Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1614/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 43-cü maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarından (hansı qərarından-müəyyən etmək mümkün deyil (m.k.)) dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi) Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ib arət tərkibdə) Məhkum, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CPM-in 43-cü maddəsinə əsasən onun barəsindəki CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 15 dekabr 2022-ci il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvan 1 ünvanın həyətyanı sahəsində ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək, sonuncunu cəzalandırmaq üçün istintaqa məlum olmayan deşici-kəsici alət əldə etmiş, bu zamanı onun qarşısını almağa çalışan qızı Zərərçəkmiş şəxs1 qəsdən bir neçə zərbə endirərək ona alın nahiyəsinin kəsilmiş səthi yarası və sol əl nahiyəsindən bir dəfə vuraraq İV-V barmaqların bükücü vətərlərin barmaq səviyyəsində kəsilmiş yarası ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan sonra həmin alətlə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə qəsdən vuraraq ona daxilə nüfuz edən nazik bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsi lmiş yarası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Mansırov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 31 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin hökmü dəyişdirilmi ş, hökmdən məhkum edilmiş şəxs Məhkum barəsində CM-in 127.1-ci maddəsi ilə cinayət təqibə xitam verilməsinə dair müddəalar xaric olunmuş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli ikinci qərarı ilə isə Məhkum barəsində olan CM-in 127-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata CM-in 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Məhkum CM-in 126.2.3 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarından (hansı qərarından müəyyən etmək mümkün deyil (m.k.)) dövlət ittihamçısı E.E.Bayramova kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiy a baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarına ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və araşdırılmış sübutlara, əsasən də məhkum olunmuş və zərərçəkmiş şəxslərin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrə, bu ifadələrə əsasən birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrə və həmin məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı E.E.Bayramova h əmin protestini onunla əsaslandırmışdır ki, zərər çəkmiş şəxslərlə məhkum olunmuş şəxsin yaxın qohumluq münasibətində olmalarına və onların barışmalarına görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı istintaq dövründə verdikləri ifadələrdən fərqli, yəni məhkumun xeyrinə ifadələr vermələri gözlənilən haldır. Məhkəmələr iş üzrə yekun məhkəmə aktları qəbul edərkən bu halı nəzərə almamış və əsassız olaraq adları çəkilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri əsas götürərək Məhkum əməllərinin hüquqi tövsifi ilə bağlı səhv nəticəyə gəlmişlər. Halbuki, zərərçəkmiş şəxslər ibtidai araşdırma zamanı işin faktiki hallarına uyğun ifadələr vermiş, həmin ifadələri öz imzaları ilə təsdiq etmiş, istintaqın sonrakı mərhələlərində yenidən ifadə vermələri i lə bağlı və ya ifadələrində qeyd etdiklərinə əlavə və düzəliş etmələri ilə bağlı hər hansı vəsatətlə müraciət etməmiş, hətta istintaq materialları ilə tanış olarkən də özlərinin verdikləri ifadələrlə ilə tanış olaraq istintaqın yekunlaşmasına etirazlarını bildirməmiş və heç bir vəsatət qaldırmamışlar. Onların işə məhkəmə baxışı zamanı ibtidai araşdırma zamanı verdikləri ifadələrinin müstəntiq tərəfindən təhrif olunması iddiaları da yoxlanılmış və iş üzrə əlavə şahid qismində müstəntiq Şahid3 dindirilməsi nəticəsində bu iddialar təsdiq olunmamışdır. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən isə görünür ki, mübahisə vaxtı Məhkum istintaqa məlum olmayan deşici-kəsici aləti evdən götürərkən arvadı Zərərçəkmiş şəxs2 bunu görmüş, evdən bayıra çıxıb qışqıraraq qızı Zər ərçəkmiş şəxs1 "əlində bıçaq var qaç" demiş, Zərərçəkmiş şəxs1 isə atası Aqili sakitləşdirmək, əlində olan bıçağı almaq istəyərkən sonuncu əlindəki qeyd olunan kəsicideşici alətlə Zərərçəkmiş şəxs1in sifət nahiyəsindən, daha sonra alnının sol nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, bundan sonra Məhkum əlindəki bıçaqla onu və ya anası Zərərçəkmiş şəxs2ni vurmaq istəyərkən bu dəfə əlini bıçağın iti hissəsindən tutub atası Aqili itələmiş, lakin bıçağı əlindən ala bilməmiş, hər ikisi yerə yıxılmış, Məhkumun ayaqlarından tutub ona "eləmə" deyə yalvarmağa başlamış, atası ilə “ayaqlarımı burax eləməyim” demişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs2 qışqıraraq "təpiklə vurub ciyərimi partlatdı” demişdir. Qeyd olunanlardan bəlli olur ki, Məhkum əlində olan deşici-kəsici alə tlə Zərərçəkmiş şəxs2 zərbələr endirərkən qızı Zərərçəkmiş şəxs1 bunun qarşısını almağa çalışmış, bu zaman Məhkum qızının aman diləməsinə və yalvarışlarına məhəl qoymadan zərbələrin kimə yetirilməsinə fərq qoymamış, nəticədə ilkin olaraq Zərərçəkmiş şəxs1 xəsarətlər almış, daha sonra yıxıldıqdan sonra atasının ayaqlarından tutub anasını vurmaması üçün yalvarmış, Məhkum isə həmin vaxt Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Məhkəmələr isə zərərçəkmiş şəxslərin yalnız məhkəmə iclasında verdikləri ziddiyyətli, bir-birinə və hadisənin nəticələrinə uyğun gəlməyən ifadələrinə əsaslanmaqla, həmin ifadələri ibtidai istintaq zamanı toplanmış sübutlar, xüsusən də zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə müqayisəli təhlil etməmiş, onlara düzgün qiymət verməmişdir. Qeyd olunanlarla, yəni baş verənl ərin təsviri, müddəti, xronoloji ardıcıllığı, habelə Məhkum tərəfindən özünü və anasını müdafiə edən qızı Zərərçəkmiş şəxs1, sonra isə Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətlərin xarakteri və lokalizasiyası təqsirləndirilən şəxsin hadisə vaxtı zərərçəkmişlərə qarşı amansız olmaqla hər iki şəxsə qısa zaman kəsiyində, eləcə də bir-birinin gözü qarşısında müstəsna dərəcədə rəhimsizlik etməklə xəsarətlər yetirməsi təkzibedilməz şəkildə sübuta yetirilir, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri hadisənin mexanizmini, detallarını və digər bütün məqamlarını təsvir etməklə istintaq zamanı toplanmış digər sübutları tamamlamışdır. Qeyd olunan dəlillərə əsaslanaraq, dövlət ittihamçısı E.E.Bayramova onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin işti rakçıları kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Məhkum iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticəni mübahisələndirən protest müəllifi öz müraciətində həmin məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə koll egiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxa rılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmi ş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səl ahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zaman ı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətmək də təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insannın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfi ndən müvafiq tədbirlər görülməsini, bu və ya digər cinayət əməlini törətmiş şəxslərin ifşa olunaraq cinayət məsuliyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə isə - barələrində ittiham hökmləri çıxarılmaqla məhkum olunmalarını və cəzalardırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyan ın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən et diyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəz ərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkəts izliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün ol mayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamə tlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstər ilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olm aması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş ş əxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühaki mə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndiri lən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-nin Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-nin hansısa maddəsi xaric edilmkla onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühak imə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmad an və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirlil iyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etm əsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmi şdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dai r normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tə ləblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predme tini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tara zlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmd ə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş ü zrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bunun ü çün məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmələrin müəyyən olunmuş hesab etdikləri, Məhkum təqsirli bilindiyi hökmdə və həmin hökmün onun əməllərinin hüquqi tövsifi hissəsində dəyişdirilmədən saxlanılmış apellyasiya instansiyası məhkəməsi 31 yanvar 2024-cü il tarixli qərarlarında əksini tapmış işin hallarına və ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmaqla və tədqiq edilməklə, kassasiya protestinin dəlillərinin əksinə olaraq, CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr Məhkum əməlinin hüquqi tövsifi, yəni onun Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sağlamlığına isə ağır zərərin vurulması ilə nəticələnən bədən xəsarətlərini yetirərkən bu əməlləri xüsusi amansızlıqla törətməsi barədə ibtidai araşdırma orqanının məhkuma qarşı irəli sürülmüş ittihamla razılaşmayaraq işin hallarını belə müəyyən etmişlər ki, Məhkum 15 dekabr 2022-ci il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvan 1 ünvanın həyətyanı sahəsində ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək, sonuncunu cəzalandırmaq üçün istintaqa məlum olmayan deşici-kəsici alət əldə etmiş, bu zaman onun qarşısını almağa çalışan qızı Zərərçəkmiş şəxs1 qəsdən bir neçə zərbə endirərək ona alı n nahiyəsinin kəsilmiş səthi yarası və sol əl nahiyəsindən bir dəfə vuraraq İV-V barmaqların bükücü vətərlərin barmaq səviyyəsində kəsilmiş yarası ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan sonra həmin alətlə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə qəsdən vuraraq ona daxilə nüfuz edən nazik bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmələrin bu haqda gəldikləri qənaətin əsasını isə, həm məhku m olunmuş şəxs Məhkum, həm də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, hər birisinin ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələr təşkil etmişdir. Kassasiya protestində həmin ifadlərin həqiqiliyi mübahisələndirildiynə görə məhkəmə kollegiyası Məhkum şəxsiyyət əleyhinə cinayət əməllərini xüsusi amansızla törədib-törətməsi barədə düzgün nəticəyə gəlmək üçün əvvəla adları göstərilən şəxslərin həm ibtidai araşdırma, həm də məhkəmə iclasında verdikləri ifadələri müqayisəli şəkildə təhlil edilməsini, eyni zamanda maddi hüquq normalarının tələblərinə aşağıdakı şəkildə təfsir verilməsini və Ali Məhkəmənin Plenumunun izahlarının nəzərə alınmasını zəruri bilir. Belə ki, ibtidai araşdırma zamanı Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 dekabr 2022-ci ildə yaşadığı evin yaxınlığındakı tikilməkdə olan fərdi evdə usta kimi işləyərkən nahar fasiləsində 500 qram spirtli içki olan araq içmiş və axşam saat 17 radələrində yaşadığı evə gəlib həyətə daxil olarkən arvadı Zərərçəkmiş şəxs2 həmin həyətdə yerləşən, sonuncunun qardaşı Xin yaşadığı evin mətbəxində yemək hazırladığını görmüş və bu zaman Zərərçəkmiş şəxs2 ona sərxoş vəziyyətdə olduğuna görə iradını bildirmişdir. İlk əvvəl o, bu irada əhəmiyyət verməsə də, öz evinə keçdikdən sonra Zərərçəkmiş şəxs2nin sözləri yadına düşmüş, bu bu sözlərə görə əsəbləşmiş və həyətə çıxaraq arvadını çağırmışdır. Lakin, Zərərçəkmiş şəxs2 onun çağırışına cavab verməmiş və bu zaman Xin evindən 19 yaşlı qızı Zərərçəkmiş şəxs1 həyətə çıxaraq ondan kobud ş əkildə onları narahat etməməyi tələb etmişdir. Bunu özünə hörmətsizlik kimi qəbul edərək o, həm arvadını, həm də qızını cəzalandırmaq qərarına gəlib dərhal yaşadığı evin mətbəxinə gedib orada dəstəyi yapışqanlı lentlə bağlanmış mətbəx bıçağını götürərək həyətə qayıtmış və evin qarşısında Zərərçəkmiş şəxs1i gördükdə onun sifət nahiyyəsinə bıçaqla bir zərbə vurmuş, sonra isə arvadı Zərərçəkmiş şəxs2ni Xin evindən çıxarmaq məqsədilə Xin evinə tərəf getmək istədikdə, qızı onun ayaqlarından tutub maneçilik törətmişdir. Həyətdə olan səs-küyə arvadı Zərərçəkmiş şəxs2 həyətə çıxmış və bu zaman o, əlindəki bıçaqla sonuncunun qarın nahiyyəsinə bir zərbə vurmuş, lakin həm ona, həm də qızına bıçaq zərbələri vurarkən onları öldürmək niyyətində olmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri nin məhkəmə iclaslarında da Məhkum oxşar ifadələr vermiş, lakin bəzi halları ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli şəkildə təsvir edərək göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə o, 250 qram spirtli içki olan araq içmiş və arvadı Zərərçəkmiş şəxs2 ona sərxoş olduğuna görə irad bildirdikdə, əvvəl buna əhəmiyyət verməmiş, sonra isə onun sözlərini yadına salıb əsəbləşməyə başlamışdır. Odur ki, evdən çölə çıxıb Zərərçəkmiş şəxs2 ilə mübahisə edərkən həmin vaxt dərsdən qayıtmış qızı Zərərçəkmiş şəxs1 onların mübahisə etdiklərini görüb ona iradını bildirərək qışqırmamasını tələb etmiş, Zərərçəkmiş şəxs2 isə kobud şəkildə onu tənqid etməkdə davam etmişdir. Bu zaman o, əsəblərinə hakim ola bilməyib, arvadını bıçaqlamaq qərarına gələrək mətbəxdən bıçaq götürüb həyətə qayıtmış və b u zaman qızı Zərərçəkmiş şəxs1 onun əlində bıçaq görüb anasını bıçaqlayacağını başa düşərək bıçağı ondan almağa çalışmışdır. Bu zaman o, əlindəki bıçaqla təsadüfən Zərərçəkmiş şəxs1in əlinə və alnına xəsarət yetirmiş və onlar hər ikisi yerə yıxılmışlar. O, ayağa qalxıb Zərərçəkmiş şəxs1dan aralanaraq arvadı Zərərçəkmiş şəxs2yə yaxınlaşmış və onun qarın nahiyyəsindən bıçaqla bir zərbə vurmuşdur. Hadisə ailə-məişət mübahisəsi zəminində baş vermiş, qızı Zərərçəkmiş şəxs1ə bıçağı onun əlində almaq istəyərkən təsadüf nəticəsində xəsarət almış, onun sonuncuya xəsarət yetirmək məqsədi olmamış, bu zaman istər arvadına, istərsə də doğma qızına qarşı məhz xüsusi amansızlıqla xəsarət yetirmək niyyətində olmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, hadisə zamanı qızı onun ayaqlarından tutub anasını v urmaması üçün yalvarmamış və aman diləməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində həmin vaxt sərxoş vəziyyətdə olan əri Məhkum qardaşı Şahid1 evinin qapısını döyüb təhqiramiz ifadələr işlədərək onlardan bayıra çıxmalaranı tələb etdikdə, X evin qapısını açıb Məhkuma sakit olmasını, səhəri gün söhbət etmələrini bildirmişdir. Xin bu sözlərindən sonra Məhkum aqressivləşib təhqiramiz ifadələr işlətmiş və bu vaxt qızı Zərərçəkmiş şəxs1 evdən həyətə çıxıb atasına yaxınlaşaraq onu öz evlərinə aparmaq istəmişdir. Lakin, Zərərçəkmiş şəxs1 atasını sakitləşdirə bilməmiş, Məhkum nalayiq ifadələr işlətməyə davam etmiş, bu zaman özü də qışqırmağa başlamış, Məhkum yaşadığı evə daxil olmuş, on un arxasınca o, evə keçərkən evdən bayıra çıxıb qışqırıb "əlində bıçaq var qaç” demişdir. Bu sözlərindən sonra Zərərçəkmiş şəxs1 atası Məhkuma yaxınlaşıb əlində olan bıçağı ondan xoş dillə almaq istəmiş, lakin Məhkum ona yaxınlaşan vaxt ilk olaraq əlindəki mətbəx bıçağının ucu ilə Zərərçəkmiş şəxs1nın sifət nahiyəsindən vurmuş, bundan sonra Zərərçəkmiş şəxs1 atasının əlindən bıçağı almaq istədikdə qızını alnından vurmuş, yenidən X əlindəki bıçaqla qızı Zərərçəkmiş şəxs1nı vurmaq istədikdə sonuncu əli ilə bıçağın iti hissəsindən tutub almaq istəmiş və atasını itələmiş, həmin an hər ikisi verə yıxılmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 atasının ayaqlarından tutub "eləmə ata" deyərək ona yalvarmağa başlamış, Məhkum isə “ayaqlarımı burax eləməyim” demişdir. Daha sonra Xə "təpiklə vurub ciyəri mi partlatdın” dedikdə səsə qardaşı X də hadisə yerinə gəlib bıçağı Xin əlindən almışdır. O, Xin bıçaqla onu vurmasını yalnız xəstəxanada bilmişdir. Məhkəmə iclaslarında isə zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, hadisə günü - 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində əri Məhkum evə sərxoş vəziyyətdə gəldiyindən o, və həmin vaxt dərsdən qayıtmış qızı Zərərçəkmiş şəxs1 ona kobud şəkildə iradlarını bildirmişlər. Bundan əsəbləşən X evin mətbəxindən bıçaq götürüb onun üstünə gələrkən Zərərçəkmiş şəxs1 araya girib bıçağı atasının əlindən almaq istədikdə əlindən və alnından xəsarətlər almış, bundan sonra isə əri bıçaqla onun da qarın nahiyyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Həmin vaxt o, xəsarət aldığını bilməmiş, qızının əlini və alnını müayinə etdirmək üçün xəstəxanaya gedərkən, orada ona da bıçaqla xəsarət yetirilməsi məlum olmuşdur. Bu hadisə qəflətən baş vermiş və gözlənilməz olmuş, hadisə zamanı qızı Zərərçəkmiş şəxs1 əri Xin ayaqlarından tutub vurmaması üçün ona yalvarmamışdır. İbtidai araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində onun atası Məhkum növbəti dəfə sərxoş vəziyyətdə evə gələrək anası Zərərçəkmiş şəxs2ni nalayiq ifadələrlə təhqir etməyə başlamış, bu zaman anası da onun üstünə qışqırmışdır. Bu vaxt atası yaşadıqları evə daxil olmuş, arxasınca anası Zərərçəkmiş şəxs2 da onunla birgə evə keçmiş və ani vaxt ərzində sonuncu evdən həyətə çıxıb qışqıraraq "əlində bıçaq var qaç" demişdir. Anasının bu sözlərindən sonra o, atası Məhkuma yaxınlaşmış, onun əlində olan bıçağı ondan xo ş dillə almaq istəyərkən sonuncu ilk olaraq əlindəki mətbəx bıçağının ucu ilə onun sifət nahiyəsindən vurmuş, bir anlıq sol gözünün altında yanğı yaranmış, bundan sonra atasının əlindən bıçağı almaq istədikdə bu dəfə atası onu bıçaqla alnının sol nahiyəsindən vurmuşdur. Buna baxmayaraq o, yenə də bıçağı ələ keçirmək məqsədilə əli ilə bıçağın iti hissəsindən tutub atası Məhkumu itələmiş, lakin bunu edə bilməmiş və atası ilə birlikdə yerə yıxılmışdır. O, Məhkumun ayaqlarından tutub ona "eləmə" deyə yalvarmağa başlamış, atası isə "ayaqlarımı burax eləməyim” demişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs2 qışqıraraq "təpiklə vurub ciyərimi partlatdı demiş, səsə dayısı X gəlmiş, Xin də əli bıçaqla atası Məhkum tərəfindən kəsilmiş, hadisə vaxtı atası Məhkum ona bir neçə dəfə bıçaq zərbəsi vurduğund an həyəcanlı olduğuna görə anası Zərərçəkmiş şəxs2nin atası Məhkum tərəfindən bıçaqla vurulma anını görməmiş və yalnız anasının qışqırıq səsini eşitmişdir. Məhkəmə iclaslarında isə zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, hadisənin baş verdiyi gün, yəni 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində o, dərsdən yenicə qayıdaraq yaşadığı evin həyətinə daxil olduqda atası və anasının mübahisə etdiklərini, atasının anasına qışqıraraq «sus» dediyini görmüş və həmin vaxt atasına yaxınlaşıb iradını bildirərək anasına qışqırmamasını tələb etmiş, atası da cavabında ona mübahisəyə qarışmamasını bildirmişdir. Bir qədər sonra anası Zərərçəkmiş şəxs2 Məhkumun əlində bıçaq olduğunu deyib, qışqırmış, o, isə qorxsa da atasının anasını vurmaması üçün özünü qabağa verib bıçağı Məhkumun əlindən almaq istəmiş və bu zaman bıçaq onun əlindən və alnından dəymiş və hər ikisi yerə yıxılmışlar. Bununla belə o, atasının qarşısını ala bilməmiş və sonuncu ayağa qalxıb anasının üzərinə getmişdir. Hadisə vaxtı həm həyəcanlı olduğuna və həm də özü xəsarət aldığına görə atası Məhkumun anası Zərərçəkmiş şəxs2ni bıçaqla vurmasını görməmiş, anası da əvvəlcə xəsarət almasını hiss etməmiş və yalnız xəstəxanada ona bıçaqla xəsarət yetirilməsi məlum olmuşdur. Hazırda atası Məhkumla barışmış, ona dəymiş ziyan ödənilmiş və atasına qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu ifadələrin (hətta zərərçəkmiş şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrinin) təhlili göstərir ki, əvvəla 15 dekabr 2022-ci il tarixdə Məmmədovların yaşadıqları evin həyətindəki münaqişə Məhkum həmin vaxt sərxoş vəziyyətdə olması səbəbindən ailə münasibətləri zəminində başlamış, sonuncunun belə vəziyyətdə olmasına, habelə davranışına görə arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs1 tərəfindən ona irad bildirildiyinə görə, o, hər iki ailə üzvlərini cəzalandırmaq məqsədilə əldə etdiyi, lakin ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmamış bıçaqla əvvəl qızı Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, sonra isə arvadı Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş bədən xəsarətləri yetirmiş və bu zaman Zərərçəkmiş şəxs1 Məhkum hərəkətlərinin qarşısını almaq üçün bıçağı atasının əlindən almağa cəhd göstərsə də buna müvəffəq olmamış, lakin anasını bıçaqla vurulması anını görməmişdir. İbtidai araşdırma orqanı Məhkum tərəfindən bu əməlləri törədərkən xüsusi amansızlıq nümayiş etdirməsi barədə nəticəyə gələrkən, sonuncuya qarşı irəli sürülmüş ittihamda onun yuxarıda təsvir edilmiş əməllərini törədərkən həm arvadına, həm də qızına xüsusi amansızlıqla hərəkət etməsini, yəni onlara əzab və iztirablar verməsini dərk etməsini qeyd etsə də, məhz bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, hətta Məhkum bununla bağlı sualla verilməmiş, sonuncu isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında bu haqda ifadələr verməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında göstərmişdir ki, o, atası tərəfindən anası Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsini ümumiyyətlə görməmiş və bu haqda ona yalnız xəstəxanada məlum olmuş dur. Eləcə də, həm adı çəkilən zərərçəkmiş, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs2 Məhkum onlara xəsarət yetirərkən həm də sonuncunun onlara əzab və iztirab vermək niyyətində olmasını bildirməmiş, məhkumun öz əməllərini törədərkən yaxın ailə üzvləri olan şəxslərə qarşı belə niyyətinin olması isə inandırıcı görünmür. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, şəxsin xüsusi amansızlıqda şəxsiyyət əleyhinə cinayət törədərkən münaqişədə iştirak etmiş şəxslərə birbaşa qəsdlə iztirab və əzab verməsi müəyyən edilməli və bu haqda nəticə ehtimallara əsaslanmamılıdır. Yəni, təqsirkar zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirərkən dərk etməlidir ki, o, bu əməli zərər çəkmiş şəxsin yaxın qohumunun və ya qohumlarının gözü qarşısında törətməklə yanaşı onlara da mənəvi iztirab və əzab verir və belə nəticə nin də baş verməsini arzulayır. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən edilmiş yuxarıda göstərilən halları ilə yanaşı, Məhkum hadisə vaxtı olduğu ağır sərxoşluğu vəziyyətində qeyri adekvat davranması da onun ailə üzvlərinin ona bildirdikləri iradlara görə onları cəzalandırmaq məqsədi ilə birlikdə həmçinin sonunculara əzab və iztirab vermək niyyətində olması toplanmış və araşdırılmış sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarlarından göründüyü kimi, həmin məhkəmələr də təhlil edilən məsələyə yuxarıda təsvir edilmiş mövqedən yanaşmış və Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla qəsdən b ədən xəsarətləri yetirərkən onun qəsdinin həm də sonunculara iztirab və əzab verməyə yönəlməsini müəyyən etməyib tam qanuni və əsaslı olaraq məhkum olunmuş şəxsin əməllərini Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən az ağır zərər vurulmasına münasibətdə CM-in 127.1-ci maddəsi ilə, Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurduğuna görə isə - CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə tam razılaşır və hesab edir ki, həmin nəticə ehtimallara və mülahizələrə deyil, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında, o cümlədən apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış və CPM-in 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq qiymətləndirilmiş sübutlara əsaslanır və eyni zamanda Ali Məhkəmənin Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrlə uzlaşır. Həmin Qərarın 8-ci bəndində isə məhkəmələrə izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu da belə hesab etmişdir ki, təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın qouhmlarının öldürməsi əməlini xüsusi amansızlı qla adam öldürmə kimi qiymətləndirilməsi üçün onun sonunculara da xüsusi əzab verməsinin dərk etməsi, yəni onun bu hala münasibətdə də birbaşa qəsdinin olması müəyyən edilməlidir. Qeyd olunmaladır ki, CM-in 127.2.3 və 126.2.3-cü maddələrində də xüsusi amansızlıqla müvafiq olaraq sağlamlığa qəsdən az ağır və ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan izah həmçinin bu cinayətlərə münasibətdə də nəzərə alınmalı və tətbiq edilməlidir. Odur ki, bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərinin CM-in 127.1-və 126.1-ci maddələri ilə tövsif edilməsi haqqında birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşa rkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş, bu nəticənin arxasında duran sübutları özü də tədqiq edərək onları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qanuna müvafiq qaydada qiymətləndirmiş, qəbul etdiyi qərarı lazımi şəkildə əsaslandırmış, nəticə etibarı ilə isə kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini qəbul edilməz sayaraq həmin protestin təmin edilməsini mümkün bilmir və eyni zamanda aşağıda göstərilənlərə də diqqət yetirməyi zəruri bilir. Əvvəla hazırki iş üzrə Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum əməllərinin CM-in 126.1 və 12 7.1-ci maddələri ilə tövsif edilməli olması barədə nəticəyə gələrək həmin hökmlə həm onu CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və eyni zamanda onun barəsindəki CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam vermişdir (zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona vurulmuş ziyanı ödəməsi əsası ilə). Həmin hökmdən dövlət ittihamçısı Z.İ.Mansırov tərəfindən verilmiş apellyasiya protestində Məhkum əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə yanaşı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 41-ci bəndinə istinadən həm də Məhkum təqsirli bilinməsi və onun barəsindəki cinayət təqibinə xitam verilməsi baərdə nəticələrin ayrı-ayrı prosessual sən ədlərdə əks etdirilməli olması bərədə dəlil irəli sürülmüşdür. Adı çəkilən Qərarın 41-ci bəndində isə məhkəmələrə izah olunmuşdur ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Bu tövsiyədən çıxış edən apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin göstərilən məsələ ilə bağlı dəlili ilə razılaşıb hökmdən Məhk um barəsindəki CM-in 127.1-ci maddəsi ilə xitam verilməsi haqqında müddəaları xaric edərək, apellyasiya müraciətlərinə baxılması nəticəsində 31 yanvar 2024-cü il tarixdə iki qərar qəbul etmişdir: 1) Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması hissədə hökmün dəyişdirilmədən saxlanılması barədə; 2) Məhkum barəsində olan CM-in 127-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında. Dövlət ittihamçısı E.E.Bayramova isə kassasiya protestində 31 yanvar 2024-cü il tarixli qərarlardan yalnız birinin ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə tələb irəli sürmüş, lakin həmin qərarlardan hansının ləğv edilməli olmasını, hansı ilə razılaşdığını, hansı ilə isə razılaşmadığını g östərməmiş və hər hansı şəkildə əsaslandırmamış və həmin protest üzrə qeyri-müəyən tələbini məzmununa görə apellyasiya protestinin dəlillərinə uyğun olan dəlillər üzərində qurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda da kassasiya protestinin təmin edilməsi mümkün deyil ona görə ki, CPM-in 419-cu maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya müraciətində məhkumun vəziyyətinin ağırlaşdırılması barədə tələb irəli sürülmədiyi halda öz təşəbbüsü ilə bu əsasla mübahisələndirilməyən qərarı ləğv edərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərdən çıxış edib dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin dəlillərini cinayət işinin mat erialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarları isə həmin protestə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protesti təmin edilməsin. Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarları kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1614/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1614/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver