Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1614/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 07 iyun 2022-ci il tarixli, 1(103)-904/2022 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan 2. 06 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqla müəyyən olunmamış vaxtda və mənbə dən qanunsuz olaraq satış məqsədi olmadan nakotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda - 5,630 qram əldə etmiş, üstündə saxlayaraq daşımış və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmkdaşlarının Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Məhkum saat 19:45-də Sabunçu rayonu, Ləhiş bağlar massivi tikinti materiallarının satışı mağazasının yaxınlığında saxlanılmış və Sabunçu RPİ-nə gətirilmiş, orada şəxsi axtarış zamanı qara rəngli şalvarının sağyan cibində polietilen kəsiyindən bir ədəd bükümdə əldə etdiyi qəhvəyi rəngli toz halında olan kustar üsulla hazırlanmış külli miqdarda 5,630 q ram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(101)-336/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verib verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli, 1(103)-904/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli, 1(103)-904/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti ver ilmişdir. II. Kassasiya protestinin dəlilləri 8.Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPMnin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)904/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. İİİ. Hüquqi məsələlər 9.. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ara şdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bild irir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022 tarixli, 1(103)-904/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3- cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
19. Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmi ş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiya məhkəməsi öz qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət-prosessual qanunverciliyinin tələbinə görə hə r hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda və iki bükümdə olması şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir.
22. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgü n, qanuni və əsaslı olaraq müəyyən edilmiş, həmin hal cinayət işinin materiallarının, toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyas iya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. 24.Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür 25.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışd ır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
28. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsə di ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
26. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).
27. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü ma ddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
27. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. 29.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq nor malarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli, 1(103)-904/2022 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-ni n 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyun 2022-ci il tarixli, 1(103)-904/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.