Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1617/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil İsmayılov Ülvi Zahid oğlunun iştirakları ilə, X15, X3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(101)-335/2022 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi ilə), Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 31 dekabr 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 ( iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X20 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X12 həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 3 avqust 2021-ci il tarixdən hesablanması, X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X12 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X15 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi; 26 mart 1988-ci il tarixdə Naxçıvan Muxta r Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla yaşamış X8 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X2 həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 2 avqust 2021-ci il tarixdən hesablanması, X2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X3 cəza çəkdiyi müd dətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi; 5 mart 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüq uqundan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaların qismən toplanılmaqla və toplanılmış əsas cəza əlavə cəza ilə tam birləşdirilməklə Məhkum qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 3 avqust 2021-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması m üəyyən edilmişdir. Həmin hökmlə həmçinin maddi sübutların və ekspertiza xərcinin taleyi müəyyən edilmişdir. Hökmdən məhkum X12 müdafiəçisi Salmanov Elnur Nizami oğlu, məhkum X2 müdafiəçisi Səfərov Ramin Behbud oğlu və Məhkum müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli 1(103)-548/2023 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə verilmiş apellyasiya şikayətlərinin təmin olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, X15, X3 və Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 3 avqust 2021-ci il tarixdən hesablanması, hökmün Məhkum münasibətdə icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəhbərliyinə həvalə edilməsi, iş üzrə X12 və X2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onların məhkəmə iclası zalında dərhal həbsdən azad edilmələri, tutulması, təqsirləndirilən şəxs qismində cəlb ed ilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X15 və X3 izah edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktından görünür ki, X20 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamışdır. İttiham aktından, həmçinin görünür ki, X8 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamışdır. Bundan başqa, ittiham aktından görünür ki, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərh ədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamış, bundan başqa, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının X20 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Məhkum və X8, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə X külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik v asitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, X2 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Məhkum külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərlərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyatakeçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində X həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ə dəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00.30-da X2 və Məhkum ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən X2-in əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Məhkum əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə öz araların da, eləcə də X-dən götürülmüş narkotik vasitə heroinlə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının X8 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Məhkum və X20, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə X külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik vasitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, X2 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Məhkum külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərlərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olm uş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyata-keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində X həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00:30-da X2 və Məhkum ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlı qla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən X2-in əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Məhkum əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə öz aralarında, eləcə də X-dən götürülmüş narkotik vasitə heroinlə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Məhkum ilə bağlı gəldiyi nəticəyə görə, o, xx.xx.2021-ci il tarixdə, saat 22.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Forte” ma rkalı, **UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolu ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublkası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda heç bir tədbir görməyərək, həmin küçədə yolun sağ kənarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında sözügedən Qanunun həmin maddəsinin tələblərini pozub, öz hərəkət istiqamətinə görə yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan piy ada Zərərçəkmiş şəxs ehtiyatsızlıqla avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun alın nahiyəsinin, sağ kürək nahiyəsinin əzilmiş yaraları, sağ almacıq nahiyəsinin, sağ çənə cismi proyeksiyasının, burunun, sağ çiyin nahiyəsinin, sol çiyin nahiyəsinin, sağ dirsək nahiyəsinin, sol əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin ön səthinin, qarın ön divarının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları, sağ İV, V, Vİ, Vİİ, Vİİİ və sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpüçük xətti üzrə qapalı, az yerdəyişən sınıqları ilə nəticələnmiş baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar kimi sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bundan başqa, Məhkum tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları X8 və X20, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə X külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik vasitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, X2 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Məhkum külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublika sı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyata-keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində X həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00.30-da X2 və Məhkum ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış ke çirilərkən X2-in əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Məhkum əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə öz aralarında, eləcə də X-dən götürülmüş narkotik vasitə heroiniə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-1 46-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmənin birinci dəlilinə görə, hər üç təqsirləndirilən şəxsdən götürmə istintaq hərəkəti məhkəmə qərarı olmadan aparılmış, həmin götürmənin aparılmasına dair videogörüntüdən təqsirləndirilənlərin əvvəlcədən öyrədilmiş məzmunlu ifadələr verdikləri, aşkar olunan narkotik vasitələrin çəkilmədiyi və miqdarlarının oradaca fiksasiya edilmədən ekspertiza tədqiqatına təqdim edilməsi üçün paketlənməsi görünür. Lakin göründüyü kimi şəxslər barəsində götürmə deyil, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır, hansı ki, həmin vaxt onlar şübhəli şəxs qismində saxlanılaraq müvafiq polis i darəsinə gətirilmişlər. Belə olan halda onların üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş qanunsuz əşyanın götürülməsi üçün məhkəmə qərarı tələb olunmur. Bununla bağlı qeyd etmək lazımdır ki, apellyasiya məhkəmə kollegiyasının təqsirləndirilən şəxslərdən götürmə istintaq hərəkəti məhkəmə qərarı olmadan aparılmasının qanun pozuntusu olaraq göstərilməsi təəssüf doğuran haldır. Məhkəmənin ikinci dəlilinə görə, Məhkum bədəni üzərində sol budunun ön hissəsində, sağ dizinin arxa nahiyəsində qaralmış izlər, sol biləyində qərtməkli yara aşkar olunmuş, sonuncunun həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı göstərilmişdir. Lakin apellyasiya instansiya məhkəmə kollegiyası Məhkum bədəni üzərində müvafiq ixtisaslı həkim tərəfindən deyil, tibbi savadı olmayan polis əmək daşları tərəfindən yazılmış aktda qeyd olunanları əsas götürmüş, həmin xəsarətlərin - sol budunun ön hissəsində, sağ dizinin arxa nahiyyəsində qaralmış izlərin yaranma mexanizmi və şəraiti, özü və ya kənar şəxslər tərəfindən yetirilməsinə xarakterik olması, müddəti və digər hallar üzrə məhkəmə tibbi ekspertizasının rəyi olmadan həmin xəsarətlərin Məhkum tutularkən polis əməkdaşları tərəfindən yetirilməsi qənaətinə gəlmişdir ki, bu da əsaslı şübhə yaradır. Məhkum polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətlərinə məruz qalmaması təkcə həmin rəylə deyil, həmçinin araşdırma və hazırki işin məhkəmə baxışı zamanı dindirilmiş polis əməkdaşlarının (X9, X16, X11 və X14) izahat və ifadələri ilə də təsdiqini tapmışdır. Məhkəmənin üçüncü dəlilinə görə, təqsirləndirilən şəxs X8 1 avqust 2021-ci il tarixdə saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə dindirilməsi üçün aparılır və sonradan Bakı şəhərinə geri qaytarılaraq Məhkum tutulması üçün telefon zəngi vasitəsi ilə əlaqə saxlanılmasında iştirak edir və digər iki təqsirləndirilən şəxslər X20 və Məhkum 2 avqust 2022-ci il tarixdə gecə saatlarında saxlanılaraq birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına aparılırlar, iki gecə sürən işgəncə və təzyiq nəticə vermədiyindən onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Hadisələrin bu axarı zəminində təqsirləndirilən şəxslər X20, X8 və Məhkum üzərində narkotik vasitənin ola biləcəyi, saxlanılması və məhz son məntəqədə aşkarlanması inandırıcı deyildir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə kollegiy ası həmin qənaətini əsaslandırmaq üçün konkret faktlara deyil, təqsirləndirilən şəxslərin törətdikləri ağır cinayətdən boyun qaçırmaq üçün özlərini müdafiə etmək məqsədilə söylədiklərinə istinad etmişdir. Çünki apellyasiya instansiya məhkəməsində xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında hər üç təqsirləndirilən şəxs israrla polis əməkdaşlarının onları 2021ci il iyul ayının 29-da tutub Sumqayıt şəhəri ərazisinə apardıqlarını bildirmiş, bundan başqa xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 hadisədən xeyli müddət keçdiyindən onları nə vaxt tutduqlarını xatırlamadığını bildirdikdə hətta müdafiəçi İsmayılov Ülvi Zahid oğlu həmin şahidi çaşdırmaq üçün iş materiallarında guya onların iyul ayının 29-da tutulduqlarını bildirmiş, etirazımdan son ra məhkəmə kollegiyası həmin sualı protokoldan çıxartmışdır. Aydın məsələdir ki, təqdirləndirilən şəxslər tutulmazdan bir neçə gün əvvəl öz arzusu və azad iradəsi ilə Sumqayıt şəhərinə getmiş, anten məlumatlarının həmin gün orada çıxacağını bildikləri üçün belə bir ssenari yazmışlar. Belə ki, 25 may 2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X2 ******-**-** nömrəsinin ona məxsus olduğunu bildirmiş və müdafiəçinin vəsatəti əsasında həmin nömrənin anten məlumatları əldə olunmuş, lakin müdafiə tərəfinin ssenarisinə uyğun məlumatlar olmadığından növbəti iclaslarda X2 həmin nömrənin ona məxsus olmadığını və nömrəni səhv verdiyini demişdir. Məhkəmə kollegiyası isə təqsirləndirilən şəxslərin yazdıqları ssenarini daha da təkmilləşdirib və anten məlumatlarına uyğunlaşdıraraq guya po lis əməkdaşlarının avqust ayının 1-də X-i tutub Sumqayıt şəhərinə apardıqlarını, səhəri gün Bakı şəhərinə gətirib Məhkum və X2-i avqust ayının 1də tutduqlarını qeyd etmişdir. Məhkəmənin digər bir dəlilinə görə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində dindirilərkən təqsirləndirilən şəxslərin saxlanılmaları ilə bağlı ziddiyyətli ifadələr vermiş, lakin təqsirləndirilən şəxslər və şahidlərin telefon mobil operatorlarının anten dairəsi qeyd olunan müddətlərdə eyni vaxtlarda və eyni məkanlarda, yəni əvvəlcə Sumqayıt şəhərində, sonradan Bakı şəhərində olmaqla üst-üstə düşür. Məhkəmənin növbəti dəlilinə görə, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları səmərə li və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmiş, sanki dövlət hesabına təyin edilmiş müdafiəçi prosessual sənədləri imzalamaq üçün gəlmiş, təqsirləndirilən şəxslərin xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış, onların fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Lakin iş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində hər üç təqsirləndirilən şəxs barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, onlar şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Məhkəmənin digər bir dəlilinə görə, ittiham a ktında və cinayət işinin başlanılması haqqında qərarda əks olunmuş X12, X2 və Məhkum 2-3 avqust 2021-ci il tarixlərdə saxlanıldığı qeyd edilsə də, onların saxlanılması vaxtında sənədləşdirilməmiş, şübhəli şəxsin tutulması haqqında protokollar həmin günlərdə müxtəlif vaxtlarda tərtib edilmişdir. Məhkəmə kollegiyanın bununla bağlı mövqeyi aydın deyil ki, təqsirləndirilən şəxslərin saxlanılmalarının vaxtında sənədləşdirilməməsi, şübhəli şəxsin tutulması haqqında protokolların həmin günlərdə müxtəlif vaxtlarda tərtib edilməsi dedikdə nəyi nəzərdə tutur. Belə ki, şəxslər 2021-ci il avqust ayının müvafiq olaraq 2-si və 3-ü tarixlərində müxtəlif saatlarda saxlanılmış, onlar saxlanıldıqdan sonra müvafiq polis idarəsinə gətirilənədək müəyyən müddət yolda olmuşlar, polis idarəsinə gətirildikdən sonr a müdafiə hüquqlarının təmin olunması üçün müdafiəçinin dəvət olunması və digər istintaq hərəkətlərinin aparılması da müəyyən vaxt alır ki, bundan sonra şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunur, həmin protokollarda isə onların hüquqlarının məhdudlaşdırıldığı andan tutulmuş hesab edilmələri yazılır, lakin protokolun tərtib olunma vaxtı qeyd edilən müddətlər nəzərə alınmaqla sonradan tərtib olunur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövl ət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsmayılov Ülvi Zahid oğlu çıxış edərək, kassasiya protestinin əsassız olduğunu bu barədə məhkəmə kollegiyasına yazılı şəkildə geniş etiraz təqdim etdiyini bildirib, qeyd edilənləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxla manın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib, onlara bəraət verilməsi barədə hökm çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərin ə nəzər yetirərkən ilk növbədə onu qeyd edir ki, dövlət ittihamçısı tərəfindən Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissə mübahisələndirilmədiyindən həmin hissəyə yenidən qiymət verməyi zəruri hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərin in mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübute tməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X15, X3 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin təl əblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X20, X8 və Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X12, X2 və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4. 3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, X12, X2 və Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldıqlarını etiraf etməmişlər və ümumiyyətlə, ittihamda göstərilən vaxtda və yerdə saxlanmadıqlarını, polis əməkdaşları tərəfindən saxlanılarkən onlarda narkotik vasitənin olmamasını bildirmişlər. Cinayət işinin materiallarında öz əksini tapan sübutların heç birində onların narkotik vasitənin məhz satışı ilə məşğul olmasını təsdiq edən əsas müəyyən olunmamışdır. İttiham aktında və cinayət işinin başlanılması haqqında qərarda əks olunmuş ittihamın təsvirində X12, X2 və Məhkum 2-3 avqust 2021-ci il tarixlərdə saxlanıldığı qeyd edilsə də, onların saxlanılması vaxtında sənədləşdirilməmiş, şübhəli şəxsin tutulması haqqında protokollar həmin günlərdə müxtəlif vaxtlarda tərtib edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellaysiya məhkəmə kollegiyasının qeyd edilən istinadını əsassız və başa düşülən olmadığını, ola bilsin həmin şəxslərin tutulmamışdan əvvəl anten dairələrlə müəyyən olunmuş ərazilərdə olması, bu barədə prosessual hərəkətlərin göstərilən vaxtda və mümkün vaxt çərçivəsində qanuni aparıldığını qeyd etsə də, aşağıda göstərilənlər həmin dəlillərin əsassız olduğunu və tamamilə təkzib olunduğunu təsdiq edir. İş materiallarına əsasən cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Məhk um, X8 və X12 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X2 şübhəli şəxs qismində tutulması qərara alınmış, həmin tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan isə görünür ki, həmin gün saat 18:25-dən X8 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Məhkum şübhəli şəxs qismində tutulması qərara alınmış, həmin tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan isə görünür ki, həmin gün saat 00:30-dan Məhkum şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X12 şübhəli şəxs qismində tutulması qərara alınmış, həmin tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan isə görünür ki, həmin gün saat 00:30-dan X20 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 20:46-dan 21:10-a qədər X2 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə, külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 04:07-dən 04:45-ə qədər Məhkum və X12 üzərinə şəxsi axtarış keç irilmiş və şəxsi axtarış keçirilən zaman X2-in əynindəki şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olan, ümumi təmiz çəkisi külli miqdar, yəni 5,554 qram təşkil edən narkotik vasitə heroinə oxşar kütlə, Məhkum əynindəki şalvarın sağ yan cibindən isə 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olan, ümumi təmiz çəkisi külli miqdar, yəni 8,591 qram təşkil edən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Halbuki, X-in üzərində olan telefon operatorunun stansiya anten dairə göstəricilərinə əsasən xx.xx.2021-ci il tarixdə saat 19:14 radələrində onun Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küç. ərazisində olması göstərmişdir. X12 istifadəsində olan ***-***-**-** telefo n nömrəsi üzrə anten dairəsinin göstəriciləri xx.xx.2021-ci il tarixə saat 17:02 radələrinə qədər Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küç. ərazisini göstərmişdir. Təqsirləndirilən şəxs Məhkum istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə anten daisəinin göstəriciləri xx.xx.2021-ci il tarixə saat 17:21 radələrinədək Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küç. ərazini göstərmişdir. Təqsirləndirilən şəxslər X20, X8 və Məhkum bildirmişlər ki, üzərilərində, evdə polislər tərəfindən axtarış keçirilmiş və heç bir narkotik vasitə aşkar edilməmiş və bu hal rəsmiləşdirilməmiş, hadisələrin gedişi dövründə ümumiyyətlə onların üzərində narkotik vasitə olmamışdır, necə olur ki, onlar ilk aparıldığı Sumqayıt şəhər Polis İdarəsində üzərində heç bir narkotik vasitə aşkar edilmədiyi halda polis nəfərlərinin müşayiəti ilə, onların nəqliyyat vasitəsində Sumqayıt şəhərindən ünvan 6 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilirlər və artıq orada keçirilən baxış proseduru nəticəsində üzərilərindən narkotik vasitə aşkar edilir. Məhkum istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə 31 iyul 2021-ci il tarixdən 3 avqust 2021-ci il tarixə saat 23:00-dək olan müddət ərzində və "xxxx" MMC-dən anten dairəsinin əhatəsinin müəyyən olunması, X2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 31 iyul 2023-cü il saat 00:00-dan sutkalıq tarixdən 3 avqust 2021-ci il tarixə saat 23:00-dək bütün sutkalıq müddət ərzində telefon nömrələri üzrə anten dairəsinin əhatəsinin müəyyən olunması, X12 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 31 iyul 202 1-ci il gecə saat 00:00-dan etibarən sutkalıq tarixdən 3 avqust 2021-ci il tarixə saat 23:00-dək bütün sutkalıq müddət ərzində telefon nömrələri üzrə anten dairəsinin əhatəsinin müəyyən olunması və Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 31 iyul 2021-ci il 00:00-dan sutkalıq tarixdən 3 avqust 2021-ci il tarixə saat 23:00-dək bütün sutkalıq müddət ərzində telefon nömrələri üzrə anten dairəsinin əhatəsinin müəyyən olunması müvafiq telefon operatorlarından istənilmiş və icra olunaraq təqdim edilən məlumatlardan müəyyən olunmuşdur ki, qeyd olunan şəxslər həqiqətən də ittihamda göstərilən Bakı şəhərində olmalı vaxtlarda və müəyyən müddətdə verilən ifadələrə uyğun Sumqayıt şəhəri ərazisində olmuşlar. Həmin məlumatlara əsasən, təqsirləndirilən şəxs Məhkum istifadəsində olan *** ***-**-** telefon nömrəsi üzrə anten dairəsinin göstəriciləri 2 avqust 2021-ci il tarixdə saat 04:14 radələrindən etibarən Novxanı yolu Sumqayıt şəhəri ərazisi göstərilmiş, bu müddət davam edərək 2 avqust 2021-ci il tarixdə saat 04:41 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisini göstərmişdir, həmin göstərici 2 avqust 2021-ci il tarixə saat 17:21 radələrinədək Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisini göstərmişdir. İş üzrə təqsirləndirilən şəxs X2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə anten dairəsinin göstəriciləri ilk əvvəl 1 avqust 2021-ci il tarixdə, saat 19:54 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisini göstərmiş, 1 avqust 2021-ci il tarixdə saat 20:49 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçə si ərazisini göstərmiş, sonradan 1 avqust 2021-ci il tarixdə saat 23:27 radələrində ünvan 7 ünvanını göstərmişdir, sonradan isə yenə də 2 avqust 2021-ci il tarixdən saat 15:19 radələrindən etibarən Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmiş, bu müddət davam edərək 2 avqust 2021-ci il tarixdə saat 19:14 radələrində ünvan 10 göstərmişdir, həmin göstərici 2 avqust 2021-ci il tarixə saat 22:21 radələrindən etibarən ünvan ərazisini göstərmişdir, həmin göstərici 3 avqust 2021-ci il tarixdə saat 15:45 radələrində yenə də ünvan ərazisini göstərmişdir. İş üzrə təqsirləndirilən şəxs X12 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə anten dairəsinin göstəriciləri 2 avqust 2021-ci il tarixdə saat 02:04 radələrindən etibarən Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmiş, bu müddət davam edərək 2 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisini göstərmişdir, həmin göstərici 3 avqust 2021ci il tarixdə saat 17:02 radələrindən etibarən ünvan ərazisini göstərmişdir. İş üzrə şahid qismində keçən, Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat müvəkkili Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə anten dairəsinin göstəriciləri 1 avqust 2021-ci il tarixdən saat 23:40 radələrindən etibarən ünvan 8 ünvanını göstərmiş, 2 avqust 2021-ci il tarixdə saat 01:21 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmiş, sonradan 2 avqust 2021-ci il tarixdə saat 02:14 radələrində yenə də ünvan 8 ünvanını göstərmişdir və sonradan ünvan 10 gö stərmişdir, həmin göstərici 3 avqust 2021-ci il tarixdə saat 03:54 radələrindən etibarən ünvan ərazisini göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, ilk olaraq təqsirləndirilən şəxs X8 1 avqust 2021-ci il tarixdə saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə dindirilməsi üçün aparılır və sonradan Bakı şəhərinə geri qaytarılaraq Məhkum tutulması üçün telefon zəngi vasitəsi ilə əlaqə saxlanılmasında iştirak edir və digər iki təqsirləndirilən şəxslər X20 və Məhkum 2 avqust 2022-ci il tarixdə gecə saatlarında saxlanılaraq birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına aparılırlar, iki gecə sürən işgəncə və təzyiq nəticə vermədiyindən onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Müb arizə İdarəsinə gətirilmişlər və əvvəlcə sənədləşməyə başlayan İdarənin təhqiqatçısı x-in, sonradan İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Məhkum oğlunun ixtiyarına verilmişlər, müstəntiq və təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən aparılmış sənədləşməyə əsasən, hansısa əməliyyat məlumatı əsasında tədbir 2 avqust 2022-ci il tarixdə keçirilmiş və ilk olaraq X8, sonradan isə (8 saat fərq ilə) X20 və Məhkum oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin əməliyyatçıları tərəfindən birgə keçirilmiş əməliyyat nəticəsində Bakı şəhərində saxlanılmışlar və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Həmçinin, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxslər X12, X2 və Məhkum Sumqayıt şəhər Polis İdarəsinə aparılma faktını ciddi israrla danmağa və həqiqəti təhrif etməyə çalışmışlar, xüsusilə də, Şahid4 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsinin iclasında verdiyi ifadələrində qeyri-səmimi davranaraq “saxlanılmış şəxslər barəsində əməliyyat məlumatının kimlərə daxil olmasından xəbərdar olmadığını”, “əməliyyatın kimin tərəfindən qurulduğunu bilmədiyini”, “ona kimin başçılıq etdiyin xatırlamadığını” və “təqsirləndirilən şəxslərin Sumqayıta aparılmadığını” göstərmişdir lakin, məhkəmənin qərarı ilə əldə olunmuş telefon mobil operatorlarının anten dairəsinin təhlilindən aşkar görünür ki, hər üç təqsirləndirilən şəxsin qeyd olun a müddətlərdə olduğu məkanlarda və yerlərdə əvvəlcə Sumqayıt şəhərində, sonradan Bakı şəhərində eyni vaxtda onun da telefon anten məlumatları üst üstə düşür, hətta Şahid4 istifadəsində olan nömrə üzrə mobil operatorun anten dairəsinin təqsirləndirilən şəxslərlə eyni zamanlarda eyni əraziləri əhatə etməsi təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin polis əməkdaşı Şahid6 isə ifadəsində “təqsirləndirilən şəxslər barəsində əməliyyat məlumatının Şahid4 daxil olduğunu və onun rəhbərliyi ilə keçirildiyini” göstərmişdir. İş üzrə şahid qismində dindirilən digər şəxs Şahid7 ardıcıllıqla hadisəni danışaraq təqsirləndirilən şəxs Xlə birlikdə 1 avqust 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə aparıldığını və iki gündən sonra, yəni 3 avqust 2021-ci il tarixdə Bakı şəhərinə gətirilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq İdarəsində üzərilərində şəxsi axtarış aparıldığını və dindirildiklərini göstərmişdir. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2021-ci il tarixli 007-10106-1221 saylı qeydiyyatla və xx.xx.20212-ci il tarixli, 007-10112-1221 saylı qeydiyyatla kitaba salınmış raportlar mövcuddur ki, bunlarla da artıq X2 xx.xx.2021-ci il tarixdə saat 18:25 radələrində, sonradan isə xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində X20 ilə Məhkum saxlanılmaları və Baş idarəyə gətirilməklə onların paltarlarında əşyalarında, bədənlərində olması ehtimal olunan narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Bu əsasda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Yuxarıda göstərilənlərə və apellyasiya məhkəmə kollegiyasının bu qeyd edilənlərdən çıxış edərək gəldiyi nəticəyə əsasən müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya protestində bu sübutların tədqiqindən gəlinən nəticəni təhrif etmiş, öz formal mülahizələrini qanuni və ə saslı nəticə kimi təsvir etməyə çalışmışdır. Dövlət ittihamçısı kassasiya protestində yuxarıda qeyd edilən dəlilərinə (protestin dəlilləri bölməsində) istinad edərkən nəzərdən qaçırmışdır ki, verilmiş ittihama uyğun tarixdə və saatda X-in ünvan 3 ünvanının qarşısında, X X2n 4 ünvanının yaxınlığındakı ərazidə olması faktı tamamilə təkzib olunmuş fakt kimi müəyyən olunub. Bunun əksinə olaraq verilmiş ittiham üzrə işin faktiki hallarından, hadislərinin gedişindən, günündən, vaxtından, yerindən və s. hallardan fərqli zaman və məkanda faktiki halların mövcudluğu müəyyən olunmuşdur. Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən hadisələrin baş vermə vaxtı (daha doğrusu günü), yeri, mexanizmi və s. işin digər halları tamamilə saxtalaşdırıldığı təqdirdə hansısa prosessual hərəkətləri özündə əks etdirən qərarların həqiqi və saxta olması ümumiyyətlə müzakirə obyekti ola bilməz. Belə ki, təsdiqini tapmış işin faktiki hallarına həmin qərarların ümumiyyətlə heç bir aidiyyəti olmadığı müəyyən olunmuşdur. Odur ki, kassasiya məhkəmə kollegiyası da bütün bu rəsmiləşdirilmələrin formal xarakterli olması, bu yolla əldə edilmiş “sübutların” istinadın yol verilməz olması barədə apellyasiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühak imə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində t əsbit olunmuşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş özləri-özlüyündə ziddiyyət təşkil edən (hadisələrin real ardıcıllığını özündə əks etdirməyən) ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X12, X2 və Məhkum məhkəmədə verdikləri ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Eyni zamanda təqsirləndirilən şəxs X12, X2 və Məhkum məhkəmə istintaqında verdikləri ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Azərbaycan Respublika sı CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Kassasiya məhkəmə kollegiyası he sab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şəkildə sadalananlara əsasən, X12, X2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirlilikləri olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsa slandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X15, X3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxs X15, X3 və Məhkum tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsi nin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Odur ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iş materiallarında olan sübutların müqayisəli təhlilinə əsasən X12, X2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmədiyindən təqsirin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən ve rilmiş kassasiya protesti təmin edilməsin. X15, X3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1617/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1617/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver