Məhkəmə qərarları › İş №1(102)-1617/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1617/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1617/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2024-c ü il tarixli 1(104)-354/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin (hakim Taleh Mustafayev) 16 may 2024-cü il tarixli 1(045)-2/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə 4 (dörd) il müddətinə aza dlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Goranboy Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(045)-101/2022 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5 və 68.1.11-ci maddələrinə əsasən 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması 1 (bir) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum qarşı mülki iddiasının qismən təmin olunması, Məhkum 118.235 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan və 413,24 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 123648,24 (yüz iyirmi üç min altı yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmiş və özgənin külli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Belə ki, Məhkum 2022-ci ilin may ayının 26-da istintaqa məlum olmayan saatda qəsdən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Xanqərvənd kəndində yerləşən evinin həyətinə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən yaşayış sahəsi hesab edilən evin zala açılan pəncərəsini zor tətbiq etməklə açaraq evin otağına daxil olmuş və evin yataq otağında yerləşən dəmir seyfin əvvəlcə qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə zor tətbiq etməklə sındırıb seyfi açdıqdan sonra seyfin içəri hissəsində yerləşən kiçik ölçülü saxlanc yeri olan seyfin bağlı halda olan kilidini də sındırmaq yolu ilə açdıqdan sonra həmin saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus olan bir ədəd sellofan torbada qızıl qutularının içərisində olan Rusiya istehsalı, 583 əyarlı, 12 qram çəkidə, üzəri brilyant qaşlarla bəzədilmiş, dəyəri 970 manat olan 1 ədəd qızıl nişan üzüyünü, dəyəri 2000 manat olan, 583 əyarlı, 21,9 qram çəkidə 1 ədəd Rusiya istehsalı, kənarları çıxıntılı, şam ağacı formasında olan bilərziyi, dəyəri 1600 manat olan, 583 əyarlı, 9,4 qram çəkidə, Rusiya istehsalı 1 ədəd qızıl sırğa-üzük dəstinin üzüyünü, dəyəri 3500 manat olan, 750 əyarlı, 12,5 qram çəkidə 1 cüt, İtaliya istehsalı, brilyant qaşlarla bəzədilmiş üzük-sırğa dəstinin sırğalarını, bir ədədinin dəyəri 1200 manat olan, Rusiya istehsalı, 950 əyarlı, 10 qramlıq 3 ədəd onluq qızılı, dəyəri 600 manat olan, 950 əyarlı, Rusiya istehsalı, 5 qramlıq 1 ədəd beşlik qızılı, dəyəri 200 manat olan, 583 əyarlı, 3,1 qram çəkidə üzərində “Gülüzar” sözü yazılmış, 1 ədəd Rusiya istehsalı qızıl qolbağı, dəyəri 250 manat olan, 583 əyarlı, 2 qram çəkidə, Rus iya istehsalı, ortasında “Sapfir”(göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çoxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan, 750 əyarlı, 5,3 qram çəkidə 1 ədəd İtaliya istehsallı qızıl sep klonu ilə birlikdə, dəyəri 500 manat olan, 583 əyarlı, 5,5 qram çəkidə 1 ədəd üzəri brilyant qaşlarla bəzədilmiş qızıl kişi, nişan üzüyünü, dəyəri 800 manat olan, 583 əyarlı, 10 qram çəkidə içərisində “İlqar+Gülüzar” sözləri yazılmış, Rusiya istehsallı, 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan, 750 əyarlı, 4,2 qram çəkidə İtaliya istehsalı, 1 ədəd qızıl üzüyü, həmin seyfin saxlanc yerində tünd yaşıl rəngli sellofanın içərisində saxlanılan Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatının ekvivalenti ilə 29274 manat dəyərində olan 17220 ABŞ dollarını və Azərbay can manatının ekvivalenti ilə 1005,51 manat dəyərində olan 550 avronu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 45499,51 (qırx beş min dörd yüz doxsan doqquz manat əlli bir qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmiş və törətdiyi cinayətin izlərini itirmək üçün Zərərçəkmiş şəxs məxsus olan Goranboy rayonu Xanqərvənd kəndində yerləşən ümumi sahəsi 196 kmv.m olan, bir mərtəbəli, kürsülü, 5 otaqdan ibarət fərdi yaşayış evini içərisindəki əşyalarla birlikdə alov vurub qəsdən yandırmaqla evin içərisində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 2800 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 ədəd 3600 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 əd əd 3300 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 ədəd təxminən 7800 manat dəyərində qonaq otağı üçün mebel dəstini (divan kreslo ilə birlikdə), 1 ədəd 1000 manat dəyərində stolu və 8 ədəd stulları, 1 ədəd 700 manat dəyərində “Regulyar” markalı 107 diaqonallı LCD televizoru, 1 ədəd 1500 manat dəyərində mətbəx üçün mebel dəstini, 1 ədəd dəyəri 400 manat dəyərində olan “Orsk” markalı soyuducunu, 1 ədəd 700 manat dəyərində “Samsung” markalı paltaryuyan maşını, 1 ədəd 90 manat dəyərində 20 litr tutumlu “Ariston” markalı elektrikli su qızdırıcısını, 690 manat dəyərində stolu və 6 ədəd stulları, ümumi dəyəri 1380 manat olan 6 ədəd qazan dəstini 1 ədəd 980 manat dəyərində 3x6 ölçüdə İran gəbəsini, 3 ədəd ümumi dəyəri 840 manat olan 2x3 ölçüdə İran gəbəsini, 3 ədəd ümumi dəyəri 1050 mana t olan 3x3 ölçüdə İran gəbəsini, 4 ədəd ümumi dəyəri 720 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş Türkiyə istehsallı pastel dəstini, 3 ədəd ümumi dəyəri 720 manat olan tək çarpayı üçün nəzərdə tutulmuş pastel dəstini, 6 ədəd ümumi dəyəri 900 manat olan Azərbaycan istehsalı yun materialdan hazırlanmış yorğanı, 8 ədəd ümumi dəyəri 480 manat olan qaz tükündən hazırlanmış yastığı, 2 ədəd Türkiyə istehsallı ümumi dəyəri 700 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtüyü, 3 ədəd Türkiyə istehsalı ümumi dəyəri 1200 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtüyü, 1 çamadan Türkiyə istehsalı dəyəri 360 manat olan qaşıq-çəngəl dəstini, 1 ədəd Çexiya istehsalı 700 manat dəyərində güldanı, 2 ədəd ümumi dəyəri 800 manat olan Çexiya istehsalı vazanı, 2 ədəd ümumi dəyəri 1600 manat olan Yuqoslaviya istehsalı nahar servis dəstini, 2 ədəd ümumi dəyəri 600 manat olan Çexiya istehsalı çaynı servis dəstini, 1 ədəd dəyəri 150 manat olan Çexiya istehsalı çaynı servis dəstini, 1 ədəd Koreya istehsalı 330 manat dəyərində “Samsung” markalı su ilə işləyən tozsoranı, 1 ədəd 280 manat dəyərində Türkiyə istehsalı “Beko” markalı tozsoranı, 20 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 200 manat olan parçanı, 30 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 300 manat olan parçanı, 1 ədəd Türkiyə istehsalı 350kv.m-lik 3300 manat dəyərində kombini, 10 ədəd alüminium materialından olan İtaliya istehsalı ümumi dəyəri 3200 manat olan radiatoru, 1 ədəd Türkiyə istehsalı “Galaxy” markalı 100 kv.m-lik 1200 manat dəyərində kondisioneri, 1 ədəd 400 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 30 0 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 250 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 1500 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 70 manat dəyərində Türkiyə istehsalı çilçırağı, evin 9x18 metr ölçüdə 4300 manat dəyərindəki dəmir konstruksiyadan çardağı və 196 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, beş otaqlı 68 645 manat dəyərində olan yaşayış evini yandırmaqla məhv edərək Zərərçəkmiş şəxs ümumilikdə 118 235 (yüz on səkkiz min iki yüz otuz beş) manat miqdarında ziyan vurmaqla Zərərçəkmiş şəxs külli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Faiq Mahmudov) 26 noyabr 2024-cü il tarixli 1(104)-354/2024 nömrəli qərarı i lə Goranboy Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(045)-2/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2024-cü il tarixli 1(104)-354/2024 nömrəli qərarının tam olaraq ləğv edilməsini, Məhkum təqsirli bilindiyi CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmi yyət kəsb edən bütün faktiki halların araşdırılmaması, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, qanunsuz, əsassız və qeyri humanistdir. Müdafiə tərəfi hesab edir ki, məhkum edilmiş şəxsin ibtidai istintaq və məhkəmələrdə olan araşdırmalar zamanı təqsiri sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs guya evdə olan qızıl zinət əşyalarını otaqda olan dəmir seyfi sındıraraq ələ keçirdiyi qeyd edilmişdir. Lakin işdə olan ekspertiza rəyində qeyd edilən seyfin üzərində alətlə edilməyə xarakterik zorakılıq hərəkətlərinin olması öz əksini tapmamışdır. Bundan başqa verilmiş ittihamda evə və onun əşyalarına alov vurub yandırılması göstərilmişdir. Lakin alov nə ilə vurulmuşdur aydın deyildir. Bununla bağlı da qeyd edirik ki, işdə olan ekspertiza rəyində eyni zamanda FHN-in mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən yanğın evin sanitar qovşağından başlanmışdır. Yanğının hər hansı bir alışdırcı maddə ilə törədilməsini təsdiq edən hər hansı bir fakt iş materialarında yoxdur. Yanğının sanitar qovşaqdan başlaması versiyası təqsirləndirilən şəxs evə və evin əşyalarına alov vurması ehtimalını tamamilə təkzib edir. Məhkəmə şəxsi təqsiri bilərkən heç bir mötəbər sübuta deyil, əksinə, biri digərini təkzib edən sübutlara istinad etmişdir. Məhkəmə hökmündə məhkum edilmiş şəxsin xeyrinə olan sübutları nəzərə almamasını və müdafiə tərəfinin əsaslı arqumentlərini hansı səbəbdən nəzərə almaması na dair heç bir cavab məhkəmə hökmündə öz əksini tapmamışdır. Beləliklə, müdafiə tərəfi birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmü əsaslı hesab etmir. Həmin hökmün əsasını mötəbər sübutlar təşkil etməmişdir. Müdafiə tərəfinin sübutları və arqumnetləri və eyni zamanda əsaslı vəsatətləri qəbul edilmədən çıxarılmış hökm ədalətli hesab edilə bilməz. Göründüyü kimi, müdafiə tərəfinin qaldırdığı heç bir məsələyə apellyasiya məhkəməsi əsaslı yanaşma etməmişdir. Müdafiə tərəfi yanğının baş verdiyi yeri, hadisə baş verən zaman məhkum edilmiş şəxsin başqa yerdə olmasını və bu halı təsdiq edən kifayət qədər sübutların olmasını məhkəmə nəzərə almamışdır. Bundan başqa məhkəmə tərəfindən qeydiyyatı kitabı ilə bağlı xüsusatın təmin edilməməsi həmin qızıl üzüyün satılmadığını bir daha təsdiq edir. Bu hal lombardda işləyən qadının fərqli ifadə verməsi halı ilə də tam təsdiq edilir. Polis tərəfindən şəxsə narkotik vasitə və spirtli içki verib danışdırılması ilə bağlı məsələ də məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə qərarında tədbirin keçirilməsi ilə bağlı qərarda şəxsə təsiredici maddələrdən istifadə etmək ilə əməliyyat tədbirinin aparılması göstərilməyib, bu isə qanuni hesab edilə bilməzdir. Bundan başqa şəxsin həmin səs yazısında hadisənin mexanizmi düzgün vurğulaya bilmirəm. Həmin səs yazısında görünən odur ki, məhkum edilmiş şəxs sadəcə içkinin təsiri altında özü haqqında yüksək fikirlər səsləndirir. Onun həmin vaxt taksi ilə getməsi və yaxud qızıldan xəbərinin olmaması kimi sözlər özlüyündə işin digər halları ilə tam təkzib edilir. Evdən itən pula bağl ı isə aydın surətdə danışması isə artıq hadisə zamanı onun dindirilməsi və kənd ərazisində həmin hadisə ilə bağlı məlumatların dolaşması həmin halın şəxs tərəfindən deyilməsində qeyri adi hər hansı bir amil yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə ona qarşı sürülmüş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmamış, onun barəsində Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri il ə ittiham hökmü əsassız olaraq çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində onun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı laşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid11, Şahi d12, Şahid13, Şahid4, Şahid14, Şahid15, Şahid19, Şahid16, Şahid17, Şahid18 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyləri və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutl ar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmi şdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət mə suliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, hazırkı cinayət işi üzrə apellyasiya icraatı zamanı apellyasiya şikayətində irəli sürülmüş dəlillər əlavə istintaq aparılmadan, yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında araşdırılmışdır. Kassatorun fikrincə, bu yanaşma ilə apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə onun üzərinə qoyulmuş işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin baxışı zamanı cinayət işi üzrə bütün sübutlar və müdafiə tərəfinin irəli sürdüyü dəlillər tam şəkildə araşdırılmış və qiymətləndirilmişdir. Bu araşdırmanın nəticəsində müəyyən edilmiş hallar və əldə olunmuş məlumatlar apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət vermək üçün kifayət olmuş, əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya müraciətini birinci instansiya məhkəməsinin icraat materialları əsasında həll etməsi qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai i stintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qan uni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edil mədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2024-cü il tarixli 1(104)354/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2024-cü il tarixli 1(104)-354/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar