Məhkəmə qərarları › İş №1(102)-1612/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1612/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1612/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədova Günel Kamil qızı) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi al tı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Səbail Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (br) il azaldılmış, cəzasının çəkilməsi nəzərə alınaraq cəzadan tam azad edilmiş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanda yaşayan, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM nin 69.3-cü maddəsinə əsasən Məhkum 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günə hesabı ilə hesablanaraq 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,582 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Səbail RPİ-nin NMB-nin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı 22 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən “İçərişəhər” metrostansiyasının arxasında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİnin inzibati binasına gətiriləndən sonra ü zərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli dəri materialdan olan pul qabının içərisindən 1 (bir) ədəd kiçik ölçülü şəffaf poletilen torbada, içərisində təmiz çəkisi 1,582 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Əhmədov Rasim Abbas oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 06 iyun 2022ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Z.Ə.Hacıyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş cinayət qanunvericiliyinin bir sıra normalarına və Azərbaycan Respulikası Plenumunun bəzi Qərarlarına istinad edən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə məhkuma azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cinayət qanunvericiliyində müəyyən edilmiş ədalət prinsipinin tələblərini pozmuşdur. Hazırki cinayət işi üzrə Məhkum cəza təyin edilərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərə cəsi, cinayətin törədilmə şəraiti, nəticələri düzgün qiymətləndirilməmiş və məhkəmələr bununla bağlı gəldikləri nəticəni yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmamışlar. Məhkum təqsirli bilindiyi ittihamın məzmunundan göründüyü kimi, onun əldə edərək üzərində saxladığı və sonradan aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 11 dəfə artıq olmuş və bu hal onun törətdiyi əməlin tövsifinə təsir etməsə də, həmin əməlin ictimai təhlükəliliyinin yüksək dərəcədə olmasından xəbər verir və məhkəmələr məhkum olunmuş şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bunu nəzərə almamışlar. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum əvvəllər məhkum olunması, lakin məhkumuluğunun götürülməsinin nəzərə alınmalı və buna görə ona azadlıqdan məhrum etmə cəzasının təyin edliməli olması barədə dövlət ittihamçısının mövqeyi ilə razılaşmasa da, burada xüsusilə qeyd edilməlidir ki, dövlət ittihamçısı şəxsin əvvəlki məhkumluğunun nəzərə alınmasını residivin müəyyən edilməsi və residivə görə cəzanın təyin ilə əlaqədar deyil, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal qismində nəzərə alınmasını nəzərdə tutmuşdur. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə cəza təyini zamanı onun cəzasını yüngülləşdirən halların olmadığını da nəzərə aldıqda müəyyən edilir ki, Məhkum əməlinin və şəxsiyyətinin yüksək ictimai-təhlükəli olması, onun kriminal meyllərin təsirindən çəkinməməsi, ictimai-təhlükəli vərdişlərinin davamlı olması, əvvəlki cəzanın islahedici təsirinin yetərli olmaması məhku mun ictimai-təhlükəli şəxs olmasına dəlalət edən hallardır və bu da onun barəsində daha sərt cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqini zəruri edir. Buna baxmayaraq, məhkəmə CM-nin 8-ci maddəsi ilə müəyyən edilən ədalət prinsipini pozmuş və əsassız olaraq məhkuma təyin olunmuş cəzanın qüvvədə saxlanılması haqda qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmiş və kassasiya protestinə etiraz ərizəsi ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət edərək həmin protestin təmin edilməməsini xahiş etmişdir. Öz ərizəsini məhkum onunla əsaslandırmışdır ki, o, azadlığın məhdudlaşdırılması cəzasını çəkməklə yanaşı, həm də narkomaniyadan müalicə olunur və hal-hazırda səhhətində müsbət dəyişikliklərin baş verməsini hiss edir. Bundan başqa, ərizədə qeyd olunmuşdur ki, onun atası iki ay bundan əvvəl vəfat etmiş və anası onun himayəsində qalmışdır, o, da istəyir ki, cəzasını və müalicəsini başa çatdırıb anasına baxsın. Məhkəmə kollegiyası məhkumun kassasiya protestinə baxılmasına dair məhkəmə iclasında iştirak etməməsi ilə bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qə bul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrin dən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılma sı, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada ar aşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin da məzmunundan göründüyü kimi, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməllərini törətmiş şəxsin CM-nin 2 34.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci m addəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan da ha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündən isə görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə məhz CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, onun təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzanın – azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmələrin bu haqda mövqeyi ilə razılaşır, çünki məhkəmələr bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəc əsini, məhkumun şəxsiyyətini, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən daha yüngülünü - azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıra n hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsul iyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iş tirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə t əqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivləri nin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkum cəza təyin edilərkən onun əvvəllər də məhkum olunmasının onun şəxsiyyətini səciyyələndirən hal nəzərə alınmaması ilə bağıl kassasiy a protestinin dəlilinə gəldikdə isə məhkəmə kollegyiası bu dəlili də əsassız hesab edir ona görə ki, Məhkum əvvəllər Səbail Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən ona təyin edilmiş cəza 01 (br) il azaldılmış və onun cəzasının çəkilməsi nəzərə alınaraq o, cəzadan tam azad edilərək onun məhkumluğu götürülmüşdür. Məhkum törətdiyi cinayətin nəticəsinin ağırlığının, hab elə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, Məhkum cinayət törətməyə meyilli şəxs olması barədə kassasiya protestinin dəlillərinə cəvab olaraq məhkəmə kollegyiası əvvəla qeyd edir ki, məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, onu cinayət törətməyə meyilli şəxs olması iş materialları ilə müəyyən edilmir və o, narkotik vasitələrdən istifadə etdiyinə görə narkomaniya xəstəliyindən əzab çəkir və buna görə ittiham olunduğu miqdarda narkotik vasitə olan əldə edərək üstündə saxzlamış və daşımışdır. Onun bu əməli nəticəsində özünün sağlamlığından başqa hər hansı digər şəkildə və digər şəxslərə zərər vurulmamış, təqsirli bilindi yi cinayəti təkbaşına törətmişdir (buna görə də onun cinayətin törədilməsində rolundan heç söhbət gedə bilməz), digər tərəfdən isə məhkumun bu xarakterli əməlləri gələcəkdə törədə biləcəyi də yalnız ehtimal xarakteri daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum öz şəxsi istifadəsi üçün 1,582 qram çəkidə psixotrop maddəni əldə edərək üzərində saxlaması və daşıması onun narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı olmuş və məhz bu halları nəzərə alan birinci instansiya məhkəməsi çıxardığı 08 aprel 2022-ci il tarixli hökmlə haqlı olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə təyin etmişdir ki, "xxxx" MMC-nin direktoru X2 Bakı şəhəri Probasiya şöbəsinə və Ali Məhkəməyə ünvanladığı müvafiq olaraq 27 iyul və 11 dekabr 2022-ci il tarixli arayışlara görə, Məhkum narkotik vasitələrdən asılılıqdan müalicə olunması üçün onun həmin müəssisədə 6 ay müddətində stasionar və 3 ay qeyri-stasionar müalicədə qalması zəruridir, onun müalicəsi hal hazırda davam edir və sağlamlığında irəliliyişlər müəyyən olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar Məhkum törətdiy cinayətin ictimai təhlükəlilik və xarakteri ilə birgə onun islah olunması mövqeyində olmasına dəlalət etməklə eyni zamanda məhkumun barəsində daha sərt cinayət-hüquqi xarakterli tədbirin tətbiqini zəruri etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran və məhkum olunmuş şəxsə daha ağır cəzanın təyin edilməsni zəruri edən hallar kimi nəzərə alınması mümkün deyil ona görə, belə h alların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəza nın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. c inayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tətbiqinə dair normalar nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edimiş, o cümlədən CM-nin 23 4.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Dövlət ittihamçısı mütləq şəkildə Məhkum CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan daha ağırının, yəni azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni həmin məhkəmənin mübahisələndirilən qərarının qanuni və əsasl ı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini bir daha nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: K assasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar