Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1621/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, X3 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarından Məhkum müdafiəçisi tərəf indən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları
1. Məhkum xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu E.Əliyev küçəsi ev 04-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Azərbaycan Respublikasının vətəndaşı Məhkum özgə əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 fevral 2022-ci ildə sat 16 radələrində birlikdə onun idarə etdiyi “Ravon” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısına gələrək aralarında cinay ətkar razılığa əsasən qrupun üzvü Təqsirləndirilən şəxs özgə əmlakını ələ küçirdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmaları üçün, niyyətlərinə maneəsiz nail olmaq üçün idarə etdiyi avtomobili kənarda saxlamış, Təqsirləndirilən şəxs isə avtomobildən enərək qeyd edilən ünvanda pyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əynindəki şalvarın arxa cibindən 10 manat dəyərindən ***-***-**-** nömrə ilə işləyən 700 manat dəyərində “Poco 3” markalı mobil telefonu götürməklə ələ keçirmək niyyəti ilə hadisəyerindən uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca qaçaraq tutub saxlaması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən cinayət əməlini başa çatdıra bilməmiş və nəticədə soyğunçuluq etməy ə cəhd etmişdir. Bundan əlavə, Məhkum 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində naməlum məədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,886 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 07 fevral 2022-ci ildə saat 19:50 radələrindən Bakı şəhər Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayəti törətməyə cəhd etmə faktı üzrə ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhər Nizami rayon Q.Qarayev prospekti 81B ünvanında olan həmin rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan bo z rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,886 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(007)-225/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 29, 180.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29, 180.2.1 -ci maddəsi ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234..1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 03 il 0 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 07 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.
4. Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(007)-225/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi apelyasiya şikayətləri vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarı ilə Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şika yətə qarşı etirazlar
8. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)274/2023 saylı hökmünün Məhkum AR CM-nin 29, 180.2.1-ci maddəsi ilə ittiham edilməsi ilə bağlı hissəsinin ləğv edilərək Məhkum barəsində olan cinyaət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, AR CM-nin 234.1-ci maddəsi ilə ittiham edilməsi ilə bağlı cəzanın təyin olunmasına dair hissəni dəyişərək onun cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyn olunmaqla azadlıqdan məhrumetmə növündə olayan cəzaya məhkum edilməsi barədə qərar qəbul olunmasını xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III.Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassas iya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən gör ündüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
14. Mə hkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd e dir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüq uq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
17. Məhkum əməlində cinayət tərkibinin olması ilə əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, ibtida istintaq zamanı onun və Təqsirləndirilən şəxs verdiyi ifadələrində hadisənin baş vermə hallarını ətraflı qeyd etmiş, lakin birinci instansiiya və apellyasiya məhkəməsində ifadələrini dəyişdirmişlər.
18. Onların ibtidai istintaq dövründə verdiyi ifadələr daha ətraflı, detallı və məntiqə uyğun olmuşdur.
19. Bu səbəbdən birinci instansiya və apellyasiya məhkəmələrinin onların ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməsi əsaslı və qanunauyğun olmuşdur.
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətin in ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəs inə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları ar asında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
7. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşar hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(007)-225/2022 nömrəli hökmü ilə Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 29, 180.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29, 180.2.1 -ci maddəsi ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234..1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı olan qərarını dəyişdirmədən saxlamış, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas m üəyyən etmir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını din ləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2023-cü il tarixli, 1(103)-274/2023 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.