Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1617/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum və müdafiəçi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-n in 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarından Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim: İbrahimli İbrahim Adil oğlu) 20 dekabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə, qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 may 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Qail Fazil oğlu (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və X10 oğlundan ibarət tərkibdə) 30 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarından Azərbaycan Respublikasının Baş Prokuroru Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək kassasiya protesti təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilərək cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilməsi qeyd edilmişdir. Kasassiya protestində göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplanılmalıdır. Qeyd olunanların nəzərə alınaraq kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, protestin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxış ını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestinin dəlilləri cinayət qanunun müddəalarının tətbiqi barədədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci i l tarixli hökmü ilə təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə, qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 ild ən 2 il 6 aya endirilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ay rılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Kollegiya işin faktiki hallarına əsasən hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarına əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə məhkumun üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1617/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1617/2019
29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver