Məhkəmə qərarları › İş №1(102)-1614/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1614/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1614/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X1 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X3 ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, 1986-cı il iyunun 10-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-295/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(101)-943/2022 nömrəli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), Ə.Q.Quliyev və A.İ.Paşayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, CM –nin 69.3-cü maddəsinə əsasən onun 2021-ci il sentyabrın 15-dən 2021-ci il sentyabrın 17-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 2013-cü il 16 iyul təvəllüdlü övladı X5 14 yaşına çatanadək hökmün icrasının təxirə salınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: C. V.Hüseynov (sədrlik edən), H.Ç.Məmmədov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(101)-943/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökm ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası qızı - 06 iyul 2013-cü il təvəllüdlü X5 14 yaşına çatanadək təxirə salınmış, hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikay əti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,637 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib həmin kütlələri yaşadığı ünvan 3 ünvanına daşımaqla narkotik vasitə qurudulmuş marixuananı bir ədəd plastik qabda, psixotrop maddə metamfetamini isə beş ədəd hissəyə bölərək plastik qablarda qablaşdırıb göstərilən mənzildə saxlamış, bu barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əmək daşları tərəfindən 2021-ci il sentyabrın 15-də saat 18:15-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Məhkum Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 16 ünvanının yaxınlığında saxlanmış, qeyd olunan tarixdə saat 21:23-dən sonuncunun razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən mənzilin dəhlizində yerləşən dolabın içərisindən beş ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,907 qram, 0,875 qram, 1,033 qram, 0,525 qram və 1,297 qram olmaqla ümumilikdə külli miqdarda 4,637 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda 1,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan və qanuni əsaslar müəyyən etmədən Məhkum şəxsiyyətini, təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini xarakterizə edən halların ziddinə olaraq Məhkum barəsində isə Cinayət Məcəlləsinin 79-cu maddəsini tətbiq etməklə sonuncuya münasibətdə isə azyaşlı uşağı ön dörd yaşına çatanadək hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının icrasını təxirə salmışdır. Kassasiya protestində CM-in 79-cu maddəsinin əsassız olaraq tətbiq edildiyini göstərən xüsusatlar kimi əlavə olaraq Məhkum cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasına, habelə bu və digər cəzanı yüngülləşdirən halların məcmusunun düzgün olmayaraq müstəsna hallar kimi qiymətləndirilməsinə istinad olunur. Dövlət ittiham çısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum və müdafiəçisi Müdafiəçi3 birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, Məhkum əməlində cinayət tərkibi olmadığı halda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Kassatorlar iddia edirlər ki, Məhkum keçmiş rəfiqəsi olan Şahid4 sonuncunu aldadaraq onun 6.400 manat pulunu mənimsədiyində Məhkum Sevinc barəsində hüququ mühafizə orqanlarına şikayət etmişdir ki, bu da S.Məmədova tərəfindən qisas məqsədi ilə qəsdən qeyd oluna narkotik və psixotrop maddələrin evə qoyulmasına əsas yaradır. Digər tərəfdən Məhkum ilə qardaşı arasında atalarından qalmış miras payını bölünməsi ilə bağlı məhkəmə mübahisə davam edir. Buda ona dəlalət edir ki, Məhkum qarşı qondarma ittihamın irəli sürülməsində qardaşının marağı var. Belə ki, o, nəyin bahasına olursa olsun onu tutdurmaq miras payından məhrum etmək istəyir. Məhkum və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçisi Müdafiəçi3 birgə verdikləri kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi ni iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdilər. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edib qiymətləndirmədən, yəni əsassız və qanunsuz olaraq Məhkum barəsində isə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edildiyi iddia etməklə, mübahisəl əndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkum və müdafiəçinin birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Məhkum və müdafiəçisi Müdafiəçi3 hazırki qərarın “Kass asiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb ed ir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassatorların kassasiya şikayətindən görünür ki, Məhkum əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olund uğunu iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum və müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM- in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum əməlində cinayət tərkibi olmadığı və təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Mə hkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai istintaqda verdiyi (2021-ci il 15 sentyabr tarixli izahatında və 2021-ci il 16 sentyabr tarixli şübhəli şəxs qismində) qismən etirafedici ifadəsi, həmçinin polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri, "mənzildə baxış və götü rmə aparılması haqqında” 15 sentyabr 2021-ci il tarixli protokol, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı və tərkibi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 sentyabr tarixli 7/943 və 6/4097 nömrəli rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Həmçinin Məhkum və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində narkotik və psixotrop maddələrin Məhkum rəfiqəsi olmuş Şahid4 tərəfindən onun evinə qoymasını iddia etsələr də, həmin hal Şahid4 ifadəsi ilə təkzib edilmiş, işin halları ilə uzlaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, heç bir narkotik vasitə və ya psixotr op maddə istifadə etməmiş, 2013-cü ildən tanıdığı Məhkum ilə əvvəllər münasibətləri normal olsa da sonuncunun psixotrop maddə metamfetamin istifadə etdiyini bildikdə əlaqələri pozulmuşdur. Bir neçə dəfə Xəyalə ona da psixotrop maddə metamfetamin qəbul etməyi təklif etsə də o, etiraz edib sonuncuya əməllərindən çəkinməsi barədə xəbərdarlıq etmişdir. Həmçinin o, Xəyaləyə saxlaması üçün heç bir zaman psixotrop və ya digər maddə verməmişdir. Müdafiə tərəfi Şahid4 təqsirləndirilən şəxsi aldatması, onun pulunu mənimsəməsi faktı ilə Yasamal RPİ-nin İŞ-də araşdırma aparıldığının məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd edilsə də, məhkəmə kollegiyası həmin məsələnin hazırkı ittihamın mahiyyətinə nə bilavasitə, nə də dolayısı ilə aidiyyətı olmadığını hesab edir və aşağı instansiya məhkəmələrinin qeyd edilən məsələyə dair mövqeyi ilə razılaşır. Eyni zamanda müdafiə tərəfinin narkotik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin qardaşı tərəfindən onun yaşadığı evə qoyulması barədə də dəlillər əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, 2021-ci il dekabr ayının sonunda tanımadığı şəxs ona «WhatsApp» proqramı ilə zəng edib bacısı Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması səbəbindən polis əməkdaşları tərəfindən tutulduğunu və bacısı haqqında cinayət işi başlandığını bildirmiş, habelə sonuncu barəsində tərtib edilən ittiham aktının, ekspertiza q ərarının və məhkəmə hazırlıq iclasının qərarının surətləri onun iş yerinə tanımadığı şəxs tərəfindən çatdırılmışdır. Xəyalə on ildən çoxdur ki, onlarla birlikdə yaşamır. 2021-ci ilin fevral ayında o, atasından xəbərsiz Xəyaləyə ev bağışlamış, sonuncu isə bir həftə ərzində evi satıb pulunu israf etmişdir. Bacısı atasının ölümündən sonra sonuncudan miras qalan payını ona verməklə əvəzində hər ay pul almağa əvvəlcə razılaşsa da sonradan fikrini dəyişdirərək əmlakı bölmək istədiyini demişdir. Xəyalənin psixotrop maddə istifadə etməsi barədə eşitmişdir. Sonuncunun onun barəsində dedikləri yalandır, belə ki, o, heç vaxt bacısı barəsində polisə şikayət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əgər psixotrop maddə və narkotik vasitə təqsirləndirilən şəxsin evinə həqiqətən də digər şəxslər tərəfindən qoyulmuş olsa idi, Məhkum evində psixotrop maddə və narkotik vasitədən xəbəri olmadığı halda yaşadığı evə baxış keçirilərkən həmin maddələrin hara yerləşdirildiyini bilməməli, bu səbəbdən də onları polis əməkdaşlarına təqdim edə bilmək iqtidarında olmamalı idi. İş materiallarından və baxışın keçirilməsini əks etdirən görüntüdən açıq-aydın görünür ki, təqsirləndirilən şəxs evində olan narkotik maddə və psixotrop vasitədən məlumatlıdır, onların harada saxlanmasına bələddir, psixotrop maddə və narkotik vasitəni saxladığı yeri özü polis əməkdaşlarına göstərməklə həmin kütləni onlara təqdim edir. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə ko llegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum və müdafiəçisinin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayətprosessual qanunun 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Verilmiş kassasiya protestinə diqqət etdikdə isə aydın olur ki, dövlət ittihamçısı məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, Məhkum barəsində isə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsini mübahisələndirmişdir ki, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Cinayət Məcəlləsinin 79.3.-cü maddəsində əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir Cinayət Məcəlləsinin 79.4 və 79.5-ci maddələrinə əsasən cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə tör ətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, həmçinin cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Şübhəsiz ki, məhkəmələr tərəfindən qeyd olunan güzəştli institut tətbiq edilərkən törədilmiş cinayətin bilavasitə obyektinə, əməlinin ictimai təhlükəliyinə diqqət edilməli, həmçinin məhkumun şəxsiyyəti, onun cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti bütövlükdə kompleks şəkilində nəzərdən keçirilməli və sadalanmış hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq baxımından qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə CM-nin 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Qərarda həmçinin göstərilir ki, cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Göründüyü kimi bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai mar aq Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır. Bu mülahizələrə nəzərən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair qərarına baxdıqda aydın olur ki, məhkəmə bu institutun tətbiq edilməsinin zərururiliyini və Məhkum azyaşlı uşağın hüquqlarını təmin etməyə hazır olmasını, yəni sonuncunun həyat şəraitini, uşağın tərbiyə edilməsi, qayğıya olan tələbatını təmin etmək iqtidarında olması kifayət qədər araşdırmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ seriyalı 766419 saylı doğum haqqında şəhadətnamənin surətindən də təsdiq olunur ki, xx.xx.2013-cü il təvəllüdlü Solanc Muradovanın anası Məhkumdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, Stefan Jerar ilə Məhkum birlikdə yaşamış, Məhkum xx.xx.2013-cü il tarixdə Solanc adlı qız uşağı dünyaya gətirmiş, Solanc doğulduğu gündən anası Məhkum himayəsində yaşayır, Stefan Jerar uşağı ilə maraqlanmamışdır. Qətnamə ilə həmçinin, müəyyən edilmişdir ki, Solancın təlim-tərbiyəsi və sağlamlığı ilə anası məşğul olur, onun qayğısına qalır. Digər tərəfdən Məhkum qeydiyyatda olduğu yer üzrə daimi yaşaması, xx.xx.2013-cü il təvəllüdlü Solanc Muradova qızı onun himayəsində olması, yaşadığı ərazid ən nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayətin daxil olmaması, ailə vəziyyəti ilə əlaqədar olaraq himayəsində olan az yaşlı uşağına zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti, uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağllılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda tədqiq edilməklə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ilə bağlı yekun qənaəti - cinayət qanunvericiliyində bu institutunun tətbiqini şərtləndirən humanizm prinsipi uzlaşan nəticə kimi çıxış etməklə yanaşı, baxılan iş də məhkəmə tərəfindən natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkü nlüyünü təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum təyin edilmiş cəzanın çəkilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən onun 16 iyul 2013-cü il tarixdə doğulmuş övladı Solanc Muradovanın 14 yaşına çatana qədər təxirə salınması ilə bağlı qənaəti yuxarıda sadalanmış cinayət – hüquqi normaların tələblərinə cavab verməklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti rədd edilməlidir. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair məhkum və müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti, habelə Məhkum və müdafiəçisi Müdafiəçi3 birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-295/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdırr Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısının kassasiya protesti, habelə Məhkum və müdafiəçisi Müdafiəçi3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 02 fevral 2023-cü il tarixli, 1(103)-295/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar