Məhkəmə qərarları › İş №1(102)-1621/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1621/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1621/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Şiştəpə kəndində ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Seyidli Səadət Mərhəmət qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədov) Məhkum2 Zülfüqar oğlu - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 da Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi “Dörd Yol” adlanan ərazidə tanışı Məhkum1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan kustar usulla tiryəkdən hazırlanmış ümumi təmiz çəkisi 4,393 qram çəkidə narkotik vasitə olan heroini 180 manata almış, 27 sentyabr 2019-cu il tarixdə, saat 10:15-də daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 Şəmkir şəhəri, N.Nərimanov küçəsində müəyyən edilib saxlanılaraq idarə etdiyi “Mitsubishi Space Wagon” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şəmkir rayon polis şöbəsinə gətirilərək baxış keçirilərkən, avtomobilin sükanın alt sol hissəsində saxlanc kimi istifadə etdiyi yerdən “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qır mızı rəngli kağız falanqalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,560 qram, 0,522 qram, 0,456 qram, 0,464 qram, 0,498 qram, 0,448 qram, 0,508 qram və 0,492 qram, ümumi təmiz çəkisi 4,393 qram çəkidə külli miqdarda Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya ş ikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum2 Zülfüqar oğlunun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı Məhkum2 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlamasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5 -ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum2 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından məhkumu n müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar