Məhkəmə qərarları › İş №1(102)-162/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-162/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-162/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X7 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökm və qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nizami Quliyev (sədrlik edən), Oruc Cəlilov və Xamməd Nuriyev) 08 aprel 2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü ilə xx xxxx 1984-cü ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "DOST” MMC-də bağban işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 182.2.4cü maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzasına, C M-in 182.2.4-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməklə, hədə-qorxu ilə tələb etmiş, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgən in əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, 02 sentyabr 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan bazarın videoçəkilişini apardıqdan sonra həmin gün günorta radələrində "xxxx" ASC-nin İdarə heyətinin sədri Zərərçəkmiş şəxs ilə İmişli şəhəri, Qadir İsmayılzadə küçəsi 3 ünvanında görüşüb ondan bacısı X1 2007-ci ildə ölmüş əri X4 icarə əsasında işlətdiyi İmişli bazarındakı mağazaya görə ödədiyi 8000 ABŞ dolları pulu qaytarmasını və ya həmin mağazanın bacısı Hüsniyyə Şükürovanın adına sənədləşdirməsini tələb etmiş, Zərərçəkmiş şəxs mərhum Raqib Şükürovdan pul almadığını və buna görə də ödəniş etməyəcəyini bildirdikdə, o, məqsədinə nail olmaq üçün pulu ödəməyəcəyi halda "xxxx" Açıq S əhmdar Cəmiyyətinə məxsus, İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan bazarda karantin rejiminin pozulmasına dair çəkiliş etdiyini və çəkdiyi videokadrları sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyini bildirməklə, sahibkar Zərərçəkmiş şəxs tərəfindən videogörüntülərin yayılıb ictimailəşdiriləcəyi halda şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edilən rüsvayedici məlumatları yayma hədəsi ilə hədəqorxu gələrək Azərbaycan manatı ilə məzənnədə 13600 manat təşkil edən 8000 ABŞ dolları məbləğində pul verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs tələb olunan 8000 ABŞ dolları məbləğində pulu ödəmədiyinə görə o, tələb etdiyi pulu ələ keçirmək məqsədilə qanunsuz hərəkətlərini davam etdirərək 02 sentyabr 2020-ci il tarixdə mobil telefonu vasitəsilə "xxxx" Açıq Səhmdar C əmiyyətinə məxsus, İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan bazarda apardığı və çəkiliş zamanı orada karantin rejiminin pozulmasını vurğuladığı videoçəkiliş materiallarını 07 sentyabr 2020-ci il tarixdə “Youtube” sosial şəbəkəsində “Kanal 13” kanalı vasitəsilə yayımlamış və Zərərçəkmiş şəxs həmin videogörüntüləri gördükdən sonra rüsvay olduğunu, ləkələndiyini və işgüzar nüfuzuna xələl gəldiyini güman edərək, onunla danışıb videogörüntünün sosial şəbəkədən silinməsini xahiş etmişdir. Məhkum, Zərərçəkmiş şəxs videogörüntülərin sosial şəbəkələrdə yayılmasından narahatçılıq keçirdiyini və bununla da artıq məqsədinə çatmağa yaxın olduğunu başa düşərək, eyni niyyətlə 10 sentyabr 2020-ci il tarixdə saat 15:52-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon dan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona “Whatsapp Messenger” proqramı vasitəsilə səsli ismarıclar göndərərək, onun dövlətə xidmət etməməsi, vətəndaşların əmlak hüquqlarını qanunsuz olaraq ələ keçirməsi, yalançı və xəyanətkar olmasına dair videoçəkilişləri davam etdirəcəyini, bu cür məlumatları, habelə onunla olan səs yazılarını sosial şəbəkələrdə geniş yaymaqla, Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə hədə-qorxu gəlməyə davam etmişdir. Bundan sonra Məhkum, 02 sentyabr 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan bazarda çəkdiyi videokadrları sosial şəbəkələrdən sildirəcəyini deyərək, bunun üçün "xxxx" ASC-nin İdarə heyətinin sədri Zərərçə kmiş şəxs 10 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində İmişli şəhəri, Qadir İsmayılzadə küçəsi 3 ünvanında Bakı şəhərindəki jurnalistə vermək adı ilə əmisi oğlu X5 vasitəsi ilə vahid niyyətlə 400 (dörd yüz) manat pul almış, daha sonra cinayətkar niyyətini davam etdirərək, 12 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində İmişli şəhəri, Qadir İsmayılzadə küçəsi 3 ünvanında Zərərçəkmiş şəxs qeyd etdiyi jurnalistlə Bakı şəhərinə görüşə getmək üçün yol xərci kimi əlavə olaraq 200 manat pul almaqla, vədinə əməl etməyərək, videokadrları sosial şəbəkələrdən sildirməyib və Bakı şəhərinə getməyərək, vahid niyyətlə Zərərçəkmiş şəxs aldadıb, onun 600 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik ed ən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 02 sentyabr 2021-ci il tarixli, 1(106)-540/2021 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş, CM-in 73-1.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinin icraatına xitam verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin müddəaları hökmdən xaric edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əz iz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 06 aprel 2022-ci il tarixli 1(102)-300/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(106)-540/2021 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Orxan İsmayılov) 23 iyun 2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə ə sasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə bəraət verilmiş, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad olunmuşdur. Apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmünün və qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham özünün verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, baxış keçirilməsi haqqında protokollar və digər sübutlarla təsdiq edilmişdir. İşdə olan 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum 15 sentyabr 2020-ci il tarixdə İmişli şəhər bazarı ərazisində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilmiş, orada Məhkum səmimi etiraf edərək Zərərçəkmiş şəxs 600 0 manat pul aldığını etiraf etmiş və pulun əynindəki şalvarın sol ön cibində olduğunu bildirmişdir. İşdə olan baxış və götürmə aparılması haqqında 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Məhkum Şahadət oğlunun üzərindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon və əynindəki şalvarın sol qabaq cibindən hər biri 100 manatlıq əskinaslardan ibarət 6000 manat məbləğində pul aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası isə Məhkum hədə-qorxu gələrək tələb etdiyi həmin pul vəsaitinin hansı əsasla sonuncuya məxsus olmasını əsaslandıra bilməmişdir. Cinayət işi materialları ilə mərhum X21 Bazarının köhnə sahibi Əzizə 8000 dollar pul vəsaitinin verilməsi sübuta yetirilmir. Bundan başqa, cəmiyyətin rəhbərindən xəbərsiz Hüsniyyə Şükürova torpaq sahəsini özbaşına icarəyə verdiyindən müqavilə ləğv olunmuşdur. Həmin torpaq sahəsini icarəyə götürərək hər ay mütəmadi icarə pulu verilmiş, icarəyə götürmək üçün əlavə pulun, yəni 8000 dollar vəsaitin verilməsinin əsasları isə heç bir müqavilədə, sənəddə əks olunmamışdır. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub-olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəciyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi müxtəlif hüquq pozuntuları barədə məlumatlar və s. aid edilə bilər. Şərh olunan cinayət hadisəsində isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Zərərçəkmiş şəxs karantin rejiminin pozulmasına dair videoçəkilişlər hüquq pozuntusuna aid olmaqla özü haqqında rüsvayedici məlumat hesab edir, hansı ki işgüzar nüfuzuna xələl gələcəyini düşünür. Həmin məlumatları gizli saxlamağa çalışan Zərərçəkmiş şəxs həmin məlumatları yayımlayacağı ilə hədə-qorxu gələn Məhkum hərəkətlərindən qorxaraq onunla söhbət edib həmin məlumatların aşkara çıxmaması üçün çalışır. Məhkum karantin rejiminin pozulmasına dair videoçəkilişi kanalda yayımlatdırdıqdan sonra belə həmin çəkilişin kanaldan silinməsi üçün ümumilikdə sonuncuya 600 manat məbləğində pul verir. Bütün bunlar isə, zərərçəkmişin yəni, Zərərçəkmiş şəxs həmin məlumatları sahibkar kimi işgüzar nüfuzuna zərər yetirəcəyini, yaşadığı rayonda rüsvay olacağını, Mal Bazarında maska taxılmaması ilə karantin rejiminin pozulması ilə nəticələnən hüquqpozuntusunu rüsvayedici məlumatlar kimi qəbul etməklə yanaşı həmin məlumatları gizli saxlama çalışmışdır. Odur ki, məhkəmə kollegiyasının həmin məlumatları hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar kimi qəbul etməməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazan” adlanan bazarda karantin rejiminin pozulmasına dair çəkdiyi videokadrları sosial şəbəkələrdə yayılmas ı hədəsinin edilməsi barədə nəticəyə gələrkən hər hansı bir sübuta əsaslanmamışdır. Belə ki, məhkəmə göstərilən videoçəkilişin aparılması və sosial şəbəkələrdə məhkum tərəfindən yayılmasının hədəqorxu ilə pul tələb etməsinin üsulu kimi qiymətləndirsə də, bu hərəkətlərin məhz özgə əmlakının ələ keçirməsini, yəni onun tərəfindən zərərçəkmiş şəxsdən pul tələb etməsi ilə əlaqəli olmasını təsdiq edən hansısa sübuta isnad etməmiş və ümumiyyətlə belə bir sübut iş materiallarına əlavə edilməmişdir. Bu vəziyyətdə Məhkum sübut bazası olmadan xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamının irəli sürülməsi tamamilə absurd və əsassız olmuşdur. Beləliklə, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış və götürmə protokolu, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsi öz təsdiqini tapsa da, məhkəmə kollegiyası qeyd edilən sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, əsassız olaraq Məhkum CM-in 182.2.4-cü maddəsi ilə bəraət vermiş və nəticədə əsassız olaraq eyni tarixli qərar ilə əməlini CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası iş materiallarında belə sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum təqsirliliyin in sübuta yetirilməməsi əsası ilə ona bəraət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilmədiyindən CM-in 182.2.4-cü maddəsi ilə Məhkum əsassız bəraət verilmiş və nəticədə əsassız olaraq eyni tarixli q ərar ilə əməli CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Odur ki, cinayət işi üzrə toplanmış sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməliyindən və törədilmiş əməlin tövsifində səhvə yol verildiyindən müvafiq olaraq CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökm və qərarı kassasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya pr otestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə bəraət verilməsinin və onun əməlinin Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməklə cinayət işinin bu hissəsinə xitam verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə f aktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin digər materiallarına istinad etmişlər. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müd dəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüq uqi qiymətdir. İş üzrə təqsirləndirilən şəxs Məhkum istinad edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasında zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə şəklində formulə edilmişdir. Cinayət Məcəlləsinin 182.2.4cü maddəsi isə həmin əməlin xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Göründüyü kimi həmin cinayətdə hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir və bu yolla özgənin əmlakı və ya əmlaka olan hüququ tələb edilməlidir. Əgər hədə-qorxu rüsvayedici məlumatların yayılması hədəsində ifadə olunursa, bu məlumatların rüsvayedici məzmunda olmasını, təqsirkarın onları yayacağı ilə zərərçəkmiş şəxsi hədələməsini və bu yolla onun iradəsinə təsir göstərib özgənin, yəni təqsirkara məxsus olmayan əmlakını, əmlak hüquqlarını ələ keçirmək, xeyrinə əmlak xarakterli hərəkətlər etməsinə nail olmaq məqsədini güdməsini ehtiva edir. Yəni, baxılan kontekstdə hədə-qorxu ilə tələb etmə cinayəti təqsirkarın zərərçəkmiş şəxsin iradəsini öziradəsinə tabe etdirmək üçün birbaşa qəsdlə aktiv hərəkətlər etməsini, o cümlədənhədəni formulə edib zərərçəkmiş şəxsin diqqətinə çatdırmasını, məzmun etibarı ilə hədənin gələcəkdə baş verə biləcək aktı (rüsvayedici məlumatların yayılmasını) ehtiva etməsini nəzərdə tu tur (maddənin mənasına görə, zərərçəkmiş şəxs üçün arzuolunmaz məlumatların yayılmaq təhlükəsi onu əmlak barədə təqsirkarın iradəsinə uyğun şəkildə davranmağa məcbur edən amil rolunu oynamalıdır). Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, onun bacısı Hüsniyyənin bazarda yer olmuş, lakin təmirdən sonra bacısına bazarda yer verilməmişlər. Bacısının mərhum əri bazarda olan yerə görə bazar rəhbərliyinə 8000 ABŞ dolları pul vermişdir. Ona görə də o, bazarın rəhbəri olan Zərərçəkmiş şəxs həmin pulun qaytarmasını tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs pul və ya yer verməkdən imtina etmişdir. Ona görə də o, bazarda olan karantin rejiminin pozuntuları barədə video çəkmiş və “Kanal 13” “Youtube” kanalında göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müraciətinə əsasən sonuncudan Bakıya gedib həmin vidəogörüntülərin sildirməsi üçün iki dəfəyə 600 manat pulu almış, lakin videogörüntüləri sildirməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun rəhbərlik etdiyi "xxxx" ASC-də olan obyektləri 2020-ci ilinavqust ayında təmir edilmiş və icarə müqavilələri əsasında beş il müddətinə icarədarlara verilmişdir. Müqaviləsinin vaxtı bitən şəxslərə isə obyekt olmadığına görə icarəyə yer verə bilməmişdir. Məhkum ondan bacısı Hüsniyyənin adına icarə müqaviləsinin müddətinin bitməsinə və bazarda yer olmadığına görə ona yer verilməmişdir. Elmədin ondan bacısı üçün yer istəmiş, lakin o yer verməmişdir. Buna görə də Elmədin ondan 8000 ABŞ dolları tələb etmiş, l akin o, obyekt və ya pul verməkdən imtina etmişdir. Ona görə də Elmədin əvvəlcə ona, onun nəzarətində olan mal-qara bazarındakı şəxslərin maskadan istifadə etmədiklərini video görüntüyə çəkdiyini və həmin görüntüləri «Youtube» sosial şəbəkəsində yayımladacağını bildirmişdir. O, Elmədinin hədələrindən qorxub İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin buna baxmayaraq Elmədin İmişli mal bazarında çəkdiyi görüntüləri “Youtube” sosial şəbəkəsində yaymışdır. O, videogörüntüləri “Kanal 13” “Youtube” kanalında görəndən sonra Elmədindən həmin videogörüntüləri sildirməsini xahiş etmiş və 10 sentyabr 2020-ci il tarixdə videogörüntüləri sildirəcəyi adı ilə Elmədin ondan 400 manat pul almışdır. Elmədinin həmin 400 manatı çəkdiyi video görüntüləri sosial şəbəkədən silmək üçün Bakı ş əhərində olan jurnalistə verəcəyini ona demişdir. O, Elmədinə verdiyi 400 manat pulu 10 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 3 saylı ünvandakı ofisinin qarşısında işçisi Fəqanidən alıb Elmədinə çatdırmaq üçün Elmədinin əmisi oğlu Qabilə vermişdir. Bundan sonra Elmədin Bakı şəhərində olan jurnalistlərlə görüşüb onun barəsində olan şikayətini geri götürmək məqsədi ilə Bakı şəhərinə getmək üçün ondan yol pulu kimi 12 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində ofisində 200 manat pul almışdır. Məhkum onun bacısı Hüsniyyənin əvvəllər "xxxx" ASC-də icarəyə götürdüyü yeri olduğunu, bazar təmir olunduqdan sonra bacısına orada yer verilmədiyini və ona görə də ondan 8000 ABŞ dolları pul istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X1 0, X8, X11 ifadələrində Məhkum Zərərçəkmiş şəxs bacısına bazarda yer verilməməsi ilə əlaqədar bacısının mərhum əri tərəfindən bazarda olan yerə görə əvvəl verildiyi 8000 ABŞ dollarını tələb etməsini, pulun verilmədiyi üçün bazarda olan karantin pozuntuları barədə videoçəkilişi çəkib “Kanal 13” “Youtube” kanalında göndərilməsini təsdiq etmişlər. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 14 oktyabr 2020-ci il tarixli 417 №-li məktubundan görünür ki, 2003-cü ildə X12 ilə torpaq sahəsinin icarəsi barədə "xxxx" ASC-nin sədri ilə müqavilə bağlanılmışdır. Raqif Şükürov vəfat etdikdən sonra 08 oktyabr 2010-cu il tarixdə onun arvadı Hüsniyyə Şükürova ilə həmin torpaq sahəsi üzrə icarə müqaviləsi bağlanmışdır. Cəmiyyətin rəhbərindən xəbərsiz onlar torpaq sahəsini özbaşına icarəyə verərək pul alması məlum olduqdan sonra onlarla bağlanmış müqavilə ləğv olunmuş və torpaq sahəsi 10 yanvar 2015-ci il tarixdə X9 icarə müqaviləsi əsasında verilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, “Kanal 13” youtube kanalında “İmişli Mal bazarı Ramiz Mehdiyevə məxsusdur? Torpaqları əlindən alınan şəxsin iddiası” adlı videogörüntü vardır. Videogörüntü 07 sentyabr 2020-ci il tarixdə “Kanal 13” youtube kanalına yüklənərək yayımlanmış və 2 dəqiqə 40 saniyədən ibarətdir. Orada təqsirləndirilən şəxs video çəkdiyi yerin İmişli mal bazarı olduğunu, karantinin bazara aid olmadığını bildirir. Bundan sonra çıxış edən müxbir İmişli rayonu, Qızılkənd kəndinin sakini təqsirləndirilən şəxs videogörüntülərlə birl ikdə kanala şikayət ünvanladığını deyir. Daha sonra təqsirləndirilən şəxs özünü təqdim edərək, İmişli rayon ticarət mərkəzinin müdiri Əziz və Zakirin onların bazardakı yerini 8000 ABŞ dollara əlindən alıb, həmin yeri başqa bir nəfərə satdığını və karantin rejimində mal bazarındakı videoçəkilişi özünün apardığını və kanala atacağını bildirir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclası nda tədqiq edilmiş sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması sübuta yetirilmir. Belə ki, cinayət işinin materialları ilə Məhkum tərəfindən zərərçəkmiş şəxsdən 8000 ABŞ dolları tələb edilməsi və zərərçəkmiş şəxsin rəhbərlik etdiyi bazarda karantin qaydaların pozuntuları barədə videoçəkiliş etməklə “Kanal 13” “Youtube” kanalında göndərilməsi təsdiq etsə də, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum tələb edildiyi pulun bacısına qaytarılmalı olan pulun olması və həmin pul tələb edərkən zərərçəkmişə hədə-qorxu gəlməməsi barədə ifadəsi təkzib olunmur. Əksinə məhkəmə iclasında tədqiq edilmiş şahidlər öz ifadələrində qeyd etmişlər ki, Məhkum öz bacısının adından çıxış edərək zərərçəkmiş şəxsdən bacısına məxs us pulun qaytarılmasını tələb etmiş, onun tərəfindən videoçəkilişin edilməsi və internet kanalına göndərilməsi həmin pulun əldə edilməsi vasitə kimi deyil, zərərçəkmiş şəxsdən bacısına bazarda yer verməməsi və pulun qaytarılmaması ilə əlaqədar qisas kimi olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Məhkum törətdiyi əməlində Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması sübuta yetmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsinə qiymət verərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alara q həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. Cinayət işinin materiallarından görünür ki, Məhkum iş üzrə Zərərçəkmiş şəxs aldadıb, onun 600 manat pulunu ələ keçirərək dələduzluq etməsi tam sübuta yetirilir və kassasiya kollegiyası bu hal ilə tam razılaşır. İş materiallarından görünür ki, 23 iyun 2022-ci il tarixdə işə baxan Şirvan Apellyasiya Məhkəməsi düzgün olaraq cinayət qanunvericiliyinə istinad etmişdir. Kollegiya qeyd edir ki, Məhkum qeyd olunan ittiham epizoduna görə əməli məhz Azərbaycan Respublikası CM-in 177-c i maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən “Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur”. Məhkum birinci epizod üzrə, yəni Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə bəraət verildiyindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsi nə tövsif edilmişdir. Həmçinin cinayət işində olan Zərərçəkmiş şəxs 17 iyul 2021-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, Məhkum tərəfindən ona dəymiş 600 manat məbləğində maddi ziyan tamamilə ödənilmiş, buna görə də, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ərizədə həmçinin Məhkum barəsində CM-in 178-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.639.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyin normalarını və işin faktiki hallarını nəzərə alaraq Məhkum Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsə ona dəymiş maddi ziya nın ödənildiyini, habelə müdafiə tərəfinin razılığını aldıqdan sonra Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi üzrə cinayət təqibinə xitam vermiş və onu cinayət məsuliyyətindən azad etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi hər hansı bir cinayət və ya cinayət prosessual pozuntuya yol verməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirə rkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və eyni tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar