndərilməmiş və ondan rüşvət tələb edilməmişdir. Məhkum kütləvi informasiya vasitələrində onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayması və onun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməsi nəticəsində o, rəhbərlik etdiyi polis şöbəsinin kollektivi, yaxın ətrafı və dostları arasında nüfuzdan düşmüş, səhhətində problemlər yaranmış, bir həftədən artıq müddətə əmək qabiliyyətini itirmiş, mənəvi iztirab çəkərək əsəb xəstəliyinə tutulmuş, 20 noyabr 2019-cu il tarixdən 29 noyabr 2019-cu i l tarixədək ambulator müalicədə olmuş və həmin müddətdə işə çıxa bilməmişdir». Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə xitam verilməsi, yaxud işin yeni apelyasiya baxışına təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən əmələ düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan halları, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması araşdırılmamışdır. Belə ki, Məhkum öz təşəbbüsü ilə deyil, XXX RPŞ-nin rəis i X4un RPŞ-nin həmin vaxt İTB-nin rəisi işləmiş X14un vasitəsi ilə dəvəti əsasında 17.07.2019-cu ildə polis rəisinin qəbuluna getmiş və X4 ondan 10.000 ABŞ dolları pul istəmişdir. 28.09.2019-cu ildə yaxın qohumunun avtomobili tutulduğu üçün Məhkum polis şöbəsinə gedib təhqiqat şöbəsinin rəisi X11un qəbulunda olmuş, sonuncu isə avtomobilin buraxılması üçün RPŞ-nin icazəsinin zəruri olduğunu bildirmişdir. Məhkum polis rəisinin qəbuluna girən kimi X4 ona nalayiq sözlər deməyə başlamış, sonra isə əsassız sənədləşmə apararaq materialları məhkəməyə göndərmiş və məhkəmənin qərarı ilə ona 5 sutka müddətinə inzibati həbs verilmişdir. Bundan sonra Məhkum polisin ona və ailə üzvlərinə qarşı qərəzli davranışından qorxmuş və təhlükəsizliyinin təmin olunması üçün müxtəlif dövlət orqanlarına şikayətlər y azmışdır. Şikayətlərinə baxılmadığından Məhkum videogörüntü ilə ölkə rəhbərliyinə müraciət etmək qərarına gəlmişdir. Məqsədi polis rəisinin qanunsuz hərəkətlərini ölkə rəhbərliyinə çatdırmaq olmuşdur. Müdafiəçi hesab edir ki, videogörüntünü çəkən kanalın videogörüntünü yaymasına görə Məhkum məsuliyyət daşıya bilməz. Müdafiəçi həmçinin qeyd edir ki, Məhkum verilən ittihamı da sübuta yetirilmiş hesab etmək olmaz. Belə ki, X6 arasında olan söhbətdə kənar şəxs iştirak etməmişdir. Belə olan halda, məhkəmənin Məhkum deyil, X4a inanması polis rəisinə yönəlmiş subyektiv mövqedə olmasına dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.Səmədovun çıxışı nı dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə xitam verilməsi, yaxud yeni apelyasiya baxışına qaytarılması xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci ma ddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsi ni təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin İX hissəsində təsbit edilmişdir ki: “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.” Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 147.2 -ci maddəsinin dispozisiyası ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməklə böhtan atmanı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan “Böhtan” cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qanunun mənasına görə təqsirkar şəxsin bilavasitə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yalan olduğunu bilməsi zəruridir və o, həmin yalan məlumatları məhz digər şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti ilə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığını dərk etməli və bunu arzu etməlidir. Təqsirli şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığı məlumatların həqiqiliyinə in anırsa, yalan olduğunu bilmirsə və ya həmin məlumatları yayarkən başqa şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti güdmürsə CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Ona görə də hər bir halda, məlumatları yayan şəxsin birbaşa qəsdinin müəyyən edilməsi onun əməlində CM-nin 147-ci maddəsinin əlamətlərinin olub-olmaması nəticəsinə gəlinməsi üçün zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdə n ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən “Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə;” CPM-nin 293.3-cü maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilməlidir: “293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərd ə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası.” Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən: “Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinay ət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın v ə yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə u yğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkə mə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqə tini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlar ının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şə xs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələr nəzərə alınmaqla hazırki işin materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, xüsusi ittiham çı X4 şikayətini onunla əsaslandırmışdır ki, «Məhkum 18 noyabr 2019-cu il tarixdə '‘YouTube" sosial şəbəkəsində fəaliyyət göstərən "TV8” internet televiziya kanalında kütləvi yayımladığı video müraciətində onun Məhkum məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə təzyiq etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarıq fəaliyyətinə maneçilik törətməsi, həmçinin hər üç aydan bir 10000 ABŞ dolları məbləğində rüşvət tələb etməsi barədə böhtan xarakterli fikirlər səsləndirərək şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uy ğun olub-olmaması, xüsusi ittiham qaydasında verilmiş şikayətin İmişli Rayon Məhkəməsinə aid olub-olmaması barədə qanunvericiliyin tələblərinə əməl edilməmiş və kifayət qədər əsaslandırma aparılmadan şikayət icraata qəbul edilərək baxılmışdır. Belə ki, iş materiallarından görünür ki, X2 xüsusi ittiham qaydasında verdiyi şikayətə Ağcabədi Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2020-ci il tarixdə baxılarkən, Məhkum və onun müdafiəçisi tərəfindən Ağcabədi rayon Məhkəməsinə edilmiş etiraz işlə birlikdə baxılıb müvafiq qərar qəbul olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Səmədov Müşfiq Ədalət oğlu tərəfindən Ağcabədi Rayon Məhkəməsinə verilmiş etiraz təm in edilmiş və Məhkum barəsində olan Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında iş baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasında, xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin İmişli Rayon Məhkəməsinə aid olub-olmaması barədə qanunvericiliyin tələblərinə əməl edilməmiş və kifayət qədər əsaslandırma aparılmadan şikayət icraata qəbul edilərək baxılmışdır. Azərbaycan Respublikası CPM-in 14 5.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən qanunvericiliyin bu tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə-linqvistik ekspertizasının 31 mart 2021-ci il tarixli, 4/299 nömrəli rəyindən görünür ki, Məhkum “YouTube sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında Azərbaycan Respublikası Prezidenti nə ünvanladığı videomüraciətində X2 Məhkum məxsus yanacaqdoldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə, ona təzyiqlər etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarlıq fəaliyyətinə maneə törətməsi, həmçinin ondan hər üç aydan bir 10000 dollar məbləğində rüşvət tələb etməsi kimi məlumatlarda birbaşa şərəf və ləyaqəti ləkələyən söz və ifadələrdən istifadə olunmamışdır. Məhkum “TV8” internet televiziya kanalında Azərbaycan Respublikası Prezidentinə ünvanladığı videomüraciətində X2 Məhkum məxsus yanacaqdoldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə ona təzyiqlər etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarlıq fəaliyyətinə maneə törətməsi, həmçinin ondan hər üç aydan bir 10000 dollar məbləğində rüşvət tələb etməsi kimi məlumatlar öz hüquqi təsdiqim tap madığı təqdirdə X2 işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilir. Belə ki, video görüntüdən görünür ki, Məhkum pozulduğunu hesab etdiyi hüquqlarının bərpa edilməsi və həmin pozuntulara yol vermiş vəzifəli şəxs barəsində tədbir görülməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edir. “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hü ququ vardır.” Həmin Qanunun 3.0.5-ci maddəsinə əsasən “şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət”dir. Həmin Qanunun 12.4-cü maddəsinə görə “Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.” Həmin Qanunun 15-ci maddəsində vətəndaşların teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə müraciət etmək hüquqları da nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qanunla qorunan hüquqları nın vəzifəli şəxs tərəfindən pozulduğu nəticəsinə gələrək kütləvi informasiya vasitələrinə müraciət etməklə səlahiyyətli dövlət orqanlarına və ya vəzifəli şəxslərə şikayət edilməsi zamanı məlumatları yayan şəxsin (hazırkı iş üzrə Məhkum) birbaşa qəsdinin müəyyən edilməsi onun əməlində CM-nin 147-ci maddəsinin əlamətlərinin olub-olmaması nəticəsinə gəlinməsi üçün zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən qanunun bu tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülən dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil etməklə və qanunvericiliyin yuxarıda istinad edilən normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhləri və Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrini rəhbər tutmaqla müzakirə edərək hesab edir ki, Məhkum xüsusi ittihamçı X3 ağır cinayətlərdə ittiham etməklə böhtan atması məhkəmələr tərəfindən kifayət qədər əsaslandırılma aparılmadan icraata qəbul edilərək baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Yuxarıda şərh olunanların araşdırılmasını zəruri hesab edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 21 iyun 2021-ci il tarixli ilkin baxış qərarı və 09 iyul 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi apelyasiya instansiya məhkəməsinin ilkin məhkəmə baxışına təyin olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2021-ci il tarixli ilkin baxış qərarı və 09 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə ilkin məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar