Məhkəmə qərarları › İş №1(102)-1620/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1620/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1620/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1374/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müda fiəçisi Nuriyev Samir Akif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum Mirzəyev Elməddin Yaşar oğlu 15 yanvar 1986-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu 65 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyən, Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ev 05 mənzil 33-də qeydiyyatda olan və Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 68A-da yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Mirzəyev Elməddin Yaşar oğlu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 5(006)391/2021 saylı 06 iyul 2021-ci il tarixli qərarı əsasında İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Əməliyyat idarəsinin Axtarış müəyyənetmə və məcburi gətirmə şöbəsinin 1-ci bölməsinin böyük əməliyyat müvəkkili Rəsulov Fərid Fazil oğlu və həmin şöbənin 2-ci bölməsinin böyük əməliyyat müvəkkili Tağıyev Nicat Sahib oğlu tərəfindən 27 iyul 2021-ci ildə saat 12 radələrində, onun yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 68A-da olan fərdi yaşayış evinə saxta aksiz markaları və spirt məhsulların saxlanıb-saxlanmamasının aşkar edilməsi üçün baxış keçirilərkən, sonuncuların qanuni tələblərini yerinə yetirməyərək ona məxsus otağa daxil olmasına maneəçilik yaratmış, Fərid Rəsulov və Nicat Tağıyev digər yataq otağına baxış keçirən zaman, həyətə düşməklə, orada olan içki şüşələrdən birini götürüb yaş ayış evindən çıxan Fərid Rəsulovun arxa tərəfindən yaxınlaşaraq ona xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edərək müqavimət göstərib başına vurmaqla sağ təpə nahiyəsi və sol qulaq seyvanın səthi kəsilmiş yaraları xəsarəti yetirmiş, Fərid Rəsulov zərbənin təsirindən evin qarşısında olan pilləkənlərdən aşağı yıxılaraq, sol dirsək oynağı nahiyyəsinin, sağ saidin sol əlin İİİ və İV barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, nəticədə Elməddin Mirzəyev hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən, zor tətbiq etməklə müqavimət göstərmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-61/2022 nömrəli, 13 may 2022-ci il tarixli hökmü ilə Mirzəyev Elməddin Yaşar oğlu Azərbaycan Respublikası C M-nin 315ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə təyin olunmuş cəza CM 70-ci maddəsi tətbiq olunmaqla 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müdafiəçisi və nümayəndəsi Nuriyev Samir Akif oğlu apellyasiya şikayəti verib hökmünün dəyişdirilməsini və məhkuma yüksək həddə cəza təyin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1374/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərar ilə apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-61/2022 nömrəli, 13 may 2022-ci il hökmü zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müdafiəçisi Nuriyev Samir Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müdafiəçisi Nuriyev Samir Akif oğlu tərəfindən kassasiya şikayəti vermişdir. Kassasiya müraciətinin dəlilləri, etirazlar 7.Zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müdafiəçisi Nuriyev Samir Akif oğlu kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə yekun qərar qəbul edərkən iş materiallarında olan və şahid ifadələri ilə təsdiqini tapan digər mühüm hala hüquqi qiymət verməmişdir. Belə ki, zərərçəkmiş və şahid ifadələrinə görə Elnur Mirzəyev mətbəxə gedərək oradan bıçaq götürüb Fərid Rəsulov və onun üzərinə hücum çəkərək aşkar edilmiş saxta aksizlərini orada qoyub evdən çölə çıxmaqlarını tələb etmiş, hədə-qorxu gələrək bıçaqla onları öldürəcəyini bildirmişdir. İş üzrə zərərçəkmiş bununla əlaqədar aparılan ibtidai istintaq zamanı Elnur Mirzəyev mətbəxə gedərək oradan bıçaq götürüb onun üzərinə getdiyini və onu öldürəcəyi ilə hədələdiyinə görə cinayət məsuliyyətinə cəlb olunması barədə vəsatət vermişdir. Qeyd olunanlara baxmayaraq, müvafiq cinayət işi üzrə bu fakt nə ibtidai istintaq, nə də məhkəmə istintaqları zamanı araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarın dəyişdirilərək, məhkuma təqsirli bilindiyi AR CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza növünün təyin edilməsi barədə qərar çıxarılması xahiş edilmiş dir. 8.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər 9.. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-e dilməməsi yoxlanılır.

11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qayd asında ləğv və yaxud dəyişdirilə bilər.

13. Zərərçəkmiş şəxs Rəsulov Fərid Fazil oğlunun müdafiəçisi məhkəmə tərəfindən məhkum edilmiş şəxs Mirəyev Elməddin Yaşar oğluna təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60- cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

16. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzə rə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

17. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

18. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

19. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

20. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsi z olan cəza başa düşülür.

21. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. 22.Kassasiya şikayətində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Mirəyev Elməddin Yaşar oğluna təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

25. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Mirəyev Elməddin Yaşar oğlunun himayəsində azyaşlı uşağın olmasını, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, habelə zərər çəkmiş şəxslə barışıq əldə olunması üçün gördüyü tədbirləri Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar ki mi qiymətləndirmişdir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hal kimi ilk məhkumluğunu, himayəsində azyaşlı uşağının olmasını, anlaqlığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Mirəyev Elməddin Yaşar oğluna həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onu n şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

28. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Mirəyev Elməddin Yaşar oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası üçün nəzərdə tutulan ən yuxarı həddə cəza təyin etməklə, Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.

29. Qeyd olunan hallar baxımından Mirəyev Elməddin Yaşar oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin olu nmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

31. Kassasiya şikayətində qeyd dilir ki, zərərçəkmiş və şahid ifadələrinə görə Elnur Mirzəyev mətbəxə gedərək oradan bıçaq götürüb Fərid Rəsulov və onun üzərinə hücum çəkərək aşkar edilmiş saxta aksizlərini orada qoyub evdən çölə çıxma qlarını tələb etmiş, hədə-qorxu gələrək bıçaqla onları öldürəcəyini bildirmişdir. İş üzrə zərərçəkmiş bununla əlaqədar aparılan ibtidai istintaq zamanı Elnur Mirzəyev mətbəxə gedərək oradan bıçaq götürüb onun üzərinə getdiyini və onu öldürəcəyi ilə hədələdiyinə görə cinayət məsuliyyətinə cəlb olunması barədə vəsatət vermişdir. Qeyd olunanlara baxmayaraq, müvafiq cinayət işi üzrə bu fakt nə ibtidai istintaq, nə də məhkəmə istintaqları zamanı araşdırılmamışdır.

32. Kassasiya Məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilə n şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

33. Azərbaycan Respublikası CPM-in 391.8-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya mə hkəməsinə qaytarılması haqqında qərar çıxarır.

34. Cinayət işinin materiallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti apellyasiya məhkəmə prosesi gedişatında daxil olmamışdır.

35. Azərbaycan Respublikası CPM-in normalarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair qərar qəbul etməsi istiqamətində hər hansı səlahiyyətlərə malik deyil.

30. Bütün b unlar kassasiya çikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Mirzəyev Elməddin Yaşar oğlunun barəsində olan 20 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mirzəyev Elməddin Yaşar oğlunun barəsində o lan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1374/2022 nömrəli, 20 iyul 2022-ci nömrəli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar