Məhkəmə qərarları › İş №1(102)-162/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-162/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-162/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-c ü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ağamoğlanov Əlövsət Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.Quliyev, hakimlər X.Nuriyev və O.Cəlilovdan ibarət tərkibdə) xx xxxx 1975-ci ildə Astara rayonunun Balaca Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış,Astara rayonunun Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü tərəfindən əldə edilərək Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş və Astara rayonu Qamışovka kəndinin girişində yerləşən köhnə, sahibsiz tikilinin içərisinə qoyulmuş polietilen torbanın içərisində 2 bağlamada külli miqdarda 3985 qram tiryə k və 2 ədəd sellofan torbanın içərisində, hər torbada 2 bağlama olmaqla, cəmi 4 bağlamada, külli miqdarda 2050 qramı həşiş qətranı narkotik vasitələrini 12 iyul 2017-ci il tarixdə saat 15 radələrində qeyd edilən tikilinin yanında narkotik vasitənin alqı-satqısını həyata keçirmək üçün «X» adı ilə şərti alıcı kimi cəlb edilmiş Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəis müavini X1 almaq istəyərkən saxlanılmış və həmin narkotik vasitələr aşkar edilib ondan götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 17 may 2018-ci il ta rixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Ağamoğlanov Əlövsət Hüseyn oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarıl ması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçi sinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ağamoğlanov Əlövsət Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar