Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1615/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum və müdafiəçisi X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx xxxx-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Seyidli kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq x kəndində yaşamışdır. 2. 04 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 sentyabr 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkə məyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə, saat 01 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06- da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən, həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarını görüb onların yanında dayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında saxladığı, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 125 mm olan, zavod üsulu ilə hazırlanmış, qatlanan ov tipli, deşici-kəsici xassəyə malik, həmin vaxtı əynində olan şalvarın arxa hissəsində kəmərin altında gizlədərək üzərində gəzdirdiyi, soyuq silah hesab olunan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyəyə həmin bıçaqla bir dəfə zərbə endirərək sonuncuya soltərəfli hemotoraksla müşayiət olunan, dalağın yaralanmas ı ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş torakoabdominal yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib sonuncuya sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2 Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və adları istintaqa məlum olan digər polis ə məkdaşları fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onu qollarını tutmaqla, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiklərindən, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə hadisə yerində olan polis əməkdaşları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahla Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, Zərərçəkmiş şəxs2 isə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-240/2020 nömrəli, 25 noyabr 2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cə zasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 may 2020-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələrindən eyni Məcəllənin 128 və 131-ci maddələrinə tövsif edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-10/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Ağır Cinayətlər Məhkəməsini n 1(100)-240/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələrindən eyni Məcəllənin 29,120.1 və 126.2.2-ci maddələrinə tövsif edilməsi və həmin maddələrlə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respblikası CM-nin 126.2.2ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, hökmlə ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən yeni qərarla təyin edilmiş cəzalarla qismən toplamaqla üzərində qə ti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib, qərarın ləğv edlməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Eyni qərardan həmçinin məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verib, bacısı Zərərçəkmiş şəxs1 və polis əməkdaşı Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olmamasını, polis əməkdaşına xəsarəti ehtiyatsızlıqdan yetirməsini nəzərə alaraq, onun əməlinin Azərbaycan Respublikası CM-nin 127 və 131-ci maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət Kollegiyasının 1(102)1715/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-10/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-240/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbayca n Respublikası CM-nin 29,120.2.3-cü maddəsindən eyni Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin 11 (on bir) il 03 (üç) ay müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinin ittihamdan xaric edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyind ən həmin maddə üzrə cinayət təqibinə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməsi və həmin maddə ilə cəza təyin olunmasına dair müddəaların hökmdən çıxarılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkumun heç bir vaxt bacısını öldürmək niyyəti olmamış, onun belə niyyətinin olmasını təsdiq edən sübutlar isə istər ibtidai araşdırma orqanı tərəfindən, istərsə də məhkəmə baxışında əldə edilməmişdir. İbtidai istintaq orqanı, işə baxan məhkəmələr yalnız zərərçəkmiş şəxslərdə aşk ar olunmuş xəsarətlərin sayına və dərəcəsinə əsaslanaraq, onu doğma bacısını öldürmək məqsədilə xəsarətlər yetirdiyini, yəni sonuncunu qəsdən öldürməyə cəhd etmə barədə mülahizə xarakterli nəticəyə gəlmişlər. Məhkumun əməli həmin hadisə zamanı ehtiyatsızlıqdan xəsarət yetirdiyi digər Zərərçəkmiş şəxs2 yalan ifadələri və cinayət təqibi orqanlarının mülahizələrinə əsasən düzgün tövsif edilməmişdir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, əməlindən Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinin xaric edilməsi və Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini, həmçinin qərar qəbul edilərkən əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəs i müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum verdiyi kassasiya əməlinin səhv tövsif edildiyini iddia etmiş və xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(1 04)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə n əticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmay an tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum əməlinin hüquqi tövsifinin mübah isələndirilməsinə dair iddiasını əsassız hesab edir.
26. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CMnin 29,120.1 və 126.2.2-ci maddələrinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti ilə qismən razılaşaraq, Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından, onun həmin əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.3-cü maddəsindən (Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqəd ar həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurduğundan) eyni Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etsə də, lakin digər Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etmə əməlini xüsusi amansızlıq olmadan, yəni CM-nin 29,120.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməli kimi qiymətləndirilməsi ilə bağlı mövqe ilə razılaşmayıb bu hissədə məhkəmənin mövqeyinin əsassız olduğu qənaətinə gəlmiş və mübahisəsi edilmiş qərarı ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmisdir.
27. Yuxarıda qeyd edilənlərlə bağlı kassasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs hadisəni Zərə rçəkmiş şəxs1 azyaşlı qızı Şahid9 gözü qarşısında sonuncuya və Zərərçəkmiş şəxs1 xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair halları sübuta yetirilməmiş hesab etsə də, özünün bu bərədə qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış və baş vermiş hadisənin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında verdikləri ifadələrində zərərçəkmiş şəxsin azyaşlı qızı Şahid9 hadisə vaxtı orada olmadığını, həmin vaxt onun yatdığını, daha sonradan hadisə yerinə gəldiyi barədə ifadələrinə istinad etsə də, digər Zərərçəkmiş şəxs2 və hadisə yerində olan şahidlərin ifadələri ilə bu halın təkzib olmasına əhəmiyyət verməmiş, hadisə iştirakçılarının ifadələri arasında zid diyyəti araşdırmamış, məhz məhkum və Zərərçəkmiş şəxs1 ifadələrinə daha üstün qiymət verməsini əsaslandırmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsində qəbul edilmiş, apellyasiya icraatı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, eləcə də iş üzrə şahidlər Şahid2 və Şahid3 dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir.
29. Nəticədə apellyasiya instansiyası məhkəməsi məhkumun Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından onun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.3-cü maddəsindən həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməsi, bununla bağlı Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinin ittihamdan xaric edilməsi qənaətinə gəlmiş, Zərərçəkmiş şəxs1 münasibətdə qəsdən adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu təsdiq olunduğundan, həmin hissədə əməlin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinə tövsif edilməsi barədə birinci instansiyası məhkəməsinin hökmünü əsaslı hesab etmişdir.
30. Baxılan kassasiya şikayətində qaldırılan məsələlərə həmin məhkəmə aktında müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir.
31. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya müraciəti üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yeni apellyasiya baxışı dövründə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı madd ələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-209/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.