Məhkəmə qərarları › İş №1(102)-1615/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1615/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1615/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə isə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Muğanlı kəndində an adan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2002-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəsssəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya Qərarının 2.3 bəndinə əsasən 18 iyul 2003-cü il tarixdə cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edil mişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və özündə saxlamışdır. Belə ki, o, 2020-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsində X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,020 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 aprel 2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Qarabağ» kinoteatrın arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən açıq sarı rəngli sellofanın içində saxladığ ı, 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan 0,138 qram, 1,720 qram, 1,250 qram, 0,720 qram, 0,275 qram, 1,737 qram çəkidə olan külli miqdarda ümumi təmiz çəkisi 6,020 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Ağayev İslam Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 13 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi İ.S.Ağayev tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 08 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəribov Fikrət Atlıxan oğlu, Hüseynov Telman Qulaməli oğlu, Məmmədov Əli İrfan oğlu, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Rzayev Məhəmmədəli Əsəd o ğlu, Əhmədov Elman Məmməd oğlu, Rəhimov Elman Gülbaba oğlu, habelə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X27 və həmin idarənin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 haqqında 08 dekabr 2021-ci il tarixli xüsusi qərarlar çıxarılmışdır. Hökmdən Məhkum müdafiəçisi İ.S.Ağayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Məhkum CM-nin 234.4.3-cümaddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 20 21-ci il tarixli hökmü ləğv olunmuş, məhkum olunmuş şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə ləğv edilərək o, dərhal həbsdən azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun bəzi Qərarlarında əksini tapmış hüquqi mövqeyə v ə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları ilə formalalaşmış presedent hüququna istinad edərək və əsasən apellyasiya instansiyası məhkəməsinin çıxardığı bəraət hökmündə həmin məhkəmənin gəldiyi nəticəni, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edib işin faktiki hallarını mübahisələndirərək həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum müdafiəçisinin apellyasiya şikayəti əsassız olaraq təmin edilərək ona bəraət verilmiş, halbuki birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutul muş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Protest müəllifi qeyd etmişdir ki, məhkəmə yalnız Məhkum, X14in və X6un ifadələrinə əsaslanıb Məhkum ibtidai istintaqda verdiyi etirafedici ifadələrini sübut kimi qəbul etməmiş, şübhəli halları təqsirləndirilən şəxsin xeyrinə həll etməyə çalışmış, başqa sözlə, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrini və polis əməkdaşlarının ifadələrini, iş materiallarında olan videogörüntünü, eləcə də müvafiq ekspertiza rəylərini və digər sübutları inkar edən heç bir halın olmamasını nəzərə almamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə əldə edilmiş sübutlar (şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, videogörün tü, polis əməkdaşlarının ifadələri, ekspertiza rəyləri) öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirilmişdir. Apellyasya instansiyası məhkəməsi isə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısı T.H.Əsədov bütün qeyd olunanları nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Məhkum müdafiəçisi İ.S.Ağayev Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya protestinə yazılı etiraz göndərərək həmin protestin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya p rotestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs Məhkum və onun müdafiəçisi İ.S.Ağayev naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Məhkum və onun müdafiəçis İ.S.Ağayevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin i clas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.H.Əsədov həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərini pozmaqla əsassız olaraq Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərinə əməl etməməsini, habelə mübahisələndirilən hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin məhkəmənin hökmünün ləğv edilməli olması haqqında kass asiya tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419 -cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edi lib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutl arın araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegiyası ilk növ bədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübu tları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəs ində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onl arı cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edil məsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Hazırki işin materiallarından görünür ki, istər işə birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı məhkəmələr yalnız həm ittiham orqanının təqdim etdiyi (ittiham aktında göstərilən), həm də müdafiə tərəfinin vəsatətllərinə əsasən əldə etdiyi sübutları tədqiq edərək araşdırmaların nəticəsində qəbul etdikləri yekun məhkəmə aktlarında əksini tapmış müxtəlif qənaətlərə gəlmiş və məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən kassasiya şikayətinin müəllifi dövlət itthamçısı ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişdir. Əvvəla, belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarımş apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə edlməsini iddia etsə də, kassasiya protestinin bu dəlili əsassızdır ona görə ki, həmin hökmün əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə bağlı kassasiya protestinin dəlillə ri qəbuledilməz sayılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab v erdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında Məhkum barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən Məhkum CM-nin 234.4.3-cümaddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2020-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsində X1 məqsədi ilə qanunsuz olaraq külli miqda rda 6,020 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Qarabağ» kinoteatrın arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən açıq sarı rəngli sellofanın içində saxladığı, 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan 0,138 qram, 1,720 qram, 1,250 qram, 0,720 qram, 0,275 qram, 1,737 qram çəkidə olan külli miqdarda ümumi təmiz çəkisi 6,020 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fə rqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara istinad edib, kassasiya protestinin dəlillərinin əksinə olaraq, həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında aparılmış qismən məhkəmə istintaqı zamanı müəyyən edil mişdir ki, Məhkum 28 aprel 2020-ci il tarixdə saat 14 radələrində qardaşı X14lə birlikdə yaşadığı ünvan 2 ünvanında olarkən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları evin qapısını döyərək, onun qapını açdığını gördükdən sonra zorla içəri daxil olmuş və evdə olan Vəliyevlər qardaşlarını və mənzildə olan X7 döyərək, sonradan Məhkumı və qardaşı X14ı zorla tutub Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə aparmış, onlarla birlikdə evdə olan X6u isə həyətdən buraxmışlar. Belə ki, Məhkum məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o, CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 28 aprel 2020-ci il tarixdə saat 14 radələrində o, qardaşı X14lə birlikdə yaşadığı ünvan 2 ünvanında olmuşdur. Həmin vaxt o, yu xuda olarkən, evdə olan səs-küyə oyanmış, üzərində bir nəfər tanımadığı mülki geyimdə şəxsin oturduğunu, 2 nəfər mülki geyimli şəxsin onun qollarından çarpayıya sıxaraq qalxmağa imkan vermədiyini görmüş, qonşu otaqda isə qardaşının qışqırtısını eşitmişdir. O, həmin şəxslərdən kim olduqlarını soruşmuş və üzərindən qalxmalarını tələb etdikdə sonuncular ona polis işçiləri olduqlarını bildirmişlər. O, qonşu otaqda qardaşının döyüldüyünü və qardaşının səsini eşidərək çarpayıdan qalxmaq istədikdə, özlərini polis kimi təqdim etmiş şəxslərdən biri onun başına çoxsaylı və ağır yumruqlar endirməyə başlamışdır. Onlardan nə istədiklərini soruşduqda, onlar onu çarpayıya sıxaraq səsini çıxarmamağı və sakit uzanmağını tələb etmişlər. Bu hal təxminən 40 dəqiqə davam etmişdir. O, hər dəfə çarpayıdan qalxma q istədikdə isə başına ağır zərbələr dəymişdir. Sonra həmin şəxslərdən özünü onların başçısı kimi təqdim edən şəxs o, olduğu otağa daxil olaraq cibindən çıxardığı sellofan bükümü göstərib bildirmişdir ki, ikisindən biri - ya o, ya qardaşı X14 bunu boynlarına götürməli, əks halda şöbəyə aparıldıqdan sonra bunun 10 qatını boynunuza almağa məcbur ediləcəklər. Həmin şəxsə təqdim olunan bükümün onlara heç bir aidiyyəti olmadığını bildirdikdə, ona qardaşını şöbəyə apararaq bunun 10 qatı artıq narkotiklə sənədləşdirəcəklərini bildirmişlər. O, qardaşının xəstə olduğunu və hər iki ayağının yuxarı ətrafa qədər bintlə bağlı olduğunu nəzərə alaraq qardaşının şöbəyə aparılmaması üçün onlarla polis şöbəsinə getməyə razı olmuşdur. Evdən çıxarılarkən qardaşının otaqda tək olmadığını və onunla tanışı Man sur adlı bir şəxsin olduğunu görmüş və polis əməkdaşları onların üçünü də ayrı-ayrı avtomobillərlə 1-ci Polis bölməsinə gətirmişlər. Orada polis əməkdaşları ona hədə-qorxu gələrək ya onun barəsində CM-nin 234.1-ci maddəsi ilə, ya da qardaşını haqqında daha ağır maddələrlə sənədləşmə aparacaqlarıqlarını deyərək şantaj etdiklərindən, o, qardaşının buraxılması şərti ilə özünün CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi təklifi ilə razılaşiış, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxs ona hansısa sənədləri imzalatdırmışdır. Həmin vaxt eynəyi üzərində olmadığı üçün və gözləri çox zəif gördüyündən sənədləri oxumadan imzalamaq məcburiyyətində qalmışdır. Bir müddətdən sonra isə polis əməkdaşları onu “Qarabağ” kinoteatrının yanına aparmışlar və orada guya onun narkotik vasi tə ilə tutulmasını sənədləşdirərək 3 dubldan ibarət videoçəkiliş aparmışlar. 1-ci Polis Bölməsinə qayıtdıqdan sonra təhqiqatçı nəyinsə düzgün çəkilmədiyini bildirdiyindən, təkrar olaraq kinoteatrın yanına qayıtmışlar. Orada onun narkotik vasitə ilə tutulmasını bir qədər fərqli şəkildə çəkmişlər. Bundan əvvəl isə polis əməkdaşları ondan tanımadığı hansısa Hüseynağa adlı şəxsdən narkotik vasitə aldığını bildirməyi tələb etmişlər. Sonradan o, həmin şəxsin 24 aprel 2020-ci il tarixdə vəfat etməsini eşitmişdir. “Qarabağ” kinoteatrının yanında videoçəkiliş aparılarkən onun yanında müdafiəçi olmamış, ümumiyyətlə, o, dövlət hesabına ona təyin olunmuş müdafiəçini bir dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən görmüş, həmin müdafiəçi tərəfindən ona heç bir hüquqi yardım göstərilməmiş, hüquq və vəzifələri ona izah olunmamış, ona istinad olunan ittiham üzrə əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini və həmin ittihamın mahiyyətini isə məhkəmədə barəsində olan işə baxılması zamanı bilmişdir. Müdafiəçisi İslam Ağayev tərəfindən ona hüquqları izah olunduqdan sonra, o, müxtəlif instansiyalara şikayətlər yazmışdır. Əsl həqiqətdə isə onun üzərində narkotik vasitə olmamış, narkotik vasitəni onun cibinə adını xatırlamadığı polis əməkdaşı qoymuş və o, ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrini təsdiq etmir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X13 göstərmişdir ki, hadisə günü o da İslamın yaşadığı mənzildə olmuş, saatı dəqiq yadında qalmadığı vaxt İslamın qardaşı ilə mətbəxdə çay içərkən ə vvəl mülki formada olan biri qapını döymüş, qapını açanda isə 5-10 nəfər polis əməkdaşı içəri daxil olaraq onları döyməyə başlamış, polis əməkdaşları yarım saat evi axtarmış, lakin evdə heç bir şey tapa bilmədiklərindən onları polis bölməsinə aparmaq üçün həyətə düşürmüşlər, onunla İslamın qardaşını küçədə buraxsalar da, İslamı polis bölməsinə aparmışlar. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş X30 göstərmişdir ki, 2020-ci ilin aprel ayının 28-də günorta vaxtı o, qardaşı X və dostu X6la birlikdə evdə olarkən, qardaşı digər otaqda, onunla X6 isə bir otaqda olmuş, birdən evin qapısı döyülmüş, qapını açdıqdan sonra 2 nəfəri görmüş, salam verib kim olmalarını soruşarkən onu vurmuşlar, sonra isə evə 10 nəfərə qədər adam daxil olmuş, onu 2-3 nəfər döydükdən son ra X6 olan otağa daxil olmuşlar və onlardan narkotikin yerini soruşmuşlar, onlar isə narkotikin olmadığını, gələn şəxslərin onların evinə belə daxil olmağın qanuni olmadıqlarını bildirdikdə isə onları yenidən döyməyə başlamışlar. Onları döyə-dəyə ancaq narkotikin harada olduğunu soruşmuşlar və o, yalvarmışdır ki, qardaşını döyməsinlər xəstədir. Sonra isə onları polis bölməsinə aparmışlar və avtomobili 1-ci Polis Bölməsinin qarşısında saxladıqdan sonra qardaşını da polis bölməsinə gətirmiş və onu bölmənin inzibati binasına apararaq onu evlərinə buraxmışlar. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X27un “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından müəyyən olunur ki, Məhkum barəsində cinayət işi 30 aprel 2020-ci il tarixdə saat 10:30-da başlanm ış və icraata qəbul edilmişdir. Bununla yanaşı iş materialları ilə o, da müəyyən edilir ki, Məhkum 28 aprel 2020-ci il tarixdə saat 19.03-də şübhəli şəxs qismində saxlanılmışdır. Halbuki, CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Göründüyü kimi, ibtidai istintaq zamanı kobud prosessual pozuntuya yol verilərək Məhkum sübhəli şəxs qismində tutulduqdan 24 saat sonra cinayət işinin başlanması barədə qərar qəbul edilməməsinə baxmayaraq, o dərhal azad olunmamış, barəsində həmin qərar şübhəli şəxsin tutulmasından 39 saat 27 dəqiqə sonra qəbul edilmişdir. Daha sonra cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 28 aprel 2020-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın əsaslandırma hissəsində Məhkum narkotik vasitələrin qəbulu, əldə olunmasında vasitəçilik etməsi və yayması ehtimalını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilərək CPM-nin 445.1-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü bəndinə istinad olunsa da, həmin qərarın “qərar verdim” hissəsində Məhkum ətrafında konkret olaraq məhz hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız həmi n qərarın müvafiq orqanlara göndərilməsi qərara alınmışdır. CPM-nin 445.1-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən isə əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin, cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 qərarda Məhkum ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsini göstərməmiş, bununla da CPM-nin və adı çəkilən Qanunun tələblərinin pozuntusuna yol vermişdir. Bundan başqa cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ- nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 28 aprel 2020-ci il tarixli qərara əsasən Məhkum üzərindən şəsxi istehlak miqdarından artıq çəkidə narkotik vasitə aşkar olunması faktı əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİnin İŞ-nə göndərilməsi göstərilsə də, işdə olan məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş üzərində “Şübhəli şəxs: Məhkum” yazısı və imzaları olan zərf açıldıqda, içərisində 6(altı) ədəd ağ rəngli politelin bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 1,720 qram, 1,250 qram, 0,720 qram, 0,275 qram, 1,737 qram, ümumi təmiz çəkisi 6,020 qram qəhvəyi rəngli maddələr aşkar edilmiş, müvafiq nümunələr götürülməklə təhqiqat aparılmış və həm in maddələrin heroin olması müəyyən edildikdən sonra, heroinin ümumi təmiz çəkisi 6,020 qram, təhqiqata sərf edilmiş ümumi 0,2 qram, qalıq 5,820 qram olduğu halda, artıq bir gün əvvəl, yəni 28 aprel 2020-ci il tarixdə Məhkum üzərində narkotik vasitə aşkar olunması səbəbilə işin istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı, ekspertiza rəyində Məhkum üzərindən aşkar edilərək gtürülmüş heroinin 6,020 qram olması göstərildiyi halda, 28 aprel 2020-ci il tarixli qərarda, sonuncunun üzərində şəxsi axtarış və götürmənin aparılması haqqında protokolda həmin narkotik vasitənin 7,16 qram çəkidə olması göstərilmişdir. Məhkum ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 28 aprel 2020ci il tarixli qərara görə, bu qərarın həmin tarixdə ibtidai araşdırmaya p rosessual rəhbərlyi həyata keçirən prokurorla yanaşı Sumqayıt Şəhər Məhkəməsinə də göndərilmisnə baxmayaraq məhkəmə həmin qərarın qanuniliyini 10 gün sonra, yəni 08 may 2020-ci il tarixdə yoxlayıb qərar qəbul etmiş, bununla da prosessual qanunvericiliyin aşağıda qeyd edilən tələblərinin pozuntusuna yol vermişdir. Belə ki, 445.2-ci maddəsinə əsasən, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi m üvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. CPM-nin 447.2-ci maddəsinə görə, məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2020-ci il tarixli qərarından isə əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən keçirilmiş hansı əməliyyat tədbirlərinin qanuni hesab edilməsini müəyyən etmək mümkün deyil. Bundan əlavə iş materiallarına (şəxsi axtarış, götürmə protokolu, sübhəli şəxsin tutulması haqqında protokol, ittiham aktı) əsasən Məhkum 28 aprel 2020-ci il tarixdə saat 19.03-də saxlandığı təqdirdə, məhkəmə öz qərarında onun 28 aprel 2020-ci il tarixdə saat 16:30-da sübhəli şəxs qismində saxlandığını göstərmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məc əllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmənin yuxarıda qeyd olunan qərarından isə həm təhqiqaət orqanının 28 aprel 2020-ci il tarixli qərarının və onun əsasında keçirilmiş əməliyyat-axtarış tədbirinin əsaslı şəkildə yoxlanılması, bu tədbirlə bağlı əldə olunmuş materialların tələb edilərək öyrənilməsi görünmür. Bu hal isə məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edən məsələyə formal yanaşmasından xəbər verir. Daha sonra iş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokola əsasən müəyyən olunur ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə dərhal zərfə qoyulub qablaşdırılaraq möhürlənməli və bütün iştirakçılar tərəfindən imzalanmalı olduğu halda bütün bunlar hadisə yerində yox, bir müddət sonra pol is əməkdaşları tərəfindən həmin narkotik vasitə polis bölməsinə gətirilərək orada rəsmiləşdirilmişdir. Apellyasiya instansiya məhkəməsi göstərilən halı pozuntu kimi qiymətləndirərək qeyd etmişdir ki, aşkar edilmiş narkotik vasitəni polis əməkdaşının dərhal rəsmiləşdirməməklə özündə saxlayaraq daşıması, daha sonra “Şəxsi axtarış və götürmə barədə” protokolda Məhkum 6 (altı) bükümdə 7,16 qram “narkotik vasitəyə bənzər kütlə” aşkar edilməsini göstrməsi, sonradan həmin kütlənin çəkisinin 6,02 qram olmasının müəyyən edilməsi, işə əlavə edilmiş maddi sübutun iş üçün əhəmiyyətini ciddi şübhə altına alır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər prokuroruna ünvanlanmış 28 aprel 2020-ci il tarixli məktubda Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti t örətməkdə şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş, lakin 30 aprel 2020-ci il tarixdə ilk dəfə şübhəli şəxs qismində dindirilərkən Məhkum CM-nin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhələndiyi qeyd edilmişdir. Daha sonra iş materialları ilə müəyyən edilir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 30 aprel 2020-ci il tarixli təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Məhkum yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon ev 55, mənzil 48-də axtarış və götürmə aparılması məsələsinə baxılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə həmin təqdimatın verilməsinə əsas olmuş müstəntiqin vəsatət təmin olunmuş, qərarın icrası Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqinə həvalə edilmiş, lakin iş materiallarında Məhkum yaşadığı mənzildə axtarış və götürmə aparılması, həmin məhkəmə qərarının icra olunub-olunmaması barədə prosessual qanunvericiliyin tələblərinə cavab verən müvafiq sənədləşmənin aparılması müəyyən edilməmiş, yalnız məhkəmə qərarı qəbul ediləndən 3 ay 6 gündən sonra, yəni 06 avqust 2020-ci il tarixdə işin istintaqını aparan müstəntiq tərəfindən ancaq özü olmaqla protokol tərtib edilərək məhkəmə qərarının icrası məqsədilə Məhkum mənzilinin yerləşdiyi ünvanda olması, mənzilin qapısının bağlı olduğu üçün axtarışın aparılmasının mümkün olmamasını qeyd edilməklə, ən başlıcası da protokolun ucadan oxunaraq imzalanması vurğulanmışdır. Eynilə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 22 may 2020-ci il tarixli təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə mü raciət edərək Məhkum istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, anten əhatə dairəsinə dair məlumatlar, sms mətnləri və məlumatların ələ keçirilməsi barədə məsələyə baxılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2020-ci il tarixli qərarı ilə bu təqdimat da təmin edilmişdir. Lakin iş materiallarında nə ibtidai araşdırma orqanı, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məhkəmə qərarının da icra olunub-olunmaması barədə bu və ya digər prosessual hərəkətlərin aparılmasına, həmçinin mobil operatorlardan hər hansı bir məlumatın əldə edilməsinə dair sübut yoxdur. Bundan başqa, təhqiqatçının “Şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin protokolda qeyri-müəyyən X22 adlı şəxsin tutulmasına dair qohu mlarına məlumat verildiyi göstərilmiş, Məhkum münasibətdə isə CPM-nin 153.2.4-cü maddəsinin (tutulmadan dərhal sonra ailə üzvlərinə xəbər vermək hüququnun təmin edilməsi) tələblərinin pozulması müəyyən edilir. Eyni zamanda, iş materiallarından göüründüyü kimi, Məhkum ilkin dindirmə zamanı narkotik vasitəni Sumqayıt şəhəri, K.Kotec qəsəbəsində yaşayan X3 aldığını göstərsə də, sonrakı ifadələrində həmin şəxsi ümumiyyətlə tanımadığını, adını ona polis əməkdaşlarının söylədiyini və onların dediklərinə görə həmin şəxsin öldüyünü bildirmişdir. Sumqayıt şəhəri, K.Kotec qəsəbəsində yaşayan X8 adlı şəxsin mövcudluğu, həmin ünvanda yaşaması və ya ölməsi (ən azından hansı tarixdə) barədə hər hansı bir arayış və ya göstərilən xüsusatlara aydınlıq gətirən digər sübut müəyyən edilməmiş, müstəntiqin 29 m ay 2020-ci il tarixli əməliyyat tapşırığına 19 iyun 2020-ci il tarixli cavab məktubunda isə bir cümlə ilə X8 adlı şəxsin vəfat etməsi qeyd edilmişdir. Bundan başqa, iş materiallarının təhlili göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin özü və müdafiəçisi tərəfindən verilmiş əlavə şahidlərin dindirilməsi, mobil telefonların anten dairəsinin və zənglərin götürülməsinə dair vəsatətlər də təmin edilməmiş, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasından əvvəl Məhkum müdafiəçisi İ.S.Ağayev iki geniş vəsatətlə müraciət edib həmin vəsatətlərində ibitidai araşdırma zamanı zamanı yol verilmiş bütün prosessual pozuntuları göstərərək şəxs barəsində həbs qətimkan tədbirinin ləğv edilməsini, digər vəsatətlə kobud prosessual pozuntuları nəzərə alıb cinayət işinin icraatına xita m verilməsini xahiş etmiş, lakin hazırlıq iclasının keçirilməsinə dair protokolda qeyd edilmişdir ki, müdafiəçi İ.S.Ağayev hazırlıq iclasında çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən hər hansı bir kobud qanun pozuntusuna yol verilmədiyini söyləmiş, təqsirləndirilən şəxs Məhkum də müdafiəçinin dedikləri ilə tamamilə razı olduğunu bildirmişdir. Daha sonra həmin protokola görə, həm müdafiəçi, həm də təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş etsələr də, eyni zamanda, heç bir vəsatətlərinin olmadığını, işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarında “məhkəmə baxışında sübut kimi yolverilməz hesab edilən materialların xaric edilməsi və sair məsələlərlə bağlı” ərizə və vəsatətlərin daxil olmadığı göstərilmiş, eyni zamanda, heç bir səbəb göstərilmədən cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətin baxılmamış saxlanılması qeyd edilmişdir. Buna görə, qeyd edilən xüsusatlara qiymət verən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hazırlıq iclasından əvvəl müdafiəçi tərəfindən təqdim edilmiş vəsatətlərin məzmunu ilə məhkəmə iclas protokolunun və hazırlıq iclasının qərarınun tamamilə uyğunsuzluq təşkil etməsi barədə nəticəyə gəlmişdir. Daha sonra iş materiallarına əsasən müəyyən olunur ki, işə məhkəmə baxışı iclasında müdafiəçisi İ.S.Ağayev əlavə şahid qismində X14 və X6 dindirilməsinə dair 14 sentyabr 2020-ci il tarixli yazılı vəsatətlə çıxış etmiş, bundan əlavə verilmiş vəsatət əsasında şahidlərdən yalnız biri - X14 ibtidai istinta q zamanı dindirilərək ifadəsi alınmış, o, qardaşı Məhkum ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclasında göstərdiyi faktları təsdiq etmiş, onun dindirilməsi barədə protokol isə cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni vaxtda, müdafiəçi, iş üzrə şahid qismində dindirilmiş şəxslərin (əsasən polis əməkdaşlarının) 28 aprel 2020-ci il tarixdə müəyyən saatlarda istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatların müvafiq telefon operatorlarından götürülməsinə dair qərar qəbul edilməsini də xahiş etmiş, lakin iş materiallarında olan 02 fevral 2021-ci il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, həmin vəsatətlərə baxan məhkəmə kollegiyası heç bir səbəb və digər əsas göstərmədən hər bir vəsatət üzrə “təqdim edilmiş yazılı vəsatət təmin edilməsin” qeyd etlməklə, məhkəmə istintaqını yekunlaşdıraraq, məhkəmə çıxışları keçirmişdir.. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli vəsatətində müdafiəçi növbəti dəfə “mobil telefon nömrələrinin anten dairəsi barədə, həmçinin iş üzrə şahidlər X14, X6 və Xun çağırılıb dindirilməsinə dair təkrar yazılı vəsatətlə çıxış etmiş, eyni zamanda həmin vəsatətlərə əsasən sübutların əlavə tədqiq tədqiq edilməsini xahiş etmiş, 12 fevral 2021-ci il tarixli yazılı çıxışında məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırmış, lakin məhkəmənin 12 fevral 2021-ci il tarixli məhkəmə iclas protokolunda “vəsatətlər məhkəmə çıxışlarına qədər verilmədiyi üçün” baxılmamış saxlanması barədə qərar qəbul edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında Məhkum saxlanı lması anını əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, kadrlarda Məhkum saxlanılarkən 1-ci PB-nin təhqiqatçısı baş leytenant Şahid1, əməliyyat müvəkkilləri X20, Şahid2 və Şahid3 görünsələrdə, həmin vaxt Məhkum narkotik vasitə saxlaması və daşıması ilə əlaqədar şübhəli şəxs kimi saxlanılması və üzərində qeyriqanuni nəyinsə olması təhqiqatçı tərəfindən soruşularaq təqdim etməsi təklif olunur, həmçinin şübhəli şəxsə onun hüquqlarını vəkil Nail müəllim müdafiə edəcəyini, nə sözü olacaqsa vəkilə deyə biləcəyi təhqiqatçı tərəfindən bildirilir. Lakin kadrlarda müdafiəçinin iştirak etməsi görünmür, həmçinin videogörüntünün 0:00:51-ci saniyəsində təhqiqatçı bir vərəqi Məhkum göstərərək həmin vərəqdə hüquq və vəzifələrinin əks olunduğunu bildirir, görüntünün 01:04:50 sani yəsində həmin təqdim edilən vərəq aydın şəkildə görünərək vərəq üzərində hüquq vəzifələrə aid heç bir yazının deyil, kompüterdə vərəqin yarısına qədər yazılmış hansısa ərizənin olması və vərəqin aşağı boş hissəsində diyircəkli qələmlə yazılmış qeydlər görünür, sonra həmin vərəq üzərində Məhkum gödəkcəsinin sağ cibindən çıxardığı selofanda olan 6 ədəd bükümlər əməliyyatçı tərəfindən bir-bir açılaraq nümayiş etdirilir, Məhkum həmin bükülülərin hardan əldə etməsi soruşularkən sonuncu X1 adlı şəxsdən aldığını bildirir, X1nın harda yaşaması barədə sual verilərkən Məhkum 2-3 gün olar kı X1nın vəfat etməsini bildirir, daha sonra təhqiqatçı aşkar olunan həmin 6 ədəd bükülünü selofan torbaya qoyaraq bunları rəsmiləşdirməkdən ötrü polis bölməsinə gedəcəklərini bildirməklə video görüntü dayandırılır. Nümayiş etdirilən video görüntülərdən görünür ki, prosessual qanunvericiliyin tələblərinə zidd olaraq Məhkum şübhəli şəxs kimi tutulmadan, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmədən üzərinə baxış keçiriləcəyi bildirilərək, ondan aşkar edilmiş narkotik vasitəyə oxşar maddə yerindəcə qablaşdırılmadan, müvafiq sənədləşdirmə işlərinin polis bölməsində davam etdiriləcəyi bildirilmişdir. Bununla da, Məhkum saxlanılmasının cinayət-prosessual qanunvericiliyinin çoxsaylı pozuntuları ilə aparılması video görüntülərdən müəyyən edilməsinə baxmayaraq, istər ibtidai araşdırma orqanı, istərsə də birinci instansiyası məhkəməsi tərəfindən həmin hallara və onların arxassında duran pozuntulara bir hüquqi qiymət verilməmiş, həmin prosesin videoya alındığı diskə 04 may 2021-ci ildə baxış keçirilməs i barədə müstəntiq tərəfindən protokol tərtib edilərkən hətta iki nəfər hal şahidinin iştirakı təmin edilmiş, lakin 06 avqust 2020-ci il tarixdə Məhkum mənzilinin yerləşdiyi ünvanda axtarışın aparılmasının mümkün olmaması barədə tərtib edilən protokol yalnız müstəntiq tərəfindən heç kimin iştirakı olmadan tərtib edilərək imzalanmışdır Apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərar əsasında iş üzrə şahid qismində dindirilmiş şəxslər - Şahid1 istifadəsində olmuş *** *** ** **, X20 istifadəsində olmuş *** *** ** **, Şahid2 istifadəsində olmuş 050 *** ** ** və Şahid3 istifadəsində olmuş 051 *** ** ** mobil telefon nömrələrinə 28 aprel 2020-ci il saat 11:00dan 20:00-dək olan vaxt ərzində daxil olan və çıxan zənglər, habelə anten əhatə dairəsi barədə məlumatların, həmçi nin Məhkum istifadəsində olmuş 055 *** ** ** və 050 *** ** ** mobil nömrələrə 25-28 aprel 2020-ci il tarixlərində daxil olan və çıxan zənglər, anten əhatə dairəsi barədə məlumatlar götürülmüş və həmin məlumatlarla, əvvəla İslam və X14 qardaşlarının, eləcə də təkrar apellyasiya məhkəməsində baxılan iş üzrə şahid qismində dindirilmiş X6 28 aprel 2020-ci il tarixdə saat 13-15 radələrində ünvan 2 ünvanında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlar bir-biri ilə uzlaşmışdır. Həmçinin müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları Məhkum polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayaraq polisə gətirmiş, lakin ibtida araşdırma zamanı belə məlumatın olmas ı yoxlanılmamış və bununla bağlı hər hansı sübut əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq müddətində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, bu məqsədlə yuxarıda adı göstərilən şəxslə əlaqələrinin olmasına dəlalət edən hal öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə 28 aprel 2020-ci il tarixdə saat 16 radələrində gətirilməsi, ona polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi, kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tamamilə qanuni olaraq, CPM-nin 125.2-ci maddəsinin tələblərinə, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan qanunçuluq prinsipinə və təqsirsisizlik prezumpsiyasına əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edib, həmçinin Ali Məhkəmənin Plenum qərararında əksini tapmış izah və tövsiyələrə riyayət etməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edərək Məhkum elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və həm özünün araşdırdığı, həm də birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları mötəb ərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirib əsaslı olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və bu hökmün qanuni və əsaslı olmasını qeyd edərək öz mövqeyini, apellyasiya nstansiyası məhkəməsi kimi, aşağıda şərh olunanlarla əsaslandırır. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli t örətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. C PM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya o nları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halla rı bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zama nı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual h ərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməld ə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkün lüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). İşin müəyyən edilmiş faktiki halların cinayət-prosessual qanunvericili yinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. CPM-nin 349.5-ci mad dəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mən bəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət m ühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayar aq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericil iyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğu nluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiya sının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Mə hkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “ natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tər kibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı ” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntus unun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi ha qqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop ma ddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1ci maddəs inə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual h ərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum məhkəmə istintaqı zamanı eyni məzmunda və biri-birini tamamlayan ifadələrinə nəzər yetirilərkən belə nəticə hasil olur ki, apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq bu ifadələri inandırıcı və mötəbər, digər tərəfdən isə araşdırılmış digər sübutlara uyğun olan sübut növü kimi qiymətləndirib Məhkum ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Bu baxımdan məhkəmə kollegiyası Məhkum həmin ifadələrinin özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsi üçün də əsas görmür. Məhkəmə kollegiyası hesab edir k, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalıdır. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələri ndə göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqd a, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindi rmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə, yəni Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsini mümkün bilmir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək b elə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.4.3-cümaddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar