Məhkəmə qərarları › İş №1(102)-1617/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1617/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1617/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Babayev Vüqar İsa oğlunun iştirakları ilə xx xxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsi n qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Babayev Vüqar İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 179.4-cü və 313-cü maddələri ilə nəzərdə t utulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 313-cü maddəsi ilə cinayət təqibinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə ilə barəsində cinayət təqibinə xitam verilmiş, CM-in 179.4-cü maddəsi ilə 3 (üç) il dövlət və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 8 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.A bdulov (sədrlik edən), C.V.Hüseyn və Q.X.Babayev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü Məhkum CM-in 179.4-cü maddəsi ilə təyin edilmiş cəza hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla hökmlə Məhkum CM-in 179.4-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilmişdir. Məhkum məxsus üzərinə həbs qoyulmuş əmlaklar (Məhkum xidməti iş otağında aşkar edilərək götürülmüş 2615 (iki min altı yüz on beş) Azərbaycan manatı, habelə Məhkum ünvan 3 ünvanında yerləşən evində aşkar edilərək götürülmüş 10.000 (on min) Azərbaycan manatı və 180.000 (bir yüz səksən min) ABŞ dolları, 13 may 2020-ci il tarixli əmla k üzərinə həbs qoyulması haqqında protokola əsasən Məhkum adına "xxxx" QSC-də olan depozit qutusunda 600.000 (altı yüz min) ABŞ dolları, üzərində “PAMP” yazılmış 4 (dörd) ədəd hər biri 100 (yüz) qram olan sarı rəngli metal sikkə, üzərində “PAMP” yazılmış 2 (iki) ədəd hər biri 10 (on) qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılmış 1 (bir) ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılmış 1 (bir) ədəd “585” əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 (iki) ədəd sarı rəngli metal yaxa nışanı, 1 (bir) ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılmış sarı metaldan olan 1 (bir) ədəd sarı rəngli metal qol saatı, 1 (bir ədəd) ağ metal və qara rəngli dəridən ibarət olan bilərzik) hesabına cinayət nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi ödənildikdən sonra qalan əmlaklar və ya həmin əmlakların satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsi Məhkum qaytarılmasına qərar verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Masallı rayon Mədəniyyət Evinin təmir-tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2010-cu ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.400.000 manat məblə ğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 300.000 manat hissəsini 2010-cu il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Lənkəran rayonunda Mirəhməd xanın evinin təmirinə dair işlərin həyata keçirilməsinə görə 2011-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 1.400.00 0 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 200.000 manat hissəsini 2011-ci il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan sonra Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Bərdə şəhərində Allah-Allah türbəsinin bərpasına dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış mü qavilə üzrə 3.000.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 450.000 manat hissəsini 2012-ci ildən etibarən 5 il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tik ilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 655.040 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 80.000 manat hissəsini 2012-ci il ərzində MMC-nin direktoru Şahid2 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Fikrət Əmirov adına uşaq incə sənət məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmiri üzrə layihə smeta sənədlərinin, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmiri və yenidən qurulması üzrə layihə smeta sənədlərinin, Bərdə şəhərində Mədəniyyət Sarayının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün əlavə işlərin layihə smeta sənədlərinin, Şuşa Dövlət Musiqili Dram Teatrı binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Tovuz rayonu Nizami adına Mədəniyyət evinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanmasına dair işlərin həyata keçirilməsinə görə 2012ci ilin may ayından 2014-cü ilin avqust ayınadək sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə 1.255.975 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 205.350 manat hissəsini 2012-ci ildə MMC-nin direktoru Şahid7 vasitəsi ilə nağd laşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmirinə dair işlərin həyata keçirilməsinə görə 2014-cü ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 1.952.523 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək Dövlət Xidməti tərəfindən real təhvil alınmadığı hal da, qeyd edilən xidmətlərin adının “AKT Forma 2”yə, yəni rəsmi sənədlərə bilə-bilə məlumatlar olaraq daxil edilməsini təmin edib, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməklə qeyd olunan məbləğin 240.000 manat hissəsini 2014-cü il ərzində MMC-nin direktoru Şahid2 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Azərbaycan Milli İncəsənət Muzeyinin ünvan 4 ünv anında yerləşən binasında təmir-bərpasına dair işlərin həyata keçirilməsinə görə 2014-cü ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə 20.829.438,31 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 2.000.000 manat hissəsini 20142018-ci illər ərzində ASC-nin vitse prezidenti Şahid5 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifa də etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanmasına dair işlərin həyata keçirilməsinə görə 2016-cı ilin iyun ayında sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 477.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 50.600 manat hissəsini 2016-cı ildə MMC-nin direktoru Şahid7 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi ünvan 5 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulmasına dair işlərin həyata keçirilməsinə görə 2016-cı ildə sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.799.752 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək Dövlət Xidməti tərəfindən real təhvil alınmadığı halda, qeyd edilən xidmətlərin adının “AKT Forma 2”yə, yəni rəsmi sənədlərə bilə-bilə məlum atlar olaraq daxil edilməsini təmin edib, tamah niyyəti ilə təkrar vəzifə saxtakarlığı törətməklə qeyd olunan məbləğin 150.000 manat hissəsini 2016-2018-ci illər ərzində MMC-nin direktoru Şahid6 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Aşıq Bozalqanlı adına Sənət Muzeyinin yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti i lə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 3.245.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 533.000 manat hissəsini 2019-cu ilin mart ayından 2019cu ilin noyabr ayınadək MMC-nin direktoru Şahid3 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Xidmətin internet saytının yenidən yığılması və dizayn edilməsi, habelə sosial mediada reklam edilməsinə dair işlə rin həyata keçirilməsinə görə 2020-ci ilin fevral ayında sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 19.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 950 manat hissəsini 14 aprel 2020-ci il tarixdə MMC-nin direktoru Şahid10 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncunun tanışı Xidmətin qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri X4 vasitəsi ilə əldə etməklə etibar edilmiş dövlət vəsaitini mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında İrəvan Dövlət Dram Teatrının yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2018-ci ildə sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 6.000.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 900.000 manat hissəsini 27 aprel 2020-ci il tarixədək MMC-nin direktor müavini Şahid4 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa, Məhkum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsi n qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Tovuz rayon Mədəniyyət Evinin yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2011-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.560.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 218.000 manat hissəsini 2019-cu ilin mart ayından 29 aprel 2020-ci il tarixədək MMC-nin direktoru Şahid3 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini mənimsəyərək təkrar talam ışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum Dursun oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və ya barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyini hissəsində qanunsuz və əsassızdır. Belə ki, ittihama əsasən Məhkum 5.327.900 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamış və vəzifə saxtakarlığı etmişdir. İttihamın vəzifə saxtakarlığına, yəni CM-in 313-cü maddəsi ilə olan hissəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məh kum tərəfindən vurulmuş 5.327.900 manat məbləğində ziyan könüllü olaraq tam şəkildə ödənilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 5.327.900 manat məbləğində mülki iddianın təmin edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli xx.xx.2022-ci il tarixli icra sənədi tam icra edildiyindən həmin icra sənədinə xitam verilmişdir. Bundan başqa, Məhkum ibtidai istintaq və məhkəmə baxışı zamanı törətdiyi əməli səmimi etiraf etmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, himayəsində azyaşlı uşaqları və heç bir yerdə işləməyən həyat yoldaşı vardır. Cəzasını ağırlaşdıran hallar yoxdur. Müdafiəçi hesab edir ki, həmin yüngülləşdirici hallar nəzərə alınmaqla Məhkum təyin olunmuş cəza yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Babayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məh kəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаk irə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən v ə ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərd iləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uy ğun olmaqla ədalətli olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən mad di hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, əməlini etiraf edərək peşman olmasını, himayəsində iki uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 sa ylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respub likası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası A zərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar