Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1612/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Nümayəndəsi Niftalıyeva Ays el Mirzə qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi9 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1978-ci ildə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu, Cəyirli kənd ində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından Respublika ərazisinə idxal etdiyi iri buynuzlu (yəni danalar və buzovlar) və xırda buynuzlu (yəni qoyunlar) heyvanlar, dondurulmuş qoyun quyruğunun satışından 2017-ci il üzrə gəliri 6177682,85 manat, xərci 4641998,05 manat, vergiyə cəlb olunan mənfəəti 1535684,81 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 307136,96 manat olduğu halda, qeyd olunan ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 5112000,0 manat, xərcini 5065160,67 manat, vergiyə cəlb olunan mənfəətini 46839,93 manat və ödəməli olduğu mənfəət vergisini 9367,87 manat göstərərək, 297769,06 manat mənfəət vergisini az; 2018-ci il üzrə gəliri 1500555,55 manat, xərci 1250462,96 manat, vergiyə cəlb olunan mənfəəti 250092,59 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 50018,52 manat olduğu halda, qeyd olunan ilin yekunlarına dair vergi orqanına mənfəət vergisinin bəyannaməsini təqdim etmədən, 2341,97 manat ödəməklə, 47676,55 manat mənfəət vergisini az; bundan başqa, o, 2017- ci ilin fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 446298,0 manat, ƏDV-si 80334,64 manat, əvəzləşdirilən ƏDV-si 62380,43 manat və ödənilməli ƏDV-si 17953,21 manat olduğu halda, bəyənnamə təqdim etməməklə, 17953,21 manat; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyan naməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 632004,0 manat, ƏDV-si 113760,72 manat, əvəzləşdirilən ƏDV-si 83495,75 manat və ödənilməli ƏDV-si 30264,97 manat olduğu halda, bəyannamə təqdim etməməklə, 30264,97 manat; aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 643344,0 manat, ƏDV-si 115801,92 manat, əvəzləşdirilən ƏDV-si 83018,54 manat və ödənilməli ƏDV-si 32783,38 manat olduğu halda, ödənilməli ƏDV-ni 2517,46 manat göstərərək, 30265,92 manat; iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 600057,0 manat, ƏDV-si 108010,26 manat, əvəzləşdirilən ƏDV-si 86479,15 manat və ödənilməli ƏDV-si 21531,11 manat olduğu halda, bəyannamə təqdim etməməklə, 21531,11 manat; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tu tulan dövriyyəsi 1105180,0 manat, ƏDV-si 198932,40 manat, əvəzləşdirilən ƏDV-si 121487,19 manat və ödənilməli ƏDV-si 77445,21 manat olduğu halda, ödənilməli ƏDV-ni 25682,07 manat göstərərək, 51763,14 manat; 2018-ci ilin may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 328129,67 manat, ƏDV-si 59063,34 manat, əvəzləşdirilən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 59063,34 manat olduğu halda, bəyannamə təqdim etməməklə, 59063,34 manat, ümumilikdə isə xüsusi ilə külli miqdar təşkil edən, 556287,30 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 28 aprel 2023-cü il tarixli, 1(005)-8/2023 nömrəli hökmü ilə Məhkum CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilm əsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 28 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum 456287,30 manat maddi ziyan tutularaq mülki iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Nümayəndə xeyrinə ödənilməsi müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, əməlin CM-in 213.2-ci maddəsinə tövsif olunmasını, onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə aşağı həddə azadlıqdan məhrumetmə ilə bağ lı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 01 fevral 2024-cü il tarixli, 1(103)41/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-8/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən kassasiya şikayəti vermi şdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də ekspertiza rəylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayət qanununun norması düzgün tətbiq edilməmiş, apellyasya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyini olduğu kimi təkrar etmiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin işinə qanuni və ədalətli baxılmamışdır.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yenidən araşdırılması və obyektiv qərar qəbul edilməsi üçün apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətini müdafiə edərək, onun dəlill ərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Nümayəndəsi Niftalıyeva Aysel Mirzə qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyə n edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhk əmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız olaraq Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
23. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyə ti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
27. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri mübahisələndirilərək, müəssisə tərəfindən alınmış iri və xırda buynuzlu heyvanların real topdansatış bazar qiymətlərinin müəyyən edilməsi barədə e kspert rəyləri həqiqəti əks etdirmir, bununla da cinayət işi materiallarında məhkumun əməlinin CM-in 213.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 213.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
28. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
29. B ununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya mü raciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, məhkumun əməlinin Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə tövsif edilməsinə dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələnd irilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
32. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi qarşısında da məhkumun müdafiəçisi tərəfindən əməlinin hüquqi tövsifinə dair tələblər irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar qismən məhkəmə istintaqı keçirməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquq larına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində CM-in 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir.
33. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslan dırılmışdır.
34. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasi ya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
35. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun əməlinə düzgün hüquqi qiymət verilməsi səbəbindən yeni məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə h esab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(103)-41/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən