Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1613/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fon du X16in nümayəndəsi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(104)-23/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum Təqsirləndirilən şəxs3 18 xx.xx.1952-ci il tarixdə Goranboy rayonunun, Dəliməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Sığorta üzrə X1 1 Ərazi Bölmələrini İdarəetmə X12 şəxs Gəncə Şəhər Birləşmiş xəstəxanası X16 Abbas Səhhət adına xəstəxananın Cərrahiyə şöbəsinin həkim travmatoloq-ortopedi vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs3 1 noyabr 2002-ci il tarixdən ittiham olunanadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın travmatologiya şöbəsinin həkim travmatoloqu vəzifəsində işləyərkən həmin nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilak tika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlaması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görmək və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaq ədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuzqazanmaq, eləcə də tanışı olan şəxsin əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılaraq döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin noyabr ayında yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 270 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı "Odlu silah mərmi partlamasından sonrakı sağ arxa ənsə nahiyəsində bir ədəd, başın sol təpə nahiyəsində bir ədəd, qarının ön-yan səthində bir ədəd, sol mil-bilək oynağının arxa səthində bir ədəd, sol əli n arxa səthində 2-ci daraq sümüyünün orta 1/3 səviyyəsində bir ədəd, sağ əlin arxa səthində 2-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumaları, Sol əlin İİ barmağının proksimal falanqasının yumşaq toxumaları arasında 4 mm ölçüdə metal qəlpə" diaqnozu qoyulmuş, xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbli müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmiş və əlilliyin səbəb-əlaqəsini dəyişmək üçün Gəncə şəhər Müharibə və X2 xx.xx.2016-cı il tarixdən qeydiyyatda olmaqla poliklinika tərəfindən verilmiş göndəriş əsasında Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın Travmatologiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş xx xxxx 1960-cı il təvəllüd lü, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınında sürücü işləyən, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 150-də qeydiyyatda olan və Gəncə şəhəri, 1500 ailəlik məcburi köçkün şəhərciyi, ev 20, mənzil 8-də yaşayan Şahid8 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 2 ünvanında yerləşən ünvan 3məti otağında Şahid8 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarları na dair Əsasnamə”yə əsasən “qıcolma tutmaları” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 137 nömrəli əmrlə təsdiq olunmuş 5627 və 151 saylı stasionar xəstənin tibbi kartasından çıxarışa xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, kəllədaxili hipertenziya tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Sol tərəfli hemoparez” kimi bilə-bilə yalan diaqnozlarını vahid şəxsi niyyətlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixlərini Şahid8 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini 1 mar t 2018-ci il tarixdə Gəncə Müharibə və Əmək Veteranları poliklinikasının Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid8 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 1 mart 2018-ci il tarixli 0509003AABYX nömrəli elektron göndərişə əsas diaqnozu qismində “kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, kəllədaxili hipertenziya tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Ağırlaşma diaqnozları Sol tərəfli hemoparez, sol yuxarı və aşağı ətrafların funksiyasının pozulması” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Rea bilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid8 beş il müddətə, yəni xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2018-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə 20961,2 manat (iyirmi min doqquz yüz altmış bir manat iyirmi qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respub likası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X12 şəxs Gəncə Şəhər Birləşmiş xəstəxanası X16 Abbas Səhhət adına xəstəxana olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişd ir.
3. Gəncə şəhər Məhkəməsinin (sədrlik edən hakim: X8) 09 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə ilə ona cəza təyin edilməməsi, CM-in 308.1-ci maddəsi ilə aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs3 qazancından dövlət nəfinə tutmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəx s Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in mülki iddiasının təmin edilməsi, Təqsirləndirilən şəxs3 20961,20 (iyirmi min doqquz yüz altmış bir manat 20 qəpik) manat maddi ziyan alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in hesabına ödənilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət məhkəmə tərkibində) 08 dekabr 2023-cü il tarixli, 1(104)23/20 23 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 1(125)-10/2022 saylı hökmünün təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hökmdən məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tərəfi ndən Şahid8 "qıcolma tutmaları" diaqnozu qoyulmamışdır, Travmatoloq olaraq xəstənin nevroloji müayinələrini Təqsirləndirilən şəxs3 baxmalı deyildi, qıcolma tutmalarının sayının önəmi olub-olmaması məhkəmə istintaqı zamanı araşdırılmadı, forma 88 sistemə Təqsirləndirilən şəxs3 yox, poliklinika yerləşdirilmişdir. Onun tərəfindən hər hansı bir qanun pozuntusuna və qayda normalara zidd hərəkət olmamışdır. Hər hansı maddi tələb etmə və əldə etmə kimi fakt sübuta yetirilməmişdir. İş üçü əhəmiyyət kəsb edən müvafiq məlumatlar və səbəblər dəqiqləşdirilməmiş, onun təqsirini sübut edən mühüm və mötəbər sübutlar araşdırılmamış, təqsirini sübuta yetirən sənədlər öz əksini tapmamışdır. Təqsirli olmağına və ya hər hansı bir imperativ normaya və qanun pozuntusuna yol verməyi nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə istintaqı zamanı ittiham tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, dəqiqləşdiriləsi mühüm məqamları araşdırmadan ədalətsiz hökm elan etmişdir. Təqsirləndirilən şəxs3 təqsiri olmadığı halda və əməlində AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığı halda ittihamedici hökm vermişdir. Eyni zamanda cinayət işi üzrə zərərkəçmiş şəxsin mülki iddiası AR MPM-in tələblərinə cavab vermədiyi halda, məhkəmə iddianı icraata qəbul edib və təqsirini sübuta yetirilmədiyi halda və ən əsası onun hər hansı bir maddi sərvəti özgəniləşdirmədiyi və Təqsirləndirilən şəxs3 ödənilməyən vəsaitin əvəzi olaraq ondan 20.961,20 (iyirmi min doqquz yüz altmış bir manat 20 qəpik) manat maddi ziyan əvəzi pulun tutulmasına birinci instansiya qərar qəbul etmişdir. Bu qəbul edilməzdi və qanunsuzdur.
8. Məhkum və müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(104)-23/2023 nömrəli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs3 bəraət verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər.
9. Kassasiya şikayətinə qarşı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən etiraz verilərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması xahiş edilmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in nümayəndəsi X7 çıxış edərək, kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təm in edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilə r.
17. Məhkum və müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxs3 əsassız olaraq Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs3 bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya məhkumun və müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımın dan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(104)-23/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ü mumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit ol unmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
26. Məhkum və müdafiəçisi tərəfin dən verilmiş kassasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir sistemə yanlış məlumat yerləşdirməməsi, hər hansı bir səhv nevroloji diaqnoz təyin etməməsi, hər hansı bir vəsait almaması, cinayət işi materiallarında onun əməlinin CM-in 308.1 və 313-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 308.1 və 313cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inka r edilməsi üzərində qurmuşdur.
27. Bu isə onu göstərir ki, məhkum və müdafiəçisi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
28. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etm əklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirsiz olmasına baxmayaraq, Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair ittiha m hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun və onun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar qismən məhkəmə istintaqı keçirməklə birinci instansiya məhkəməsinin gəldiyi n əticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs3 hərəkətlərində CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəra ətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qi ymət verilmiş və Təqsirləndirilən şəxs3 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Təqsirləndirilən şəxs3 məhkəməyədək və birinci və apellyasiya instansiya məhkəməsinin icraatında verdiyi ifadələri, həmçinin şahid ifadələri, müvafiq çıxarışlar, istintaq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
33. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
34. Təsvir edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun əməlində cinayət təərkbinin olmaması və cinayət əməlinin tam sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası proses işştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs3 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(104)-23/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respu blikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(104)-23/2023 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.