Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1613/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci madd əsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 06 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1968-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əv vəlinin 12 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X7 və X1аn ibarət tərkibdə) 2 iyun 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(019)-39/2022 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən, Məhkum 2021-ci ilin avqust ayının sonlarında Balakən rayonunun Poştbinə kəndi ərazisindən keç ən “Mazımçay” çayının kənarından tapıb qəsdən, qanunsuz olaraq, əldə etdiyi 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli-odlu döyüş silahı hesab edilən tapançanı, 1 ədəd 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda, yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə yararlı 1 ədəd patronu və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçanı üzərində daşıy araq əvvəlcə yaşadığı ünvan 2 ünvanda yerləşən toyuq hininin içərisində gizlədərək saxlamış, daha sonra isə 13 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən başlayaraq əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində daşıyıb saxlamaqla üzərində gəzdirmişdir. 12 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 19:35-dən saat 20:10-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq əvvəlcə yaşadığı evin həyətində yerləşən toyuq hininin içərisində saxladığı, daha sonra isə 13 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən başlayaraq üzərində daşıyıb saxlamaqla gəzdirdiyi 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “Tt” (Tula- Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli-odlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda, yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça Məhkum əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində n aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti barədə halların hökmdə nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, məhkəmə tərəfindən Məhkum himayəsində 1 nəfər azyaşlı olmasından başqa cəzasını yüngülləşdirən digər hallar müəyyən edilməmişdir. Bundan başqa Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır" cinayətlər kateqoriyasına aid olmaqla, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərlə əlaqədardır. Balakən rayonu iki xarici dövətlə həmsərhəd olmaqla həssas bölgədə yerləşir. Bu qəbildən olan cin ayətlər həssas regionlarda ən aktual cinayətlərdən sayılır və məhkəmələr tərəfindən bu qəbildən olan cinayətlərə görə daha ciddi cəza verilməsi ilə şərtləndirilir. Hökmdən də göründüyü kimi Məhkum üzərində yivli-odlu döyüş silahı hesab edilən tapançadan başqa 1 ədəd döyüş sursatı hesab edilən istifadəyə yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça aşkar edilməsi onun cinayətkar davranışının təhlükəliliyinə dəlalət edən, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə təsir edən hallar kimi qiymətləndirilməlidir. Bundan başqa Məhkumluğu ödənilsə də, əvvəllər cinayət törətməsi onun şə xsiyyətinin cinayətkar xislətini ifadə edir. Apellyasiya məhkəməsi qərarında məhkumun birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı əməlini etiraf etməsi və səmimi peşmançılıq keçirməsini onun törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşməsi, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşması kimi qəbul edilməklə, kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşmanı təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilməsi kimi qeyd etmişdir. Lakin işin hallarından da görünür ki, Məhkum tərəfindən tapılmış “TT” konstruksiyalı tapança, bir ədəd patron və bir ədəd sandıqçanı təqsirləndirilən şəxs heçdə cinayətə meyilli olmayan bir şəxs kimi lazımi hüququi davranış nümayiş etdirməklə hüquq mü hafizə orqanlarına təhvil vermək əvəzinə gələcəkdə hər hansı kriminal insident və ya digər cinayətkar əməl zamanı istifadə məqsədi ilə üzərində saxlamış və yalnız Balakən RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldıqdan sonra qanunsuz olaraq silah və onun komplekt hissələrini üzərində gəzdirməsi aşkar edilmişdir. Bu da Məhkum heçdə CM-in 72.1-ci maddəsində nəzərdə tutulmuş formada əməlindən səmimi peşman olmadığını törətmiş olduğu əməlin hüquq mühafizə orqanları tərəfindən ifşa olunduğuna dəlalət edir. Məhkəmə Məhkum törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası m əhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətlənd irərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyy ən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmi ş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükə lilik dərəcəsini, yüngülləşdirən halları (əməlini səmimi etiraf etməklə səmimi peşiman olmasını, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının, 79 yaşlı anasının olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və onun həddi islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi birinci istansiya məhkəməsinin cəza təyinin ilə bağlı hissədə haqlı olaraq razılaşmış və qeyd etmişdir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onun törətdiyi cinayət əməlinin mah iyyətini anlayaraq başa düşməsini, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmasını təsdiq edir. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Məhkum aşkar edilmiş odlu silah, onun komplekt hissələri və döyüş sursatının miqdarından asılı olmayaraq təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası da təqsirləndirilən şəxsin islah olunması üçün yetərli ola bilər. Çünki, cəzanın islah təsiri fərdi psixoloji xarakter daşıyır və gözlənilir ki, bir il ərzində azadlıqdan məhrum etmənin təqsirləndirilən şəxsə gətirdiyi məhrumiyyətlər sosial ədalətin bərpasına, həm Məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısın ın alınmasına xidmət edəcəkdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya protesinin məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlilləri əsassızdır və yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi da şıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şə xsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya prote stinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 20 22-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1613/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1613/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver