Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1619/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103) 756/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 9 mart 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, ev 118-də qeydiyyatda olmuş və yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 07 bükümdə ümumi təmiz çəkisi 3,686 qram təşkil edən küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 02 avqust 2021-ci il tarixdə saat 19:20 dəqiqədə, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən k eçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanında saxlanılaraq həmin gün saat 19:40 dəqiqədə polis idarəsinin inzibati idarəsinə gətirilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,092 qram, 0,840 qram, 1,223 qram, 0,465 qram, 0,241 qram və 0,463 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,686 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-1948/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.3-cü maddəsi ilə nəzərdə tu tulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)1948/2021 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən apelyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)756/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 24 dekabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)-756/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona əməlinə uyğun ədalətli cəza təyin edilməməsini qeyd edərək, onun barəsində cinayət işinə yenidən baxılıb ədadlətli cəza təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
5. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
6. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübu tlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
7. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
8. Belə yoxlamanın nəticəsində kassasiya kollegiy asının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
9. Kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)-756/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
10. Kassasiya məh kəməsi qeyd edir ki, işin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsi məhkəmə istintaqı bütün sübutları ətraflı, müqayisəli şəkildə və qanun normalarına uyğun tədqiq etsə də, əməlin tövsifində yanlışlığa yol vermişdir.
11. Cinayət işinin materiallarından, ittiham aktından, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi qənaətdən müəyyən olunur ki, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsüf olunmasına səbəb şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 07 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 3,686 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunması olmuşdur.
12. Birinci instansiya məhkəməsinin hökmünə və ap ellyasiya instansiya məhkəməsinin qərarlarına əsasən, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə digər hər hansı sübuta istinad edilməsi əks olunmamışdır.
13. İş materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində psixotrop maddə və narkotik vasitəni şəxsi istifadəsi və lazım gəldikdə tanışlarına pay kimi vermək üçün 70 manata aldığını, norkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.
14. Onun “lazım gəldikdə tanışlarına pay vermək” ifadəsinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, pay vermənin satış kimi qiymətləndirilməsi üçün onun maddi və ya maddi xarakterli maraqlarının olmasının sübut edilməsi zəruridir.
15. Lakin cinayət işinin materiallarında bu halı təsdiq edən sübutlar əksi ni tapmamışdır.
16. Məhkəmə kollegiaysı məhkum edilmiş şəxsdən aşkar olunmuş metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə çox olması faktının da məhz satış məqsədi ilə daşımasına dəlalət etməsini əsassız hesab edir.
17. Belə ki, həmin dəlill mülahizə və gümanlardan ibarət olmaqla ittiham tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmur. 18. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
5. Kassasiya məhkəməsi qeyd edir ki ümumilikdə təmiz çəkisi 3,686 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop madd ə metamfetamin 07 ədəd bükümdə olması onun məhz satış məqsədi ilə psixotrop maddəni əldə etməsi üçün qənaətə gəlməyə əsas vermir.
6. Məhkəmə-narkoloji ekspertizası üzrə 11 oktyabr 2021-ci il tarixli 3889 nömrəli ekspert rəyinə əsasən Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.
7. Bu hal da Məhkum məhz öz istifadəçi üçün psixotrop maddə əldə etməyini təhmin etməyə əsas verir.
8. Kassasiya məhkəməsi qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət h üquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
9. İş materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını, norkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.
10. İş ma teriallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintintaqı zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələrində məhkumun əvvəllər konkret olaraq psixotrop maddə satmasının müəyyən edilmədiyi göstərilmişdir.
11. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
12. Azərbaycan Respublikasının CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində məhkum edilmiş hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
13. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində məhkum edilmiş şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya məhkum edilmiş şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
14. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək məhkum edilmiş (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki məhkum edilmiş şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (məhkum edilmiş və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəlıi sürdüyü sübutları və dəlilləri də təkzib etm əlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir.
15. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkumun satış məqsədi ilə onun üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini əldə etməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur.
16. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetir ilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
17. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
18. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları məhkum edilmiş şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz.
19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara ə saslanaraq məhkumun psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsif etməsinin düzgün olmaması qənaətinə gələrək, şəxsin CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunmasını qanuni əsas kimi qəbul edilə bilməz.
20. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
21. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin m üəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
22. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
23. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir.
24. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıra n halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
25. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 13 aprel 2022-cu il tarixli, 1(103)-756/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun və ona 2 (iki) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilsin.