Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1616/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə X2 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ilə isə X2yə və Məhkum2, hər birisinə CM-nin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə, Məhkum1 CM-nin 234.4.3-cü maddəsi ilə, Məhkum2 isə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) X6, 10 oktyabr 1979-cu il tarixdə Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 26 aprel 1999-cu il tarxli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2000-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək döyü şəraitində hərbi hissəni özbaşına buraxıb getməsi əməli 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş CM-nin 333.6-cı maddəsinə tövsif edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkk iz) ilədək endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2003-cü il tarixli Sərəncamı ilə əfv olunaraq cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, Nərimanabad ərazi dairəsi, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yaşamış, və X8, xx xxx 1996-cı il tarixdə Quba rayonunun Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kirov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək X2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə, Məhkum2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq adı çəkilən məhkumun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa, CM-nin 93.1.2-ci maddəsinə əsasən həmin hökmlə X2nin və Məhkum2 barələrində tibbi xarakterli məcburi tədbir tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicənin təyin edilməsi və hər ikisinin ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhk əməsinin hökmünə əsasən, X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satış məqsədi əldə edərək üzərilndə saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömr ə nişanlı avtomobildə olan zaman DİN-in Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 5:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının arxa sol cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,240 qram olmaqla xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə avtomobildə olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını görən zaman qadın olmasına görə üzərində axtarış aparılmayacağını düşünüb saxlayıb gizlətməsi üçün Məhkum2 verdiyi külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmlə Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda X2nin baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-nin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 4:10 radələrində Xəzər RPİ-nin 3cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun alt hissəsində gizlətdiyi “Rotmans” siqaret qutusunun iç indəki külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulo v Rəşad Məhərrəm oğlunun (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 06 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilərək X2 və Məhkum2, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə çıxarılmış yeni hökmlə Məhkum2 əməlində CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, adı çəkilən məhkumun 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinə əsasən isə həmin cəza 06 (altı) ay azaldılmaqla qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəlinin 5 oktyabr 2021-ci il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə həmçinin X2yə onun əməlində CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından bəraət verilmiş və o, CM-nin 234.4.3-cü maddə si ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, CM-nin 93.1.2-ci maddəsinə əsasən həmin hökmlə də X2nin və Məhkum2 barələrində tibbi xarakterli məcburi tədbir tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicənin təyin edilməsi və hər ikisinin ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Z.Ə.Hacıyev kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin iş üzrə toplanmış sübutlara, CM-nin və Azərbayan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edən dövlət ittihamçısı Z.Ə.Hacıyev kassasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış təkzibolunmaz sübutlarla X2nin və Məhkum2 onlara qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələr inin tam təsdiq olunmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməyərək onlara əsassız olaraq CM-nin 234.4.1-ci maddəsi ilə bəraət verilmiş və son nəticədə Məhkum2 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Kassasiya protesti müəllifinin qənaətinə görə, belə olan halda Bakı Aprellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanaraq dövlət ittihamçısı Z.Ə.Hacıyev həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qa ydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, məhkum X2 isə həmin iclasda iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Hüseynlinin bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumlar Məhkum2 və X2nin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermi ş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Z.Ə.Hacıyev öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, Məhkum2 və X2nin törətdikləri cinayət əməlinin düzgün tövsif edilməməsini, onlara CM-nin 234.4.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrini n tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.Ə.Hacıyevin protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X2nin və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin d eyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəm əsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasi ya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanl arın vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insannın və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, cinayət törətmiş şəxslərin isə hər hansı cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına c iddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatını n həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət had isəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən ş əxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həll i üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifa yət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqd a; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründ üyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında gö stərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməs ini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ni n 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum2 onun və X2nin üzərlərində aşkar edilmiş narkotik vasitə olan heroini və psixotorop maddə olan metamfetamini qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində əldə etməmiş və polis əməkdaşarı onların olduqları avtomaşına yaxınlaşarkən narkotik vasitəni və psixotrop maddəni X2nin təklfi ilə üzərində gizlədərkən ayrı-ayrı bükümlərdə qablaşdırılm ış həmin əşyaları satmaq niyyətində olmamışdır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökmlərindən göründüyü kimi, birinci instansiyası məhkəməsi X2nin və Məhkum2, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi, apellyasiya instansiyası məhkəməsi isə hər iki məhkuma CM-nin 234.4.1-ci maddəsi ilə bəraət verilməsi, Məhkum2 əməlinin isə CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında biri-birindən fərqli nəticələrə gələrkən əsasən X2nin və Məhkum2, ayrı-ayrılıqda məhkəmə iclaslarında verdikləri ifadələrinə, habelə iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla (CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən) toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutl ara əsaslanaraq həmin ifadələri başqa sübutlarla birlikdə müxtəlif şəkildə qiymətləndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir qisminə (əsasən də məhkum olunmuş şəxslərin verdikləri ifadələrə), habelə onlara verilmiş qiymətin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 04 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı izah və tövsiyələrə müraciət etməyi zəruri bilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də hər hansı dəlillə təkzib edilməyərək hökmünün əsasına mötəbər sübutlardan biri kimi qoyduğu Məhkum2 apellyasiya şikayətinə məhkəmə baxışı iclasında verdiyi ifadələrindən görünür ki, o, təxminən 1 ilə yaxındır ki, heroin aludəçisidir və həmin narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 18 iyun 2021-ci il tarixdə onunla birlikdə saxlanılan X2ni o, tutulmazdan 1 ay əvvəl tanımışdır,sonuncu da onun kimi narkotik vasitədən istifadə etdiyindən və Binə qəsəbəsində yaşadığından onların münasibətləri yaranmış, X2un narkotik vasitənin “online” olaraq inte rnetdən alışı və satışı ilə məşğul olduğunu bilmiş, hətta bir neçə dəfə ona 10, 20 manat verərək ondan heroin də almışdır. 18 iyun 2021-ci il tarixdə gecə saat 3 radələrində o, X2yə zəng edərək ondan siqaret istəmiş, eyni zamanda həmin vaxt ağrıları olduğundan narkotik vasitə qəbul etmək arzusunda olaraq bu haqda ona bildirmişdir. Həmin gecə X2 onun yaşadığı evə gələrək özünə məxsus olan “Volkswagen” markalı **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobillə onunla birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu istiqamətində gedib ara küçələrin birində dayandıqdan sonra qəbul etmək üçün heroini hazırlamağa başlayarkən onlar saat 3:30 radələrində polis əməkdaşlarının onlara tərəf gəldiyini görmüşlər. Bu vaxt X2 özündə olan siqaret qutusundakı narkotik vasitə və psixotrop maddə qablaşdı rılmış bükümləri ona verib qadın olduğu üçün polis əməkdaşlarının ondan şübhələnməyəcəyini demiş, o, da sonuncudan götürdüyü siqaret qutusunu əynində olan qırmızı rəngli gödəkcəsinin bilək hissəsindən içəriyə gizlətmişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onların hərəkətlərindən şübhələndiklərini bildirib onları Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmiş, onlar da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər və orada müdafiəçilərinin iştiraklarıı ilə, videoçəkiliş aparılmaqla hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, yən Məhkum2 əynindəki gödəkcəsinin sol qolunun içəri hissəsində gizlətdiyi, içərisində 4 bükümdə qablaşdırılmış psixotrop maddə olan metamfetamini və 6 bükümdə qablaşdırılmış heroini onlar ın yerləşdidrildiyi siqaret qutusu ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitənin və psixotrop maddənin polis əməkdaşları yaxınlaşan zaman X2nin ona gizlətməsi üçün verdiyini bildirmişdir. İş materiallarından görünür ki, eyni məzmunlu ifadələri Məhkum2 həmçinin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində də vermişdir. Məhkum X2 apellyasiya icraatı zamanı özünü ona elan olunmuş ittiham üzrə qismən təqsrli bilərək gösərmişdir ki, təxminən 2 ildir ki, tanımadığı şəxslərdən heroin və metafetamin alaraq onlardan istifadə edir. Tutulmazdan təxminən 1 həftə əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü X adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən sosial şəbəkədə əvvəlcədən 400 manat müqabil ində razılaşdığı heroin və metafetamini Xin ona göstərdiyi Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində keçidin yanında olan daşın altından götürmüş, həmin narkotik vasitə və psixotrop maddə 1 ədəd sellofan paketin içərisində olmaqla təxminən 3 qramdan artıq olmuşdur. Bu vasitə və maddəyə görə Xə 200 manat pul verməli olsa da pulu ona göndərməmişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddəni o, cibinə qoyaraq yaşadığı evə getmiş və orada onlardan bir qismini istifadə etdikdən sonra qalan hissəsini ayrı-ayrı bükümlərə ayırıb üzərində saxlamışdır. Onunla birlikdə saxlanılan Məhkum2 tutulmazdan təxminən 1 ay əvvəl tanımış, sonuncu da, onun kimi, narkotik vasitədən istifadə etdiyindən və Binə qəsəbəsində yaşadığından onunla münasibətləri yaranmışdır. Belə ki, o, bir neçə dəfə Məhkuma is tifadə etməsi üçün narkotik vasitə olan heroin vermiş, lakn bunun müqabilində ondan pul almamışdır. 18 iyun 2021-ci il tarixdə gecə saat 3 radələrində Məhkum2 ona zəng edərək onu evdən gəlib götürməyi və onun üçün siqaret almağı xahiş etdiyindən o, özünə məxsus olan “Volkswagen” markalı **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Məhkum2u yaşadığı evdən götürmüş və onlar birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu istiqamətində gedərək ara küçələrin birində avtomobilini saxlamış, orada isə o, üzərində olan narkotik vasitə heroindən Məhkum2la birlikdə istifadə etmək üçün hazırlayan zaman saat 3:30 radələrində polis əməkdaşlarının onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt Məhkum2un qadın olduğu üçün və polis əməkdaşlarının ondan şübhələnməyəcəklərini ehtimal edərək o, üz ərindəki narkotik vasitəni və psixotrop maddəni gizlətməsi üçün ona vermiş, sonuncu da həmin vasitə və maddə yerləşdirilmiş siqaret qutusunu üzərində gizlətmişdir. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların hərəkətlərindən şübhələndiklərini bildirərək onları Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmiş və polis bölməsində olarkən onun və Məhkum2 üzərinə müdafiəçilərin iştirakları ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin istintaq hərəkətinin aparılması zamanı o, yəni X2 əynində olan qara rəngli cins şalvarının sol arxa cibində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni və psixotrop maddəni gizlətməsi üçün Məhkum2 o, vermiş, axtarış zamanı onun və Məhkum2 üstündə aşkar edilərək götürülümş həmin maddə və vasiətni yalnız şəxsi istifadəsi üçün almış, Məhkum2 onda narkotik vasitə olduğunu maşında olan zaman görmüş, Gülnurun üzərindən aşkar olunaraq götürülmüş cəmisi 10 bükümdə heroin və metamfetamin ona məxsus olmuş, sonuncuya həmin əşyaları gizlətməyi də o, təklif etmişdir. Oxşar ifadələri Məhkum1 həmçinin ibtidai araşdırma zamanı və iş birinci instansiya məhkəməsində baxılarkən də vermişdir. Araşdırılmış digər sübutların (həmin sübutlar da birinci və apellyasiya instansiyası məhkəmələrinin hökmlərində ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarın hazırki qərarda təsvirinə ehtiyac görmür) təhlili ilə müəyyən edilir ki, həmin sübutlarla (şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhk əmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə haqqında 18 iyun 2021-ci il tarixli protokollar, bu istintaq hərəkətlərinin aparılmasını əks etdirən videoçəkilişlər və s.) həqiqətən də 18 iyun 2021-ci il tarixdə X2nin və Məhkum2 üzərlərində şəxsi axtarış aparılarkən birincidən 0,240 qram çəkidə narkotik vasitə olan heroinin, ikincisinin üzərindən isə 6 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram heroinin və 4 ədəd sellofan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, habelə onların hər ikisinin na rkotik vasitələrin və psiotrop maddələrinin istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmələri və həmin xəstəlikdən müalicəyə ehtiyaclarının olması təsdiq edilmişdir. İbtidai araşdırma orqanı kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr də X2nin cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi qismən etirafedici ifadələrinə tənqidi yanaşaraq və araşdırılmış sübutlara qiymət verərək belə qənaətə gəlmişlər ki, o, yuxarıda göstərilən çəkilərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə edərək üzərində saxlamış və daşımış və buna görə həmin əməli törətdiyinə görə hər iki məhkəmənin hökmləri ilə sonuncu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu haqda ittihamın əsasını isə digər sübutlarla yanaşı məhz Məhkum2 ifadələ ri təşkil etmişdir ki, yuxarıda qeyd olunduğu kimi, həmin ifadələrə görə sonuncu X2nin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, hətta bir neçə dəfə ondan 10, 20 manat məbləğində pul müqabilində heroin də almışdır. Bu baxımdan, işə baxan məhkəmələr X2nin cəmisi 7 bükümdə narkotik vasitə olan heroini və 4 bükümdə psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması və daşıması barədə verdiyi ifadələri inandırıcı hesab etməmiş, lakin bununla belə nəzərə almamışlar ki, Məhkum2 həmin narkotik vasitəni və psixotrop maddəni (bir bükümdə olan 0,240 qram çəkidə heroin istisna olmaqla), razılaşdıqları kimi, ondan götürüb gizlədərkən, yəni əldə edib saxlayarkən və daşıyarkən onların X2 tərəfindən satış məqsədilə üzərində saxlaması və daşıması haqda məlumatlı olmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi X2nin 18 iyun 2021-ci il tarixdə gecə vaxtı Məhkum2 ilə görüşə gedərkənə etdiy narkotik vasitəni və psixotrop maddəni hansı məqsədlə özü ilə götürməsi, sonuncuya həmin əşyaları gizlətməsi (saxlaması) üçün verənə qədər bu məqsəd haqqında ona bildirib-bildirməməsi aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının qənaətincə, bu həcmdə narkotik vasitənin və psixotrop maddənin adları çəkilən məhkumlar tərəfindən qısa müddət ərzində, yəni 18 iyun 2021-ci il tarixdə gecə vaxtı görüş zamanı istifadə edə bilmələri də mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi isə obyektiv sübutlarla təsdiq olunan işin müəyyən olunmuş bu faktiki hallarına nəzər yetirməmiş, sona qədər Məhkum1 əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni sa tması məqsədindən çəkinib-çəkinməməsi, Məhkum2 bu məqsədi dəstəkləyib-dəstəkləməməsi, özünün də göstərilən əşyaları gizlətməklə X2yə onları satmaq üçün şərait yaratmaq niyyətində olub-olmaması kimi mühüm halları araşdırmamış və hesab etmişdir ki, nə qədər ki, Məhkum2 özü şəxsən əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmamış və bu barədə Məhkum1 ilə qabaqcadan razılıq əldə etməmişdir, ona və sonuncuya CM-nin 234.4.1-ci maddəsi ilə bəraət verilməli, Məhkum2nın törətdiyi əməl isə CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.4.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası isə cinayət qanunvericiliyi normalarından tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun hüquq mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çı xış edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin aşağıda göstərilənlərlə uzlaşmadığını qeyd edir. Belə ki, CM-nin 234.4.1-ci maddəsində qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cnayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, şəxsin də bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, sonradan isə təqsirli bilinməsi üçün onun CM-nin 234.2-ci addəsində göstərilən həmin əməlləri digər şəxslə (şəxslərlə) qabaqcadan razılaşmaqla və ya mütəşəkkil dəstənin tərkibində törətməsinin müəyyən edilməsi tələb olunur. Bunun üçün isə, ilk növbədə qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı verilmiş CM-nin 31 və 34.2-ci maddəsində müəyyən edilmiş əlamətlərin olub-olmamasına diqqət yetirilməlidir. CM-nin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 34.2-ci maddəsinin tələbnə görə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Əvvəla, qanunun bu normasının tələbinə və mənasına görə, şəxsin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməklə cinayət törətməsi barədə nəticəyə gəlmək üçün həmin şəxsin bir və ya bir neçə şəxslə cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsi barədə onların birlikdə etmələr i barədə razılığın əldə edilməsi, sonradan isə qrupun üzvlərinin bu hərəkətlərin hamısını və ya rolların bölgüsünə əsasən bir qismini etmələri müəyyən olunmalıdır. Buradan “qabaqcadan əlbir olmuş bir qrup şəxs” hüquqi anlayışının görünən əlamətləri isə ondan ibarətdir ki: 1) cinayətin törədilməsi üçün iki və ya daha çox şəxs qabaqcadan razılıq əldə eməlidirlər; 2) cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin hamısını və ya ayrı-ayrı hissələrini birlikdə törətməlidirlər (birgə icraçılıq). Belə təfsirdən o, nəticə hasil oluur ki, əvvəla, birgə icraçılıq cinayətin törədilməsində iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndi rməsini ehtiva edir. İştirakçılığın subyektiv əlaməti isə odur ki, bu və ya digər cinayətin törədilməsində iştirak edən şəxslər, o cümlədən həmin cinayətin icraçıları yalnız bir birbaşa qəsdlə və eyni məqsədlə hərəkət edirlər. CM-nin 34.2-ci maddəsnin bu cür təfsirinə eyni hüquqi mövqedən həmçinin Azərbacın Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında yanaşmışdır. Belə ki, həmin Qərara görə, iştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri)... Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticə sində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Qeyd edilməlidir ki, CM-nin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hər əkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar CM-nin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Ə vvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). CM-nin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cina yət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. Sadalanan maddələrin məzmunu cinayətin qabaqcadan razılaşmadan iki və ya daha çox icraçı tərəfindən icra edilməsinin yalnız bir qrup şəxs tərəfindən törədilmiş cinayətin əlaməti kimi təsbit edilməsini söyləməyə imkan verir. Qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin mövcudluğu üçün isə cinayətin törədilməsində iki və daha çox icraçının olması ilə bağlı qanunvericinin göstərişi yoxdur. Qərarda əks olununlara əsaslanaraq Konstitusiya Məhkəməsinn Plenumu belə nəticəyə gəlmişdir ki, CM-nin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şə xs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Eyni hüquqi mövqe həmçinin apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Əvvəla, həmin Qərarın 9-cu bəndinə görə, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsinn iş üzrə gəldiyi nəticədən göründüyü kimi, X2nin əldə edərək üzərində saxladığı və daşıdığı, sonradan isə Məhkum2 saxlaması üçün verdiyi narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı bu hərəkətləri məhz sat ış məqsədilə etməsi iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmiş və buna görə də onun həmin hərəkətləri CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Göstərilən Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şər hi CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərə kətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda adı çəkilən qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci ma ddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr tərəfindən digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsi n xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bu izahla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X2nin həm ona, həm də Məhkum2 elan olunmuş ittihamda göstərilən miqdarlarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edərək əvvəl hamısını üstündə saxlayıb daşıması, Məhkum2nın isə X2nin narkotik vasitələrin satışı ilə məşğu olması haqda bilməsi və belə məlumatı olduğu təqdirdə onun həmin narkotik vasitənin əsas hissəsini, psixotrop maddənin isə hamısını ondan götürüb gizlətməsi, yəni əldə edərək üzərində saxlaması və daşıması işin müəyən edilmiş və m übahisəz hallarıdır və bu halları apellyasiya instansiyası məhkəməsi də inkar etməmşdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı nəticəyə gələrkən, həm qanunvericiliyin tələblərini, həm də Konstitusiya və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərini nəzərə almamış və bu faktiki halların arxasında duran sübutları lazımi səviyyədə qiymətləndirməmişdir. Halbuki, prosessual qanunvericiliyin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbd ən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələr mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərin əməllərinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətlərində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticə lərini qura bilər. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, işin bütün halları üzrə həqiqətin müəyyən edilməsi üçün X2nin və Məhkum2 verdikləri ifadələr (əsasən də X2nin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması və bu haqda Məhkum2 məlumatlı olmaqla ona dəstək verib-verməməsi haqda ifadələri yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra X2nin və Məhkum2 bu və ya digər cinayət əməllərini törətmələri və həmin əməllərin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini və yeni apellyasiya araşdırmalarını labüd edir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı hesab edir və onlarla razılaşaraq həmin protestin təmin edilməsini, cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Yeni apellyasiya baxışı zamanı o, da nəzərə alınmalıdır ki, ümumilikdə götürdükdə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mən ada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdi r. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və hazırki cinayət işi üzrə X2nin və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. X3 və Məhkum2, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə, X2nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Məhkum2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1616/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1616/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver