Məhkəmə qərarları › İş №1(102)-1616/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1616/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1616/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən ver ilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2. 28 fevral 2023-cü il tarixli ittiham aktına görə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri, Məhkum2 isə Azərbaycan Rspublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 23 4.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 16 mart 2023-cü il tarixdə Bakı Ağır Cinayət Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X2 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 Qəhraman oğlu və tanışı Məhkum2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 iyul 2022ci il tarixdən 13 iyul 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına pəncərənin üzərində olan dəmir barmaqlıqları dəmir parçası ilə birlikdə əydikdən sonra həmin pəncərəni açaraq qanunsuz daxil olub oradan 2 ədəd hər biri 1000 manat olmaqla 2000 manat dəyərində dəmir seyf qapıları, hər biri 500 manat olmaqla 4500 manat dəyərində 9 ədəd şüşəli alüminium qapıları, hər biri 400 manat olmaqla, 4400 manat dəyərində 11 ədəd böyük ölçülü alüminium pəncərələri, 2 ədəd hər biri 1500 manat olmaqla, 3000 manat dəyərində otaq arası alüminium arakəsmələri, hər bir metrinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 metr 24 çıxışlı kamera xəttini dəstəkləyən naqilləri, hər bir metri 60 qəpik olmaqla 120 manat dəyərində 200 metr telefon naqilini, 1 ədəd 2500 manat dəyərində “Beko” markalı 120 kvadrat metrlik kondisionerin daxili aparatını, 1 ədəd təxminən 1200 manat dəyərində “Beko” markalı 60 kvadrat metrlik kondisionerin daxili aparatını, 1 ədəd 1500 manat dəyərində “Mi tsubishi” markalı 60 kvadrat metrlik kondisioneri, hər metrinin qiyməti 2 manat 50 qəpik olmaqla 1000 manat dəyərində 400 metr elektrik naqillərini və hər bir kvadratmetrinin qiyməti 25 manat olmaqla, 55 kvadrat metr plastik divar üzlüyünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda, yəni 21.895 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum1 02 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin yaxınlığında naməlum mənbədən 100 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr»in İ siyahısına daxil edi lmiş narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroindən 6 ədəd kağızdan hazırlanmış bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,263 qram, 3,198 qram, 0,444 qram, 0,310 qram, 0,305 qram 0,447 qram olmaqla, cəmi 6,967 qram əldə etmiş, üstündə saxlamaqla yaşadığı ünvan 5 ünvana daşımış, həmin narkotik vasitə heroinlə olan bükümlərdən ayrı-ayrılıqda 2,263 qram, 3,198 qram və 0,444 qram olan 3 ədədini yaşadığı evdə gizlətmiş, bir bükümdə olan 0,310 qram heroini saat 02:00 radələrində həmin ünvanda 20 manat müqabilində tanışı Məhkum2 satmış, hər birində 0,305 qram və 0,447 qram heroin olan 2 ədəd bükümü üstündə saxlamış, lakin 03 sentyabr 2022-ci il tarixdə, saat 12:50-də ünvan 5 ünvanın qarşısında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkoti k vasitəlrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanılıb polis şöbəsinə dəvət olunmuş, orda xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf plastik qabda 2 bükümdə ümumi təmiz çəkisi 0,752 qram, əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum1 yaşadığı ünvan 5 ünvanda yerləşən evinin yataq otağında 1 ədəd yaşıl rəngli qabda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,263 qram, 3,198 qram, 0,444 qram ümumi təmiz çəkisi 5,905 qram kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum2 02 sentyabr 2022-ci il tarixdə, saat 02:00-da ünvan 5 ünvanında yaşayan Məhkum1 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin qızılı kağızı bükümündə yəni, 0,310 qram çəkidə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr»-in İ siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 03 sentyabr 2022-ci il tarixdə, saat 16:45-də ünvan 8 ünvanının qarşısında olarkən özünü şübhəli apardığından Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Platinium” markalı siqaret qutusunun içərisində 01 ədəd siqaretin qızılı kağız bükümündə 0,310 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, E.İsaqzadə küçəsi 1 A saylı binanın girişində boruya bağlanılmış Zərərçəkmiş şəxs1 məxsus hər biri 70 manat olan ümumi dəyəri 280 manat təşkil edən 4 ədəd təkər disklərini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 10 ünvandan yerləşən dəmir jalüz sexinin qarşısından Zərərçəkmiş şəxs2 məxsus hər biri 475 manat olmaqla 02 ədəd 950 mana t dəyərində dəmir qapı çərçivələri, hər bir metri 3 manat 89 qəpik olmaqla 70 manat dəyərində 03 ədəd dəmir boruları,130 manat dəyərində bir neçə ədəd kəsik dəmir boruları, 100 manat dəyərində 01 ədəd alüminium metaldan olan nərdivanı və 250 manat dəyərində 01 ədəd gün qırıcı dəmir jalüzü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1003/2023 nömrəli, 08 dekabr 2023cü il tarixli hökmü ilə: Məhkum1 Qəhraman oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbayc an Respublikası CMnin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2022-ci il tarixdən hesablanması, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 11 (on bir) günün təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, iş üzrə maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçə kmiş şəxs3 və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1003/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət işinin istintaqı zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, cinayəti törədən şəxslərin dairəsi tam şəkildə müəyyən edilərək həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməmiş və cəzalandırılmamışdır. Oğurluq faktının başqa şəxslər tərəfindən planlaşdırılmasına, həmin cinayətə rəhbərlik edilməsinə və törədilməsinə baxmayaraq, cinayət işi üzrə aidiyyəti olmayan şəxslərə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı Məhkum2 ifadəsində obyektdən oğurlamış olduqları əmlakı Nərimanov rayonu ərazisində yerləşən metal qəbulu məntəqələrinə satdıqlarını bildirsə də, lakin iş materiallarında həmin metal qəbulu məntəqələrinə baxış keçirilməsi və məsul şəxslərin dindirilməsinə dair sübut yoxdur. Halbuki istər ibtidai istintaq, istərsə də məhkəmə metal qəbulu məntəqələrinin məsul və aidiyyəti şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasını araşdırmalı idi. Zərərçəkmiş şəxs dəfələrlə məhkəməyə şifahi vəsatət verərək, cinayət işi materiallarında daha ağır cinayətin əlamətlərinin mövcud olduğunu, Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq həmin işlə bağlı heç bir araşdırma aparılmadığını, bundan başqa oğurluq cinayətin təşkilatçılığını Vüqar və Şahin adlı şəxslərin həyata keçirdiyini, həmin şəxslərin onunla qərəzli olduqlarını, bu barədə istintaq zamanı müstəntiqə məlumat verdiyini, lakin heç bir tədbir görülmədiyini bildirib, cinayət işini prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Lakin məhkəmə hökmdə bu xüsusata toxunmamış və hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin sübutları tədqiq etməkdə maraqlı olmamışdır. Göstərilənlərə ə sasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hü quqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkəmələrin irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyini, cinayəti törədən şəxslərin dairəsini tam şəkildə müəyyən etmədiklərini, cinayət təqibinin subyektləri olmayan şəxslərin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmədiklərini, həmin şəxslərin əməllərind ə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin mövcud olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. İlk öncə məhkəmə kollegiyası cinayət təqibinin sub yektləri olmayan şəxslərin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmədiklərini, onların əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin mövcud olduğuna dair kassasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir.

18. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət təqibi orqanı tərəfindən X1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür.

19. Məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1 və 318.2-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraa tın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxs in və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

20. Baxılan cinayət işinin materiallarından həmçinin görünür ki, təfsiri verilən məsələ ilk dəfə apellyasiya şikayətinin dəlilləri olaraq zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırmışdır. Zərərçəkmiş şəxs bu məsələləri ibtidai istintaq orqanının nəzərinə çatdırmamış, eləcə də məhkəmə araşdırması dövründə cinayəti törədən şəxslərin dairəsinin tam şəkildə müəyyən edilmədiyini, cinayət təqibinin subyektləri olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmədiyini, məhkum edilmiş şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin olduğunu bildirib, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keç irən prokurora qaytarılması barədə müvafiq yazılı vəsatətlə müraciət etməmişdir.

21. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan məhdudiyyət isə hazırki halda kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol vermir.

22. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdır ılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

23. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası C PM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

25. Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münas ibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

26. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cinayət təqibi orqanı tərəfindən yalnız X1 və Məhkum2 qarşı ittiham irəli sürüldüyündən, məhkəmələr tərəfindən nəinki cinayət təqibi subyekti olmayan kənar şəxslər, hətta, məhkumların özlərinə qarşı irəli sürülməyən ittihama baxılmasına yol verilmir.

27. Kassasiya şikayətinin məhkəmələrin metal qəbulu məntəqələrinin məsul və aidiyyəti şəxslərinin əməllərində cinayət tərkibi olub-olmamasını araşdırmalı borclu olmasına dair dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayətprosessual qanunvericiliyin qaydalarına əsasən cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxsin sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə hüququnun olduğu təsbit edilsə də, məhkəm ələrin ittiham tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürüb, cinayət işi materiallarında mövcud olmayan sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi kimi səlahiyyəti nəzərdə tutulmamışdır.

28. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda təsviri verilən hüquqi mövqeyinə uyğundur.

29. Beləliklə, məhkəmələrin yuxarıda təfsiri verilən məsələlər üzrə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada aparılmış sübutların tədqiqinə və işin hallarının obyektiv araşdırılmasına əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək heç bir qanuni və əsaslı dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası məhkəmələrin qənaətini şü bhə altına almaq üçün əsas görmür.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-531/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar