Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1618/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum, müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim X9) 24 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, Məhkum 24 sentyabr 2020-ci il tarixdən 24 sentyabr 2021- ci il tarixədək olan müddətdə, yəni bir il müddətində həbsdə və ev dustaqlığında saxlandığı nəzərə alınmış və o, təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilmiş, üzərində çəkiləcək cəza müəyyən edilməmiş, barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 05 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-358/2021 saylı 24 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 15 ədəd kibrit qutusunda olmaqla ümumilikdə 57,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olara q Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir" restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2020-ci il tarixdə saat 12:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş idarəyə gətirilmiş və orada həmin gün saat 14:26-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki “Polo” markalı əl çantasından satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 12 ədəd kibrit qutusunda ayrılıqda çəkləri 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3,896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram və 3,753 qram olmaq la ümumilikdə 46,327 qram çəkidə və əynindəki cins şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,636 qram, 3,458 qram və 4,508 qram olmaqla ümumilikdə 11,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Məhkum əməlini düzgün tövsif etməmişlər. Belə ki, məhkəmələrin gəldiyi nəticəyə görə, Məhkum əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə əldə etməsinə dair məhkəməd ə hər hansı bir hal müəyyən edilməmiş, narkotik vasitəni özünün istifadə etməsi məqsədilə qanunsuz olaraq əldə etməsi məhkəmə baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmuş, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satmaq niyyətində olması məhkəmədə öz təsdiqini tapmamışdır. Bu kimi qərar qəbul edərkən məhkəmələr yalnız təqsirləndirilən şəxsin istintaq və məhkəmədə verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə onun ifadələrini təhlil etməmiş, sonda Məhkum narkotik vasitəni satmaq niyyətində olmasına dair ibtidai istintaq ərəfəsində toplanmış kifayət qədər sübutların məcmusuna hüquqi qiymət vermədiyindən yanlış nəticəyə gəlmişlər. Hansı ki, cinayət işinin materiallarında Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ittihama uyğun ifadələri, baxış protokolu, məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri və digər sənədlərlə tam sübuta yetirildiyindən cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Narkotik vasitə və psixotrop maddənin Məhkum tərəfindən satış məqsədilə qanunsuz əldə edilməsinin təsdiq edilməməsi barədə yanlış nəticəyə gəlinməsində məhkəmələrin əsaslandığı dəlillərdən biri Məhkum istintaq və məhkəmədə özünü müdafiə məqsədilə vermiş olduğu təkzib ifadələri və narkotik maddənin istehlakçılarının müəyyən edilməməsi olmuşdur. Lakin məhkəmələr bu nəticəyə gələrkən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin ayrı-ayrılıqda 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3,896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram, 3,753 qram, 3,636 qram, 3,458 qram və 4,508 qram olmaqla ümumilikdə 15 ədəd kibrit qutusunda 57,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı hansı səbəbdən üzərində gəzdirməsini araşdırmamış, bu xüsusata qiymət verməmişlər. Məhkəmələr Məhkum üzərində aşkar edilmiş 15 büküm narkotik maddə olan qurudulmuş marixuananı məhkəmələr əsassız olaraq təqsirləndirilən şəxsin öz istifadəsi üçün üzərində saxlaması fikrinə gəlmişdir. Kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il qərarının ləğv edilərək cinayət işinin yeni apellyasi ya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum və müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayətində qeyd edilir ki, ibtidai istintaq zamanı Şahid2 və təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Məhkum ifadəsində bildirmişdir ki, qarşısında əyləşən şəxsin bildirdikləri yalandır və əsl həqiqət onun danışdığı kimi olmuşdur, o, saxlanılarkən qarşısında əyləşən şəxs orada olmuş, ona birinci qarşısında əyləşən şəxs yaxınlaşmış, qoluna qandal vuraraq maşına oturmağını bildirmişdir. BMCMİ-də döyülərkən qarşısında əyləşən şəxsin orada olduğunu, ona edilən fiziki işgəncələri gördüyünü, lakin həmin şəxsin ona qarşı hər hansı fiziki və ya psixi təsir etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid X5 və təqsirləndiri lən şəxs Məhkum arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Məhkum bildirmişdir ki, qarşısında əyləşən şəxsin bildirdikləri yalandır və əsl həqiqət təqsirləndirilən şəxsin danışdığı kimi olmuşdur. O, saxlanılarkən qarşısında əyləşən şəxs orada olmuşdur. Polis əməkdaşı Şahid3 xx.xx.2020-ci il tarixdə saat 11:00- dan 14:00-dək Sumqayıt şəhəri 10-cu mkr ərazisində yerləşən "Təndir" redstoranında olub-olmamasının müəyyən edilməsi üçün ona məxsus mobil telefondan məlumatların ələ keçirilməsi barədə qərar qəbul edilməsi barədə vəsatətimiz təmin edilməmişdir. Vəsatətimiz əsasında şahid qismində dindirilmiş şahidlərinin antenna məsafələrinin müəyyən edilməsi ilə bağlı məhkəmənin təşəbbüsü ilə qərar qəbul edilmiş həmin məlumatlara baxış keçirilərkən adları qeyd olunmuş şəxslərin həmin vaxtı S umqayıt şəhəri, 10-cu mikrayon ərazisində yerləşən "Təndir" restoranı ərazisində olması təsdiq edilmişdir. Məhkum barəsində 25 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında çıxış edərək irəli sürülmüş ittihamla özünü qismən təqsirli bildiyini, narkotik vasitəni satmaq niyyətinin olmadığını, istintaqdan yayınmaq niyyətinin olmadığını bildirmişdir. Kassasiya şikayətində Məhkum hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən ed ilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin g əldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən əda lətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarix li qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutlar ı hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 7/658 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş 12 ədəd” sözləri yazılmış kağız paketdə 12 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3 896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram, 3,753 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulımuş marixuanadır. Ümumi çəkisi 46,327 qramdır. Tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Məhkum üzərindən aşkar edilmişç 3 kibrit qutusu ” sözləri yazılmış zərfdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,636 qram, 3,458 qram, 4,508 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,602 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə 12 ədəd kibrit qutusunda və zərfdə 03 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər (Marixuananın ümumi çəkisi 57,929 qram, cəmi tədqiqata sərf edildi 0,75 qram, qalıq 57,179 qram). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3542 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə yanaşı alkoqolda n sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum istintaq idarəsində üzərinə şəxsi axtarış aparılarkın şalvarının sol yan cibindən və sağ əlində saxladığı çantadan aşkar olunan 15 kibrit qutusu qurudulmuş marixuananın ona məxsus olmasını etiraf etmişdir. Qeyd edilən hal həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis işçilərinin ifadələri, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 7/658 nömrəli,məhkəmə-narkoloji ekspertizasının xx. xx.2020-ci il tarixli 3542 saylı rəyləri ilə sübuta yetirilir. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirlərin keçirildiyi zaman aparılmış videoçəkilişin əks olunduğu videogörüntülərlə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələr in, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktını n müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər Məhkum “Təndir” küfesində çay içərkən polis əməkdaşları tərəfində n saxlanılması və Azərdə əl çantasının olmaması barədə ifadə versələr də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən ifadələrin obyektivliyi şübhəlidir. İfadələrin məzmunundan şahidlərin Məhkum tanımaları və onunla yaxın münasibətləri olduğu, dostluq münasibətlərində olan şəxslərin təqsirləndirilən şəxsin müdafiəsinə yönələn ifadələr verməsi labüd hal olması müəyyən edilir. Buna görə də təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı törətdiyi əməlini inkar etməsini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirərək göstərilən məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər birinci instansiya məhkəməsində araşdırılan mötəb ər və təkzibedilməz sübutlarla tam inkar olunur. Polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması barədə dəlillərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nın İstuntaq, Təhqiqat Və X1 İcrasına Nəzarət İdarəsinin rəisinin “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunmasına dair göstərdiyi xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan gör ündüyü kimi təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitələrin satışı və ya digər formada yayılması ilə heç bir vaxt məşğul olmadığını, onun narkotik vasitələri sataraq gəlir, qazanc götürmək kim i niyyəti olmamış və ümumiyyətlə bu cinayətin onun tərəfindən törədilmədiyini qeyd etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s.) heç bir sübut növü mövcud deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli tapşırığından görünür ki, Məhkum götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. Həmin tap şırığa cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavininin imzaladığı ***-*******20 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Məhkum götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində ğməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan "Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, "Bakcell” MMC-nin BKC/LGL-22648/20 saylı, xx. xx.2020-ci il tarixli məktubu ilə təqdim edilmiş diskə baxış keçirilmiş, lakin baxış zamanı Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan "Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, "Azerfon” MMC-nin aZf/GL-478/21 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş diskə baxış keçirilmiş, lakin baxış zamanı Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəmə sinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "Bakcell” MMC-yə məxsus (055) 779-09-49; "Azercell” MMC-yə məxsus (051) 545-71-57; (051) *****-** və "Azərfon” MMC-yə məxsus (070)-637-65-45 saylı mobil telefon nömrələri üzrə anten əhatə dairəsi göstərilməklə bu nömrələrə xx.xx.2020-ci il tarixdə saat 02.00- dan 12.30-dək daxil olan və çıxan zənglərə dair məlumatların "Azercell” MMC və”Bakcell LTD” MMC-dən götürülməsi qərara alınmışdır. "Bakcell” MMC-nin BKC/LGL-1494/22 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə (055) ***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. "Azerfon” MMC-nin AZF/GL-5098/22 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə (070)***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. "Azercell” MMC-nin 2597/ 22 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə (051) 545-7157; (051) ***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. "Bakcell” MMC-nin BKC/LGL-1494/22 saylı, xx.xx.2022-ci il tarixli, "Azerfon” MMCnin AZF/GL-5098/22 saylı, xx.xx.2022-ci il tarixli, "Azercell” MMC-nin 2597/22 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə təqdim edilmiş disklərə baxış keçirilmiş, lakin baxış zamanı Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı ş əraitdə narkotik vasitə qurudullmuş marixuananın 57,929 qram və 15 kibrit qutusunda olması şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz. Göründüyü kimi, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi halları araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi işin halları ilə müəyyən edilmir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dai r cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd edilən tövsiyyələri nəzərə alan aşağı instansiya məhkəmələri düzgün olaraq təqsirləndirilən şəxs Məhkum üzərində və əl çantasında aşkar edilmiş narkotik vasitəni saxlamaqla hər hansı mənfəət əldə edilməsi təsdiq edilmədiyi üçün, onun əməlini narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqları nın və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təh lil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə g örə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələ r yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun iz ah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiya kassasiya şikayətinin məhkum olunmuş şəxsin əməli ndə cinayət tərkibi olmaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə yuxarıda qiymət verilmişdir. Kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri əsassızdır və Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlində cinayət tərkibi olmadığından iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun və cinayət prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı kassasiy a protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1618/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1618/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver