Məhkəmə qərarları › İş №1(102)-1616/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1616/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1616/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətn də: “Azərbaycan Respublikası CM-in”) 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)-62/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1973-cü il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasıının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunmuşdur ki, Məhkum 22 yanvar 2022-ci il tarixdə saat 17:50 radələrində “Vaz 21099” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçın çayının Bərdə rayonu, Lənbəran kəndindən keçən hissəsindəki dəmir körpünün girişində asfalt yolla hərəkətdə olarkən qarşıdan “Vaz 21060” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona doğru hərəkətdə olan həmkəndlisi X5 görüb, İsrafil Hüseynovun onun mərhum qardaşı X7 2019-cu ildə rəsmi olaraq nikahına xitam verilmiş keçmiş arvadı Şahid3 ilə ailə quraraq qardaşının ailəsini dağıtmasından əsəbiləşib, qardaşının qız övladlarının İsrafil Hüseynovla birgə eyni evdə yaşamasını namusuna ləkə gətirməsi kimi qəbul edi b sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə əl işarəsi edərək İsrafil Hüseynovdan onun arxasınca gəlməsini istəmiş, İsrəfil Hüseynov idarə etdiyi avtomobillə onun arxasınca təxminən 100- 150 metr hərəkət etdikdən sonra irəliyə keçərək avtomobili yolun kənarında saxlamış və yerə düşüb ondan avtomobildə arvaduşağın olub-olmamasını soruşduqda, o, İsrəfil Hüseynovdan avtomobili irəli sürməsini istəyərək avtomobilində saxlayaraq daşıdığı 1706 №-li şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdən əldə etdiyi, 12 kalibrli, Türkiyə istehsalı, “AXE” modelli, 21AZ-0038 №-li, yarımavtomatik, pompalı, təklüləli yivsiz odlu ov tüfənginə 4 ədəd patron yerləşdirib təxminən 300 metr irəlidə Bərdə şəhəri istiqamətində asfalt yolun sağ kənarın da İsrəfil Hüseynovun idarə etdiyi avtomobilin arxasında öz avtomobilini saxlayıb təklüləli yivsiz odlu ov tüfəngini atəşə hazır vəziyyətə gətirib yerə düşmüş, qarşıdakı avtomobildən düşən İsrəfil Hüseynov və Şahid1 ilə üzbəüz dayanıb Şahid1 da atəş istiqamətində olmasına məhəl qoymaraq sonuncunun həyat və sağlamlığı üçün təhlükə yarandığını şüurlu surətdə dərk edərək İsrafil Hüseynova doğru təxminən 5 metr məsafədən ardıcıl olaraq 4 dəfə atəş açaraq İsrafil Hüseynova sağ 8-9-10-11-ci qabırğaların və 8-9-10-cu fəqərələrin sınıqları,qara ciyərin, sağ böyrəyin yaralanması ilə qarın boşluğuna keçən, döş qəfəsinin daxilə keçməyən, sol sağrı nahiyəsinin kor odlu silah yaralanması nəticəsində dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsi nahiyəsinin odlu silah yaralanmaları ilə əlaqədar daxili üzvlərin, qaraciyər, böyrəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olan xəsarətlər yetirməklə ümumi təhlükəli üsulla X5 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X8 və X3 ibarət məhkəmə tərkibində) 15 sentyabr 2023-cü il tarixli, 1(100)-63/2023 nömrəli hökmü ilə Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməsi, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X16 və X6 ibarət məhkəmə tərkibində) 30 sentyabr 2024-cü il tarixli, 1(104)62/2024 nömrəli qərarı ilə məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin x x.xx.2023-cü il tarixli, 1(100)-63/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)-62/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti və apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya protestinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, məhkumun ifadələrinə, cinayət işinin bir sıra faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, təqsirləndirirlən şəxsin kimisə öldürmək niyyəti olmamışdır. Belə ki, təqsirləndirilən şəxs atəş açaraq qarşı tərəfin ona yaxın gəlməsini tələb etməsinə baxmayaraq qarşı tərəf təkid edərək onun əlindən silahı almağa çalışmış, bu zaman dartışma zamanı silah açılıb ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə dəymişdir. Bu zaman Şahid1 qanusuz hərkətləri nəticəsində baş vermişdir. Hesab edirik ki, onun da məsuliyətə cəlb edilməsi zəruri idi. O, silahdan tutan zaman güllənin açılıb kiməsə dəyməsini görməli olduğu halda bunları görməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin həmin vaxt silahı buraxmamasını onun məsuliyyəti kimi qəbul etmək olmaz. Belə ki, silah onun əlindən alındıqdan sonra qarşı tərfin onunula necə davranacağı məlum deyildir. Bundan başqa qarşı tərəfin təqsirləndirilən şəxsin arxasınca onu dəfələrlə təqib etməsi əvəllər onu öldürmək istəmələri təqasirləndirilən şəxsə qarşı tər əfin təhlükəli hərəkətlər edəcəyi ehtimallarını daha da dərinləşdirdi. Bu səbəbdən təqsirləndirilən şəxsin silahı buraxmaması özlüyündə onun məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa cinayət sayılmır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

8. Məhkum müdafiəçisi qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası Cina yətProsessual Məcəlləsinin (bundan sonra mətndə “Azərbaycan Respublikası CPM-in”) 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.4-cü maddələrinə uyğun olaraq apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. Həmçinin, apellyasiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, müraciətinin dəlilləri qismində apelyasiya müraciətinin dəlillərini təkrarlamaqla, cinayət işi materiallarında olan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət q ədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən redd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə əməlin tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşarkən işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə Məhkum məhkəmədə tüfəngdən bir dəfə havaya atəş açması, həmin vaxt Elvinin onun əlindən tutaraq silahı əlindən almaq istəməsi zamanı dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açılması və nəticədə İsrəfilə dəyməsi ilə bağlı ifadəsini inandırıcı hesab edilməməsi ilə bağlı qənaətə düzgün gəlsə də, digər tərəfdən hadisə baş vermə mexanzimi ilə bağlı təqsirləndirlən şəxsin verdiyi fərqli və zid diyyətli ifadələrinə əsaslanmışdır.

10. Həmçinin dövlət ittihamçısı qeyd edir ki, məhkəmə ümumiyyətlə hadisənin baş vermə səbəbi ilə bağlı istintaqın gəldiyi nəticəni bir tərəfdən qəbul etsə də, digər tərəfdən bunun ziddinə olaraq hadisənin zərərçəkmişin hüquqa zidd hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlmiş və məhz hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsi ilə bağlı düzgün təhlillər aparılmamışdır.

11. Bununla da, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin töv sifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)62/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir

12. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamış, qərardan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən mü dafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X13 müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin ittiham tərəfindən verilmiş kassasiya protestinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində cinayət tərkibi olmadığı halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikas ı CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Həmçinin, dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsində yanlışlığa yol verildiyini, onun əməlinin AR CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməli olmasını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya məhkumun müdafiəçisinin k assasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)-62/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən ş əxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkre t cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

25. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş məhkumun təqsirli bilindiyi maddə üzrə əməlində cinayət tərkibinin olmamasına dair tələbinə münasibətdə, məhkəmə kollegiyası razılaşmaq üçün əsas görmür.

26. Belə ki, Məhkum apellyasiya instansiya məhkəməsinin qərarı ilə istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq onun əməllərində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin mad də ilə təqsirliliyi apellyasiya instansiyası məhkəməsində qismən məhkəmə istintaqı keşirilməklə Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlamaq məqsədi ilə qismən məhkəmə istintaqı keçirməklə müvafiq araşdırmalar aparmış, bununla da, Məhkum Azərbayca n Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

28. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

29. Kollegiya həmçinin, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə qeyd edir ki, verilmiş kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilməli olduğu iddia edilir.

30. Kollegiya qeyd edir ki, təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə yəni, ümumi təhlükəli üsulla adam öldürmə nəticəsinə gəlmək üçün hər iki məhkəmə istintaqı zamanı hər hansı bir sübut aşkar edilməmişdir.

31. Apellyasiya instansiya məhkəməsi ittiham tərəfinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə qismən məhkəmə istintaqı keçirməklə əldə etdiyi sübutları cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd etmişdir ki, əvvəla həm mərhum İsrəfil Hüseynov, həm də Şahid1 hadisə yerinə bir avtomobildə gəlmiş, onlar avtomobilin əks tərəflərində, yəni biri qabaq sol, biri qabaq sağ tərəfində əyləşmişdir. Aydındır və işin mübahisəsiz halıdır ki, hər iki şəxs fərqli tərəflərdən avtomobildən düşmüş və onların arasında bir avtomobilin eni qədər məsafə olmuşdur. Belə vəziyyətdə onların aralarına güllə atılmış olsaydı belə bu zaman güllə mütləq avtomobilə dəyməli idi. Lakin avtomobilə güllənin dəyməsi müəyyən edilməmişdir. İkinci və üçüncü güllənin tor şəkildə zərərçəkmiş şəxsə dəyməsi təsdiq olunduğundan, həmin güllələrin Şahid1 dəyməsi mümkünsüz olmuşdur. Belə vəziyyətdə onların arasında avtomobilin olması və güllənin yaxın məsafədən açılması təhlükənin ümumiliyini istisna edir. Bundan başqa dördüncü güllənin harada olması, ümumiyyətlə istintaq tərfindən müəyyən olunmamışdır. Belə ki, hər üç patron sağ istiqamətə düşmüş və onlar arasında olan məsafə çox yaxın olmuş, digər patron isə sol tərəfə düşmüş və digər patronlardan daha uzaqda yerləşmişdir. Qeyd edilənlərlə yanaşı güllənin 2.5 metr məsafədən atılması (bu fakt ekspertiza rəyində isə güllənin 20 sm məsafədən 2.5 metr məsafəyə qədər olan məsafədən atılması qeyd edilib) ümumi təhlükəli üsulu tamamilə təkzib edir. Hansı ki, bu halı təqsirləndirilən Məhkum də öz ifadəsində göstərmiş və mərhumla aralarında 1-2 metr məsafə qaldıqda atəş açdığını bildirmişdir. Məhz işin bu halı atəş açılan anda Şahid1 həyat və sağlamlığı üçün heç bir təhlükə olmadığını göstərir.

32. Həmçinin, qeyd edir ki, Şahid1 paltarları üzərinə zəif formada barıt hissəciklərinin olması ilə bağlı apellyasiya protestində dəlillər əks olunmuşdu r. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin məsələyə də hökmdə hüquqi qiymət verilmiş və həmin hissəciklərin olmasının digər yollarla yaranmasının mümkünlüyü əsaslandırılmışdır. Dövlət ittihamçısı protestdə həmin hissəciklərin yaranmasının atəş nəticəsində olmasının istisna olunmadığını göstərmişdir. Lakin qeyd olunmalıdır ki, ekspert Şahid14 ifadəsində göstərmişdir ki, 05 mart 2022-ci il tarixli, 3/166, 3/171 saylı ekspertiza rəyinin İV hissəsinin 5-ci abzasında tədqiqata təqdim edilmiş “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçənin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin zəif halda aşkar edildiyini, geyim əşyalarının səthində barıt hissəciklərinin qalmasının təsadüfü hal olduğunu və həmin geyim əşyasının üzərində daşıyan şə xsin hadisə zamanı yaxından iştirak edib-etməməsindən asılı olmayan digər səbəblərdən də həmin hissəciklərin geyim əşyalarının səthinə düşə bilər. Belə ki, bu hissəciklərin şəxsin üzərində olan geyim əşyalarının səthində qalmasına səbəb həmin şəxsin digər şəxslərlə təmasda olması, şəxsin geyim əşyasına silahın sürtünməsi, silahdan atəş açılan zaman həmin şəxsin (Şahid1) dayandığı yer, atəş açılan zaman hava şəraiti (havanın küləkli olması) və s. hallarda ola bilər. Lakin bunlar ehtimal xarakterlidir və konkret fikir söyləməyə imkan vermir.

33. Qeyd olunanlara əsasən, dövlət ittihamçısının kasasiya protestinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş X5 ümumi təhlükəli üsulla qəsdən öldürməsi apellyasiya məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan kifayət qədər sübutların məcmusu ilə təsdiq olunmamışdır.

34. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

35. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən məhkumun əməlinin tövsifi zamanı nəzərə alınan və kassasiya şikayətində, həmçinin kassasiya protestində gətirilən digər halları Məhkum əməlinin hüquqi tövsifini dəyişdirmək üçün mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş məhkumun əməlinin tövsif edilməsi, həmçinin onun əməlində cinayət tərkibinin mövcudluğunu istisna edən məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətində və kassasiya protestində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci mad dəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

37. Qeyd olunanlar Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə baxılması nəticəsində müdafiə tərəfinin şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində, həmçinin ittiham tərəfindən dövlət ittihamçısının protestində ehtiva olunan 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsa slara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)-62/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 1(104)-62/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar