Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1612/2023 23.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1971-ci il tarixdə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan2-də qeydiyyatda olmaqla, faktiki ünvan3-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 iyul 2021-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq döyüş sursatı olan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı patron əldə edib ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə daşıyaraq, orada saxlamış və narkotik vasitələrin və p sixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş məlumat əsasında 11 iyul 2021-ci il tarixdə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilərkən otaqda yerləşən dolabda üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qabın içərisində saxladığı 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “PA-63”, “P64”, “RK59”,“P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı patron aşkar edilərək götür ülmüşdür. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxsla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 94,857 qram olan külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,343 qram psixotrop maddə metamfetamini əldə edib, ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə daşıyaraq, saxlayıb satış üçün ayrı-ayrı hissələrə ayırmaqla aralarındakı razılaşmaya görə Sumqayıt şəhəri və yaxın ətrafda olan adlarını deyəcəyi şəxslərə satıb müştərək gəlir götürmək üçün 10 iyul 2021-ci il tarixdə, saat 23 radələrində həmin narkotik va sitə və psixotrop maddədən 3 büküm ümumi təmiz çəkisi 53,166 qram külli miqdarda narkotik vasitə heroini, 1 büküm ümumi təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamini ünvan 1 ünvanındakı evin qarşısında qrupun üzvü Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq Sumqayıt şəhərinə daşımış,11 iyul 2021-ci il tarixdə, saat 11:45 radələrində, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə saxladığı 1 (bir) ədəd b ükümdə, təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd sellofan bükülünün içərisində 3 (üç) ədəd bükümdə qablaşdırılmış külli miqdarda, ümumi təmiz çəkisi 53,166 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş, habelə Təqsirləndirilən şəxs səmimi etirafı ilə təsdiqlənmiş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Məhkum Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən ifşa edilərək həmin tarixdə, saat 14:25 radələrində ünvan5ndə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə saxladığı 2 (iki) ədəd bükümdə ayrı-ayrı lıqda təmiz çəkiləri 0,990 qram və 0,155 qram ümumi təmiz çəkisi 1,145 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,040 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,206 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi, habelə yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilərkən otaqda yerləşən dolabda satış məqsədi ilə üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qabın içərisində saxladığı 1 (bir) ədəd sellofan şəffaf rəngli sellofan bükümdə qablaş dırılmış təmiz çəkisi 40,636 qram olan qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş heroinlə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunmuş və həmin cəza apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasi ya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayəti n xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olun masına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilm əsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsi rliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 228.1, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş az ağır və ağır cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəz asının aşağı həddində yaxın (CM-in 234.4.1, 234.4.3-cü maddələrilə - 6 il müddətə) və yuxarı həddindən 1 il 6 ay az (CM-in 228.1-ci maddəsilə - 1 il 6 ay müddətə) cəza təyin etməklə, cinayətlərin məcmusu üzrə cəza təyin edərkən də CM-in 66.3 maddəsində nəzərdə tutulmuş cəzaların toplanılması üsullarından daha güzəştlisini – qismən toplama üsulunu seçib qəti cəza müddətini 7 il olaraq müəyyən etməklə iş üzrə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan, o cümlədən cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəlilləri araşdıran Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətində isə Məhkum məsuliyyətin yüngülləşdirən nə kimi halların olduğu və nəzərə alınmadığı qeyd olunmamış, məhkəmələrin baxılan işdə Məhkum cəzasını yüngülləşdirən halların olmaması barədə qənaətlərini təkzib edən heç bir konkret dəlil gətirilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəl mək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən şikayətlə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkə mə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məmmədov Elvin Xaləddin oğlunun kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1612/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1612/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver