Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1621/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun və məhkum iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, ha l-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-464/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(001)-249/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: F.M.Əmirəliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2 022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiası təmin edilmiş və təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum cinayət əməli nəticəsində vurulmuş 40000 (qırx min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 210 (iki yüz on) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 1(103)-1349/2023 nömrəli qərarı ilə, (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirino v) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-249/2023 nömrəli, 02 may 2023cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddətinin 02 (iki) il 06 (altı) aya endirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(102)2279/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), V.C.Cəfərov və İ.S.Qılıcov) qərarı ilə kassasiya protesti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), C.V.Hüseyn və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə 0 7 noyabr 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında park olunmuş X5 idarə etdiyi «Əmanətlərin Sığortalanması Fondu»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə məxsus ümumi dəyəri 40000 manat təşkil edən Lizinq obyekti olan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını mühafizə otağından götürüb sükan arxasına oturaraq, həmin avtomobili talama məqsədi olmadan ələ keçirib sonra spirtli içki təsiri altında yüksək surətlə idarə edərək, BakıSumqayıt avtomobil yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisini keçən hissəsində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Sumqayıt şəhəri istiqamətində idarəetməni itirib həmin tarixdə saat 06:43:15-də yol kənarındakı səkiy ə çırpıldıqdan sonra yanaraq, yararsız hala düşməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs «X2»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə 40000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla avtomobili qaçırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən “şizofreniya” xəstəliyindən əziyyət çəkməsi, yaşlı anasının onun himayəsində olması, ailəyə yeganə qazanc gətirən şəxs olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəm əsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Az ərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinay ət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağı rlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin ol unan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayə tinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, məhkum ağır cəzanın təyin edilməsi haqqında iddiasının əksinə olaraq, birinci instansiya məhkəməsinin Məhkum törətdiyi əməli etiraf etməsi, səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların olmamasından çıxış etməklə ona təqsirli bilindiyi CM-nin 185.2.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməsin, apellyasiya məhkəməsinin isə təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamasından və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, Məhkum cəzanı n təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, Məhkum yüngül cəzanın təyin edilməsi ilə bağlı məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2023-cü il tarixli, 1(103)-1349/2023 nömrəli qərarı ilə qismən təmin edildikdən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) aydan 02 (iki) il 06 (altı) aya endirildikdən sonra, apellyasiya məhkəməsinin müvafiq qərarından verilmiş, apellyasiya məhkəməsinin müəyyən etdiyi cəzanın mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qeyd olunan məsələyə baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası Məhkum CM-nin 185.2.4-cü maddəsi cəzasının endirilməsinin (məhkumun kassasiya şikayətində iddiası) sübutlarla uzlaşmayan qanunsuz, əsassız nəticə hesab etmiş, dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmış, cinayət-prosessual qanunun 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2023-cü il tarixli qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir (Ali Məhkəmənin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı). Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 14 fevral 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhk əmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-464/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-464/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1621/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1621/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver