Məhkəmə qərarları › İş №1(102)-1619/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1619/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1619/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum Əliağa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Əliağa oğlu barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından Məhkum Əliağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1813/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli (Hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrli edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1973-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2012 və 2015-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikəndi kəndində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Əliağa oğlu Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-422/2022 saylı, 15 fevral 2022-ci il tarixli (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrli edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilərək CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum 20 iyu n 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanın yaxınlığında Şahid1 və Zərərçəkmiş şəxs onun narkotik aludəçisi olduğunu bildirərək Şahid1 oğlu Şahid3la münasibət saxlamamağı və ondan uzaq durmasını tələb etmələri səbəbindən aralarında yaranmış mübahisə zamanı yerdən daş parçasını götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq ona yüngül dərəcəli baş beyin əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı, başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun sıyrığından ibarət xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətinə əsasən, yüngül xəsarətlər yetirilmiş bir şəxsə qarşı törədilmiş əməlin AR CM-nin ağır və ya az ağır xəsarətlər yetirilməsini nəzərdə tutan 126-cı maddəsi ilə tövsif olunması hüquqazidd və qanunsuz bir addımdır. Kassator verdiyi şikayətdə həm ibtidai istintaq dövründə, həm də birinci instansiya məhkəməsində əməlin düzgün tətbiq edilməməsini və cinayət qanunu normasının düzgün tətbiq edilməməsini bildirir. Cinayət işləri üzrə cəzalar təyin edilərkən təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması ədalətin bərqərar olması və qanunçuluğun qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Əməlin düzgün tövsifi həmin əməldə cinayət tərkibinin olubolmamasını, cinayətin məhz təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, habelə bu əməldə təqsirləndirilən şəxsin məsuliyyət dərəcəsini müəyyənləşdirməyə və düzgün hüquqi qərarlar çıxarmağa xidmət edir, əks halda təqsirləndirilən şəxsin qanunsuz olaraq məsuliyyət ə cəlb olunmasına, cinayət əməlini törətmiş şəxslərin isə ədalət mühakiməsindən kənarda qalmasına gətirib çıxarır. Kassator cinayət əməlinin düzgün tövsif olunmamasının qərəzli münasibətin və mövcud qanunvericiliyə etinasız münasibətin nəticəsi olduğunu, əməlində AR CM-nin 126cı maddəsinin əlamətlərinə ümumiyyətlə rast gəlinmir. Hətta işin ibtidai istintaqını aparan müstəntiq Ruslan Sadıqov da cinayət əməlinin daha çox AR CM-nin 126-cı maddəsi ilə deyil, məhz həmin məcəllənin 131-ci maddəsi ilə tövsif olunmasını daha qanunauyğun olduğunu bildirmişdir. Kassator əməlin AR CM-nin 130-cu maddəsi ilə də tövsif oluna biləcəyini bildirmişdir, çünki AR CPM-nin 17-ci maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnu pozmağa cəhd edən şəxslər tərəfindən azyaşlı övladlarının gözü qarşısınd aca döyüldüyündən, habelə özünün və ailəsinin həyatı üçün real təhlükə yarandığından, hər iki şəxsin də içkili olduğu nəzərə alınaraq özünün müqavimət göstərmək, aqressiv hərəkətlərin qarşısını almaq məcburiyyətində qaldığını bildirmişdir. Nə ibtidai istintaq dövründə, nə də birinci instansiya məhkəməsində bu xüsusatlara lazımınca diqqət yetirilməmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin 2 (iki) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxsi olması, həbsin ailə üzvlərinin həyat şəraitinə mənfi təsiri, zərərçəkmiş şəxslərin səhv hərəkət etdikləri barədə etirafları, təqsirli şəxsə heç bir iddia və tələblərinin olmaması kimi hallar nəzərə alınmamışdır. Kassator kassasiya şikayətinə öz iştirakı ilə baxılmasının təmin edilməsi və əməlin AR CM-nin 126.1-ci maddəsindən həm in məcəllənin 131-ci maddəsinə tövsif edilməklə aşağı cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiy a instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəz ərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-i n 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyət i olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum Əliağa oğlunun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması və əməlinin Cinayət Məcəlləsinin 131-ci maddəsinə tövsif edilməsini mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Əliağa oğlunun Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə i clasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 iyun 2021-ci il tarixli, 556 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaq məqsədi ilə yerdən daş parçasını götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq ona yüngül dərəcəli baş beyin əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı, başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun sıyrığından ibarət xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmuşdur. Məhkum əməli sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən ibarətdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 131-ci maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, CM-in göstərilən maddəsində ehtiyatsızlıqdan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh olunan cinayət subyekiv cəhətdən ehtiyatsı zlıqla xarakterizə olunur və yuxarıda sadalananlardan göründüyü kimi hazırki cinayət işi üzrə məhkum tərəfindən zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurulmuşdur. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli zərərçəkmiş şəxsi ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı i l tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndi rilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri i lə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayə tin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmu nunun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 131-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesa b edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı kassasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar